Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-68/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” ASC ilə “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli 038 nömrəli KM/015 saylı kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 2133680,39 ABŞ dolları, faiz borcu üzrə 1073083,13 ABŞ dolları olmaqla ümumilikdə 3206763,52 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq ləğv prosesində olan “xxxx” ASCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ekspert rəyinə uyğun olaraq əsas borc ******* ABŞ dolları, faiz borcu 748866,22 ABŞ dolları olmaqla ümumilikdə 2882388,22 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli №038 KM/015 saylı kredit xətti müqaviləsinə əsasən borc üzrə 2133680,39 ABŞ dolları, müqavilə müddəti üçün hesablanılmış faiz borcu üzrə 747474,98 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanılmış faiz 564002,69 ABŞ dolları, ümumilikdə isə 3447158,06 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq ləğv prosesində “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli, 038 KM/15 saylı müqaviləyə əsasən “xxxx” ASC ilə “xxxx” ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 10000000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - xx/xx/2019-cu il tarixli **********054 saylı maliyyə arayışından göründüyü kimi xx.xx.2015-ci il tarixli, 038 KM/015 saylı kredi müqaviləsi üzrə “xxxx” ASC-nin xx.xx.2019cu il tarixinə yaranmış ümumi borcu 3207474,65 ABŞ dolları qeyd olunmuşdur. - xx/xx/2020-ci il tarixli **********056 saylı maliyyə arayışından göründüyü kimi xx.xx.2015-ci il tarixli, 038 KM/015 saylı kredi müqaviləsi üzrə “xxxx” ASC-nin xx.xx.2020ci il tarixinə yaranmış ümumi borcu 3447158,06 ABŞ dolları qeyd olunmuşdur. Borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə məhkəmənin qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 1056 saylı rəyində qeyd olunmuşdur müqavilənin müddətinin bitmə tarixinə yəni xx xxxx 2018-ci il tarixə və müqavilə bitdiyi tarixdən sonra ekspert rəyi verilən tarixə, yəni xx.xx.2020-ci il tarixinə 5% dərəcəsi ilə hesablanmaqla cavabdeh “xxxx” ASC-nin iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcu əsas borc üzrə 2133522,00 manat, faiz borcu üzrə 748866,22 manat, ekspert rəyi verilən tarixə əsas borc üzrə 2133522,00 manat və faiz boru üzrə 1171303,58 manat qeyd olunmuşdur. Ekspertizanın xx xxxxxx 2021-ci il tarixli, 9/4849 saylı rəyində qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli 038 KM/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixədək (illik 12%-lə) banka olan əsas və faiz borcu 2882388,75 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (illik 5%-lə) banka olan əsas və faiz borcu 3036772,80 ABŞ dolları məbləğində borc müəyyən edilir, o cümlədən xx.xx.2018-ci il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2133522,39 ABŞ dolları, faiz borcu üzrə 748866,36 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 154384,05 ABŞ dolları (illik 5%-lə) və cavabdeh tərəfindən aparılmış ödənişlər təyinatı üzrə əsas faiz borcuna düzgün yönəldilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən əsas borc üzrə məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 9/4849 №-li rəyində qeyd olunan məbləğ əsas götürülməlidir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan əsas borc 2133680,39 ABŞ dolları, müqavilə müddəti üçün hesablanılmış faiz borcu 747474,98 ABŞ dolları göstərilsə də, ekspert rəyində əsas borc 2133522,39 ABŞ dolları və faiz borcu 748866,36 ABŞ dolları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyinə əsasən müəyyən olunmuş faiz borcun məbləği bank tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən faiz borcunun məbləğindən çox olduğuna görə məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə ekspert rəyinə, faiz borcuna münasibətdə isə maliyyə arayışında göstərilən məbləğə uyğun olaraq təmin olunmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 2133522,39 ABŞ dolları məbləğində əsas borc, 747474,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2880997,37 ABŞ məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanılmış faiz olaraq 564002,69 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, ərizədə faiz borcunun hansı əsaslarla tutulmalı olduğu əsaslandırılmamış, ümumilikdə Mülki Məcəllənin maddələri sadalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyində müqavilə müddəti bitdikdən sonra illik 5% olaraq faizlər hesablansa da, iddiaçı tərəfindən bu barədə konkret tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 26 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin 335 manat məbləğində hissəsi cavabdehdən, 65 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 2133522,39 ABŞ dolları məbləğində əsas borc, 747474,98 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 2880997,37 ABŞ dolları pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin 335 manat məbləğində hissəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 65 manat məbləğində hissəsi Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-68/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-68/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver