Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6915/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 88 610.66 (səksən səkkiz min altı yüz on manat altmış altı qəpik) manat manat əsas borc məbləği, əsas borcun gecikdirilməsinə görə illik 5 % hesablanmaqla 8861.066 (səkkiz min səkkiz yüz altmış bir manat 66 qəpik) gecikdirmə faizi olmaqla ümumiliklə 97471.72 (doxsan yeddi min dörd yüz yetmiş bir manat 72 qəpik) borc məbləği, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 383 (üç yüz səksən üç) manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi) manatın tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Satıcı/İcraçı/İddiaçı) ilə YENİ MEMAR” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Alıcı/Sifarişçi/Cavabdeh) arasında 18 yanvar 2023-ci il tarixli, PCİ-LS-01-23 nömrəli Satış və Xidmət Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı/İcraçı bu Müqavilənin tərkib hissəsi olan və bu Müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqısatqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan Malları/Xidmətləri hazırki Müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, Alıcı/Sifarişçi isə öz növbəsində həmin Malların/Xidmətlərin dəyərini mallar/xidmətlər təhvil verildikdən sonra bir aydan gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə görə bütün ödənişlər elektron qaimə və hesab fakturalar əsasında müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aparılacaqdır. Müqavilənin 5.4.1-ci bəndində qeyd olunmuşdur ki, Alıcının/Sifarişçinin vəzifələrindən biri Xidmət haqqını/Malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməkdir. Qeyd olunmuş elektron-qaimələr üzrə aşağıda dəyəri qeyd olunmuş Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır: 1. 04 aprel 2023-cü il tarixli, EBDC seriyalı, 827248nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 11 518.40 (on bir min beş yüz on səkkiz manat qırx qəpik) manat, ƏDV2 073.32 (iki min yetmiş üç manat otuz iki qəpik) manat, ümumilikdə 13 591.72 (on üç min beş yüz doxsan bir manat yetmiş iki qəpik) manat; 2. 05 aprel 2023-cü il tarixli, EBDC seriyalı, 830208nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 17 981.01 (on yeddi min doqquz yüz səksən bir manat bir qəpik) manat, ƏDV3 236.58 (üç min iki yüz otuz altı manat əlli səkkiz qəpik) manat, ümumilikdə 21 217.59 (iyirmi bir min iki yüz on yeddi manat əlli doqquz qəpik) manat; 3. 13 iyun 2023-cü il tarixli, EBDH seriyalı, 765975nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 1 917.92 (bir min doqquz yüz on yeddi manat doxsan iki qəpik) manat, ƏDV345.23 (üç yüz qırx beş manat iyirmi üç qəpik) manat, ümumilikdə 2 263.15 (iki min iki yüz altmış üç manat on beş qəpik) manat; 4. 13 iyun 2023-cü il tarixli, EBDH seriyalı, 766929nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 772.79 (iki min yeddi yüz yetmiş iki manat yetmiş doqquz qəpik) manat, ƏDV499.10 (dörd yüz doxsan doqquz manat on qəpik) manat, ümumilikdə 3 271.89 (üç min iki yüz yetmiş bir manat səksən doqquz qəpik) manat 5. 13 iyun 2023-cü il tarixli, EBDH seriyalı, 768774nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 468.00 (dörd yüz altmış səkkiz manat) manat, ƏDV84.24 (səksən dörd manat iyirmi dörd qəpik) manat, ümumilikdə 552.24 (beş yüz əlli iki manat iyirmi dörd qəpik) manat 6. 15 iyun 2023cü il tarixli, EBDH seriyalı, 940609nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 15 228.58 (on beş min iki yüz iyirmi səkkiz manat əlli səkkiz qəpik) manat, ƏDV2 741.15 (iki min yeddi yüz qırx bir manat on beş qəpik) manat, ümumilikdə 17 969.73 (on yeddi min doqquz altmış doqquz manat yetmiş üç qəpik) manat 7. 28 avqust 2023-cü il tarixli, EBDM seriyalı, 884296nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 515.50 (beş yüz on beş manat əlli qəpik) manat, ƏDV92.79 (doxsan iki manat yetmiş doqquz qəpik) manat, ümumilikdə 608.29 (altı yüz səkkiz manat iyirmi doqquz qəpik) manat 8. 28 avqust 2023cü il tarixli, EBDM seriyalı, 910838nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 8 806.18 (səkkiz min səkkiz yüz altı manat on səkkiz qəpik) manat, ƏDV1 585.11 (bir min beş yüz səksən beş manat on bir qəpik) manat, ümumilikdə 10 391.29 (on min üç yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat 9. 31 avqust 2023-cü il tarixli, EBDN seriyalı, 349854nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 930.15 (doqquz yüz otuz manat on beş qəpik) manat, ƏDV167.42 (bir yüz altmış yeddi manat qırx iki qəpik) manat, ümumilikdə 1 097.57 (bir min doxsan yeddi manat əlli yeddi qəpik) manat 10. 31 avqust 2023-cü il tarixli, EBDN seriyalı, 351421nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 4 909.61 (dörd min doqquz yüz doqquz manat altmış bir qəpik) manat, ƏDV883.73 (səkkiz yüz səksən üç manat yetmiş üç qəpik) manat, ümumilikdə 5 793.34 (beş min yeddi yüz doxsan üç manat otuz dörd qəpik) manat 11. 31 avqust 2023-cü il tarixli, EBDN seriyalı, 352239 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 2 788.72 (iki min yeddi yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat, ƏDV501.97 (beş yüz bir manat doxsan yeddi qəpik) manat, ümumilikdə 3 290.69 (üç min iki yüz doxsan manat altmış doqquz qəpik) manat 12. 09 sentyabr 2023-cü il tarixli, EBDN seriyalı, 943138 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 7 256.91 (yeddi min iki yüz əlli altı manat doxsan bir qəpik) manat, ƏDV1 306.25 (bir min üç yüz altı manat iyirmi beş qəpik) manat, ümumilikdə 8 563.16 (səkkiz min beş yüz altmış üç manat on altı qəpik) manat Odur ki, yuxarıda qeyd olunanlara əsasən, əsas məbləğ 75 093.77 (yetmiş beş min doxsan üç manat yetmiş yeddi qəpik) manat, ƏDV 13 516.89 (on üç min beş yüz on altı manat səksən doqquz qəpik) manat,ümumilikdə 88 610.66 (səksən səkkiz min altı yüz on manat altmış altı qəpik) manat dəyərində borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş vəAlıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 yanvar 2023-ci il tarixli, PCİ-LS-01-23 nömrəli Satış və Xidmət Müqaviləsinə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı/icraçı bu Müqavilənin tərkib hissəsi olan və bu Müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqı-satqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan Malları/Xidmətləri hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, Alıcı/Sifarişçi isə öz növbəsində həmin Mallarm/Xidmətlərin dəyərini mallar/xidmətlər təhvil verildikdən sonra bir aydan gec olmayaraq ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən Malın/Xidmətin miqdarı, təfsilatı, keyfiyyəti və təsviri ilə bağlı sənədlər lazım gəldikdə Satıcı tərəfindən təmin edilir.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı/Sifarişçi Satıcının/İcraçının lazımı şəkildə məlumatlandırmaq şərtilə, Malların/Xidmətlərin sifarişi ilə əlaqədar əlavələrə heç bir xərc olmadan istənilən dəyişikliyi etmək hüququnu özündə saxlayır. Əgər bu dəyişikliklər Mallarm/Xidmətlərin təchiz edilməsi üçün tələb olunan xərclərin artması və ya vaxtın uzanması ilə nəticələnərsə, bu zaman Satıcı/İcraçı tərəfindən qiymət və ya vaxtın uyğunlaşdırılınası ilə bağlı Alıcının/Sifarişçinin yazılı razılığı olması şərti ilə dəyişiklik təklif ediləcəkdir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən bütün ödənişlər elektron qaimə və hesab fakturalar əsasında müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aparılacaqdır.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər arasında digər şəkildə razılaşdırılmayıbsa, bütün ödənişlər Satıcının/İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən müvafiq əlavələrdə göstərilmiş ödənişlər Azərbaycan Respublikasının rəsmi valyutası olan Azərbaycan Manatı ilə ödəniləcək.
14. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı/İcraçı malları, xidmətləri və onlara aid müvafiq sənədləri (təhvil aktı, hesab faktura, elektron qaimə) təqdim etdikdən sonra təhvil verilmiş malların dəyəri 5 (beş) işgünü ərzində Satıcının təqdim etdiyi bank hesabına ƏDV-si ilə birlikdə tam həcmdə ödənilir. Sifarişçi ƏDV ödəyicisi deyilsə, 0%-lik ƏDV ödəyicisi olduğu haqqında ən son yenilənmiş sertifikatı təqdim edir.
15. Müqavilənin 3.5-ci bəndinə əsasən ödəmə şərtləri, 40% öncədən, 30% ümumi işin yarısında , 20% işin sonlarinda və qalan məbləğ isə yekun təhvil təslim aktina əsasən ödəniləcəkdir.
16. Müqavilənin 3.6-cı bəndinə əsasən alıcı bu müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişi gecikdirərsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən Mallar/Xidmətlər Satıcı/İcraçı tərəfindən müvafiq əlavələrdə göstərilmiş müddətdə Alıcıya/Sifarişçiyə təqdim edilməlidir.
18. Müqavilənin 4.2-ci bəndinə əsasən malların çatdırılması ilə bağlı Satıcı aşağıdakıları təmin edəcəkdir: (a) təchiz edilən hər bir Mal Alıcının təlimatlarına və tələblərinə uyğun işarələnəcək və çatdırılacaq və çatdırılma məntəqəsinə zədələnməmiş şəkildə çatması üçün müvafiq qaydada qablaşdırılacaq və mühafizə ediləcəkdir; və (b) hər bir Malın təchizatının yüklənmə bildirişi sifariş nömrəsini, sifarişin tarixini, bağlamaların sayı və tərkibini, eləcə də natamam çatdırılma zamanı isə çatışmayan hissənin miqdarını göstərəcəkdir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 552,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 1097,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 3290,69 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 5793,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 8563,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 608,29 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 10391,29 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 17969,73 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 3271,89 manat məbləğində, xx.xx.2023cü il tarixli təhvil-təslim Aktına əsasən 2263,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhvil-təslim Aktına əsasən 30310,09 manat məbləğində, xx.xx.2023-cü il tarixli təhviltəslim Aktına əsasən 21217,59 manat məbləğində mallar və işlər təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
20. İddiaçı müqavilə üzrə satılmış mallara dair xx.xx.2022-ci il tarixli, EBCİ464415 saylı 3688,68 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCK556051 saylı 122,43 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCL248157 saylı 368,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCN315109 saylı 1600,08 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO466789 saylı 820,10 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDB853713 saylı 908,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDC439703 saylı 120,36 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDC822573 saylı 2378,88 manat məbləğində eqaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
21. Ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixində 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 10000 manat məbləğində təyinatı qaimələr göstərilməklə ödənişlər edilmişdir.
22. Köçürmələrin aparılması barədə bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin ədv hesabına xx.xx.2023-cü il tarixində 1800 manat məbləğində, xx.xx.2023-cü il tarixində 1800 manat məbləğində ödənişlər edilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
29. Göründüyü kimi tərəflər arasında bağlanmış 18 yanvar 2023-ci il tarixli, PCİ-LS-01- 23 nömrəli Satış və Xidmət Müqaviləsinin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı/icraçı bu Müqavilənin tərkib hissəsi olan və bu Müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqı-satqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan Malları/Xidmətləri hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, Alıcı/Sifarişçi isə öz növbəsində həmin Mallarm/Xidmətlərin dəyərini mallar/xidmətlər təhvil verildikdən sonra bir aydan gec olmayaraq ödəməyi öz öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 88.610,66 manat ödənilməmiş borcu qalmışdır.
30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimələr, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 88.610,66 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 88.610,66 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 88.610,66 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 8861,066 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
33. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
34. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2023-cü il tarixli təhvil-təslim aktları üzrə yaranmış borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 18 yanvar 2023-ci il tarixli, PCİ- LS-01-23 nömrəli Satış və Xidmət Müqaviləsi üzrə 8861,066 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
37. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə tələb olunan faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 325 manat məbləğində vəkil xərci və 383 manat dövlət rüsumu ödənilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 383 manat və vəkil xərcinin əvəzi olaraq 325 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 88.610,66 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 8861,066 manat faiz borcu olmaqla cəmi 97471,72 manat, vəkil xərcinin əvəzi olaraq 325 manat və dövlət rüsumunun əvəzi olaraq 383 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova