Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6916/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7maqla) qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qiymətləndirmə hesabatlarının (rəylərin) ləğv edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7maqla) qiymətləndirmə rəylərinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X11 İsteyts Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X11 İsteyts Limited” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Veto-Consulting” MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş M-0238/FM rəyi və M- 0238-2/FM nömrəli qiymətləndirmə rəylərinin (qiymətləndirməyə dair hesabatların) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "X10 İsteyts Limited" MMC-dən ******* ABŞ dolları (ödəniş günü olan rəsmi məzənnəyə uyğun olaraq) məbləği tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, xxxx küçəsi, ev 19, 1, 2, 3a, 4, 5, 6 saylı mənzillər tələbkara verilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, xxx küçəsi ev 17 mənzil tələbkara verilmişdir. Qeyd edilən qərarlar üzrə hər iki əmlakın qiymətləndirilməsi cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixli, M-0238/FM rəyinə əsasən Bakı şəhəri, xxxx küçəsi, ev 19, mənzil 1, 2, 3a, 4, 5, 6 saylı (tikilmə tarixi: 1880-ci il) mənzilə ******* manat, Bakı şəhəri, xxx küçəsi ev17 saylı (tikilmə tarixi: 1870-ci il) mənzilə isə 790000 manat qiymət qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın 2470, 2477-ci invertar nömrəsindən görünür ki, hər iki mənzil yerli əhəmiyyətli mədəni irs hesab edilir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Qiymətləndirmə Palatasının internet saytından əldə edilmiş məlumata cavabdeh bu kimi daşınmaz əmlakla bağlı qiymət təyin etməkdə səlahiyyətli deyil. Aydın məsələdir ki, əmlakın tarixi abidə hesab edilməsi onun qiymətini xüsusi edir ki, bu baxımdan qanunvercilik onu digər əmlaklardan fərqli istiqamətdə qiymətləndirilməsi tələbini irəli sürmüşdür. Bundan əlavə, etiraza əlavə kimi təqdim olunmuş qiymətləndirmə rəylərindən görünür ki, əmlaklar tarixi abidə kimi səlahiyyətli ekspert tərəfindən qiymətləndirilsəydi, onların dəyəri 20 milyon 160 min manat müəyyən ediləcəkdi ki, bu da cavabdeh tərəfindən müəyyən olunmuş qiymətdən dəfələrlə artıqdır. Göründüyü kimi, əmlakın cavabdehin müəyyən etdiyi qiymətlə tələbkara verilməsi, tələbkarın əsassız varlanmasına, borclunun isə ciddi zərərə məruz qalmasına səbəb olacaqdır. Bundan başqa, təqdim olunmuş digər rəylərdən də aydın olur ki, əmlakların tarixi abidə kimi tanınmaması halında belə cavabdeh düzgün qiymət müəyyən etməmişdir. Belə ki, həmin əmlakların real qiyməti 8 milyon manatdan çoxdur ki, bu da cavabdehin müəyyən etdiyi qiymətdən iki dəfədən artıqdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı MMC-dən ******* ABŞ dolları (ödəniş günü olan məzənnəyə uyğun olaraq) məbləğində pulun tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qarşılıqlı iddiaya görə ödənilmiş 30 manat və qarşılıqlı iddiaçının apellyasiya şikayətinə görə ödənilmiş 15 manat pulun, cəmi 45 manat pulun 18 manat hissəsinin İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddia üzrə cavabdeh X3 tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş 15 manatın İddiaçı MMC-dən tutularaq X2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 240 manat hissəsinin "xxxx" MMC-dən, 160 manat hissəsinin isə “X9 Limited” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında “X10 İsteys Limited” MMCnin mülkiyyətində olmuşdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014).
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında “X10 İsteys Limited” MMCnin mülkiyyətində olmuşdur (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014).
10. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-451/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar qiymətləndiricinin dəvət edilməsi, icra sənədində göstərilən əmlakların qiymətləndirici tərəfindən qiymətləndirilməsi qərara alınmışdır.
11. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, M-0238/FM nömrəli qiymətləndirməyə dair hesabatdan müəyyən olunur ki, Bakı şəhəri, xxxx küçəsi, ev 19 ünvanında yerləşən, çıxarış üzrə ümumi sahəsi 468,30 kv.m. olan, 10 otaqlı, "X10 İsteyts Limited” MMC-yə məxsus 1,2,3,3a,4,5,6 nömrəli mənzilin 14 iyul 2025-ci il tarixinə bazar dəyəri ******* (iki milyon beş yüz altmış beş min) manat təşkil edir.
12. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, M-0238-2/FM nömrəli qiymətləndirməyə dair hesabatdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 790000 manat təşkil edir.
13. Həm iddiaçı, həm də üçüncü şəxsin nümayəndəsi tərəfindən mübahisəli əmlakların bazar dəyərlərinə dair müxtəlif qiymətləndirci təşkilatlar tərəfindən verilmiş qiymətləndirmə hesabatları, fotoşəkillər məhkəməyə təqdim edilmişdir.
14. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən "xxxx" MMC-nin təsisçisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda deyilir ki, sizin 28.08. 2025-ci il tarixli şikayətinizə baxılmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli M- 0238/FM və M-0238- 2/FM saylı hesabatlar İntizam Komissiyası tərəfindən araşdırılmış, məsələ Rəyasət Heyətində müzakirə edilmiş və aşağıdakı qərar qəbul olunmuşdur: Sifarişçi tərəfindən qeyd olunan əmlakın daşınmaz mədəni irs nümunəsi, mədəni sərvətin və ya tarixi mədəniyyət abidəsi olub-olmamasım təsdiq edən hər hansı sənəd qiymətləndiriciyə təqdim edilmədiyindən, qiymətiəndİrici həmin əmlakı “daşınmaz əmlak” kimi qiymətləndirmişdir. Daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasında ciddi nöqsanlar müşahidə olunmur. Sözügedən əmlak daşınmaz mədəni irs nümunəsi və ya tarix, mədəniyyət abidəsidirsə, bu halı təsdiqləyən rəsmi sənədlər təqdim olunmalıdır. Belə sənədlər təqdim edildiyi halda, əmlak yenidən qiymətləndiriləcək və müvafiq olaraq "daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi" metodologiyasına uyğun olaraq dəyərləndiriləcəkdir.
15. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin borlunun nümayəndəsi və vəkilinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda deyilir ki, sizin ünvan 4 ünvanlarında yerləşən binaların yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri hesab edilib-edilməməsi barədə müraciətinizə Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır. Sözügedən ünvanda yerləşən binaların "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğunun ərazisində yerləşdiyini nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyinizi xahiş edirik.
16. “İçərişəhər" Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 7-2/2-503/2025 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, xxx küçəsi 19 (mənzil 1,2, 3, 3a, 4, 5, 6) və M. Şəfi küçəsi 17, mənzil 1 ünvanlarında yerləşən daşınmaz əmlakların yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil olub-olmaması barədə 2xx/xx/2025 nömrəli 18 sentyabr 2025-ci il tarixli məktubunuza “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Bildirilir ki, sözügedən ünvanlar Azərbaycan Respublikasının Naziriər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxildir (inventar Ne2473 və Ns2121). Eyni zamanda qeyd edilir ki, xxx küçəsi 19 ünvanında yerləşən bina sözügedən X8 küçəsi, 65 kimi göstərilmişdir.
17. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-451/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, xxxx küçəsi ev 17, 1 saylı mənzilin qiymətləndirilmiş 790000 manat ödəyərək tələbkar “Armadil Group" MMC-nin adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, qərarın icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubük Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, məlumat üçün Apellyasİya Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır.
18. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-451/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borcluya məxsus Bakı şəhəri, xxxx küçəsi, ev 19, 1, 2, 3, 3ə, 4, 5, 6 saylı mənzillərin qiymətləndirilmiş ******* (iki milyon beş yüz altmış beş min manat) manat ödəyərək tələbkar “Armadil Group" MMC-nin adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, qərarın icra edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubük Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, məlumat üçün Apellyasİya Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü bəndinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir: ...4.1.2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi; 4.1.3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi. 6.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) imtahan nəticələri elan edildikdən sonra 5 (beş) iş günü müddətində imtahanı müvəffəqiyyətlə vermiş namizədə qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi verir. 13.1.8-ci maddəsinə əsasən sifarişçinin qiymətləndirmənin nəticələri ilə razılaşmadıqda, Qiymətləndiricilər Palatasına və məhkəməyə müraciət etmək hüququ vardır. 10.4-cü maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı MMC-dən ******* ABŞ dolları (ödəniş günü olan məzənnəyə uyğun olaraq) məbləğində pulun tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qarşılıqlı iddiaya görə ödənilmiş 30 manat və qarşılıqlı iddiaçının apellyasiya şikayətinə görə ödənilmiş 15 manat pulun, cəmi 45 manat pulun 18 manat hissəsinin İddiaçı MMC-də tutularaq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddia üzrə cavabdeh X3 tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş 15 manatın İddiaçı MMCdən tutularaq X2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 240 manat hissəsinin "xxxx" MMC-dən, 160 manat hissəsinin isə “X9 Limited” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icra sənədi icra olunması üçün icra qurumuna göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, xxxx küçəsində yerləşən daşınmaz əmlakların qiymətləndirici tərəfindən qiymətləndirilməsi qərara alınmış, qiymətləndirici dəvət edilmiş, Bakı şəhəri, xxxx küçəsi, ev 19 mənzil 1, 2, 3, 3a, 4, 5, 6 və ünvan 1 ünvanında yerləşən mənzillər Cavabdeh MMC tərəfindən qiymətləndirilmiş və xx.xx.2025-ci il tarixli, M-0238/FM və M-0238-2/FM nömrəli qiymətləndirmə hesabatları tərtib olunmuşdur.
23. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, M-0238/FM nömrəli qiymətləndirməyə dair hesabatla müəyyən olunur ki, Bakı şəhəri, xxxx küçəsi, ev 19 ünvanında yerləşən, çıxarış üzrə ümumi sahəsi 468,30 kv.m. olan, 10 otaqlı, "X10 İsteyts Limited” MMC-yə məxsus 1,2,3,3a,4,5,6 nömrəli mənzilin 14 iyul 2025-ci il tarixinə bazar dəyəri ******* (iki milyon beş yüz altmış beş min) manat təşkil edir.
24. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, M-0238-2/FM nömrəli qiymətləndirməyə dair hesabatdan müəyyən olunur ki, Bakı şəhəri, xxxx küçəsi, ev 17 ünvanında yerləşən, çıxarış üzrə ümumi sahəsi 119,50 kv.m. olan, 3 otaqlı, "X10 İsteyts Limited” MMC-yə məxsus 1 nömrəli mənzilin 14 iyul 2025-ci il tarixinə, bazar dəyəri 790000.00 (yeddi yüz doxsan min) manat təşkil edir.
25. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına (həmin qərarla təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na), hər iki mənzilin yerli əhəmiyyətli mədəni irs hesab edildiyinə, əmlakların tarixi abidə hesab edilməsinin onun qiymətini xüsusi etməsinə, bu baxımdan qanunverciliyin onu digər əmlaklardan fərqli istiqamətdə qiymətləndirilməsi tələbini irəli sürməsinə, cavabdehin bu kimi daşınmaz əmlakla bağlı qiymət təyin etməkdə səlahiyyətli olmadığına istinad edərək, hər iki qiymətləndirmə hesabatının ləğv edilməsini vahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, M-0238/FM və M-0238-2/FM nömrəli qiymətləndirmə rəyləri (qiymətləndirməyə dair hesabatlar) ləğv edilməlidir.
27. Hazırkı nəticəyə gələrkən işdə olan sübutlar, qanunvericilik normaları, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına 3 nömrəli əlavə olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmışdır.
28. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi, qiymətləndirici təşkilat – əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsidir (1.1.3), daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətinin həyata keçirildiyi istiqamətlərdən birini (4.1.3) təşkil edir, üzvlük vəsiqəsində qiymətləndiricinin ixtisas şəhadətnaməsinin (şəhadətnamələrinin) nömrəsi, bu Qanunun 4-cü maddəsinə uyğun olaraq qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) qeyd edilir (7.3).
29. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak edən zaman bildirmişdir ki, əmlaklar qiymətləndirilən zaman onlarda həmin əmlakların yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil olması barədə məlumat olmamış, ona görə əmlaklar adi əmlak kimi analoji qaydada qiymətləndirilmişdir. Qiymətləndirmə zamanı onların daşınmaz tarix və mədəniyyət abidələrini qiymətləndirmə səlahiyyəti olmamış, lakin hazırda belə səlahiyyətləri vardır. Əgər qeyd olunan əmlaklar yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxildirsə, rəyin ləğv olunmasına etiraz edilmir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak edən zaman iddianın rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, rəylərdəki qiymətlər həmin əmlakların real qiymətlərini əks etdirir.
30. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddiaçının nümayəndə və vəkili ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 4 ünvanlarında yerləşən binaların "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşdiyi nəzərə alınaraq, aidiyyəti üzrə Quruğa müraciət edilməsi xahiş edilmiş, iddiaçı tərəf də belə bir müraciət ünvanlamış və verilən cavabda mübahisəli əmlakların yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edildiyi göstərilmişdir.
31. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına 3 nömrəli əlavə olan yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əsasən qiymətləndirmə rəylərində adıçəkilən mənzillər daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə edilmişdir. Bu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 7-2/2- 503/2025 nömrəli məktubu ilə öz təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, xxxx küçəsi 19 (mənzil 1, 2, 3, 3a, 4, 5, 6) və M.Şəfi küçəsi 17, mənzil 1 ünvanlarında yerləşən daşınmaz əmlaklar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il tarixli 02 avqust tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxildir. Eyni zamanda bildirilmişdir ki, xxx küçəsi, 19 ünvanında yerləşən bina sözügedən X8 küçəsi, 65 (Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 2121 inventar nömrəsi) kimi göstərilmişdir.
32. Əmlaklardan biri ilə bağlı ünvandakı fərqliliyə gəldikdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş cavab məktubunda xxx küçəsi, 19 ünvanında yerləşən binanın sözügedən X8 küçəsi, 65 (Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 2121 inventar nömrəsi) kimi göstərildiyi qeyd olunmuş və həmin hal da məhkəmə tərəfindən nəzərə alınmışdır.
33. Bundan əlavə, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, AQP-414/25 nömrəli məktubla Cavabdeh MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, M-0238/FM və M-0238-2/FM saylı hesabatların İntizam Komissiyası tərəfindən araşdırıldığı, məsələnin Rəyasət Heyətində müzakirə edildiyi və sifarişçi tərəfindən qeyd olunan əmlakın daşınmaz mədəni irs nümunəsi, mədəni sərvətin və ya tarixi mədəniyyət abidəsi olub-olmamasını təsdiq edən hər hansı sənəd qiymətləndiriciyə təqdim edilmədiyindən, qiymətləndirici tərəfindən həmin əmlakın “daşınmaz əmlak” kimi qiymətləndirildiyi və daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyasında ciddi nöqsanların müşahidə olunmadığı, sözügedən əmlakın daşınmaz mədəni irs nümunəsi və ya tarix, mədəniyyət abidəsidirsə, bu halı təsdiqləyən rəsmi sənədlərin təqdim edilməsi halında, əmlakın yenidən qiymətləndiriləcəyi və müvafiq olaraq “daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi” metodologiyasına uyğun dəyərləndiriləcəyi bildirilmişdir.
34. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən əmlakların yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edildiyinə dair sübutlar təqdim edildiyindən, əmlakları qiymətləndirən cavabdehin qiymətləndirmə zamanı həmin əmlakları qiymətləndirmək səlahiyyəti olmadığından məhkəmə hazırkı nəticəyə gəlmişdir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, M-0238/FM və M-0238-2/FM nömrəli qiymətləndirmə rəyləri (qiymətləndirməyə dair hesabatlar) ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova