Məhkəmə qərarları › İş №e-2-2(113)-676/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-676/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-676/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixə yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasını, tutmanın Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 73000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0.02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi iddiaçı ilə aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti kimi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamış, kredit üzrə öhdəliklərini yerinə yetirməmiş və kredit müqaviləsinin şərtlərini pozduğundan, xx xxxxxx 2019-cu il tarixinə 73000 ABŞ dolları məbləğində əsas, 12216,17 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 101641,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilsə də, borc bu günə kimi ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz (xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur) göndərərək, İddiaçı BOKT ASC tərəfindən yaranmış borcun ödənmədiyi təqdirdə hazırki tələblə bağlı məhkəməyə müraciət edəcəyi barədə bildirişin ona göndərilmədiyini və heç bir bildirişi almadığnı, götürülmüş borcun qaytarılmamasının səbəbi, bilərəkdən deyil, ağır xəstəliklə bağlı olduğunu və buna görə borcun qaytarılmasında çətinlik çəkdiyini, hazırda borcun qaytarılması üçün zəmin yarandığını və BOKT tərəfindən ona möhlət verildiyi halda ödənişləri apara biləcəyini, həmçinin BOKT tərəfindən əsas borca görə hesablanmış faiz və dəbbə pulunun heç bir əsası olmadığını, kredit müqaviləsinin müdətinin 60 ay olduğundan bu müddət ərzində borcun ödənilməsini həyata keçirə biləcəyini nəzərə alaraq, İddiaçı BOKT ASC-nin “borc pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbinə dair iddia ərizəsinin 12216,17 ABŞ dolları məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən fiziki şəxs sahibkar (VÖEN: **********) Cavabdeh 60 ay müddətində illik 24 faiz dərəcəsi ilə 73 000 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ona məxsus olan müstəqil qymətləndirici FM Consulting tərəfindən xx.xx.2017-ci tarixində likvid dəyəri 280 000 (iki yüz səksən min) manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli arayışdan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi ilə 60 ay müddətində 73 000 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kredit üzrə heç bir ödəniş aparılmamış və xx.xx.2019cu il tarixinə Cavabdeh BOKT-a olan borcu 73000 ABŞ dolları əsas borc, 12216,17 ABŞ dolları faiz borcu, 16425 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101641,17 ABŞ dolları təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; Məhkəmə hesab edir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, borclu öhdəliklərini yerinə yetirməmiş, əsas, faiz borcu və cərimə ödənilməmiş qalmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 33,83 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 83,87%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 83,87%-i, yəni 25,16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 0,40 manat faktiki bank xərci olduğuna görə həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73000 ABŞ dolları məbləğində əsas borc, 12 216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, cəmi 85250 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, tutma dəyəri 280 000 manat olan Cavabdehnın mülkiyyətində olan ünvan 2 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracda satılmalı, ev satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılmalı, evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 85250 ABŞ dolları məbləğində olan borcu İddiaçı BOKT ASC-yə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73000 ABŞ dolları məbləğində əsas borc, 12216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85250 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma dəyəri 280000 manat olan Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın, ev satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılsın. Evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh xx xxxxx 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pul ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar