Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7067/2025 18.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta müqaviləsi,pul) X17 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı “İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Aqrar Sığorta Fonduna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehAqrar Sığorta Fondu tərəfindən "xxxx" X9 ödənilməli olan 60.000 AZN məbləğində sığorta ödənişinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, , "xxxx" X4raq noxud əkini ilə məşğul oluruq. Fermerlərin üzləşə biləcəyi risklərin qarşısının alınmasıməqsədilə Aqrar Sığorta Fondu təsis edilmişdir. Biz də noxud əkinin də yarana biləcək riskəri nəzərə alaraq müəssisəyə aid 36 ha ərazidə əkilmiş 20 ha noxud sahəsin sığortalamaq qərarına gəldik. Bu səbəbdən Aqrar Sığorta Fonduna müraciət etdik. Müraciətimizdən sonra cavab olaraq bildirildi ki, sahəyə ekspert tərəfindən baxılmalıdır. Bizisə razılaşdıq. Lakin sonradan cavabdeh tərəfindən ekspertin gəlməyimümkün olmadığını,əkin sahəsinin fotogörüntülərinin kifayət edəcəyi bildirildi. Bizisə bu fotogörüntüləri təqdim etdik. Bundan sonra müqavilə üçün sığorta ödənişinin ödənilməsi ilə bağlı bildiriş gəldi. Bildirişə əsasən, tərəfimizdən 618 AZN məbləğində sığorta haqqı ödənildi. Ödənişdən bir həftə sonra dolu yağışını nəticəsilə əkin sahəsinə tamamilə ziyan dəymişdir. Əkin sahəsinə dəyən ziyandan sonra Aqrar Sığorta Fondu tərəfindən müqavilə üçün ekspert tərəfindən sahəyə baxılmasının vacibliyi bildirildi. Nəzərinizə çatdırmalıyıq ki, tərəfimizdən Aqrar Sığorta Fondunun müəyyən etdiyi bütün prosedurlara əməletmişik. Hesab edirik ki, Fond tərəfindən 60.000 AZN məbləğində sığorta ödənişi bizə ödənilməlidir ,lakin tərəfimizdən sığorta haqqı ödənilsə belə bu ödəniş müxtəlif bəhanələrlə ödənilmir.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" X12 cavabdeh Aqrar Sığorta Fonduna (bundan sonra – Fond) qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün qeyd edirik ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Qaydaların 2.4.1-ci yarımbəndinə əsasən sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərini və bitkiçilik məhsullarını sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə “Aqrar sığorta” informasiya sistemində (bundan sonra – ASİS) qeydiyyatdan keçirlər. Qaydaların 2.4.2-ci yarımbəndinə əsasən sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) olan məlumatlarla müqayisə edilərək yoxlanıldıqdan sonra onun müraciəti qəbul edilir. Qaydaların 2.4.4-cü yarımbəndinə əsasən şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar eyni olduqda onunla idarəedici qurum Fondun adından sığorta müqaviləsi bağlayır. Bildiririk ki, "xxxx" X12 tərəfindən EKTİS-də bəyan edilmiş 37 hektar noxud sahəsindən 20 hektarının sığortalanması ilə bağlı Fonda xx.xx.2025-ci il tarixində ərizə təqdim edilmişdir. Müraciətə əsasən ASİS-də sığorta şəhadətnaməsi formalaşdırılmış və xx.xx.2025-ci il tarixində sığorta haqqının ödənilməsi ilə bağlı müraciət edən şəxsə SMS bildiriş göndərilmiş və həmin tarixdə müvafiq sığorta haqqı ödənilmişdir. Buna baxmayaraq şəxsin EKTİS-də bəyan etdiyi və sığortalanması üçün müraciət etdiyi sahələrin həcmi eynilik təşkil etmədiyindən şəxsin ödədiyi sığorta haqqı sistem tərəfindən qəbul edilməmiş və sığorta müqaviləsi qüvvəyə minmədən sahəyə koordinatların dəqiqləşdirilməsi və gələcəkdə sığorta hadisəsi baş verəcəyi təqdirdə sığortalanmış və zərərə məruz qalmış sahələrin uyğunluğunun müəyyən edilə bilməsi məqsədilə sahədə risk qiymətləndirilməsinin aparılması üçün müstəqil ekspert təhkim edilmişdir. xx.xx.2025-ci il tarixində müstəqil ekspert tərəfindən 20 hektarlıq sahədə risk qiymətləndirilməsi aparılmışdır. Əraziyə baxış zamanı ekspert tərəfindən sahədə dolu və müxtəlif bitki xəstəliklərinin (bakterial yanıq, fusarium) təsirləri aşkar olunmuşdur. Bundan əlavə, sahədə alaq otlarının intensiv şəkildə yayıldığı müşahidə edilmişdir. Yekun olaraq 20 hektar noxud sahəsində dolu səbəbilə yaranmış zərərlər nəzərə alınmaqla, ərazinin sığortalanması məqsədəuyğun hesab edilməmişdir. Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta müqaviləsi yazılı olaraq sığortalının Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır. Əlavə olaraq Qaydaların 1.10.3-cü yarımbəndinə əsasən sığorta müqaviləsi bu Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulmuş qaydada bağlanıldıqda sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edir. Beləliklə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. "xxxx" X6 isə sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edən sığorta şəhadətnaməsi təqdim edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, "xxxx" X12 ilə Fondun adından "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmış olsaydı belə, sığorta hadisəsinin baş verdiyi tarixlər şərtsiz gözləmə müddətinə təsadüf etdiyindən sığorta ödənişinin verilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometereologiya Xidmətinin 2025-ci il 21 iyun tarixli 3-14-20/2- 893/2025 nömrəli məktubuna əsasən 2025-ci il 30 aprel və 2 may tarixlərində Cəlilabad rayonu və kəndlərində dolu hadisəsinin qeydə alındığı müəyyən edilmişdir. Qaydaların 1.2.1-ci yarımbəndinin 11-ci abzasına əsasən şərtsiz gözləmə müddəti sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddətdir və Qaydaların 1.6.9- cu yarımbəndinə əsasən kənd təsərrüfatı bitkiləri X8 sığortası üzrə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur. Göründüyü kimi müraciət edən şəxs tərəfindən sığorta haqqı xx.xx.2025-ci il tarixində ödənildiyindən həmin tarixdə sığorta müqaviləsi bağlanılmış olsaydı belə, dolu hadisəsi xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində baş verdiyindən və həmin tarixlər 7 günlük şərtsiz gözləmə müddətinə aid hesab ediləcəyindən Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina ediləcəkdi.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən söıorta ödənişi edilmiş və beləliklə müqavilə bağlanılmış hesab edilməlidir. Ödəniş edildikdən 2 fün sonra dolu yağış, sığorta hadisəsi baş vermişdir. Zərərin baş verməsindən əvvəl həmin noxudlar sığortalanmış və 618 manat ödəniş həyata keçirilmişdir. Ödənişin təsdiqi sənədlərə əlavə edilmişdir; ödəniş həyata keçirildikdən sonra isə vəsait ödənilmiş hesab olunur. Zərərin miqdarı 60 000 manat müəyyən edilmiş və bu məbləğin ödənilməsi tələb olunur. Tərəflər arasında hər hansı mübahisə olmadığı üçün əlavə ekspertiza təyin edilməsinə ehtiyac olmamışdır. Noxudlar tam məhv olmuşdur. Beləliklə, zərərin 60 000 manat məbləğində ödənilməsi tələb edilir.Sonuncu məhəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkə iclasında iştirak etməmişdir.
6. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sığorta hadisəsi baş verən zaman tərəflər arasında qüvvədə olan sığorta müqaviləsi olmamışdır. İddiaçınıın təqdim etdiyi məumatlarda qeyri dəqiqlik olduğundan müqavilə bağlanmamış və müqavilə barədsində iddiaçıya sms getməmişdir, texniki nasazlıq nəticəsində ödənilən məbləğ geri qaytarılmamışdır. Müqavilə qüvvəyə minsə idi, tərəfimizdən iddiaçı tərəfə bununla bağlı bildiriş göndəriləcəkdi. Buna görə də, iddia tələbi əsassızdır və rədd edilməlidir.. Bu məsələ sığorta qaydalarının 2.4.4-cü bəndində nəzərdə tutulmuşdur. Sığorta şəhadətnaməsi sığorta ödənişi həyata keçirildikdən və müqavilə qüvvəyə mindikdən sonra təqdim edilir. Lakin müqavilə hələ qüvvəyə minmədiyi üçün göndərilməmişdir. Həmçinin dolu hadisəsi 2 may tarixində baş vermiş və müqavilə bağlansa idi də, sığorta müqaviləsində nəzərdə tutulmuş 7 günlük şərtsiz gözləmə müddəti tətbiq edilməli və bununla da sığorta ödənişi ödənilməməli idi. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:
9. Azərbaycan Respublikasının Ekologiya və X7 yanında Milli Hidrometologiya Xidmətinin xx.xx.2025-ciil tarixli məktubuna əsasən xx.xx.2025-xx.xx.2025-ci tarixlərində Cəlilabad rayonu və kəndləri ərazisində hava şəraiti haqqında arayışa əsasən xx.xx.2025-ci il tarixində şimşəklə müşayiət olunan leysan yağış yağmışdır.
10. Aqrar Sığorta Fondunun X10 X8 X16 X3 Aktına əsasən ci il tarixində "xxxx" X6 məxsus olan 37 hektarlıq noxud ərazisinə baxış keçirilmişdir. Şirkət tərəfindən yalnız 20 hektar ərazinin sığortalanması üçün müraciət edilmişdi. Bu səbəbdən, sadəcə həmin 20 hektarlıq hissədə risklərin qiymətləndirilməsi aparılmışdır.Əraziyə baxış zamanı ekspertiza tərəfindən sahədə dolu və müxtəlif bitki xəstəliklərinin (bakterial yanıq, fusariuın) təsirləri aşkar olunmuşdur. Bundan əlavə, sahədə alaq otlarının intensiv şəkildə yayıldığı müşahidə edilmişdir ki, bu da-məhsüldarlığa mənfi təsir göstərməkdədir.Yekun olaraq, aparılan qiymətləndirməyə əsasən, 20 hektar noxud sahəsində dolu səbəbilə yaranmış zərərlər nəzərə alınaraq, bu ərazinin sığortalanması məqsədəuyğun hesab edilməmişdir.
11. xx.xx.2025-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edilir ki, X1 tərəfindən Aqrar Sığorta Fondunun hesabın 618 manat ödənilmişdir.
12. Məhkəmə iclasında dindirilən şahid Ojaghi Javid izahatında qeyd etmişdir ki,iddiaçıya məxsus torpaq sahəsində olmuşdur; hadisə təxminən 1 il yarım əvvəl baş vermiş və sahənin dəqiq vəziyyətini xatırlamır.Adeten Aqrar sığorta tərəfindən ilkin olaraq sahənin sığortalanması məqsədilə ekspert baxışı həyata keçirilir. Müqavilə bağlanmamışdan əvvəl sahəyə baxış keçirilməlidir. O, sahəyə bir dəfə dolu yağdıqdan sonra getmişəm. Müraciət əsasında sahəyə gedərək riskin qiymətləndirilməsini müəyyən etmək məqsədilə baxış keçirmişdim. Əgər potensial risk olmasa, sahə sığortalanardı. Mən dolu hadisəsini müşahidə etmişəm.Baxış zamanı əkin çiçəklənmə fazasında idi və dolu sahəni hissə-hissə əhatə etmişdir; sahə tam məhv olmamışdı.Adətən sıorta müqaviləsi bağlanması üçün müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən bizə məlumat verilir.Həmin vaxt sığorta haqqı ödənilmir. Yalnız biz sahəni qiymətləndirdikən sonra müqavilə bağlanılır. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 458.1-ci maddəsinə görə kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.5. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır. 898.7. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq 3ediolmiş “Aqrar sığorta Qaydaları”nın 2.4.1-ci yarımbəndinə əsasən sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərini və bitkiçilik məhsullarını sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə “Aqrar sığorta” informasiya sistemində (bundan sonra – ASİS) qeydiyyatdan keçirlər. Qaydaların 2.4.2-ci yarımbəndinə əsasən sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) olan məlumatlarla müqayisə edilərək yoxlanıldıqdan sonra onun müraciəti qəbul edilir. Qaydaların 2.4.4-cü yarımbəndinə əsasən şəxsin təqdim etdiyi məlumatlarla EKTİS-də qeyd olunan məlumatlar eyni olduqda onunla idarəedici qurum Fondun adından sığorta müqaviləsi bağlayır. Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta müqaviləsi yazılı olaraq sığortalının Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır. 1.2.1-ci yarımbəndinin 11-ci abzasına əsasən şərtsiz gözləmə müddəti sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddətdir. Qaydaların 1.6.9- cu yarımbəndinə əsasən kənd təsərrüfatı bitkiləri X8 sığortası üzrə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X13rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İşi mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan əkin sahəsinə hava şəraiti (dolu yağması) nəticəsində ziyan dəymiş, iddiaçı tərəfindən 30 aprel 2025-ci i tarixdə 618 manat məbləğində ödəniş edilmişdir. 02 may tarixində hava şəraiti ilə bağlı sıorta hadisəsi baş vermişdir. Tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, iddiaşı onun tərəfindən ödənişin edilməsi əsası ilə söorta müqaviləsinin mövcud olduğunu iddia edir və sığorta ödənişi tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək, iddiaçının EKTİS-də bəyan etdiyi və sığortalanması üçün müraciət etdiyi sahələrin həcmi eynilik təşkil etmədiyindən şəxsin ödədiyi sığorta haqqı sistem tərəfindən qəbul edilmədiyini və iddiaçıya sığorta şəhadətnaməsinin göndərilmədiyini, həmçinin sığorta haqqı xx.xx.2025-ci il tarixində ödənildiyindən həmin tarixdə sığorta müqaviləsi bağlanılmış olsaydı belə, dolu hadisəsi xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində baş verdiyindən və həmin tarixlər 7 günlük şərtsiz gözləmə müddətinə aid hesab ediləcəyindən Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməli olduğunu qeyd edir.
21. İşin məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarından görünür ki, "xxxx" X12 tərəfindən EKTİS-də bəyan edilmiş 37 hektar noxud sahəsindən 20 hektarının sığortalanması ilə bağlı Fonda xx.xx.2025-ci il tarixində ərizə təqdim edilmiş və xx.xx.2025-ci il tarixində sığorta haqqının ödənilməsi ilə bağlı müraciət edən iddiaçıya SMS bildiriş göndərilmiş və həmin tarixdə müvafiq sığorta haqqı ödənilmişdir.Məhkəmə işin hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq ediolmiş “Aqrar sığorta Qaydaları”nın 1.10.2-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta müqaviləsi yazılı olaraq sığortalının Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır. Hazırkı halda, iddiaçı ödənişi etdikdən sonra cavabdeh tərəfindən iddiaçıya sığorta şəhadətnaməsi təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ilk öncə sahəyə baxış keçirilməli və risk qiymətləndirilməsi aparılmalı idi, ki iddiaçının müracətndən sonra yalnız 9 may tarixində sahəyə baxış keçirilmiş və ekspert tərəfindən risk qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənişin edilməsi təkbaşına müqavilə bağlanılması anlamına gələ bilməz və cavabdeh sığrta şəhadətnaməsi təqdim etmədiyindən “Aqrar sığorta Qaydaları”nın 1.10.2-ci yarımbəndinin 2-ci abzasına və Həmin qaydaların 1.10.3-cü yarımbəndinə əsasən sığorta şəhadətnaməsinin verilməməsi sığorta müqaviləsinin bağlanılmaması faktını təsdiq edir. Bu səbəbdən iddia təmin edilə bilməz. Həmçinin məhkəmə cavabdehin etirazının iddiaçı tərəfindən sığorta haqqının xx.xx.2025-ci il tarixində ödənildiyindən həmin tarixdə sığorta müqaviləsi bağlanılmış olsaydı belə, dolu hadisəsi xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində baş verdiyindən və həmin tarixlər 7 günlük şərtsiz gözləmə müddətinə aid hesab edilməli olması ilə bağlı dəlilini də əsaslı hesab edir Belə ki, “Aqrar sığorta Qaydaları”nın 1.2.1-ci yarımbəndinin 11ci abzasına əsasən şərtsiz gözləmə müddəti sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən müddət ərzində yaranan itkilərə şamil edilmədiyi müddətdir. Qaydaların 1.6.9- cu yarımbəndinə əsasən kənd təsərrüfatı bitkiləri X8 sığortası üzrə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçının ödənişi etməsi ilə müqavilə bağlanılmış hesab edilsə idi belə, Mülki Məcəllənin 898-ci maddəsinə əsasən sığorta hadisəsi şərtsiz gözləmə müddəti ərzində baş verməsi işin mübahisəsiz halıdır və sığorta tələbinə şamil edilmədiyi müddətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 270 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
23. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. 270 (iki yüz yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova