Məhkəmə qərarları › İş №e-2-2(113)-705/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-705/2020

11.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-705/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, "İddiaçı" qapalı səhmdar cəmiyyətinin Azərbaycan Respublikasının Ticarət X4 “Azərekspertiza” Birliyinə qarşı aktın etibarsız sayılması və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "İddiaçı" qapalı səhmdar cəmiyyəti Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” BirliyininB.İ.Əliyev tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyin etibarsız sayılması, 1.055.227,65 manat məbləğində dəymiş zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumu məbləği Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” Birliyindən tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o, cavabdehin nümayəndəsinin vəsatətinə etiraz edərək, onun əsassız olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi, hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan "İddiaçı" qapalı səhmdar cəmiyyətinin Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı inzibati icraat qaydasında baxılan iş üzrə verilmiş yazılı sübut növüdür. Həmçinin o, qeyd etdi ki, vergi orqanının qərarına əsasən cavabdehin eksperti mütəxəssis qismində səyyar vergi yoxlamasına cəlb olunmuş və nəticədə mübahisəli olan rəyi vermişdir. Cavabdehin nümayəndəsi iddianın rədd olunması məhkəmədən xahiş etdi. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə uyğun olaraq, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 1-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə uyğun olaraq, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə uyğun olaraq ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi, ayrıca hər hansı bir akt hesab olunmadığına görə, onun etibarsızlığı məsələsi məhkəmə tərəfindən ayrıca iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, ekspert tərəfindən verilmiş rəy, ekspertizanı təyin etmiş orqanın və ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin nəticə isə, gələcəkdə hər hansı bir məsələni tənzimlədiyindən, onun qabaqcadan heç bir qüvvəsi yoxdur. Çünki ekspertiza fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Belə olan halda isə, inzibati orqan və ya məhkəmə tərəfindən həmin rəyə sübut kimi tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1 maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ticarət X4 “Azərekspertiza” Birliyinin ekspert rəyi iddiaçı üçün qabaqcadan heç bir qüvvəsi olmayan norma yaratmadığından, həmin rəyin etibarsızlığına dair tələbi iddia icraatı qaydasında baxıla bilməz. Bundan başqa iddiaçının cavabdehə qarşı dəymiş ziyanın, vəkil xərcinin və dövlət rüsumunun tutulması tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı göstərdiyi xidmətin müqabilində faktiki olaraq, vergi orqanının qərarı əsasında və öz fəaliyyəti çərçivəsində xidmət göstərərək, nəticədə rəy vermişdir. Rəyin verilməsi isə ekspertin vəzifəsi, həmçinin sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olduğundan, həmin rəy ilə hər hansı ziyanın vurulması mümkün deyil. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ticarət X4 “Azərekspertiza” Birliyinin ekspert rəyi digər məhkəmədə baxılan inzibati iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozmadığından, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktlların qəbul edilməsi mümkün olmadığından, "İddiaçı" qapalı səhmdar cəmiyyətinin Azərbaycan Respublikasının Ticarət X4 “Azərekspertiza” Birliyinə qarşı aktın etibarsız sayılması və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "İddiaçı" qapalı səhmdar cəmiyyəti Azərbaycan Respublikasının X1rşı Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” BirliyininB.İ.Əliyev tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyin etibarsız sayılması, 1.055.227,65 manat məbləğində dəymiş zərər, 210 manat məbləğində vəkil xərci və 30 manat məbləğində dövlət rüsumu məbləği Azərbaycan Respublikası Ticarət X4 “Azekspertiza” Birliyindən tutularaq İddiaçı QSC-nə ödənilməsitələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar