Məhkəmə qərarları › İş №e-2-2(113)-7001/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7001/2023

26.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7001/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın yenidən qiymətləndirilməsi və digər tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakin yenidən qiymətləndirilməsi barədə ekspertiza keçirilməsi, "xxxx" MMC tərəfindən 16 noyabr 2023-cü il tarixində keçirilmiş hərracın və nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 189.580,71 (yüz səksən doqquz min beş yüz səksən manat yetmiş bir qəpik) manat məbləğində əsas, 28.354,6 manat (iyirmi səkkiz min üç yüz əlli dörd manat altmış qəpik) məbləğində faiz borcu, 8.000 (səkkiz min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat (bir min dörd yüz qırx səkkiz manat on beş qəpik) məbləğində faiz borcu, cəmi 227.383,46 manat (iki yüz iyirmi yeddi min üç yüz səksən üç manat qırx altı qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 (əlli doqquz) manat məbləğində pul vəsaitin tutularaq ləğv prosesində olan Maraqlı şəxs ASC -yə ödənilməsi, tələb üzrə tutma cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 397.100 (üç yüz doxsan yeddi min yüz) manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan Maraqlı şəxs ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdeh "xxxx" MMC-dən tutulması, eyni zamanda qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər "xxxx" MMC-nin və İddiaçı müştərək qaydada 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə, 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin tutularaq “X1 Mərkəzi” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində olan “qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakin yenidən qiymətləndirilməsi barədə ekspertiza keçirilməsi” tələbə məhkəmədə baxılmalı deyil, belə ki, ünvan 1 ünvanında yerləşən 63 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil icra mərhələsində deyil, işə məhkəmədə baxılarkən 397100 manat məbləğində qiymətləndirilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsində daşınmaz əmlakın ilkin satış qiyməti kimi göstərilmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən 63 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiyməti 397100 manat Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-487/2021 saylı qətnaməsində (həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir) müəyyən edildiyinə görə “qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakin yenidən qiymətləndirilməsi barədə ekspertiza keçirilməsi” məhkəmədə baxılmalı olmayan tələblə, məhkəmədə baxılması mümkün olan “"xxxx" MMC tərəfindən 16 noyabr 2023-cü il tarixində keçirilmiş hərracın və nəticələrinin etibarsız hesab edilməsi” tələbi birləşdirməklə, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirilmişdir. Odur ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ********** nömrəli qəbzlə xx.xx.2023-cü il tarixdə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah edilsin ki, kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar