Məhkəmə qərarları › İş №e-2-2(113)-70/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-70/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-70/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM- 1320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 548.201,73 manat, faiz borcuna görə 53.014,83 manat, cərimə borcuna görə 1.644,60 manat, cəmi 602.861,16 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 493 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin likvid ilkin satış qiymətlərinin müvafiq olaraq 370.000 manat və 350.000 manat müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə cəmi 602.861,16 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1.163 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında,zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də,zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsinə əsasən illik 14% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1.000.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması və ödənişlərin aparılması məqsədilə, həmçinin AR İKZF-nin xx.xx.2020-ci il tarixli, 124/2020 nömrəli zəmanət məktubu şərtlərinə uyğun olaraq kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 1.2. və 1.3. maddələri). 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kreditlər üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh2 MMC-yə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Mediasiya prosesinin tətbiqi barədə təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin borclular ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. Bu barədə 9 saylı Mediasiya təşkilatı tərəfindən arayış təqdim edilmiş və 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. Təqdim olunan maliyyə arayışlarına əsasən Cavabdeh2 MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320saylı kredit müqaviləsi üzrə əsas borcu 548.201,73 manat, faiz borcu 53.014,83 manat, cərimə borcu 1.644,60 manat, borcun cəmi məbləği 602.861,16 manat təşkil edir. 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də,zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələri İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin Cavabdeh1 arvadı X3 ipoteka müqavilələrinin bağlanmasına razılıq vermiş və tutmanın ipoteka predmetinə yönəldiləcəyi halda həmin əmlakı könüllü şəkildə tərk edəcəyinə dair notarial təsdiq edilmiş ərizələr təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, Cavabdeh2 MMC-dən 22 oktyabr 2020-ci il tarixli, RB/KM-1320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 548.201,73 manat, faiz borcuna görə 218.023,57 manat, illik 5%-lə 37.308,16 manat, cərimə borcuna görə 1.644,60 manat, cəmi 805.178,06 manat pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 270 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 493 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında, zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də, zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyriyaşayış sahələrinə yönəldilməsi, ipoteka predmetlərinin likvid ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin 22 oktyabr 2020-ci il tarixli, RB/KM- 1320 saylı kredit müqaviləsi üzrə cəmi 805.178,06 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1.365 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 136-136A ünvanında,zirzəmidə yerləşən 230,7 kv.m. sahəsi olan Qapı 1 və yenə də,zirzəmidə yerləşən 217,1 kv.m. sahəsi olan Qapı 2 qeyri-yaşayış sahələrinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində özü tərk etmədikdə Cavabdeh1 oradan çıxarılması və əmlakların boşaldılması, ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyanın həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması ayrıca məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilir. Bu baxımdan məhkəmə göstərilən müddəanın qanunun analogiyası üzrə ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılması proseduruna da tətbiq edilməsini mümkün sayaraq belə qənaətə gəlir ki, ipoteka qoyulmuş ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin ipoteka qoyanın əmlakdan çıxarılması və əmlakın boşaldılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Odur ki, həmin hissədə iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə görə Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1 qarşı ipoteka predmeti olan daşınmaz əmlaklar satıldıqdan sonra həmin əmlaklardan çıxarılma və əmlakların boşaldılması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar