Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7062/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Süngerinçli Semih qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, cavabdeh X2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçı "X8 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Süngerinçli Semih qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "X8 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Süngerinçli Semihndən müştərək (birgə) qaydada 255168,50 manat əsas kredit borcunun, 11234,90 manat əsas məbləğə hesablanmış faiz borcunun, 882,62 manat gеcikdirmə faiz borcunun, ümumilikdə: 267286,02 manat məbləğində kredit borcunun, və 557,29 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda Süngerinçli Semihə məxsus olan "xxxx" QSC-dəki AZ30KABA******************** N-li, hesablardakı olan (gələcəkdəki olacaq) 48253 (qırx səkkiz min iki yüz əli üç) manat məbləğində pul vəsaitinə və ünvan 4 Yeni qaydalarla:ünvan 1 ünvanında ümumi sahəsi 156.70 kv.m. olan mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin bazar dəyərinin 340000 manat olmaqla mənzilin elektron hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2023-cü il tarixdə "X8 Azərbaycan" QSC ilə "xxxx" MMC arasında 375399/400 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan "xxxx" MMC-yə əsas vəsaitin alınması ilə bağlı 400000 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna ilik 12 % (on iki) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı bоrcalanın 20 dekabr 2023-cü il tarixli, 375399/400 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh Süngerinçli Semih ile 20 dekabr 2023-cü il tarixli 400 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Bоrcalanın 20 dekabr 2023-cü il tarixli 375399/400 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 21 dekabr 2023-cü il tariхində bank ilə borc alan "xxxx" MMC və ipoteka qoyan Süngerinçli Semih arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Süngerinçli Semihə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1 ci Səbail küçəsi, ev 2,4,6,8,10,12,14, mənzil 7405 Yeni qaydalarla:ünvan 1 ünvanında, ümumi sahəsi 156.70 kv.m. olan mənzil "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDXDƏDK VƏ RPHŞ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2023-cü il tariхili yüklülük barədə müvafiq Çıхarış təqdim еdilmişdir. Bоrcalanın 20 dekabr 2023-cü il tarixli 375399/400 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 15 noyabır 2024cü il tariхində "X8 Azərbaycan" QSC ilə borc alan "xxxx" MMC və girov qoyan Süngerinçli Semih arasında Girov müqaviləsi bağlanmışdır. Bağlanmış Girov müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Süngerinçli Semihə məxsus olan "X8 Azərbaycan" QSC-dəki AZ30KABA******************** N-li, hesablardakı olan (gələcəkdəki olacaq) 48253 manat məbləğində pul vəsaitlərini girov predmeti olaraq "X8 Azərbaycan" QSC-nin xeyrinə yüklü edilmişdir. "X8 Azərbaycan" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də "xxxx" MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-yə оlan bоrclarını ödəməmişlər. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcələsinin 319, 385, 442, 443, 445, 448, 460, 462, 739 maddələrini, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 4, 33, 34, 47, 59 və Azərbaycan Respublikasının Mülki-Prоsessual Məcələsinin 36, 149, 150 maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi ərizə yazaraq onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 bildirmişdir ki, iddia tələbini qəbul edir, ipoteka əmlakın bazar dəyərinin 340000 manat müəyyən edilməsinə razıdır. İddianın etiraf olunmasının hüquqi nəticələri ona aydındır və iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddianı etiraf etmiş, ipoteka əmlakın bazar dəyərinin 340000 manat müəyyən edilməsinə razıdır. Həmçinin bildirmişdir ki, etirafın hüquqi nəticələri ona aydındır və iddianın təmin edilməsinə etiraz etmir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" QSC (Borc verən) ilə “Gazi 5" MMC (Borc alan) arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli 375399/400 nömrəli kredit müqaviləsinə əsasən “Borcverən” “Borcalan”-a bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə “Borcverənə” qaytarmasım öhdəsinə götürür. Kreditin məbləği 400000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən Kredit Borcalana xx.xx.2026-cı il tarixinədək və istifadəsinə görə illik 12% (on iki faiz) dərəcəsi ödəmək şərti ilə verilir. Kredit 1 (bir) tranşla verilir. Bu müqaviləyə görə 1 il 360 gündən ibarətdir və kredit üzrə faizlər ilin 360 gününün faktiki saylarının əsasında hesablanır. Faizlər kreditin “Borcalan”-a verildiyi gündən (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) hesablanır və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma qrafikində(lərində) müəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Kredit üzrə faizlər bu müqavilənin şərtlərinə əsasən kredit “Borcalan”-a verildiyi (köçürüldüyü) gündən borcun tam qaytarılması anıııadək hesablanır. Kredit məbləği “Borcalan”-a "xxxx" QSC-də açdığı müvafiq cari hesaba köçürülməklə verilir. Müqavilənin 1.5-ci bəndinə əsasən 1.5. Bu müqavilə üzrə “Borcalan”ın “Borcverən” qarşısında öhdəliklərinin icrasının təmin etmək məqsədilə: Semih Süngerinçli «Borcalan»a zamin durur və onun öhdəliklərinə görə “Borcverən” qarşısında “Borcalan”la birgə məsuliyyət daşıyır(lar), X4 məxsus olan ünvan 2i ünvanında 0.2735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1091.80 kv.m olan qeyri-yaşayış binası və Semilı Süngerinçliyə məxsus olan Bakı şəh,Səbail ray,l-ci Səbail küç,ev 2,4,6,8,10,12,14,mənzil 7405 (Yeni qaydalarla: Bakı şəh,Səbail ray,1-ci Səbail küç,14,M4.m 5) ünvanında yerləşən ümumi sahəsi 156.70 kv.m olan mənzil ipotekaya qoyularaq “X9 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilir.Müqavilənin 6.9-cu bəndinə əsasən Borcalan” bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliklərini (və ya onun bir hissəsini) icra etmədiyi və yaxud lazımınca icra etmədiyi təqdirdə, “Borcverən” “Borcalanın” istənilən hesabından(larından), kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan gecikdirilmə faizlərini, həmçinin bu müqavilə üzrə çəkdiyi və ya çəkməli olduğu xərcləri (siğorta, hüquqi xidmət və s. xərcləri) yaranmış borcu əvəzinə(hesabına) mübahisəsiz (akseptsiz) qaydada silmək (krediti və\və ya xərclərini bağlamaq) və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabdaki(lardaki) məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaq. "xxxx" QSC (Borc verən) ilə Süngerinçli Semih (zamin) arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli, 375399/400 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə bağlanmış 20 dekabr 2023-cü il tarixli 400 nömrəli zaminlik müqaviləsinə əsasən kreditlə bağlı “Borcverən” qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirələnədək “Zamin” “Borcalanla” tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə “Borcalan” öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə “Zamin” “Borcverənin” ilk tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və gecikdirilmə faizlərlə birlikdə (həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və “Borcalanın" kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Borcverənə” dəyən digər zərər də daxil olmaqla) dərhal “Borcverənə” ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. "xxxx" QSC (Borc verən) ilə Gazi 5 MMC (girov qoyan) arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli, 375399/400 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə bağlanmış 15 noyabr 2024-cü il tarixli 400 nömrəli girov müqaviləsinə əsasən Girov qoyan» mülkiyyət hüququ ilə ona məxsus olan aşağıdakı əmlakı(ları)(girov predmeti) bu müqavilənin 3.1. maddəsində göstərilmiş kredit müqaviləsi üzrə “Borcalan” “Borcverən” qarşısında öhdəliklərinin icrasını təminedilməsi üsulu kimi girova qoyaraq “X9 Azərbaycan” QSC-in xeyrinə yüklü edir: Bu məqsədlə Gazi 5 MMC -ın “X9 Azərbaycan” QSC-də AZ30KABA******************** N-li hesabında (bank və\və ya əmanəfdepozit hesabı) olan (və\və ya gələcəkdə olan\olacaq) 48253 manat məbləğində vəsaiti(ləri) kreditin təminatı kimi “Borcverən” tərəfindən xüsusi girov hesabına (xüsusi bank hesabı) köçürülərək bloklaşdırılır (bloklaşdırılacaq) (bu məbləğin üstünə hər hansı əmanəfdepozit faizlər hesablanmamaq şərti ilə). “Borcalan” tərəfindən bu müqavilənin 3.1. maddəsində göstərilmiş kredit müqaviləsinə əsasən öhdəlikləri icra olunmadıqda və\və ya lazımı qaydada icra olunmadıqda və\və ya müqavilənin şərtləri başqa şəkildə pozulduqda, “Borcverən” mübahisəsiz qaydada (girov qoyanın sərəncamı olmadan) bütün kredit borcunu (hesablanmış bütün faiz və gecikdirilmə faizlər daxil) xüsusi bank hesabındakı vəsait hesabına bağlamaq (hesabdan öz xeyrinə mübahisəsiz qaydada silmək ödəmək) hüququna malik olacaq. “Girov qoyan” girov predmeti üzrə yüklülük haqqında bildirişin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsinə razı olmasını təsdiq və bəyan edir. Müqavilənin 2.1-ci bəndinə əsasən Girov qoyanın bu müqaviləyə əsasən girov ilə yüklü edilən əmlak üzərində mülkiyyət hüququ “X9 Azərbaycan” QSC ilə Gazi 5 MMC arasında bağlanan 05 İyul 2023 tarixli bank hesabı (və ya bank əmanəti) müqaviləsi ilə təsdiq edilir. Girov qoyan girov predmetinin yeganə qanuni sahibi olduğunu, girov predmetinin üzərində həbs və ya hər hansı qadağa olmadığını, digər kredit və\və ya öhdəliklərin (digər kredit təşkilatında) icrasını təmin etmədiyini təsdiq və bəyan edir. Girov predmeti girov saxlayanın yazılı razılığı olmadan digər təşkilat(lar) qarşısında girov ilə yüklü edilə və ya ona dair digər sərəncam verilə bilməz. “X9 Azərbaycan” QSC (İpoteka saxlayan) ilə Süngerinçli Semih (İpoteka qoyan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İpoteka qoyan öz mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Səbail küçəsi, ev 2,4,6,8,10,12,14, 7405 mənzili 20 dekabr 2023-cü il tarixli, 375399/400 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 330000 manat müəyyən edilmişdir. 18 İvul 2023-cü il tarixli 375399 N-li kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən 36 ay müddətinə xx.xx.2024-cü il tarixdən başlayaraq ilk ay 14,285.71, sonrakı hər ay 11,693.12 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində 11693,17 manat aylıq ödənişlər ödənilməlidir. **********72-05301-093122 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Süngerinçli Semihə məxsus ünvan 4 20 Dekabr 2023-cü il tarixli, 375399/400 N-li kredit müqaviləsi üzrə xx.xx.2026-ci il tarixinə kimi “X9 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin yüklülük ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə reyestrdə qeydə alınmışdır. xx.xx.2025-ci tarixli ərizədən görünür ki, Süngerinçli Semih “X9 Azərbaycan” QSCnin ona və "xxxx" MMC-yə qarşı pul tələbinə və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair ərizə üzrə iddia tələbini qəbul edir və tələbin ipoteka predmetinə yönəldilməsinə etiraz etmir. xx.xx.2022-ci il tarixdə “X9 Azərbaycan” QSC tərəfindən qəbul edilən ərizədən görünür ki, "xxxx" MMC tərəflər arasında bağlanan 20 Dekabr 2023-cü il tarixli, 375399/400 N-li kredit müqaviləsi üzrə 400000 manat məbləğində kredit məbləğini bankda olan 07217668 N-li hesabına köçürülməsini “X9 Azərbaycan” QSC-dən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “X9 Azərbaycan” QSC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 Yeni qaydalarla : , ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Sungerıclı Semihə məxsusdur. “GAZİ 5" MM-nin təsisçisi Semih Süngerinçli tərəfindən “X9 Azərbaycan” QSC-yə göndərilmiş müştəri bəyan formasına əsasən Semih Süngerinçli tərəflər arasında bağlanan 20 Dekabr 2023-cü il tarixli, 375399/400 N-li kredit müqaviləsi üzrə bankınızda olan 07217668 N-li hesabıma 400000 manat məbləğində kredit vəsaitinin mədaxil olunduğunu qəbul, təsdiq və bəyan etmişdir. xx.xx.2025 ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın "xxxx" QSC-yə 375399/400 №-li 20 dekabr 2023-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2025 ci il tarixə оlan ümumi kredit bоrcu krеdit üzrə əsas məbləğ borcu – 255168,50 manat; əsas məbləğə hesablanmış faiz borcu – 11234,90 manat; gеcikdirmə faiz borcu – 8862 manat; cəmi borc: 267286,02 manat təşkil edir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 4 Yeni qaydalarla : , ünvan 1 mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli **********95 nömrəli qəbzdən görünür ki, iddiaçı “X9 Azərbaycan” QSC tərəfindən 557,29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh "xxxx" MMC-yə 20 dekabr 2023-cü il tarixli, 375399/400 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 12% olmaqla 36 ay müddətinə 400000 manat kredit vermişdir. Daha sonra Süngerinçli Semih zamin kimi 20 dekabr 2023-cü il tarixli 400 saylı müqaviləyə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Süngerinçli Semih ilə Bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Süngerinçli Semihin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1 ci Səbail küçəsi, ev 2,4,6,8,10,12,14, mənzil 7405 Yeni qaydalarla:ünvan 1 ünvanında, ümumi sahəsi 156.70 kv.m. olan mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Bоrcalanın 20 dekabr 2023-cü il tarixli 375399/400 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə 15 noyabır 2024-cü il tariхində "xxxx" QSC ilə borc alan "xxxx" MMC və girov qoyan Süngerinçli Semih arasında Girov müqaviləsi bağlanmışdır. Bağlanmış Girov müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Süngerinçli Semihə məxsus olan "xxxx" QSC-dəki AZ30KABA******************** N-li, hesablardakı olan (gələcəkdəki olacaq) 48253 manat məbləğində pul vəsaitlərini girov predmeti olaraq "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaçıya tələbdə göstərilən məbləğdə ümumi 267286 manat borclarının olmasını etiraf etmişlər. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit, ipoteka, girov və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onların iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 557,29 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər "xxxx" MMC və X1 müştərək qaydada 255168,50 manat əsas borc, 11234,90 faiz borcu, 882,62 manat cərimə, ümumilikdə 267286 (iki yüz altmış yeddi min iki yüz səksən altı) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 557 (beş yüz əlli yeddi) manat 29 (iyirmi doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. X6 məxsus olan "xxxx" QSC-dəki AZ30KABA******************** N-li, hesablardakı olan (gələcəkdəki olacaq) 48253 (qırx səkkiz min iki yüz əlli üç) manat məbləğində pul vəsaitinə yönəldilsin. Tutma ünvan 4 (Yeni qaydalarla: ünvan 5 ünvanında ümumi sahəsi 156.70 kv.m. olan mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın bazar dəyəri 340000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin borc tələbi ödənilsin. İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlərdən "xxxx" MMC və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7062/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7062/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver