Məhkəmə qərarları › İş №e-2-2(113)-6956/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6956/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6956/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “M.Ə.Əfəndiyev adına X6” X2 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “M.Ə.Əfəndiyev adına X6” X2 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “M.Ə.Əfəndiyev adına X6” iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 138128,87 manat borcun silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 429 manat məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “M.Ə.Əfəndiyev adına X6” PHŞ Cavabdeh ilə qazın alqı-satqısı ilə bağlı xx.xx.2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində cavabdeh qazdan istifadə ilə bağlı yaranmış borcu vaxtlı-vaxtında ödəmiş, bu barədə tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. Cari ilin iyun ayında cavabdeh iddiaçıya üzləşmə aktı təqdim edərək 138128,87 manat borcun olduğunu bildirmişdir. Halbuki, həmin dövrə qədər idddiaçıya göndərilən hesabfaktura və ya e-qaimələrdə belə borc barədə heç bir qeyd olmamışdır. Bu səbəbdən İddiaçı bununla razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. Daha sonra Cavabdehə müvafiq borcun yaranma mənbəyi barədə rəsmi məktubla müraciət olunsa da Cavabdeh həmin məktuba da heç bir münasibət bildirməmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdeh iddiaçıya verilmiş qazın dəyərini sayğac göstəricilərinə əsasən tam hesablamalı və iddiaçıya hesabı hər ay təqdim etməlidir. Müqavilənin 3.5-ci maddəsinə əsasən İddiaçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra Cavabdeh tərəfindən səhv hesablanmış qazın dəyəri İddiaçıdan tutula bilməz. Sayğac göstəriciləri hər ödəniş dövrü üçün ayrıca aktlaşdırılır. Heç bir belə aktda İddiaçının yuxarıda göstərilmiş borcuna dair hər hansı qeyd yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, bu borc məbləği 2002-2003-cü illərə, Cavabdeh İB yaranmamışdan qabaqkı illərə təsadüf edir. Həmin dövrdə iddiaçı olaraq çıxış edən “M.Ə.Əfəndiyev adına X6” PHŞ da mövcud deyildi. Odur ki, müvafiq borc məbləğinin yaranma əsası, borcun tərəfdən tələb edilməmə səbəbi barədə onun məlumatı yoxdur. Hazırda iddiaçının qeyd etdiyi məbləğ ötən illərdən qalan sayğac göstəricisinə uyğun olaraq müəyyən edilmiş borc məbləğidir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “M.Ə.Əfəndiyev adına X6” PHŞ (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, AMX2-2723 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikası Tarif şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir m3 üçün 0,20 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 2 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 6530,26 manat, xx.xx.2023cü il tarixli 9 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 6109,76 manat, xx.xx.2023-cü il tarixli 9 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 13055,76 manat, xx.xx.2023-cü il tarixli 32 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 10571,76 manat, xx.xx.2023-cü il tarixli 32 nömrəli hesabfakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 5586,51 manat, xx.xx.2023-cü il tarixli 30 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 2180,51 manat, xx.xx.2023-cü il tarixli 9 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 249,76 manat, xx.xx.2023-cü il tarixli 106 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 516,01 manat, xx.xx.2023-cü il tarixli 22 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 490,51 manat, xx.xx.2023-cü il tarixli 18 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 333,51 manat,xx.xx.2023-cü il tarixli 8 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 464,01 manat, xx.xx.2023-cü il tarixli 10 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə abonent “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin olan qalıq borcu 1513,51 manat təşkil edir. MT2312 seriyalı, 00165321 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1158,75 manat, EBCL seriyalı, 671875 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3983,50 manat, EBCO seriyalı, 927003 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6109,75 manat, EBDB seriyalı, 869443 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6946 manat, EBDD seriyalı, 597217 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 3625,75 manat, EBDG seriyalı, 137642 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1960,75 manat, EBDH seriyalı, 833677 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 219,75 manat, EBDJ seriyalı, 948708 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 249,75 manat, EBDL seriyalı, 972473 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 266,25 manat, EBDO seriyalı, 231385 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 224,25 manat, EBDQ seriyalı, 661910 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 109,25 manat, EBDT seriyalı, 019139 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 354,75 manat məbləğdə xidmətlər Cavabdeh İB tərəfindən “M.Ə.Əfəndiyev adına X6” PHŞ-yə ödənilməsi üçün təqdim edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş qarışılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında qeyd edilmişdir ki, “M.Ə.Əfəndiyev adına X6” PHŞ-nin xx.xx.2023-cü il tarixinə borc qalığı 138128,87 manat, xx.xx.2023-cü il tarixinə olan qalıq borcu 142.073,87 manat təşkil edir. Akt Cavabdeh İB-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 13.8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 2.7-ci maddəsinə əsasən qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.8-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayıcısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar. 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya təbii qaz satılmış, iddiaçı isə ona təqdim edilmiş bildirşlərə uyğun ödənişlər etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 2022 və 2023-cü illər üzrə hesabfakturalarda onun əvvəlki illər üzrə 138128,87 manat borcu olduğu qeyd edilməmişdir. Lakin sonradan cavabdeh tərəfindən akt tərtib edilərək xx.xx.2023-cü il tarixə kimi iddiaçının 138128,87 manat borcu olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, iddiaçı xəstəxana olaraq uzun illərdir fəaliyyət göstərir, daim cavabdehdən təbii qaz alır, bu müddət ərzində bir neçə dəfə iddiaçının sayğacı dəyişilmiş, tərəflər arasında müqavilələr bağlanmışdır, bu zaman, müahisələdirilən borcun keçən müddət ərzində heç zaman tələb olunmadan, rəsmi sənədləşdirilmə aparılmadan birdənbirə iddiaçıdan tələb edilməsi sual doğurur ki, nə üçün bu borc indiyə qədər iddiaçıdan tələb edilməmiş, sayğaclar dəyişdirildikdə balansında göstərilməmiş, hesab-fakturalarda qeyd olunmamışdır. Halbuki qanunuvericiliyə əsasən cavabdeh, iddiaçı istehlak etdiyi qazın dəyərini tam ödədikdən sonra, özünün yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərini ödəməsini iddiaçıdan tələb edilə bilməz. Cavabdehin nümayəndəsi izahatında iddiaçının mübahisələndirdiyi borcunun 2002- 2003-cü illərdən yarandığını və kompyuter bazasında çıxdığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, borcun hansı əsasla yarandığını, bu ilə qədər nə üçün tələb olunmadığını, keçən müddət ərzində borc barədə sənədləşmə aparılmamasının səbəbini məntiqli şəkildə izah edə və əsaslandıra bilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının 138128,87 manat əvvəlki illərdən borcunun olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, 138128,87 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 429 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı “M.Ə.Əfəndiyev adına X6” X4 hesablanmış 138128 (yüz otuz səkkiz min yüz iyirmi səkkiz) manat 87 (səksən yeddi) qəpik məbləğində borc silinsin İddiaçı tərəfindən ödənilmiş 429 (dörd yüz iyirmi doqquz) manat dövlət rüsumun əvəzi Cavabdeh İB-dən tutularaq iddiaçı “M.Ə.Əfəndiyev adına X6” PHŞ-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar