Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6839/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddiaçı Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BKNA0036-14/23A saylı kredit müqaviləsindən irəli gələn əsas borc 45610.55 manat, faiz borcu 2214.36 manat, dəbbə borcu 1615.22 manat olmaqla, cəmi 49440.13 manat məbləğində borcun və iddia qaldırlması üçün ödənilmiş 239 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh1və Cavabdeh2"xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ Cavabdeh1məxsus AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli BB424458 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** EY *** qeydiyyat nişanlı, LEXUS LX570 MİNİK markalı, universal tipli, qara rəngli, 2008 ci il buraxılışlı avtomobilə və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023 cü il tarixli BB419616 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus ** ND *** qeydiyyat nişanlı, HYUDAİR GENESİS MİNİK markalı, sedan tipli, qara rəngli, 2014 cü il buraxılışlı avtomobillərə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bank "xxxx" ASC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsi dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. ********** saylı qəbz üzrə ödənilmiş 239 manat dövlət rüsumu iddiaçıya ( M/H AZ13NABZ******************** VÖEN **********) geri qaytarıslın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6839/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6839/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver