Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-688/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz, cərimə borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada; - DC90000514- 11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,285.59 manat əsas borc, 228.94 manat faiz borcu, 7.68 manat cərimə borcu olmaqla, cəmi 11,522.21 manat məbləğində borcun; - DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,260.79 manat əsas borc, 138.84 manat faiz borcu, 27.89 manat cərimə borcu olmaqla, cəmi 4,427.52 manat məbləğində borcun; - DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,449.24 manat əsas borc, 237.06 manat faiz borcu, 3.98 manat cərimə borcu olmaqla, cəmi 18,690.28 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 193.92 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) iləCavabdeh2 MMC(bundan sonra “Borcalan”) arasında xx.xx.2023-cü il tarixdə onGTC- 90000514LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2023-cü il tarixli 1.0.6 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X7 çərçivəsində aşağıdakı Maliyyələşdirmə üçün ərizələr imzalanmışdır: - DC90000514-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalanaxx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.633 (iyirmi iki min altı yüz otuz üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalanaxx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25000 (iyirmi beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.893 (iyirmi iki min səkkiz yüz doxsan üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış DC90000514-03 saylıMaliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********515 saylı, DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrəCavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********344 saylı, DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrəCavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********400 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın “FERMİNA MMC”nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,285.59 (on bir min iki yüz səksən beş manat əlli doqquz qəpik) manat əsas borc, 228.94 (iki yüz iyirmi səkkiz manat doxsan dörd qəpik) manat faiz borcu, 7.68 (yeddi manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11,522.21 (on bir min beş yüz iyirmi iki manat iyirmi bir qəpik) manat təşkil edir, gecikmə günü: 43 - DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,260.79 (dörd min iki yüz altmış manat yetmiş doqquz qəpik) manat əsas borc, 138.84 (bir yüz otuz səkkiz manat səksən dörd qəpik) manat faiz borcu, 27.89 (iyirmi yeddi manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,427.52 (dörd min dörd yüz iyirmi yeddi manat əlli iki qəpik) manat təşkil edir, gecikmə günü: 48 - DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,449.24 (on səkkiz min dörd yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat əsas borc, 237.06 (iki yüz otuz yeddi manat altı qəpik) manat faiz borcu, 3.98 (üç manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 18,690.28 (on səkkiz min altı yüz doxsan manat iyirmi səkkiz qəpik) manat təşkil edir, gecikmə günü: 61 İddiaçı ASCiddia ərizəsinin məhkəməyə verilməsi üçün 193.92 (bir yüz doxsan üç manat doxsan iki qəpik) manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış X4 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixdə onGTC- 90000514LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2023-cü il tarixli 1.0.6 versiyası imzalanmışdır.
8. Həmin müqaviləyə əsasən:
9. Müqavilənin 1-ci maddəsinə əsasən bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X4 Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2023-ci il tarixli 1.0.6 NQ-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
10. Müqavilənin 1-ci maddəsinə əsasən müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, Bank ilə Müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikləri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir.
11. Tərəflər arasında X7 çərçivəsində Maliyyələşdirmə üçün ərizələr imzalanmışdır: - DC90000514-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.633 (iyirmi iki min altı yüz otuz üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25000 (iyirmi beş min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. - DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.893 (iyirmi iki min səkkiz yüz doxsan üç) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
12. Bank ilə Borcalan arasında bağlanılmış DC90000514-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********515 saylı, DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********344 saylı, DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********400 saylı zaminlik müqavilələri bağlanmışdır.
13. 24.09.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC”-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,285.59 (on birmin ik yüz səksən beş manat əlli doqquz qəpik) manat əsas borc, 228.94 (iki yüz iyirmi səkkiz manat doxsan dörd qəpik) manat faiz borcu, 7.68 (yeddi manat altmış səkkiz qəpik manat cərimə borcu olmaqla, cəmi 11,522.21 (on bir min beş yüz iyirmi iki mana' iyirmi bir qəpik) manat təşkil edir, gecikmə günü: 43; DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,260.79 (dörd min iki yüi altmış manat yetmiş doqquz qəpik) manat əsas borc, 138.84 (bir yüz otuz səkkiz mana' səksən dörd qəpik) manat faiz borcu, 27.89 (iyirmi yeddi manat səksən doqquz qəpik manat cərimə borcu olmaqla, cəmi 4,427.52 (dörd min dörd yüz iyirmi yeddi mana əlli iki qəpik) manat təşkil edir, gecikmə günü: 48; DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,449.24 (on səkkiz mir dörd yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat əsas borc, 237.06 (iki yüz otu; yeddi manat altı qəpik) manat faiz borcu, 3.98 (üç manat doxsan səkkiz qəpik) mana cərimə borcu olmaqla, cəmi 18,690.28 (on səkkiz min altı yüz doxsan manat iyirm səkkiz qəpik) manat təşkil edir, gecikmə günü: 61.
14. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/9752 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli DC9000Q514-03 saylı Maliyyələşdirmə üzrə ərizə (Kredit Əməliyyatı üzrə) Müqaviləsi üzrə: maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə - 4213,23 manat; faiz borcu üzrə - 135.29 manat: iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 4213,23 manat; faiz borcu üzrə 234,77 manat; xx.xx.2023- cü il tarixli DC90000514-11 saylı Maliyyələşdirmə üzrə ərizə üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə - 11294,81 manat; faiz borcu üzrə - 208,01 manat: iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 11294,81 manat; faiz borcu üzrə - 474,70; xx.xx.2023- cü il tarixli DC90000514-13 saylı Maliyyələşdirmə üzrə ərizə üzrə; maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə -18607,90 manat; faiz borcu üzrə - 43,94 manat: iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 18065,00 manat; faiz borcu üzrə - 85,31 manat müəyyən edilmişdir.
15. Məhkəmə tərəfin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilələr üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır.
26. Bundan əlavə, məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/9752 saylı rəyinə əsasən xx.xx.2022-ci il tarixli DC9000Q514-03 saylı Maliyyələşdirmə üzrə ərizə (Kredit Əməliyyatı üzrə) Müqaviləsi üzrə: maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə - 4213,23 manat; faiz borcu üzrə - 135.29 manat, xx.xx.2023-cü il tarixli DC90000514-11 saylı Maliyyələşdirmə üzrə ərizə üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə - 11294,81 manat; faiz borcu üzrə - 208,01 manat, xx.xx.2023- cü il tarixli DC90000514-13 saylı Maliyyələşdirmə üzrə ərizə üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc üzrə -18607,90 manat; faiz borcu üzrə - 43,94 manat müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışda göstərilən tarixlərə yaranmış borc tutularkən DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc ekspert rəyində daha yuxarı müəyyən edildiyi üçün iddia tələbinə uyğun, faiz borcu ekspert rəyində daha aşağı həddə müəyyən edildiyi üçün rəyə uyğun, DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas və faiz borcu isə ekspert rəyi daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc və faiz borcu ekspert rəyində iddia ərizəsinin verildiyi tarixə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
30. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı maliyyələşdirmə üçün ərizələr üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə xx.xx.2023-cü il tarixli, DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 7,68 manat, xx.xx.2022-ci il tarixli, DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizəsin əsasən 27,89 manat, xx.xx.2023-cü il taixli DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən 3,98 manat cərimə pullarının cavabdehlərdən müştərək tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pullarının əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz şəkildə yüksək olmadığına görə DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,68 manat, DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,89 manatı, DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,98 manat məbləğində dəbbə pulları cavabdehlərdən tutulmalıdır.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.285,59 manat əsas borc, 208,01 manat faiz borcu, 7,68 manat dəbbə pulu, DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4213,23 manat əsas borc, 135,29 manat faiz borcu, 27,89 manat dəbbə pulu; - DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18065 manat əsas borc, 85,31 manat faiz borcu, 3,98 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 193,92 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 193,92 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.
37. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193,92 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada DC90000514- 11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.285,59 manat əsas borc, 208,01 manat faiz borcu, 7,68 manat dəbbə pulu, DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4213,23 manat əsas borc, 135,29 manat faiz borcu, 27,89 manat dəbbə pulu; - DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18065 manat əsas borc, 85,31 manat faiz borcu, 3,98 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 193,92 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova