Məhkəmə qərarları › İş №e-2-2(113)-6848/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6848/2025

05.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6848/2025 05.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X12 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İdddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X8rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət S u X4 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X13 tərəfindən iddiaçıya qanunsuz olaraq hesablanmış 10598 manat pulun silinməsi və ödənilmiş 122 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum ünvan 1 ünvanda yerləşən obyektdə (kod:020799, müqavilə №********) obyektə baxış keçirilmiş və guya ki orada su satışı həyata keçirilirmiş və müqavilədə sudan xammal kimi fəaliyyət göstərmək qeyd edilməmişdir. Həmin vaxt mən iştirak etməmişəm və nəticədə akt tərtib edilmişdir. Akta əsasən mənə 10598 manat borc hesablanmışdır. Halbuki mən etibarnamə üzrə bütün hüquqlarımı oğlum X5 ötürmüşəm və onun fəaliyyəti isə su satışı deyil, yalnız butulkaların tutulması və satışıdır. Belə olan halda hansı əsasla mənə borc hesablanmasını anlaya bilmirəm. Aşağıda qeyd olunanlaraəsasən borcu qanunsuz və əsassız hesab edirəm. Belə ki, illlərdi mən qanuni şəkildə fəaliyyət göstərirəm və hazırda da oğlum fəaliyyət göstərməkdədir. Oğlumun fəaliyyəti yuxarıda qeyd etdiyim kimi butulka satışı ilə bağlıdır. Belə olan halda necə sudan xammal kimi istifadə yazıla bilər? Cavabdehin əməkdaşları yerində yoxlama apararkən də görmüşlər ki ərazidə ancaq butulkalardı və onların yuyulması həyata keçirilir və başqa bir şey də aşkar olunmamışdır. Buna baxmayaraq mənə borc hesablanmışdır. Qeyd etmək istəyirəm ki, mənim fəaliyyətim dayanmışdır və baxış keçirilərkən mənim və ya əməkdaşlarımın iştirakı təmin edilməmişdir. Çünki borc mənə yazıldığından mənim bu hüquqların pozulmuşdur. Bundan başqa nəzərinizə çatdırmaq istəyirəm ki, “Azərsu” tərəfindən cənab prezidentin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında sərəncamı, eləcə də sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanun heçə sayılmış, mənə məxsus obyektdə qanunsuz yoxlama aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur ki, (maddə 3) Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.”.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qeyd olunan qeyri yaşayış sahəsi Yusifov Rauf tərəfindən butulka yuma fəaliuuəti ilə məşğul olmaq üçün istifadə olunur. Rauf ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, bununla bağlı olaraq icarə olunan sahədə İddiaçı fəaliyyəti dayandırılmışdır. Bununla bağlı müvafiq sənədlər əlavə edilmişdir. Keçən məhkəmə iclası zamanı cavabdehə sual ünvanlanmışdır ki, plandankənar yoxlamanın aparılması üçün hüquqi əsaslar olmadan həmin yoxlama hansı səbəbdən həyata keçirilmişdir, lakin suala cavab ala bilməmişdik. Təqdim edilmiş daşıyıcı (disk) üzrə materiallara da tərəfimizdən baxış keçirilmişdir.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Qeyd olunan müəssisə müəyyən müddət ərzində “Limonad sexi” adı altında fəaliyyət göstərmişdir. Tərəfimdən həmin ünvana bir neçə dəfə baxış keçirilmişdir. Müəssisə hazırda rayon ərazisində “Amor Su” brendi adı altında suyun satışını həyata keçirdiyi aşkar edilmişdir. Aparılmış araşdırma məhz qeyd olunan ünvan üzrə aparılmış və nəticələr həmin ünvana dair olmuşdur. Ədliyyə Nazirliyi tərəfindən qərar qəbul edildikdən sonra istehsalatda istifadə olunan filtrlər ərazidən götürülmüşdür.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. xx.xx.2025-ci il tarixli 1004 saylı aktdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Hövsan qəsəbəsi Çöllük küçəsi ev 21 ünvanında qeyri-əhali obyektində su satışı fəaliyyət göstərir,alkin müqavilədə suda xammal kimi fəaliyyət göstərməsi qeyd olunmayıb.

8. İddiaçı ilə X9 arasında bağlanılmışxx.xx.2024-cü il tarixli icarə müqavləsinə əsasən "İcarəyə verən"ona məxsus, AZ1089, Bakı şəhəri Suraxanı rayonu, Hövsan ŞTQ,ev çöllük 37 a ünvanında yerləşən icarə obyektinin (kod: **********-19002) 76 kv.m (76 kv. m. əsas, 00 kv. m. yardımçı) sahəsini "icarəçiyə" öz fəaliyyətini həyata keçirmək üçün icarəyə verir.

9. 020799/19004426 saylı abonent kodu olan ətraflı abonent kartından görünür ki, xx.xx.2025-ci il tarixinə abonent İddiaçı 10595.50 manat məbləğində borc hesablanmışdır.

10. İş materiallarına əlavə edilmiş 1 ədəd fləş kartda olan videgörüntülərdə akt tərtib olunan gün cavabdeh tərəfindən aparılam videogöörüntü tədqiq olundu.

11. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 avqust 2025-ci il tarixli KY252320940 saylı çıxarışa əsasən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində İddiaçı aid limonad sexində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.

12. İqtisadiyyat Nazirliyi Dövət Vegi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin,fialının,nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uşotaalınması haqqında arayışa əsasən X3 ünvan 3 ünvanında yerləşən **********- 19001 kodu olan təsərrüfat subyekti butulka sexi kimi qeydiyyata alınmışdır.

V. Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.7-ci bəndə əsasən, reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. VI. Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 020799/19004426 saylı abonent kodu olan İddiaçı ünvan 4 ünvanında qeyri-əhali obyektində sudan istifadə edir. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X13 tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli 1004 saylı aktda qeyd olunan “sudan xammal kimi istifadə etməsi” əsası ilə 10598 manat məbləğində cərimə edilmişdir.

20. İddiaçınınının nümayəndəsi bildirir ki, qeyri yaşayış sahəsində həyata keçirilən fəaliyyət “butulka yuyulmasından” ibarət fəaliyyətdir, cavabdeh tərəfindən tərtib edilən akt qanunsuzdur və bu səbəbdən həmin akt əsasında iddiaçıya yazılan məbləğ silinməlidir.

21. Cavabdehin nümayəndəsi bildirir ki, qeyd olunan müəssisə müəyyən müddət ərzində “Limonad sexi” adı altında fəaliyyət göstərmişdir. Tərəfimizdən həmin ünvana bir neçə dəfə baxış keçirilmişdir. Müəssisə hazırda rayon ərazisində “Amor Su” brendi adı altında suyun satışını həyata keçirdiyi aşkar edilmişdir.

22. İş materiallarına əlavə olunmuş sənədlər,habelə tərəflərin izahatı ilə təsdiq olunur ki, X3 faktiki istifadəsində olan Bakı şəhəri,Hövsan qəsəbəsi,Çöllük küçəsi,ev 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi butulka sexi kimi fəaliyyət göstərir. Məhkəmənin baxış iclası zamanı videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmiş və həmin videogöürntülərdə iddiaçı tərəfindən su istehsalı həyata Cavabdehin nümayəndəsi tərəfindən etirazın əsası kimi göstərilən iddiaçının adıçəkilən qeyriyaşayış sahəsində sudan xammal kimi istifadə etməsi və suyu “Amor su” adı altında satışa çıxarması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır.

23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.

24. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticəsi işin halları ilə öz təsdiqini tapmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı hesablanmış 10598 manat məbləğində borc silinməlidir.

27. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 122 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən İddiaçı hesablanmış 10598 (on min beş yüz doxsan səkkiz) manat məbləği silinsin. 122 (yüz iyirmi iki) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar