Məhkəmə qərarları › İş №e-2-2(113)-69/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-69/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-69/2023 11.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və Cavabdeh firmasının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh firmasına qarşı müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində yerləşən 250000 m2 torpaq sahəsinə dair aylıq icarə haqqı 75000 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması, icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 400 manat məbləğində vəsaitin cavabdehdən xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh firması tərəfindən dövlət mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250000 m2 torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2021-ci il tarixli, **********22 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında “Yeganə” firmasının, “Arazavia” firmasının və Cavabdeh firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh firması arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250000 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 0786 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsinə və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinin Cavabdeh firmasının icarəsinə verməkdə səlahiyyətli olmuşdur. Ticarət Mərkəzi inşa edildikdən sonra həmin qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahələri Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzinin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2021-ci il tarixli, UNİ/A 202-670/21 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 30000000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh firmasının nümayəndəsi, Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazda bildirmişdir ki, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehlə müqavilənin bağlanması öhdəliyini müəyyən etməyə çalışmış və bu tələbini "icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" Azərbaycan Respubikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının 1-ci bəndi ilə əsaslandırmışdır. Lakin, biz bu əsaslandırma ilə razı deyilik, düşünürük ki, aşağıdakı iki səbəbə görə qeyd edilən əsaslandırma düzgün olmamışdır. Belə ki, həmin Fərmanın 1-ci bəndinin birinci hissəsindən də göründüyü kimi qeyd edilən Fərman dövlət əmlakını icarəyə vermə səlahiyyətini nəzərdə tutmuşdur ki, Fərmanın dərc edildiyi tarixdə Dövlət əmlakı və Dövlət Mülkiyyətində olan Torpaq sahələri fərqləndirilirdi. Hazırki mübahisə isə cavabdehə icarəyə verilən torpaq sahəsi ilə bağlı olduğundan düşünürük ki, bu əsaslanmanın düzgün olmadığını sübuta yetirən ilkin hal məhz budur. Bundan əlavə, Fərmanın dərc edildiyi tarixə və hazırki iş üzrə iddiaçının yaradıldığı tarixə nəzər salsaq görərik ki, qeyd edilən Fərmanda iddiaçının adının olması mümkün deyildi. Belə ki, Dövlət Əmlakının (torpaq sahələri istisna olmaqla) İdarə edilməsi sahəsində 1997-ci il tarixdə səlahiyyətlər Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinə məxsus olmuş, lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 1008 saylı Sərəncamı ilə bu qurumun əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi təsis edilmişdir. Sonradan "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 285 saylı Sərəncamı ilə sonuncu dövlət qurumunun bazasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Həmçinin onu da qeyd etməyi zəruri bilirik ki, hazırki iş üzrə cavabdeh "xxxx" Firması ilə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti arasında 19 iyul 2007-ci il tarixli Torpaq sahəsinin İcarəyə verilməsi haqqında 0786 saylı İcarə müqaviləsi mövcud olmuşdur ki, həmin müqavilə ilə dövlət mülkiyyətində olan torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsinin tarixinə nəzər salsaq görərik ki, icarə müqaviləsi iddiaçı təşkilatın yaradılmasından 2 il əvvəl bağlandığından iddia ərizəsində torpaq sahəsinin müqaviləsiz istifadə edilməsi ilə bağlı qeyd edilənlər əsassızdır. Həmçinin onu da qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huçuqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın qeyd edilən tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasında mülkiyyətin 3 növü fərqləndirilir ki, iddiaçı mülkiyyətçi kimi deyil, mülkiyyətçinin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Maraqlıdır ki, torpaq sahəsinin mülkiyyətçisi olan dövlətin bir digər səlahiyyətli nümayəndəsi də iş üzrə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətidir. Bu səbəbdən də düşünürük ki, iddiaçı onlara verilən səlahiyyətlərdən və hüquqlardan suiistifadə edir və nəinki bu hüquq və səlahiyyətlərdən hətta mülkiyyətdən belə sui-istifadə yolverilməzdir. İddiaçının iddia tələblərini əsaslandığı bir digər qanunvericilik aktı olan "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə oiunması tədbirləri haqqında" Azərbaycan Respubikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının 1-ci bəndinin sonrakı abzasında qeyd edilir ki, Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi, yaradıldığı günə qədər bağlanan müqavilələrdə varis hesab edilir. Bundan əlavə, iddia ərizəsində iddiaçının etirafından (ret. Bilc äririk ki, Bakı Şəhər İcra Hakimiyyəti dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsinə və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün Bakı Şəhər icra Hakimiyyəti həmin torpaq sahəsinin Cavabdeh firmasının icarəsinə verməkdə səlahiyyətli olmuşdur.) da görünür ki, cavabdehlə üçüncü şəxs araşında bağlanan icarə müqaviləsi qanuni və əsaslıdır, həmçinin, hal-hazırda qüvvədə olmaqla tərəflər üçün hycuq və öhdəliklər müəyyən edir. Kommersiya işinə əlavə etdiyimiz aerofoto çəkilişdən də göründüyü kimi torpaq sahəsi icarəyə verilərkən orada heç bir tikinti olmamış, həmin sahə göl və altında yerləşən boş torpaq sahəsindən ibarət olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh firmasının nümayəndəsi, Vəkil etiraza uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli 253 nömrəli Bakı ŞİH başçısının sərəncamında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X2 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, X6 boyunca yerləşmiş yarmarkaların köçürülməsinə dair “Yeganə” firmasına (xx.xx.2007-ci il tarixli 01 nömrəli məktub); “Arazavia” fırmasına (xx.xx.2007-ci il tarixli 15 nömrəli məktub); Cavabdeh firmasına (xx.xx.2007-ci il tarixli 01 nömrəli məktub) torpaq sahəsi ayrılması nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında həmin firmaların istifadəsinə verilmişdir. 19 iyul 2007-ci il tarixli 0784 nömrəli Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə görə, Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli 12110 nömrəli İnşaat pasportuna əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 250000 m2 torpaq sahəsi 49 il müddətə Cavabdeh firmasına icarəyə verilmişdir. xx.xx.2007-ci il tarixli Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən verilmiş 07/744 nömrəli (istifadəyə (icarəyə) verilən torpaq sahəsinin) ayrıc aktına görə, Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqində, Bakı-Salyan-Lökbatan yolayrıcının qərbində, 25 ha ərazi ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına verilmişdir. 16 avqust 2021-ci il tarixli UNİ/A 202670/21 nömrəli "xxxx" MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydə qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 25 ha torpaq sahəsinin 16 avqust 2021-ci il tarixinə bazar dəyəri 30000000 milyon manat təşkil edir. 13 fevral 2023-cü il tarixli 10707208 nömrəli 13060 manat məbləğində, 13 fevral 2023-cü il tarixli 10707201 nömrəli 8734 manat məbləğində, 13 fevral 2023-cü il tarixli 5100 manat məbləğində, 13 mart 2023-cü il tarixli ********** nömrəli 6528 manat məbləğində, 13 mart 2023-cü il tarixli 15 nömrəli 3000 manat məbləğində, 13 mart 2023cü il tarixli ********** nömrəli 1362 manat məbləğində ödəniş qəbzlərindən görünür ki, Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh firması tərəfindən icarə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 706.1, 390.1, 390.3, 399.1-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixli 253 nömrəli Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi “Yeganə” firması, “Arazavia” fırması və hazırki iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh firmasına icarəyə verilməsi qərara alınmış, 19 iyul 2007-ci il tarixli 0784 nömrəli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 250000 m2 torpaq sahəsi 49 il müddətə Cavabdeh firmasına icarəyə verilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir, belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə; 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmır. Bundan əlavə, mübahisəli ünvanda yerləşən torpaq sahəsinin icarəyə verilməsi barədə vaxtilə buna səlahiyyəti olan inzibati orqanla, yəni eyni əmlakla bağlı eyni hüquqi əsasla eyni tərəflər (hüquqi şəxslə dövlət orqanı) arasında müqavilə bağlanmışdır və həmin müqavilə hazırda da qüvvədədir ki, iddiaçı da öz növbəsində sözügedən müqavilənin qanuniliyini mübahisə etmir. Digər tərəfdən, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Məhkəmə bununla yanaşı qeyd edir ki, cavabdehin nümayəndəsi, vəkil tərəfindən sistemə yüklənilən ödəniş qəbzlərindən göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında icarə münasibətləri hələdə davam edir və dövlət büdcəsinə icarə haqqı ödənilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində yerləşən 250000 m2 torpaq sahəsinə dair aylıq icarə haqqı 75000 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması, icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 400 manat məbləğində vəsaitin cavabdehdən xidmətin xeyrinə tutulması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində yerləşən 250000 m2 torpaq sahəsinə dair aylıq icarə haqqı 75000 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması, icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 400 manat məbləğində vəsaitin cavabdehdən xidmətin xeyrinə tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar