Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6842/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən şirkətin bütün vergi borclarının ödənilməsi və 50000 manat divident borcunun, eləcədə mediasiya şurasına ödənilmiş 200 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 91.1-3, 91.1-5, 91.1-6, 91.3.3-cü maddələrinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərindən biri cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürməkdir. 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə 50000 manat divident borcunun iddiaçıya ödənilməsi tələbi barədə qeyd edir ki tələbə məhkəmədə baxıla bilməz, belə ki, qanunvericiliyə əsasən növbədənkənar ümumi yığıncaq bütün səslərin azı onda birinə malik olan cəmiyyət iştirakçıların tələbi ilə çağırıla bilər. Bundan əlavə ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətli olduğundan İddiaçı isə iddia ərizəsindən göründüyü kimi cəmiyyətin paylarının əlli faizinə sahib olduğundan təkbaşına növbədənkənar ümumi yığıncağın çağırılması və keçirilməsi ilə bağlı səlahiyyətlidir. Həmçinin qanunvericiliyə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhz ümumi yığıncağın müstəsna səlahiyyəti olduğundan tələbə məhkəmədənkənar qaydada mülki qanunvericiliyə əsasən həll edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir, belə ki, 50000 manat tələbinə görə 240 manat dövlət rüsumu nəzərdə tutulursa, həmin məbləğdən 200 manat mediasiya xərci çıxılandan sonra 40 manat məbləğində dövlət rüsumu ödənilməmiş qalır. Bununla yanaşı məhkəmə qeyd edir ki, vergi borclarının ödənilməsi ilə bağlı tələbə mülki icraat qaydasında kommersiya mübahisəsinə dair iş kimi məhkəmədə baxılması mümkün olmasına baxmayaraq, iddiaçı tərəfindən hansı məbləğdə vergi borcunun olması, həmçinin vergi borcunun iddiaçıya və ya üçüncü şəxsə ödənilməsi dəqiqləşdirilməmiş, iddia ərizəsində cavabdeh kimi Cavabdeh2 qeyd etsə də, məhkəmə elektron sisteminə əlavə cavabdeh kimi Cavabdeh1 MMC qeyd edilmiş, lakin həmin cəmiyyətə qarşı tələb irəli sürülməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edildikdən sonra mülki prosessual tələblərinə uyğun kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6842/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6842/2022
21.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver