Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-68/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, müqavilənin xitam olunması, avtomobilin qaytarılması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin xitam olunması, avtomobilin qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019- cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus, “Renault Megane” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 6099,81 manat əsas borc, 4875,27 manat mükafat borcu və 96,29 manat penya olmaqla, cəmi 11071,37 manat lizinq borcu məbləği və iddiaçı tərəfindən ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 210 (200+10) manat xərcin X2 və X1 tutularaq İddiaçı MMC -yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1697/İLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2008-ci il buraxlışı olan, “Renault Megane” minik markalı (ban VF1KMSFB5********) nəqliyyat vasitəsini xx.xx.2019cu il tarixdən etibarən Cavabdeh2 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 7995 (yeddi min doqquz yüz doğsan beş) manat təşkil edir. Bu ümumi məbləğdən 3146 (üç min yüz qırx altı) manat lizinq verənnin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 309,48 (üç yüz doqquz manat qırx səkkiz qəpik) manat ödəniş edilməli idi. Lizinq müqaviləsi üzrə lizinq predmeti illik faiz dərəcəsi 23% (iyirmi üç) olmaqla, 36 (otuz altı) ay müddətinə lizinq alana verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən 36 ay müddətində hər ay 309,48 manat olmaqla, ödəniş etməli olduğu halda, cəmi 3595 manat ödəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa, ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Cəmiyyət tərəfindən işin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 748-1.12.4, 748-10.1, 751-ci maddələrinə və Vergi Məcəlləsinin 140.1-ci maddəsinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili lizinq müqaviləsinin xitam olunması, İddiaçı MMC məxsus, “Renault Megane” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 6099,81 manat əsas borc, 4875,27 manat mükafat borcu və 96,29 manat penya olmaqla, cəmi 11071,37 manat lizinq borcu məbləği və iddiaçı tərəfindən ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 210 (200+10) manat xərcin Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məzlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2008-ci il buraxılışlı olan, “Renault Megane” markalı, mühərrik, ban VF1KMSFB539239203 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1ci maddəsinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə obyektin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq verənin tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazimı qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3%-i həcmində cərimə tələb etmək, tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa, ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən lizinq alanın maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək, maliyyə lizinqi müqaviləsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, habelə lizinq verən qarşısında mövcud olan bütün öhdəliklər icra edildikdən sonra lizinq predmetini öz hesabına əldə edib mülkiyyətə qəbul etmək, maliyyə lizinqi müqaviləsinə xitam verildikdə, lizinq obyekti müqavilə şərtləri pozulduğuna görə lizinq alandan geri təhvil alınmalı olduqda lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmaq, əks halda lizinq obyektinə dəyən bütün zərər məbləğini qeyd-şərtsiz ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq alan tərəfindən ödənilən lizinq ödənişlərinin ümumi məbləğidir və lizinq verənin xeyrinə həyata keçirilir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (Əlavə 1) ilə müəyyən edilir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 7995 manat təşkil edir. Bu ümumi məbləğdən 3146 manat lizinq verənin mükafatını təşkil edir. Həmin müqavilənin 9.5-ci maddəsinə əsasən tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri lizinq alan tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 9.11-ci maddəsinə əsasən lizinq alan müqavilənin şərtlərini icra etmədikdə və lizinq obyektinin təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə bu lizinq alanı müqavilə üzrə öhdəliklərindən azad etmir və bu müqaviləyə uyğun olaraq lizinq verənə dəymiş zərərin əvəzi tam şəkildə lizinq alan tərəfindən ödənilir. Həmin müqavilənin 11.1.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədn artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq verənin maliyyə lizinq müqaviləsinə vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.
8. Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 36 ay müddətinə “Renault Megane” markalı, VF1KMSFB539239203 şasso, mühərrik, tünd boz metallik rəngli olan avtomobilin lizinqə verilməsinə köməklik göstərməsini İddiaçı MMC-dən xahiş etmişdir.
9. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, lizinq verən və lizinq alan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ saylı lizinq müqaviləsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “Renault Megane” markalı avtomobilindən lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövrilikdə, lizinq verənə 7995 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı MMC qarşısında öz üzrəinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən zaminlikdə təmin edilmiş öhdəliyin həcmi lizinq alanın lizinq müqaviləsinə əsasən İddiaçı MMC qarşısında yaranmış öhdəliyi həcmindədir.
10. xx.xx.2019-cu il tarixli təhvil-təslim barədə aktdan görünür ki, lizinq predmeti olan “Renault Megane” markalı, VF1KMSFB539239203 şassi, mühərrik, **-PS-*** qeydiyyat nişanı olan avtomobil lizinq alana təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
11. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli iltizamın məzmunundan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər-sığorta şirkəti və ya servis ilə bağlı narazılığın bank qarşısında olan aylıq öhdəliyə heç bir təsir etməyəcəyinə söz vermiş və bunu öz imzası ilə təsdiqləmişdir.
12. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki və nəqliyyat vasitələrinin kasko şığorta şəhadətnaməsi əlavə olunmuşdur.
13. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh2 xx.xx.2019-ci il tarixli 06/1697/İLİZ daxili maliyyə lizinqi müqaviləsinə əsasən borcu xx.xx.2023-cü tarixədək 6099,81 manat əsas borc, 4875,27 manat mükafat borcu və 96,29 manat penya olmaqla, cəmi 11071,37 manat təşkil edir.
14. İddiaçı MMC tərəfindən iş materiallarına əlavə edilmiş kassa mədaxil orderinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən 06/1697/İLİZ müqavilə üzrə cəmi 3595 manat İddiaçı MMC-yə ödəniş edilmişdir.
15. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun 5 (beş) gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə daxili lizinq müqaviləsinin xitam olunması, İddiaçı MMC məxsus, “Renault Megane” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması və borcun tutulmasına ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5322 saylı ekspert rəyindən görünür ki, iş materiallarnda olan ödəniş məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixədək müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 7546 manat məbləğində müəyyən edilir. Eyni zamanda xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixə əsas borc 5911,26 manat, mükafat borcu isə 1634,74 manat təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti lizinq alana təhvil verilmiş və qəbul edilmişdir. Lizinq alan tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır.
21. İddia tələbinin bir hissəsini xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 6099,81 manat əsas borc, 4875,27 manat mükafat borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması təşkil edir.
22. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlərin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi borcun cavabdehlərdən tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh2 5911,26 manat (beş min doqquz yüz on bir manat iyirmi altı qəpik) əsas borc, 1634,74 manat (min altı yüz otuz dörd manat yetmiş dörd qəpik) mükafat borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. Belə ki, ekspert rəyi ilə cavabdehin İddiaçı MMC-yə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərə olan əsas borcunun məbləği 5911,26 manat, mükafat borcunun məbləği 1634,74 manat müəyyən olunmuşdur.
23. İddia tələbinin digər hissəsini 06/1697/İLİZ saylı müqavilə üzrə 96,29 manat cərimənin cavabdehlərdən iddiaçının xeyrinə tutulması təşkil edir.
24. xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ saylı müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq verənin tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazimı qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3%-i həcmində cərimə tələb etmək hüququ vardır.
25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 06/1697/İLİZ saylı müqavilə üzrə 96,29 manat (doxsan altı manat iyirmi doqquz qəpik) cərimə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsini əsas götürmüşdür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin qüvvədə olma müddəti 36 aydır (yəni 11 may 2022-ci il tarixdə müqavilənin icra müddəti bitir). İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində konkret bir müddət göstərilməmiş və daxili maliyyə lizinqi müqaviləsinin hədlərində məhdudlaşdırılmışdır. İş materiallarından müəyyən edilir ki, icra müddəti bitdikdən sonrakı 1 il ərzində İddiaçı MMC tərəfindən Cavabdeh1 qarşı hər hansı iddia irəli sürülməmişdir (məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət olunmuşdur). Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
27. İddia tələbinin digər hissəsini xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili lizinq müqaviləsinin xitam olunması və lizinq predmeti olan “Renault Megane” markalı, VF1KMSFB539239203 şassi, mühərrik, **-PS-*** qeydiyyat nişanı olan avtomobilin İddiaçı MMC-yə təhvil verilməsi təşkil edir.
28. Daxili maliyyə lizinqi müqaviləsinin 11.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin müqaviləni birətərfli qaydada vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır.
29. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını, iddiaçının müqaviləyə vaxtından əvvəl xitam vermək və lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Fətulla oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməli və lizinq predmeti olan, “X5 Məsuliyyətli Cəmiyyətinə məxsus “Renault Menage” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya qaytarılmalıdır.
30. Eləcə də iddiaçı ödənilmiş 210 manat ilkin mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
31. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir.
32. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 145 (yüz qırx beş) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 138,10 manat (yüz otuz səkkiz manat on qəpik) hissəsi Cavabdeh2 Fətulla oğlundan, 61,90 manat (altmış bir manat doxsan qəpik) hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 Fətulla oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilsin. “X5 Məsuliyyətli Cəmiyyətinə məxsus “Renault Menage” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Cavabdeh2 Fətulla oğlundan xx.xx.2019-cu il tarixli, 06/1697/İLİZ nömrəli müqavilə üzrə yaranmış 5911,26 manat (beş min doqquz yüz on bir manat iyirmi altı qəpik) əsas borc, 1634,74 manat (min altı yüz otuz dörd manat yetmiş dörd qəpik) mükafat borcu, 96,29 manat (doxsan altı manat iyirmi doqquz qəpik) cərimə və ödənilmiş mediasiya xərcinə görə 145 (yüz qırx beş) manat olmaqla, cəmi 7787,29 manat (yeddi min yeddi yüz səksən yeddi manat iyirmi doqquz qəpik) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 138,10 manat (yüz otuz səkkiz manat on qəpik) hissəsi Cavabdeh2 Fətulla oğlundan, 61,90 manat (altmış bir manat doxsan qəpik) hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova