Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-702/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcların əvəzləşdirilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 və Nümayəndə1, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcların əvəzləşdirilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün cəmi 37500 (otuz yeddi min beş yüz) manat icarə haqqının İddiaçı MMC-nin hesabına ödənilməsi və əvvəlki mülkiyyətçi X2 ilə "xxxx" MMC arasında imzalanmış 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, ünvan 1 ünvanında yerləşən binadan Cavabdeh MMC-nin əmlakları ilə məcburi qaydada çıxarılması və binanın boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bina DƏDRX-in hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki MA seriyalı ******* saylı 09 fevral 2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Daşınmaz əmlak Çıxarışın tarixindən İddiaçı MMC-nin mülkiyyətindədir. Binanın 857 kv.m. hissəsi "xxxx" MMC və xx.xx.2007-ci il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 05878265 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X2 tərəfindən verilən 14 noyabr 2018-ci il tarixli AR-İ seriyalı 689408 saylı etibarnamə əsasında çıxış edən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda qeydiyyatda olan AZE seriyalı 18036132 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X3 tərəfindən imzalanmış 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin icarəsinə verilmişdir. Yəni bina İddiaçı MMC-nin mülkiyyətinə keçən vaxtdan təxminən üç il əvvəl "xxxx" MMC-nin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi binanın keçmiş mülkiyyətçisi ilə bağlanmışdır. Hal-hazırda isə binanın mülkiyyətçisi İddiaçı MMC-dir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, Aylıq icarə haqqı 1 kv.m. görə 5,25 (beş manat 25 qəpik) Azərbaycan manatı olmaqla, ümumilikdə 4500,00 (dörd min beç yüz) Azərbaycan manatı təşkil edir. İcarə müqaviləsinin 4.2-ci bəndinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 10-dan gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. "xxxx" MMC tərəfindən icarə müqaviləsinin 4.2-ci bəndinin tələbləri pozulmuşdur.
3. İddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş tələblərin əvəzləşdirilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə artıq ödənilmiş məbləğin müvafiq qaydada müqavilə üzrə növbəti aylara münasibətdə əvvəldən ödənilmiş icarə haqqı qismində hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 40 ünvanında yerləşən bina DƏDRX-in hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki MA seriyalı ******* saylı 09 fevral 2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Binanın 857 kv.m. hissəsi "xxxx" MMC və xx.xx.2007-ci il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı 05878265 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X2 tərəfindən verilən 14 noyabr 2018- ci il tarixli AR-İ seriyalı 689408 saylı etibarnamə əsasında çıxış edən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda qeydiyyatda olan AZE seriyalı 18036132 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X3 tərəfindən imzalanmış 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin icarəsinə verilmişdir. Yəni bina İddiaçı MMC-nin mülkiyyətinə keçən vaxtdan təxminən üç il əvvəl "xxxx" MMC-nin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi binanın keçmiş mülkiyyətçisi ilə bağlanmışdır. Hal-hazırda isə binanın mülkiyyətçisi İddiaçı MMC-dir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, Aylıq icarə haqqı 1 kv.m. görə 5,25 (beş manat 25 qəpik) Azərbaycan manatı olmaqla, ümumilikdə 4500,00 (dörd min beç yüz) Azərbaycan manatı təşkil edir. İcarə müqaviləsinin 4.2-ci bəndinə əsasən, İcarə haqqı hər aya görə cari ayın 10-dan gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. Lakin artıq 24 aydır ki, müqavilə üzrə ödənilən 4500 manat icarə haqqı üçün hər ay 14%-i həcmində ÖMV vergisi ödənilir. Lakin ədv ödənişlərinin icarəçi tərəfindən ödənilməsinə dair müqavilədə şərt mövcud deyil. Beləliklə, Cavabdeh MMC tərəfindən cavabdehə may 2022-ci il tarixdən iyul 2024-cü il tarixə ümumilikdə 142 500 (bir yüz qırx iki min beş yüz) manat ödənilmişdir. Ödənilmiş məbləğ üzrə məlum olmuşdur ki, İddiaçı MMC-yə ümumilikdə 79 342, 08 (yetmiş doqquz min üç yüz qırx iki) manat artıq ödəmə edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndə və vəkilləri Nümayəndə2, Nümayəndə1 və qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından hər iki iddiaya paralel olaraq münasibət bildirilməlidir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X2 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır.
12. Qeyd edilmiş müqavilənin 1.1-ci bəndinə əsasən, icərəyə verən ona məxsus sahəni icarəçiyə 10 il müddətinə icarəyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 1.2 və 1.3-cü bəndindən görünür ki, icarə müqaviləsinin predmeti ünvan 2 ünvanında yerləşən X1 məxsus 1.225,1 kv.m təşkil edən sahənin 857 kv.m hissəsi təşkil edir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 4.500 manat təşkil edir.
15. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 4.1-ci bəndində göstərilən məbləğin 3.947,37 manat hissəsi nağd şəkildə icarəyə verənə ödənilir, digər 552,63 manat isə 14 faiz vergi ödənilir.
16. Müqavilənin 10.2.2-ci bəndinə əsasən bu müqavilənin tələbləri hər-hansı tərəflə pozulduqda digər tərəfin tələbi ilə digər tərəfi xəbərdar etməklə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
17. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına (reyestr nömrəsi **********30-06301) əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında 0,02946 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1225.1 m2 olan qeyri-yaşayış binası İddiaçı MMC-nin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
18. İddiaçı MMC, 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün hesablanmış olan 40.500 (9x4500) manat bordan 3.000 manat ödənildiyini, ödənilməyən cəmi 37.500 manat icarə haqqı borcunun qaldığını bildirir.
19. Cavabdeh MMC isə, 7 ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nin əməkdaşı olan Rüstəmov Seymura 8.000 manat pul verdiyini, bununla bağlı yazılı qəbz tərtib edildiyini, İddiaçı MMC-yə aylıq 4.500 manat deyil, 3.947,37 manat ödəməli olduğunu, qeyd edilmiş hesablamalar aparıldıqda da, İddiaçı MMC-nin ona borclu olduğunu bildirir.
20. Bu xüsusda Məhkəmə qeyd edir ki, ilk növbədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə aylıq 4.500 manat və yaxud 3.947,37 manat ödəməli olması halı müəyyən edilməlidir.
21. Vergi Məcəlləsinin 96-cı maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.
22. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
23. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
24. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
25. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir.
26. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsi yəni, daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində verginin tutulmasının mümkünlüyü norması hüquqi şəxslər arasında olan münasibətlərə deyil, fiziki şəxsin iştirakı ilə olan münasibətlərə aiddir.
27. Həmin Məcəllənin 124.3-cü maddəsi isə, rezident müəssisələrə yəni, hüquqi şəxslərə aid normadır. Bu normadan da, göründüyü kimi, hüquqi şəxslər arasında olan icarə haqqı ilə bağlı ödəmə mənbəyində vergi tutulmur.
28. Yəni indiki halda, X2 ilə Cavabdeh MMC arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 5.2-ci bəndi İddiaçı MMC-yə aid edilə bilməz. Belə ki, qeyd edilmiş müqavilənin bəndi Vergi Məcəlləsinin tələbləri baxımından hüquqi şəxslərin iştirakı ilə olan icarə haqqı ilə bağlı münasibətlərə tətbiq edilməsi yolverilməzdir.
29. Ona görə də, Cavabdeh MMC-nin qeyd etmiş olduğu İddiaçı MMC-yə aylıq 4.500 manat və yaxud 3.947,37 manat ödəməli olması dəlili əsassızdır və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödəməli olduğu aylıq icarə haqqı 4.500 manat olmaqla hesablanmalıdır.
30. Bundan sonra Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin qeyd etmiş olduğu 7 ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nin əməkdaşı olan Rüstəmov Seymura 8.000 manat pulun verilməsi halı araşdırılmalıdır.
31. İddiaçı MMC-nin nümayəndəsi və vəkili, Banklar tərəfindən edilmiş ödənilmiş məbləğləri qəbul etdiyini, onların icarə haqlarından çıxıldığını, qeyd edilmiş sadə yazılı qəbzlər üzrə ödənişləri qəbul etmədiyini bildirmişdir.
32. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən 3 ədəd sadə yazılı qaydada tərtib edilmiş, Məhkəməyə surəti təqdim edilən Rüstəmov Seymurun 8.000 manat pulun alması ilə bağlı olan qəbzlərin tarixi xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərinə aiddir.
33. İş materiallarından görünür ki və məhkəmə iclasında İddiaçı MMC-nin də qəbul etdiyini kimi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə Xalq Bank ASC vasitəsi ilə 37.588 manat, AFB Bank ASC vasitəsi ilə 36.601 manat, Kapitalbank ASC vasitəsi ilə 12.311 manat icarə haqqı ödənilmişdir.
34. Bu xüsusda Məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən 3 bank vasitəsi ilə icarə haqqlarının ödənildiyi təqdirdə, nəyə görə icarə haqqı məbləğini nağd qaydada ödəməli olması halı izah edilə bilən deyildir. Bundan başqa da, qeyd edilmiş Rüstəmov Seymurun İddiaçı MMC-nin məsul şəxsi olması da təsdiq olunmur. Eyni zamanda qeyd edilmiş 3 ədəd surəti təqdim edilmiş qəbzlərin heç biri İddiaçı MMC-nin möhürü ilə də, təsdiq edilməmişdir.
35. Həmçinin də, qeyd edilməlidir ki, İddiaçı MMC-nin tələbi 2024-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları və 2025-ci ilin yanvar, fevral, mart ayları üçün icarə haqqı ilə bağlıdır, ancaq qeyd edilmiş 3 ədəd qəbzlər xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərinə aiddir yəni tələb edilən dövrlə də, bağlılığı yoxdur.
36. Bundan başqa da, iş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli “icarə müqaviləsinin tələbləri üzrə ödənilməli olan aylıq 4.500 manat icarə haqqı dəyəri Cavabdeh MMC tərəfindən vergi borcunun yaranması səbəbi ilə bütün bank hesablarına sərəncam daxil olmasına görə icra edə bilmir. Bu səbəbləri nəzərə alaraq sizdən zaman tələbi edərək bizə möhlət verməyinizi rica edirik ki, sərəncamlar silinib hesablarımız blokdan azad olunduğu təqdirdə dərhal gecikmiş icarə öhdəliklərimizin icrasını təmin edəcəyik” məzmunlu, xx.xx.2024-cü il tarixli “icarə borcumuzu ödəmək istəyirik, lakin hal-hazırda Cavabdeh MMC-nin vergi borcu öhdəliyi olduğu üçün bank hesablarında sərəncam vardır. Yəni faktiki olaraq ödənişi həyata keçirə bilmirik. Ödənişi yalnız təqribi olaraq gələn həftə edə biləcəyimizi sizə bildirmək istəyirəm” məzmunlu, xx.xx.2024-cü il tarixli “biz ödənişə hazırıq, lakin sizin tərəf ödənişi qəbul etməmişdir” məzmunlu məktublar ünvanlanmşdır.
37. Qeyd edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1-ci məktubun da, xx.xx.2024-cü il tarixdə olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, artıq 2024-cü ilin iyul ayından icarə haqqı borcunun olması halını Cavabdeh MMC-nin özü də, qəbul etmişdir.
38. Qeyd edilmiş məktubların məzmunundan da, görünür ki, Cavabdeh MMC icarə haqqının aylıq 4.500 manat olması və borc məbləğini konkret göstərməsə də, borcunun qalması halını qəbul etmişdir.
39. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh MMC 7 ayrı-ayrı tarixlərdə İddiaçı MMC-yə 8.000 manat pulun nağd qaydada ödəməsi halını təsdiq edə bilməmişdir və beləliklə də, onun ödənilməmiş 37.500 manat icarə haqqı borcu qalmışdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
41. Belə olan halda, Məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi icra etmədiyindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
42. xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, icarə obyekti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq, həmin qeyri yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi İddiaçınə təhvil verilməlidir.
43. Cavabdeh MMC-nin qarşılıqlı iddiasının əsası olmadığından rədd edilməlidir.
44. Beləliklə, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 37.500 (otuz yeddi min beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq, həmin qeyri yaşayış sahəsindən çıxarılaraq, qeyri-yaşayış sahəsi İddiaçınə təhvil verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov