Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6863/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada; - DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15,639.24 (on beş min altı yüz otuz doqquz manat iyrimi dörd qəpik) manat əsas borc, 486.56 (dörd yüz səksən altı manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 16,125.80 (on altı min bir yüz iyirmi beş manat səksən qəpik) manat; -DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99,685.58 (doxsan doqquz min altı yüz səksən beş manat əlli səkkiz qəpik) manat əsas borc, 1,223.92 (bir min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat faiz borcu borcu olmaqla, cəmi 100,909.50 (biryüz min doqquz yüz doqquz manat əlli qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 407.04 (dörd yüz yeddi manat dörd qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC(bundan sonra “Borcalan”) arasında xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00362571LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra tərəflər arasında həmin Ümumi şərtlər toplusu daxilində xx.xx.2023-cü il tarixli DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150,000 (bir yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa tərəflər arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05126LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanı imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Ümumi şərtlər toplusu daxilində Borcalan ilə xx.xx.2022-ci il tarixliDC00362571- 02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Borcalan "xxxx" MMC-nin Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh1 MMCarasında DC00362571-04saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2024-cü il tarixli Z6227 saylı zaminlik müqaviləsi, Bank ilə Cavabdeh2 arasında DC00362571-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********147 saylı və DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2023-cü il tarixli DG**********702 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalanlar qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişlər. Borcalan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri: - DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15,639.24 (on beş min altı yüz otuz doqquz manat iyrimi dörd qəpik) manat əsas borc, 486.56 (dörd yüz səksən altı manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 16,125.80 (on altı min bir yüz iyirmi beş manat səksən qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı: 123 gün. -DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99,685.58 (doxsan doqquz min altı yüz səksən beş manat əlli səkkiz qəpik) manat əsas borc, 1,223.92 (bir min iki yüz iyirmi üç manat doxsan iki qəpik) manat faiz borcu borcu olmaqla, cəmi 100,909.50 (bir yüz min doqquz yüz doqquz manat əlli qəpik) manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdehlər tərəfindən borcla bağlı heç bir ödəniş həyata keçirilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
6. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Cavabdeh3 MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00362571LE/2019 saylı Razılaşma imzalanmışdır.
8. İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli DC00362571-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 150,000 (bir yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
9. Cavabdeh3 MMC ilə iddiaçı arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05126LE/2019 saylı Razılaşma imzalanmışdır. 10.İddiaçı ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250,000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
11. İddiaçı ilə Cavabdeh1 MMC arasında DC00362571-04saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2024-cü il tarixli Z6227 saylı zaminlik müqaviləsi imzalanmışdır.
12. İddiaçı ilə Cavabdeh2 arasında DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********147 saylı zaminlik müqaviləsi imzalanmışdır.
13. İddiaçı ilə Cavabdeh2 arasında DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2023-cü il tarixli DG**********702 saylı zaminlik müqaviləsi imzalanmışdır.
14. Zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 15.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00316-2024/3 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə DC00362571- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 15639,24 manat, cərimə borcu 486,56 manat olmaqla cəmi 16125,80 manat, DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 99685,58 manat, faiz borcu 1223,92 manat olmaqla cəmi 100909,50 manat təşkil edir. 16.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 17.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15639,24 manat əsas borc, DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99685,58 manat əsas borc, 1223,92 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 486,56 manat hesablanmış dəbbə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, DC00362571- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15639,24 manat əsas borc, 486,56 manat cərimə borcu, DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99685,58 manat əsas borc, 1223,92 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 407,04 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 birgə qaydada DC00362571-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15639,24 manat əsas borc, 486,56 manat cərimə borcu, DC00362571-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99685,58 manat əsas borc, 1223,92 manat faiz borcu, 407,04 manat dövlət rüsumu, ümumilikdə 117442,34 (bir yüz on yeddi min dörd yüz qırx iki manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova