Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-684/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Karxana” X10 Sahəsinin Cavabdeh Kooperativi – X2rşı torpaq sahəsindən çıxarılma və istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Karxana” X10 Sahəsinə məxsus, Qaradağ rayonu, Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanasından və karxananın yerləşdiyi torpaq sahəsindən X3 çıxarılması, karxananın qaytarılması və torpaq sahəsindən istifadəyə maneələrin yaradılmasının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/520 nömrəli Qərarı ilə “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı X11 (hal-hazırda Bakı Ağac Emalı Zavodu) Qaradağ rayonunun Güzdək qəsəbəsinin cənubunda mişar daşı istehsalı üzrə daş karxanası təsərrüfatının təşkilinə icazə verilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin direktoru N.Paşayevin 19 noyabr 1992-ci il tarixli 135/KŞ nömrəli Əmri ilə qeyd olunan karxananın ərazisində olan maşınların, elektrik avadanlıqları və sair vasitələrlə birlikdə Bakı Təmir-Tikinti İdarəsinin balansına keçirilmişdir. “Azərbmebelsənaye” Dövlət Konserninin Bakı Təmir-Tikinti İdarəsinin rəisi C.Əliyevin 19 yanvar 1994-cü il tarixli 14 nömrəli Əmri ilə Təmir-Tikinti İdarəsinin nəzdində “Karxana” X10 Sahəsi yaradılmış və həmin təşkilat hüquqi şəxs kimi 31 yanvar 1994-cü il tarixində dövlət qeydyyatından keçirilmişdir. Bakı Təmir Tikinti İdarəsi ilə “Karxana” X10 Sahəsi arasında bağlanılmış 27 yanvar 1994-cü il tarixli müqavilə əsasında Bakı Təmir-Tikinti İdarəsinin sərəncamında olan Güzdək qəsəbəsində yerləşən daş karxanası, karxananın ərazisində olan maşınlar, elektrik avadanlıqları sonuncunun icarəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən 18 may 2006-cı il tarixində “daş karxanasının dağ-mədən işlərinin inkişaf Planı” təsdiqlənmişdir. Ancaq sonradan iqtisadi sıxıntılar səbəbindən tərəfimizdən karxananın işlədilməsi bir müddət müvəqqəti olaraq dayandırılmışdır. Bundan istifadə edən cavabdeh X12 qanunsuz olaraq müəssisənin icazəsi olmadan karxanadan özbaşına olaraq istifadə etməyə başlamış və bu qanunsuzluq hal-hazırda da davam etməkdədir. Cavabdehin zəbt etdiyi torpaq sahəsindən və karxanadan istifadə etməsinə əsas verən hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bakı Kommersiya Məhkəməsinin 03 mart 2020-ci il tarixli, e-2-2(113)-101/2020 nömrəli qərardadı ilə X6 X7 qarşı torpaq sahəsindən çıxarılma və istfadəyə yaradılan maneələrin aradan qaldırılması barədə iş üzrə iddiaçı X14 əsl iddiaçı “Karxana” X10 Sahəsi, cavabdeh X12 əsl Cavabdeh Kooperativi – X13 ilə əvəz olunması qərara alınmışdır. İddiaçının nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh Kooperativi – X8 məxsudur və “Karxana” X10 Sahəsinə aidiyyatı yoxdur. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Kooperativi – X5 “Karxana” X1rşı yerquruluşu planının ləğv edilməsi barədə inzibati iş üzrə məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş “Karxana” X10 Sahəsinin qeydiyyat qovluğunda müqavilənin müddəti 01 fevral 1994-cü il tarixdən 01 fevral 2019-cu il tarixədək müəyyən olunmuşdur. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin bitmə müddəti 01 fevral 2059-cu il tarixədək göstərilmişdir. Cavpbdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 27 yanvar 1994-cü il tarixli daş karxanasının icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən - “Azərmebelsənaye” Dövlət Konserni Bakı Təmir Tikinti İdarəsi onun sərəncamənda olan Güzdək qəsəbəsində yerləşən daş karanasının, karxananın ərazisində olan maşınların, lektrik avadanlıqlarını bundan sonra istifadə üçün icarəçiyə daş karxanası sahəsi (sahə rəisi Ə.Ə.Məmmədovun simasında) təhvil verməyi öhdəsinə götürmüşdür. - uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, “Karxana” X10 Sahəsi 23 dekabr 1998-ci il tarixdə Dövlət Reyestrinə daxil edilmişdir. - Bakı şəhər X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli, 14/520 nömrəli yaşayış evinin layihələndirilməsinə və torpaq sahəsinin ayrılmasına icazə haqqında qərarına əsasən Bakı Ağac yonqarları plitəsi zavoduna Qaradağ rayonunda mişar daşı istahsalı üzrə daş karaxanası təsərrüfatının təşkilinə icazə verilmişdir. - 29 yanvar 1994-cü il tarixli aktın surətindən görünür ki, “Azərmebelsənaye” Dövlət Konserni tərəfindən “Karxana” X10 Sahəsinin yaradılması ilə əlaqədar olaraq əsas vəsaitər həmin sahənin rəisinə təhvil verilmişdir. - Bakı şəhəri X4 25 sentyabr 1991-ci il tarixli, 13/617 №-li qərarının surətindən görünür ki, Cavabdeh Kooperativi – X2radağ rayonu, Güzdək qəsəbəsinin ərazisində torpaq sahəsi ayrılmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iddianın təmin olunması üçün ilk növbədə araşdırılmalı olan məsələ, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının olub – olmaması araşdırılmalıdır. Məhkəməyə təqdim olunmuş sənədlərdə torpaq sahələrinin sərhədlərinin haradan keçməsinin, üst-üstə düşüb – düşməməməsinin, həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub – olunmamasının aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti – texniki ekspertizası təyin edilmiş, lakin hüquqmüəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bundan başqa, əsas hüquq müəyyənedici sənəd olan 27 yanvar 1994-cü il tarixli daş karxanasının icarəyə verilməsi haqqında müqavilənin Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş surətində müqavilənin müddəti 01 fevral 1994-cü il tarixdən 01 fevral 2019-cu il tarixədək müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə məhkəməyə həmin müqavilənin müddətinin uzadılması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. “Karxana” X10 Sahəsi tərəfindən təqdim olunmuş digər sübutlar əsasında isə mübahisə predmeti olan torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, “Karxana” X10 Sahəsinin iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Karxana” X10 Sahəsinin Cavabdeh Kooperativi – X2rşı torpaq sahəsindən çıxarılma və istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-684/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-684/2022
17.06.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver