Məhkəmə qərarları › İş №e-2-2(113)-701/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-701/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-701/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədirliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ***- **** saylı, xx.xx.2017-ci il tarixli GSM müqaviləsinə əsasən 23197,65 manat xidmət haqqının və ödənilmiş 30,80 manat dövlət rüsumunun, cəmi 23228,45 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması ilə bağlı sübut təqdim edilməmiş, belə ki, iddia ərizəsinə əlavə edilmiş EMS poçt xidmətinin xx.xx.2019-cu il tarixli qəbz pretenziyanın göndərilməsini əks etdirən sənəd olsa da, xx.xx.2019-cu il tarixli F-20 formalı kötüyün hansı poçt göndərişinə aid olduğu məlum deyil. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2019-cu il tarixli ödəniş 3-cü şəxslərin işə qoşulması barədə hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizə ilə bağlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2019-cu il tarixli və 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2019-cu il tarixli qəbzlər geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması barədə sənəd əldə edildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar