Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-704/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə haqqının ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, borcun ödənilməsi, icarə predmetinin təhvil verilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqının ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 1340 (min üç yüz qırx) manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 65,86 manat (altmış beş manat səksən altı qəpik) məbləğində cərimə borcu olmaqla, cəmi 1405,86 manat (min dörd yüz beş manat səksən altı qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi, habelə müvafiq qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 40 m2 ölçüsündə olan xxx nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi şəxs hər ay kommunal və sair xərclər daxil olmamaqla, 150 (yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq icarə müqaviləsinə 05 yanvar 2022-ci il tarixli 01 nömrəli əlavə razılaşmaya əsasən qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 yanvar 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan müddət üçün (yəni iki ay üçün) aylıq icarə haqqı məbləği 105 (bir yüz beş) manat müəyyən edilmişdir. İcarəçi Cavabdeh 28 fevral 2022-ci il tarixli ərizəsinə əsasən tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsinə 28 fevral 2022-ci il tarixli sazişlə borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. İcarəçi Cavabdeh qeyd edilən icarə müqaviləsi üzrə aylıq icarə haqqı ödənişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 10 avqust 2023-cü il tarixli, 02-01/449 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, 01 fevral 2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsi üzrə 28 fevral 2022-ci il tarixə (müvafiq icarə müqaviləsinə xitam verilmiş tarixə) icarəçi şəxsin icarə haqqı borcu 1340 (min üç yüz qırx) manat, ona hesablanmış cərimə borcu 65,86 manat (altmış beş manat səksən altı qəpik) olmaqla, cəmi borcu 1405,86 manat (min dörd yüz beş manat səksən altı qəpik) məbləğindədir. Habelə, icarəçi şəxs tərəfindən bu günə kimi müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq icarəyə verənə təhvil verilməmişdir. Bununla da, icarəçi şəxs tərəfindən icarəyə verənə həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı (digər icarəçiyə icarəyə verilməsi və s.) maddi ziyan vurulmuşdur. Borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, müvafiq qeyriyaşayış sahəsi boşaldılaraq icarəyə verənə təhvil verilməmiş və bununla da, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdeh şəxsə təklif olunmuşdur. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu baxımdan tərəflər arasında müvafiq mübahisənin həlli istiqamətində razılıq əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh qeyd edilən icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır, habelə bu günə kimi müvafiq qeyri-yaşayış sahəsini icarəyə verənə təhvil verməməklə sonuncuya maddi ziyan vurmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.5, 448.1, 700.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etdi, iddiaçıya borcunun olmadığını bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, xxx saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən aşağıda göstərilən əmlakı icarəçiyə icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, 40 m2 olan “xxx” nömrəli qeyri-yaşayış sahəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 150 (yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 10-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəyə verən hər rüb icarə haqqını birtərəfli qaydada dəyişdirə bilər və icarəçinin bununla razılaşmaması icarəyə verənə müqaviləni birtərəfli qaydada xitam vermək hüququ yaradır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən bu müqavilənin həyata keçirilməsi zamanı yaranan bütün vergilər icarəçi tərəfindən ödənilir.
8. xx.xx.2018-ci il tarixli, xxx saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 nömrəli əlavə razılaşmaya əsasən tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, 40 m2 olan “xxx” nömrəli qeyri-yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq icarə haqqının 105 (yüz beş) manat (ƏDV daxil) məbləğində müəyyən olması barədə razılığa gəliblər.
9. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə İddiaçı MMC-yə müraciət edərək xx.xx.2018-ci il tarixli, xxx saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsini xahiş etmişdir.
10. İddiaçı MMC-nin 22 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişin 1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, 40 m2 olan “xxx” nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, xxx saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmişdir. Həmin sazişin 4-cü bəndinə əsasən icarəçi hazırkı müqaviləyə əsasən icarəyə verənə 1340 manat icarə haqqı borcunun olduğunu etiraf edir. Həmin sazişin 5-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə bağlandığı andan 3 təqvim günü müddətində icarə predmetini boşaldaraq icarəyə verənə təhvil verməyi və icarə predmetində icarəçi tərəfindən aparılmış bərpa, təmir və abadlaşdırma işlərinə görə icarəçinin icarəyə verənə qarşı iddia tələbi yoxdur və gələcəkdə də iddia tələbi irəli sürə bilməz. Saziş hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün aktdan görünür ki, icarəçi işlərin yaxşı getməməsinə görə müqaviləyə xitam vermiş və icarəçinin icarəyə verənə borcu 1340 manat təşkil edir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
12. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 02-01/449 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1340 manat, ona hesablanmış cərimə borcu 65,86 manat olmaqla, cəmi borc 1405,86 manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 02-01/476 pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması 7 (yeddi) təqvim günü müddətində tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini cavabdehdən 1340 manat borcun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsi üzrə 1340 manat məbləğində icarə haqqı borcu tutularaq İddiaçınə ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları üzrə öz təsdiqini tapır.
20. Bundan əlavə, iddiaçı cavabdehdən 65,86 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
22. İddia tələbinin digər hissəsini icarə predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi təşkil edir.
23. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında icarə münasibətlərinə xitam verilsə də, icarə predmeti iddiaçıya təhvil verilməmişdir.
22. Ona görə də məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, icarə münasibətlərinə xitam verildikdən sonra icarəçi icarə predmetini icarəyəverənə qaytarmaq vəzifəsi daşıdığından iddiaçı həmin tələbi irəli sürməkdə haqlıdır və iddia həmin hissədə də təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 40 kv.metr olan xxx nömrəli qeyri-yaşayış sahəsi (mağaza) cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
24. Eləcə də, iddiaçı 70 (yetmiş) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
25. Məhkəmə hesab edir ki, 70 (yetmiş) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, xxx nömrəli icarə müqaviləsi üzrə 1340 (min üç yüz qırx) manat icarə haqqı borcu, 10 (on) manat cərimə, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 1420 (min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 40 kv.metr olan xxx nömrəli qeyri-yaşayış sahəsi (mağaza) boşaldılaraq İddiaçınə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova