Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-695/2021 25.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «AzərCavabdeh Tikinti Təmir» Birliyinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «AzərCavabdeh Tikinti Təmir» Birliyinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «AzərCavabdeh Tikinti Təmir» Birliyindən xx xxxxxxxx 2004-cü il tarixli, 105 nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka ödənilməmiş 8000 (səkkiz min manat) əsas, 3596,40 (üç min beş yüz doxsan altı manat qırx qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 5520.03 (beş min beş yüz iyirmi manat üç qəpik) məbləğində faiz borcu, cəmi 17116.43 (on yeddi min yüz on altı manar qırx üç qəpik və Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xx.xx.2021-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh «AzərCavabdeh Tikinti Təmir» Birliyinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-695/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-695/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver