Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-690/2022 15.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “X2” ASC-nin (LPO) (Azərbaycan Respublikası Mərkəzi Bank müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdehnə qarşı kredit müqaviləsi üzrə pul tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC-nin (LPO) Azərbaycan Respublikası Mərkəzi Bank müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.02.2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.816.350(on doqquz milyon səkkiz yüz on altı min üç yüz əlli) manat əsas borc, 1.332.277,78(bir milyon üç yüz otuz iki min iki yüz yetmiş yedd manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 5.846.362,40 (beş milyon səkkiz yüz qırx altı min üç yüz altmış iki manat, qırx qəpik) manat cərimə borcu, 2.248.605,27(iki milyon iki yüz qırx səkkiz min altı yüz beş manat, iyirmi yeddi qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 29.243.595,45 (iyirmi doqquz milyon iki yüz qırx üç min beş yüz doxsan beş manat, qırx beş qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 29 fevral 2016-cı il tarixli 12 nömrəli Kredit müqaviləsinə əsasən, tikinti fəaliyyətinin genişləndirilməsi məqsədi üçün 12 (on iki) ay müddətinə illik 7% dərəcəsi ilə 20.000.000 (iyirmi milyon) manat məbləğində kredit verilmişdir. Cavabdehkredit müqaviləsinin 4, 6.1 və 6.2-ci bəndlərinə əsasən kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləlsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindəncavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Daha sonra “X2” ASC (LPO) iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış 29 fevral 2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.716 350 (on doqquz milyon yeddi yüz on altı min üç yüz əlli) manat əsas borc, 763.485,19 (yeddi yüz altmış üç min dörd yüz səksən beş manat, 19 qəpik) manat faiz borcu, 8.055.457,04 (səkkiz milyon əlli beş min dörd yüz əlli yeddi manat 04 qəpik) manat cərimə borcu, 4 548.452,41 (dörd milyon beş yüz qırx səkkiz min dörd yüz əlli iki manat, 41 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014cü il tarixli qərarına əsasən hesablanan faiz borcu faiz borcu olmaqla, cəmi 33.083.744,64 (otuz üç milyon səksən üç min yeddi yüz qırx dörd manat, 64 qəpik) manat, 08 may 2015ci il tarixli 82 nömrəli Kredit müqaviləsi üzrə 20 000.000 (iyirmi milyon) manat əsas borc, 2.166.818,53 (iki milyon bır yüz altmış altı min səkkiz yüz on səkkiz manat, 53 qəpik) manat faiz borcu, 4.492.222,66(dörd milyon dörd yüz doxsan ıkı min iki yüz iyirmi iki manat 66 qəpik) manat cərimə borcu, 3 447.222.22 (uç milyon dörd yüz qırx yeddi min iki yüz iyirmi iki manat 22 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü ıl tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 30.106.263,41 (otuz milyon bir yüz altı min iki yüz altmış üç manat 41 qəpik) manat, 29 may 2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 (iyirmi milyon) manat əsas borc, 2.222.493 (iki milyon iki yüz iyirmi iki min dörd yüz doxsan üç) manat faiz borcu, 4.425.556,13 (dörd milyon dörd yüz iyirmi beş min beş yüz əlli altı manat 13 qəpik) manat cərimə borcu, 3.425.000 (üç milyon dörd yüz iyirmi beş min) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 12.2014-cü ıl tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 30.073.049,13 (otuz milyon yetmiş üç min qırx doqquz manat, 13 qəpik)manat, 05 iyun 2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 (iyirmi milyon) manat əsas borc, 2.017.773,53 (iki milyon on yeddi min yeddi yüz yetmiş üç manat, 53 qəpik) manat faiz borcu, 4.305.556 (dörd milyon uç yuz beş min beş yuz əlli altı) manat cərimə borcu, 3.369.444,44 (üç milyon üç yüz altmış doqquz min dord yuz qırx dörd manat, 44 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 29.692.773,97 (iyirmi doqquz milyon altı yüz doxsan iki min yeddi yüz yetmiş üç manat, 97 qəpik) manat, 28 iyul 2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə 10 000 000 (on milyon) manat əsas borc. 1.387.222,14(bır milyon uç yüz səksən yeddi min iki yüz iyirmi iki manat, 14 qəpik) manat faiz borcu, 1.938.056,26 (bır milyon doqquz yüz otuz səkkiz min əlli altı manat 26 qəpik) manat cərimə borcu, 1.618.055.56 (bır milyon altı yüz on səkkiz min əlli beş manat 56 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 14.943.333,96 (on dörd milyon doqquz yüz qırx üç min üç yüz otuz üç manat, 96 qəpik) manat, 29 oktyabr 2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas borc, 761.597,34 (yeddi yüz altmış bır min beş yüz doxsan yeddi manat, 34 qəpik) manat faiz borcu, 833.053,90 (səkkiz yüz əlli üç min əlli üç manat 90 qəpik) manat cərimə borcu, 747.222,22 (yeddi yüz qırx yeddi min ıkı yüz iyirmi ıkı manat, 22 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 12.2014-cü ıl tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7.341.873,46 (yeddi milyon üç yüz qırx bir min səkkiz yüz yetmiş üç manat, 46 qəpik) manat, 7 dekabr 2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 (beş milyon) manat əsas borc, 535.486,20 (beş yüz otuz beş min dörd yüz səksən altı manat. 20 qəpik) manat faiz borcu, 770 415.12 (yeddi yüz yetmiş min dörd yuz on beş manat 12 qəpik) manat cərimə borcu, 718.750 (yeddi yüz on səkkiz min yeddi yuz əlli) manat kredit uzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 7.024.651,32 (yeddi milyon iyirmi dörd min altı yüz əlli bir manat, 32 qəpik) manat, 8 yanvar 2016-cı il tarixli 4 nömrəli kredit müqaviləsi üzrə 10 000 000 (on milyon) manat əsas borc, 1 122 916.62 (bir milyon bir yuz iyirmi iki min doqquz yüz on altı manat, 62 qəpik) manat faiz borcu, 1.433.889,51 (bir milyon dörd yüz otuz uç min səkkiz yüz səksən doqquz manat, 51 qəpik) manat cərimə borcu,1.388.888.89 (bir milyon üç yüz səksən səkkiz min səkkiz yüz səksən səkkiz manat 89 qəpik) manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü ıl tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 13.945.695,02 (on üç milyon doqquz yüz qırx beş min altı yüz doxsan beş manat, 02 qəpik) manat, ümumilikdə 166.211.384,91 (bir yüz altmış altı milyon iki yüz on bir min yeddi yüz doqquz manat, 91 qəpik) manat borcun iş uzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetınə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun Cavabdehndən tutularaq ləğv prosessində olan “Dekabank" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun mülkiyyət huququ üzrə Azman Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2.67339 ha torpaq sahəsi və 66.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında qeyd etmişdir ki, kredit müqavilələri üzrə əsas vəsaitlərin cəlb edilməsi qismində Mərkəzi Bank çıxış etmişdir bununla bağlı olaraq Mətkəzi Bankın işə cəlb edilməsi zəruridir. İpoteka müqaviləsinin predmeti olan əmlaklar isə artıq mövcud deyil, həmin ərazilərdə olan qeyri-yaşayış və yaşayış sahələri uzun müddətdir ki sökülmüşdür. Həmin ərazilərdə artıq yeni yaşayış binaları tikilmişdir. İddiaçı tərəfindən "xxxx" KB ASC ilə Cavabdeh MTK arasında imzalanmış kredit müqavilələri ilə bağlı ümumi yığıncağın qərarları, yığıncağın keçirilməsinə dair sənədlər, kreditin ayrılması barədə təsisçilərin razılıqları olan sənədlər məhkəməyə təqdim edilməmişdir. İpoteka müqavilələri qanun pozuntusu ilə imzalanmış, bununla bağlı olaraq həmin müqavilələr etibarsız hesab olunmalı və ipoetka predmeti olan əmlak ipotekadan azad edilməlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC “bank”, “Azman MTK” “borcalan” olmaqla imzalanmış 29 fevral 2016-cı tarixli, 12 saylı kredit müqaviləsinə əsasən bu müqavilənin predmetini “bank”ın “borc alan”a 12 (on iki) ay müddətinə, illik 7 (yeddi ) faiz dərəcəsi ilə, 20 000 000 ( iyirmi milyon) manat məbləğində kredit verməyi, “Borc alan”ın isa krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri “Bank”a qaytarmasına dair pul öhdəliyi təşkil edir. Bu müqavilə “Borc alanla" və ya ipoteka qoyanla bağlanmış “29” fevral 2016-cı ıl tarixli ipoteka, girov, zaminlik müqaviləsi ilə təmin edilir və kreditin qaytarılmasının təminatı ilə bağlı münasibətlər hamin müqavilə ilə tənzimlənir. “Borc alana” kredit tikinti fəaliyyətinin genişləndirilməsi məqsəd üçün verilir. "xxxx" KB ASC “ipoteka saxlayan”, “Azman MTK” “ipoteka qoyan” olmaqla imzalanmış 08 aprel 2016-cı il tarixli 12 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bu müqavilənin predmetini “bank”la “borcalan” arasında bağlanılmış 12 saylı, 29 fevral 2016cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndində göstərilən və mülkiyyət hüququ üzrə “sonrakı ipoteka qoyan”a məxsus olan daşınmaz əmlakın ipoteka ilə təkrar yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankı “bank”, "xxxx" KB ASC “borcalan” olmaqla imzalnmış KBO15-1688 saylı, 14 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank” “Borcalana” 14 may 2015-ci il tarixindən etibarən 1079 gün müddətinə 20 000 000 (iyirmi milyon) manat məbləğində banklararası kredit verir. Azərbaycan Respublikası Mərkəzi Bankı “bank”, “İpoteka qoyan” Cavabdeh MTK, "xxxx" KB ASC “bank” , “borcalan” olmaqla imzalanmış 27 may 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən AR Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 2 ünvanında yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 avqust 2010-cu il tarixli Çıxarışı, seriya NJA № 0100102, reyestr №**********50-06301, qeydiyyat №1 1********). 1.2 bəndə əsasən İpoteka predmetinin ümumi dəyəri tərəfər arasında 130 000 000 (yüz otuz milyon) manat məbləğində qiymətləndirilmişdir. 1.3-cü bəndə əsasən bu müqavilə əsasında ipoteka qoyulan əmlak 14 may 2015-ci il tarixində Bakı şəhərində bağlanmış KB015-1688 saylı kredi müqaviləsinə əsasən “Bank”ın “Borcalan”a verdiyi 20 000 000 (iyirmi milyon) manat kreditin 27 aprel 2018-cl il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Kredit müqaviləsi üzrə faizlər hər rübün axırıncı ayının 25-dən gec olmayaraq “Bank”a ödənilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, RX seriyalı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri- yaşayış binası və 2,67339 ha torpaq sahəsi "xxxx" KB ASCnin xeyrinə 35 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 15 yanvar 2021-ci il tarixli, 9/5045 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 29 fevral 2016-cı il tarixli, 12 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh MTK-nın "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 20 fevral 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 21.320.611,11 AZN: əsas borc üzrə 20.000.000,00 AZN, faiz borcu üzrə 1.320.611,11 AZN. 28 yanvar 2020-ci il tarixə (iddia tarixinə illik 7%-lə hesablanmaqla) 24.718.605,90 AZN: əsas borc üzrə 19.816.350,00 AZN, faiz borcu üzrə 4.902.255,90 AZN. 28 yanvar 2020-ci il tarixə (iddia tarixinə illik 5%-lə hesablanmaqla) 23.549.664.53 AZN: əsas borc üzrə 19.8116.350,00 AZN faiz borcu (7%) üzrə 810.961,11 AZN, faiz borcu (5%) üzrə 2.922.353,42 AZN. 18 avqust 2021-ci il tarixli, 9/1917 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “’Borcalan” Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 20.04.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 2.120.377,07 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 4.130.512,90 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli, 82 saylı kredit müqaviləsi üzrə 20.04.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 19.701.371,79 manat, faiz borcu üzrə 3.945.490,26 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 27.04.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 20.000.000,00 manat, faiz borcu üzrə 2.205.826,40 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 20.000.000,00 manat, faiz borcu üzrə 4.405.826,40 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 29.05.2015-ci il tarixli, 87 saylı kredit müqaviləsi üzrə 27.04.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 20.000.000,00 manat; faiz borcu üzrə 4.039.159,74 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 18.05.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 2.013.963,60 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 4.143.608,60 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 05.06.2015-ci il tarixli, 91 saylı kredit müqaviləsi üzrə 18.05.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 19.996.666,75 manat, faiz borcu üzrə 3.788.667,77 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 06.07.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 1.383.094,92 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 2.285.312,46 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 28.07.2015-ci il tarixli, 120 saylı kredit müqaviləsi üzrə 06.07.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 9.992.257,08 manat, faiz borcu üzrə 2.203.292,69 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir. 05.10.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 760.069,45 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 1.143.541,67 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 29.10.2015ci il tarixli 167 saylı kredit müqaviləsi üzrə 05.10.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 1.108.680,56 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 16.11.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 533.958,31 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 886.111,09 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 07.12.2015-ci il tarixli 191 saylı kredit müqaviləsi üzrə 16.11.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 4.999.999,97 manat, faiz borcu üzrə 854.097,20 manat. Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: 21.12.2018-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 10.000.000,00 manat, faiz borcu üzrə 1.121.388,93 manat. 27.02.2020-ci il tarixə əsas borc üzrə 10.000.000,00 manat, faiz borcu üzrə 1.772.222,26 manat. Cavabdeh MTK ilə "xxxx" KB ASC arasında bağlanmış 08.01.2016-cı il tarixli 04 saylı kredit müqaviləsi üzrə 21.12.2018-ci il tarixdən 27.02.2020-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh MTK-nın "xxxx" KB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 10.000.000,00 manat, faiz borcu üzrə 1.713.055,59 manat. İş üzrə əmlakın qiymətləndirilməsi keçirilmiş, 02 iyun 2021-ci il tarixli, ƏEM/İ 07- 563/21 saylı rəydə qeyd olunmuşdur ki, 08 aprel 2016-cı il tarixli 12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh MTK-ya məxsus ünvan 4 ünvanında yerləşən 2,67339 ha torpaq sahəsi və 66,5 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının 02 iyun 2021-ci il tarixə bazar dəyəri 32.214.000 manat, likvid dəyəri 27.300.000 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında kredit müqavilələri və ipoteka müqavilələri imzalanmış, həmin müqavilələr üzrə "xxxx" ASC üzərinə götürdüyü öhdəliklərini icra etsə də Cavabdeh MTK bağlanmış müqavilələr üzrəöhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə iddiaçının cavabdehlərə olan borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə Cavabdeh MTK-nın "xxxx" KB ASC-yə borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilələr üzrə yaranmış əsas və faiz borcunun, eləcə də, cərimə məbləği və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən cavabdehdən tutulması tələbi qismən əsaslı olduğundan təmin edilməli; -08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.701.371,79 manat əsas borc, 2.120.377,07 manat faiz borcu, 1.970.137,12 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.807.959 manat, -29 may 2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borc, 2.205.826,40 manat faiz borcu, 2.000.000 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.833.333 manat, -05 iyun 2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə 19.966.666,75 manat əsas borc, 2.013.963,60 faiz borcu, 199.996,67 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.749.708,82 manat, -28 iyul 2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə 9.992.257,08 manat əsas borc, 1.387.222,14 manat faiz borcu, 999.225,70 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 791.053,6 manat, -29 oktyabr 2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,97 manat əsas borc, 760.068,45 manat faiz borcu, 499.999,90 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 333.333,33 manat, -7 dekabr 2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,7 manat əsas borc, 533.958,31 manat faiz borcu, 499.999,9 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 312.500 manat, -8 yanvar 2016-cı il tarixli 4 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 1.121.388,93 manat faiz borcu, 1.000.000 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.150.000 manat, -29 fevral 2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.716.350 manat əsas borc, 763.485,19 manat faiz borcu 1.971.000 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 2.957.452 manat “X2” ASC(LPO) -nun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2.67339 ha torpaq sahəsi və 66.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli, qeyd olunan əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2.67339 ha torpaq sahəsi və 66.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş məbləğdə yəni, 27.300.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən “X2” ASC (LPO)-nun xeyrinə tutulmalı, iş üzrə keçirilmiş 18 avqust 2021-ci il tarixli, 9/1917 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 245 manat, 15 yanvar 2021-ci il tarixli, 9/5045 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 02 iyun 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 500 manat cavabdehdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. "xxxx" MMC-nin bank hesabı rekvizitləri aşağıdakılardır: VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan: -08 may 2015-ci il tarixli 82 nömrəli kredit müqaviləsi üzrə 19.701.371,79 manat əsas borc, 2.120.377,07 manat faiz borcu, 1.970.137,12 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.807.959 manat, -29 may 2015-ci il tarixli 87 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas borc, 2.205.826,40 manat faiz borcu, 2.000.000 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.833.333 manat, -05 iyun 2015-ci il tarixli 91 nömrəli kredit müqaviləsi üzrə 19.966.666,75 manat əsas borc, 2.013.963,60 faiz borcu, 199.996,67 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.749.708,82 manat, -28 iyul 2015-ci il tarixli 120 nömrəli kredit müqaviləsi üzrə 9.992.257,08 manat əsas borc, 1.387.222,14 manat faiz borcu, 999.225,70 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 791.053,6 manat, -29 oktyabr 2015-ci il tarixli 167 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,97 manat əsas borc, 760.068,45 manat faiz borcu, 499.999,90 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 333.333,33 manat, -7 dekabr 2015-ci il tarixli 191 nömrəli kredit müqaviləsi üzrə 4.999.999,7 manat əsas borc, 533.958,31 manat faiz borcu, 499.999,9 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 312.500 manat, -8 yanvar 2016-cı il tarixli 4 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas borc, 1.121.388,93 manat faiz borcu, 1.000.000 manat cərimə məbləği, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 1.150.000 manat, -29 fevral 2016-cı il tarixli 12 nömrəli kredit müqaviləsi üzrə 19.716.350 manat əsas borc, 763.485,19 manat faiz borcu 1.971.000 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən 2.957.452 manat “X2” ASC (LPO) -nun xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2.67339 ha torpaq sahəsi və 66.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası açıq hərrac vasitəsilə satılsın və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilsin, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılsın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın. ünvan 1 ünvanda yerləşən 2.67339 ha torpaq sahəsi və 66.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 27.300.000 manat məbləğində müəyyən olunsun. Cavabdeh MTK-dan iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 dövlət rüsumu “X2” ASC (LPO)-nun xeyrinə, 18 avqust 2021-ci il tarixli, 9/1917 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 245 manat, 15 yanvar 2021-ci il tarixli, 9/5045 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 02 iyun 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 500 manat, "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-690/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-690/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver