Məhkəmə qərarları › İş №e-2-2(113)-7061/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7061/2025

20.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7061/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 123379.76 (yüz iyirmi üç min üç yüz yetmiş doqquz) manat əsas borc və 22208.34 AZN (iyirmi iki min iki yüz səkkiz) ƏDV ödənişi, həmçinin borcun ödənilmədiyi hər il üçün 5% dəbbə pulu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 3500 (üç min beş yüz) manat xidmət haqqını və ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli #22-NMX-HSS-112 nömrəli xidmət müqaviləsi imzalanmışdır.İddiaçıCavabdeh MMC-yə Müqavilənin Əlavə 1-də qeyd edilən xidmətləri göstərmişdir. Belə ki, tərəfimizdən Sizə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək EBDS 070729, EBDT 811926, EBDZ 805878, EBDZ 805895, EBDZ 805925, EBEA 365831, EBEC 294512, MT2407 10288854, MT2407 10288296 saylı elektron qaimə-faktura göndərilmişdir. Lakin, qaimələr üzrə borcunuzu təşkil edən 123379.76 AZN (yüz iyirmi üç min üç yüz yetmiş doqquz) əsas və 22208.34 AZN (iyirmi iki min iki yüz səkkiz) ƏDV ödənişi tərəfinizdən indiyədək ödənilməmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 123379.76 (yüz iyirmi üç min üç yüz yetmiş doqquz) manat əsas borc və 22208.34 AZN (iyirmi iki min iki yüz səkkiz) ƏDV ödənişi, həmçinin borcun ödənilmədiyi hər il üçün 5% dəbbə pulu olan 7280 (yeddi min iki yüz səksən) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 3500 (üç min beş yüz) manat xidmət haqqını və ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli xidmət müqaviləsinə əsasən icraçı tikinti işkələlərin icarəsi xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün icraçını cəlb etməsi niyyətindədir.

10. Müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçiyə bu müqavilənin əlavə 1-də daha təfərrüatla qeyd edilən xidmətləri göstərəcəkdir. Sifarişçi isə öz növbəsində icraçının göstərdiyi xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin edəcək.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq icraçı tərəfindən icra olunmuş xidmətləri qəbul etmək və haqqı ödəmək sifarişçinin öhdəliyidir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş xidmətlərin müqabilində sifarişçi icraçıya bu müqavilənin 1 saylı əlavəsində göstərilən tariflər əsasında aylıq xidmət haqqını ödəyəcəkdir. Tərəflər arasında başqa razılıq əldə olunmayıbsa, sifarişçi haqqı icraçı tərəfindən lazımi qaydada təqdim edilmiş hesab-faktura əsasında bank hesablaşma qaydasında köçürəcəkdir.

13. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə 1 saylı əlavəyə əsasən çoxyönümlü iskələ bağlantıları aylıq icarə 3,50 AZN, quraşdırma montaj 3,00 AZN, sökülmə, demontaj 2,00 AZN, mobil iskələ bağlantılarının günlük icarəsi 0,50 AZN məbləğində razılaşdırılmışdır.

14. İddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixli, EBDT 811926 nömrəli 30688,02 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 805878 nömrəli 22407,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 805895 nömrəli 20034,78 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 805925 nömrəli 19348,21 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBEA 365831 nömrəli 8979,86 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 294512 nömrəli 6317,48 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2407 10288296 nömrəli 4117,79 manat məbləğində, xx.xx.2024cü il tarixli, MT2407 10288854 nömrəli 739,21 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDS 070729 nömrəli 64900 manat məbləğində elektron qaimə fakturalar təqdim edilmişdir.

15. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 14389,23 manat məbləğində xidmət göstərilmişdir.

16. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 22421,95 manat məbləğində xidmət göstərilmişdir.

17. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 17261,52 manat məbləğində xidmət göstərilmişdir.

18. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 20450,30 manat məbləğində xidmət göstərilmişdir.

19. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 13521,55 manat məbləğində xidmət göstərilmişdir.

20. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 55000 manat məbləğində xidmət göstərilmişdir.

21. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 1139,23 manat məbləğində xidmət göstərilmişdir.

22. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 6082,38 manat məbləğində xidmət göstərilmişdir.

23. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 5704,14 manat məbləğində xidmət göstərilmişdir.

24. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 6861,14 manat məbləğində xidmət göstərilmişdir.

25. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 6501,13 manat məbləğində xidmət göstərilmişdir.

26. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 24612,37 manat məbləğində xidmət göstərilmişdir.

27. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 27184,75 manat məbləğində xidmət göstərilmişdir.

28. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 31559,62 manat məbləğində xidmət göstərilmişdir.

29. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 35928,54 manat məbləğində xidmət göstərilmişdir.

30. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 26006,80 manat məbləğində xidmət göstərilmişdir.

31. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 18989,02 manat məbləğində xidmət göstərilmişdir.

32. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 16978,63 manat məbləğində xidmət göstərilmişdir.

33. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 16396,79 manat məbləğində xidmət göstərilmişdir.

34. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 7610,05 manat məbləğində xidmət göstərilmişdir.

35. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 5353,80 manat məbləğində xidmət göstərilmişdir.

36. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 3489,66 manat məbləğində xidmət göstərilmişdir.

37. İş materiallarına əlavə olunmuş, tərəflər arasında imzalanmış, möhürlə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli müqaviləyə əsasən 626,45 manat məbləğində xidmət göstərilmişdir.

38. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin ümumi borcu 323935,23 manat təşkil etmiş, cavabdeh 200555,54 manat əsas, 36100,01 manat ƏDV ödəmiş, qalıq əsas borcu 123379,74 manat, ƏDV borcu 22208,34 manat təşkil edir.

39. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

41. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

42. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 22-NMX-HSS-112 nömrəli xidmət müqaviləsi adı altında icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən öhdəliklər icra edilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, nəticədə cavabdehin iddiaçıya müqavilə üzrə 123379,76 manat əsas borc, 22208,34 manat ƏDV borcu yaranmışdır. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə əsas və ədv borcunu cavabdehdən tələb etməklə haqlıdır.

44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 123379,76 manat əsas borc, 22208,34 manat ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1 illik dövr üçün 7280 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

47. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

49. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

50. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

51. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

52. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

53. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

54. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır.

55. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 123379,76 manat əsas borc, 22208,34 manat ƏDV, 7280 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

56. Bundan başqa iddia ərizəsində 3500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

57. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 3500 manat hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

58. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “De Fendo” Vəkil Bürosunun hesabına ümumilikdə 3500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 440 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 123379,76 manat əsas borc, 22208,34 manat ƏDV, 7280 manat faiz borcu, 3500 manat hüquqi yardıma görə xərc, 440 manat dövlət rüsumu, ümumilikdə 156808,10 (bir yüz əlli altı min səkkiz yüz səkkiz manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar