Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6886/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh4, Cavabdeh2 ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh4, Cavabdeh2 ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh4, Cavabdeh2 ASC və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 ASC və Cavabdeh4 müştərək qaydada 160,545 (yüz altmış min beş yüz qırx beş) manat məbləğində maddi ziyan və 451 (dörd yüz əlli bir) manat dövlət rüsumu, cəmi 160,996 (yüz altmış min doqquz yüz doxsan altı) manat pulun tutularaq, iddiaçılar İddiaçı2, X8 və İddiaçı5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə aqrar islahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN:193 saylı dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinə Qobustan rayonunun Xilmilli kəndində sahəsi 61107,44 kvadrat metr, JN:191 saylı dövlət aktına əsasən İddiaçı5 Qobustan yonunun Xilmilli kəndində sahəsi 214103,58 kvadrat metr, JN:192 saylı dövlət aktına əsasən X5 Qobustan rayonunun Xilmilli kəndində sahəsi 183514,62 kvadrat metr torpaq sahələri verilmişdir. İddiaçılar həmin torpaq sahələrini 2006-cı ilə qədər istifadə etmiş, orada əkin işləri aparmışlar. 2007-ci ilin sentyabr ayında Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 onlarla danışaraq, həmin torpaq sahələrini 10 illik müqavilə əsasında icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçılar Cavabdeh4 əvvəlcədən tanıyıb etibar etdikləri üçün onunla razılaşmış və torpaq sahələri ilə bağlı dövlət aktlarını icarə müqaviləsi bağlanması üçün ona vermişlər. Razılaşmalarına əsasən torpaq sahələrinin icarəsinə görə Cavabdeh4 İddiaçı2 1500 (min beş yüz) manat, İddiaçı5 6200 (altı min iki yüz) manat, İddiaçı4 isə 5400 (beş min dörd yüz) manat məbləğində pul ödəməli idi. Cavabdeh4 həmin pulları İddiaçı5 götürmüşdür. Həmin vaxtdan sonra iddiaçılar öz torpaq sahələri ilə maraqlanmamışlar. Çünki, torpaq sahələrinin icarə müqaviləsi əsasında Cavabdeh4 istifadəsində olduğunu zənn etmişlər. 2017-ci ilin sentyabr ayında 10 illik icarə müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh4 müraciət edərək, artıq torpaq sahələrindən özləri istifadə etmək istədiklərini bildirmişlər. Lakin Cavabdeh4 onlara tələsməmələrini və müqavilənin müddətinin uzadılması ehtimalı olduğunu bildirmişdir. İddiaçılar Bakı şəhərində yaşadıqları üçün torpaq sahələri ilə rahat maraqlana bilməmişlər. 2021-ci ilin təxminən oktyabr ayında iddiaçılara məxsus torpaq sahələrinin guya İddiaçı5 Cavabdeh4 verdiyi etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixdə saxta alqı-satqı müqaviləsi ilə Cavabdeh2 ASC-yə satıldığını öyrənmişlər. Halbuki, iddiaçılar heç kəsə torpaq sahəsi üzərində sərəncam vermək hüququ ilə bağlı etibarnamə verməmişlər. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi kimi X7 iştirak etmişdir. Bu məsələ ilə əlaqədar Cavabdeh4 müraciət etdikdə o, torpaq sahələrinin İddiaçı5 ona verdiyi etibarnamə əsasında satıldığını bildirmişdir. Lakin iddiaçılarla Cavabdeh4 arasında icarə və sair müqavilələr bağlanmamışdır. Cavabdeh4 iddiaçıları aldadaraq, torpaq sahələrini saxta alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ASC-yə satmışdır. 2021-ci ilin oktyabr ayında iddiaçılar özlərinə məxsus olan torpaq sahələrinin özləri tərəfindən imzalanmamış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 ASC-yə satıldığını bildikdən sonra ərizə ilə Qobustan Rayon Prokurorluğuna müraciət etmişlər. İddiaçıların ərizəsi əsasında Qobustan Rayon Prokurorluğunda araşdırma aparılmış və 11 noyabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Qobustan rayon prokuroru tərəfindən nəzarət qaydasında xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Əlavə araşdırma aparıldıqdan sonra Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən 17 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən əlavə araşdırma aparılması nəticəsində müəyyən olunmuşdur ki, Qobustan rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh3 notariat rəsmiləşdirilməsi aparıldıqda rəsmi sənəd hesab olunan torpağın alqısatqı müqaviləsinin nüsxəsinin notariusda saxlanılmasını, habelə notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək, 26 noyabr 1999-cu il tarixli, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini kobud surətdə pozub 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsini imzası və möhürü ilə təsdiq etməklə, həmin müqavilənin nüsxəsinin notariusda saxlanılmasını və notariat hərəkətlərinin qeydiyyatı reyestrində bu barədə qeydiyyatın aparılmasını təmin etməmiş, həmçinin, həmin müqaviləyə sair şəxsi niyyətlə Cavabdeh4 Qobustan Rayon Dövlət Notariat Kontorunun etibarnaməsinə əsasən İddiaçı2, İddiaçı5 və X3 adından səlahiyyətli şəxs kimi iştirak etməsi barədə məlumat daxil etsə də, qeyd olunan etibarnaməni Qobustan Rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirməmiş, 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı2 məxsus 61107,44 kvadrat metr torpaq sahəsi 9180 manata, İddiaçı5 məxsus 214103,58 metr torpaq sahəsi 32100 manata, X5 məxsus 183514,62 metr torpaq sahəsi 28500 manata Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X2 və nəticədə İddiaçı2, İddiaçı5 və X3 qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Qərara əsasən göstərilən hərəkətləri törətdiyinə görə Qobustan rayon Dövlət Notariat Kontorunun sabiq notariusu Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrinin tərkib əlamətlərinin mövcud olduğu müəyyən edilmişdir. Lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün Cavabdeh3 ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası CPM-in 39.1.3cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 17 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından iddiaçılar İddiaçı2, İddiaçı5 və X8 tərəfindən özlərinə məxsus olan torpaq sahəsinin alqı-satqısına dair Qobustan rayonu Xilmilli Bələdiyyəsinin sədri Cavabdeh4 heç bir etibarnamə verilmədiyi, mövcud olmayan etibarnamə əsasında 07 oktyabr 2007-ci il tarixli, 1s-924 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 tərəfindən Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən İddiaçı2 məxsus 61107,44 kvadrat metr torpaq sahəsinin 9180 manata, İddiaçı5 məxsus 214103,58 metr torpaq sahəsinin 32100 manata, X5 məxsus 183514,62 metr torpaq sahəsinin 28500 manata Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsi və təsisçisi X1 və nəticədə İddiaçı2, İddiaçı5 və X3 qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu müəyyən edilir. Həmçinin, torpaq sahələri iddiaçılara dövlət aktı əsasında verildiyindən və iddiaçıların bütün ailə üzvlərinin həmin torpaq sahələrində payları müəyyən edildiyindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 ASC həmin torpaq sahələrinə üçüncü şəxslərin hüquq və tələblərinin olmasını bilməli idilər və bu baxımdan onlar da iddiaçılara dəymiş zərərə görə Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-63/24 saylı rəyinə əsasən Qobustan rayonunun Xilmilli kəndində 1 ha torpaq sahəsinin bazar dəyəri 3500 (üç min beş yüz) manat təşkiledir. İddiaçılara məxsus olan torpaq sahələrinin ümumi sahəsi 45,87 ha təşkil etdiyi üçün istinad edilən rəy nəzərə alındığı halda cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçılara 160,545 (yüz altmış min beş yüz qırx beş) manat məbləğində maddi ziyan (45.87*3500 = 160545) vurulduğu müəyyən edilir. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçılar həm də itirdikləri torpaq sahələri üzərində mülkiyyət hüquqlarından məhrum olmuşlar.
3. Daha sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı2 xeyrinə 24182 manat pul, 451 manat dövlət rüsumu, iddiaçı X3 xeyrinə 62332 manat pul, 150 manat dövlət rüsumu, İddiaçı5 oğlunun xeyrinə 74031 manat pul, 150 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar Qobustan Rayon Məhkəməsinə alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Qobustan Rayon Məhkəməsi onların iddiasını rədd etmişdir. İddiaçılar həmin qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2024- cü il tarixdə 2(105)-250/2024 saylı qətnaməsi ilə iddiaçıların iddiasını təmin etməmiş, alqı-satqı müqavilələri etibarsız hesab edilməmiş, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə verilmiş iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də hesab edilir ki, verilmiş iddia əsassız olduğundan rədd olunmalıdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar tərəfindən iddia ərizəsinə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qobustan rayon prokurorunun müstəntiqi Gövhər Əmiyeva tərəfindən verilmiş qərar əlavə etmişdir. Həmin qərarda İddiaçı5 etiraf etmişdir ki, qardaşlarına və yuxarıda göstərilən dövlət aktında göstərilən şəxslərə çatan pul məbləğinin, yəni 13100 manat pulu 2007-ci ilinə sentyabr ayında şəxsən almışdır. Yəni, torpağın alqı-satqısı ilə əlaqdar pullar İddiaçı5 tərəfindən tam şəkildə alınmışdır. Digər iddiaçılar da bu faktı təsdiq etmişlər. İddiaçıların nümayəndəsi xx.xx.2024-cü ildə yazdığı etirazda etiraf edir ki, Cavabdeh4 heç kimə zərər vurmamışdır və bununla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə istinad etmişdir. İddiaçılar Qobustan rayon Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək onların hazırkı məhkəmədə iddia etdikləri torpaqla əlaqədar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəmişlər. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)- 250/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçların iddiası rədd olunmuşdur. İddiaçılar apellyasiya qərarından Ali Məhkəməyə şikayət verməmişlər və qərar qüvvədədir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qobustan rayon prokurorunun müstəntiqi Gövhər Əmiyeva tərəfindən verilmiş qərarda göstərilmişdir ki, Qobustan rayonu, Xilmilli kənd sakini Cavabdeh4 tərəfindən rəsmi sənədlərin saxtalaşdırlılması, qanunsuz hazırlanması və ya saxta sənədlərdən istifadə etməklə, həmçinin X5 və qardaşlarının Cavabdeh4 tərəfindən aldadaraq rayonun Xilimli kəndində yerləşən torpaq sahələrinin qanunsuz olaraq satılması öz təsdiqini tapmadığından və onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir və qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. JN-191 saylı dövlət aktına əsasən Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonu, Xilmilli kəndində yerləşən 22,21 ha torpaq sahəsi İddiaçı5 və ailə üzvlərinin adına ayrılmışdır.
14. JN-192 saylı dövlət aktına əsasən Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonu, Xilmilli kəndində yerləşən 19,04 ha torpaq sahəsi İddiaçı4 və ailə üzvlərinin adına ayrılmışdır.
15. JN-193 saylı dövlət aktına əsasən Qobustan Rayonu Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Qobustan rayonu, Xilmilli kəndində yerləşən 6,34 ha torpaq sahəsi İddiaçı2 və ailə üzvlərinin adına ayrılmışdır.
16. xx.xx.2007-ci il tarixli, 1s-294 nömrəli torpağın alqı-satqı müqaviləsinə əsasən iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 (müqaviləni etibarnamə əsasında Cavabdeh4 iddiaçıların adından bağlamışdır) onlara məxsus Qobustan rayonu, Xilmilli kəndində yerləşən, sahələri müvafiq olaraq 183514,62 kv.m, 61107,44 kv.m və 214103,58 kv.m olan torpaq sahələrini 28500 manat, 9180 manat və 32100 manat qarşılığında Cavabdeh2 ASC-yə satmışlar.
17. Qobustan rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 fevral 2023-cü il tarixdə qərara əsasən, toplanmış material üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cavabdeh3 barəsində cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə Cavabdeh4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-250/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X9 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Qobustan rayonu Xilmilli Bələdiyyəsinə, Cavabdeh4, Cavabdeh2 ASC-yə və Qobustan Rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışların ləğv edilməsi” barədə iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
19. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
23. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
24. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
25. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
26. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
27. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
30. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
34. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşımaları üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
35. İddiaçılar özlərinə məxsus olmuş torpaq sahələrinin satılması nəticəsində onlara maddi ziyan dəydiyini, torpağın hazırkı bazar qiymətinə uyğun onlara maddi zərər ödənilməli olduğunu iddia edirlər.
36. İddiaçılar Cavabdeh2 ASC tərəfindən onlara torpaq sahələrinin əldə edilməsi ilə bağlı zərər vurulduğunu iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli, 1s-294 nömrəli torpağın alqı-satqı müqaviləsinə əsasən iddiaçılara məxsus Qobustan rayonu, Xilmilli kəndində yerləşən torpaq sahələri Cavabdeh2 ASC-yə satılmış, həmin müqavilənin etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən qaldırılmış iddia təmin edilməmiş, yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
39. Bundan əlavə, iddiaçılar onlara məxsus topraq sahələrinin xx.xx.2007-ci il tarixli, 1s-294 nömrəli torpağın alqı-satqı müqaviləsi üzrə qanunsuz olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən satılması barədə hüquq mühafizə orqanlarına şikayət etmiş, xx.xx.2023-cü il tarixdə Qobustan Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh4 əməllərində cinayət tərkibinin olmaması (sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlanması, saxta sənədlərdən istifadə edilməsi, iddiaçıları aldadaraq torpaq sahələrini satması), Cavabdeh3 isə notarius kimi vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi (alqı-satqı müqaviləsinin bir nüsxəsinin notariat ofisində saxlamaması, qeydiyyat reyestrində müvafiq qeydiyyatın aparılmaması) müəyyən edilmişdir.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
41. İddia ərizəsində, habelə məhkəmə iclasında verdikləri izahatlarında iddiaçılar onlara Cavabdeh4 tərəfindən torpağın satılması ilə bağlı deyil, icarəyə verilməsi ilə bağlı vəsait ödənildiyini göstərmişlər, Cavabdeh4 nümayəndəsi həmin torpaq sahələri ilə bağlı icarə müqaviləsinin olması barədə dəlilinin əsassız olduğunu göstərmişdir.
42. Məhkəmə iddiaçıların onlara ödənilmiş vəsaitlərin icarə haqqı olması barədə dəlillərini əsassız hesab edir.
43. Belə ki, iddiaçılar tərəfindən ümumiyyətlə məhkəməyə torpaqların icarəyə verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, torpaqların icarəyə verilməsi ilə bağlı razılaşmanın şifahi olması bildirilmişdir.
44. Halbuki, “Torpaq icarəsi haqqında” AR Qanununun 10-cu maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
45. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 450,32 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh4, Cavabdeh2 ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 450,32 (dörd yüz əlli manat otuz iki qəpik) manat dövlət rüsumu iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova