Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-707/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 01 fevral 2018-ci il tarixdə 2618 A nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “İcarə Obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, 22 m2 olan "2618 A”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. - 2.4.1-ci bəndinə əsasən bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək icarəçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 100 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı icarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur, temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan isəli gələn sair xərclər - 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı bu müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. - 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. - 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən xx.xx.2030-cu il müddətinə bağlanır. - 9.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. - 9.3-cu bəndinə əsasən hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və icarəyəverənin möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 03 dekabr 2018-ci il tarixdə 116 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (bundan sonra “İcarə Obyekti”) icarəçiyə icarəyə verməyi və icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, 34 m2 olan "1629”nömrəli mağaza - qeyri-yaşayış sahəsidir. - 2.4.1-ci bəndinə əsasən bu müqavilənin maddələrinə uyğun şərtlərlə və qaydada icarəyə verənə icarə haqqını, həmçinin icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri ödənişlərin (temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə xərcləri və sair bu mahiyyətdən olan xərclər) ona düşən hissəsini ödəmək icarəçinin vəzifəsidir. - 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Saxlama və fəaliyyət xərclərinə icarə obyektinin yerləşdiyi Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin və Ticarət Mərkəzinin saxlanması və fəaliyyəti üçün zəruri olan aşağıdakı məsələlərlə bağlı icarəçiyə düşən xərc hissəsi nəzərdə tutulur, temperaturun tənzimlənməsi - isitmə və soyutma, havalandırma, təmizlik, mühafizə, yanğın təhlükəsizliyi, tullantılara görə ödənişlər, sanitar və gigiyenik tələblərin təmin edilməsi, yaşıllaşdırma, abadlıq, cari təmir, həmçinin dövlət standartlarının və qanunvericiliyin tələblərinin təmin edilməsi ilə əlaqədar xərclər, ümumi maraqlardan isəli gələn sair xərclər - 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı bu müqavilə imzalandıqdan sonra hər ayın 10-undan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. - 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verənə 100 manat cərimə (dəbbə pulu) ödəməlidir. - 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən etibarən 11 ay müddətinə bağlanır. - 9.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verdiyini bildirməzsə, müqavilənin qüvvəsi eyni müddətə artırılır. - 9.3-cu bəndinə əsasən hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, İcarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir. Müqavilə hər iki tərəfin imzası və icarəyəverənin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC-nin təqdim etdiyi mədaxil qəbzinin kötüklərindən görünür ki, 2618 A nömrəli qeyri-yaşayış sahəsi üzrə müxtəlif tarixlərdə (2018-2020-ci illər ərzində) icarə haqqı ödənişləri edilmişdir.
4. Cavabdeh İddiaçı MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh tərəflər arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verilməsini İddiaçı MMC-dən xahiş etmişdir.
5. İcarə müqaviləsinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə xitam verilməsinin səbəbi icarəçi Cavabdeh səhhəti ilə əlaqədar obyekti təhvil verməsidir, icarəçinin icarəyəverənə borcu 300 manatdır, elektrik sayğacı üzrə isə borcu yoxdur. Akt icarəyəverənin nümayəndələri və icarəçi Cavabdeh tərəfindən imzalanmışdır.
6. İddiaçı MMC-nin (baş direktor Camal Sadıxov) xx.xx.2021-ci il tarixli 360 nömrəli əmrinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında 34 m2 sahənin icarəsi haqqında bağlanmış 116 nömrəli 03 dekabr 2018-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən müqavilənin 9-cu bəndinə müvafiq olaraq xitam verilmişdir. Əsas: Cavabdeh bildirişi və xitam aktı.
7. 01.07.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə əsasən icarə haqqını vaxtlı-vaxtında ödəmədiyinə görə 300 manat borcu qaldığını bildirməklə, hər ay 100 manat olmaqla 3 ay 2021-ci ilin sentyabr ayınadək borcunu ödəyib qurtaracağını və bu iltizamın onun cəmiyyətə olan borcunun tam ödənilməsinədək hüquqi qüvvəyə malik olduğunu bildirmişdir. İltizamı Cavabdeh imzalamışdır.
8. İcarə müqaviləsinə xitam verilməsi üçün xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə xitam verilməsinin səbəbi icarəçi Cavabdeh icarə haqqını ödəməməsidir, icarəçinin icarəyəverənə borcu 1.633,34 manatdır, qapı bağlı olduğu üçün sayğaca baxmaq mümkün deyil. Akt icarəyəverənin nümayəndələri tərəfindən imzalanmamışdır.
9. İddiaçı MMC-nin (baş direktor Camal Sadıxov) xx.xx.2021-ci il tarixli 461 nömrəli əmrinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında 22 m2 sahənin icarəsi haqqında bağlanmış 2618 A nömrəli 01 fevral 2018-ci il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən müqavilənin 9.3-cü bəndinə müvafiq olaraq xitam verilmişdir. Əsas: Cavabdeh xitam haqqında göndərilmiş məktubun surəti və xitam aktı. 10.İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 02-07/157 nömrəli bildirişindən görünür ki, İddiaçı MMC tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə müqaviləyə birtərəfli qaydada xitam verdiyini bildirmiş və icarəçidən 2618A nömrəli qeyri-yaşayış sahəsini boşaldılmadığını əşyaların götürülmədiyini xatırlatmaqla 3 gün müddətində əşyaların götürülməsi xahiş edilmişdir.
11. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 02-01/448 saylı maliyyə arayışından görünür ki, icarəçi Cavabdeh 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək cəmi 1550 manat icarə haqqı ödənişi etmişdir. xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1.633,34 manat, ona hesablanmış cərimə borcu 227,67 manat, cəmi borc 1.861,01 manat təşkil edir.
12. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 02-01/450 saylı maliyyə arayışından görünür ki, icarəçi Cavabdeh 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək cəmi 3300 manat icarə haqqı ödənişi etmişdir. xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 300 manat, ona hesablanmış cərimə borcu 6 manat, cəmi borc 306 manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 7 gün ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
14. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 fevral 2018-ci il tarixli, 2618A nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 1.633,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 227,67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.861,01 manat; 03 dekabr 2018-ci il tarixli, 116 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 300 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 6 manat məbləğində cərimə borcu olmaqla, cəmi 306 manat olmaqla, yekun olaraq 2.167,01 manat məbləğində pul vəsaitinin və mediasiya xərci olaraq 70 manat məbləğində mediasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi, habelə müvafiq qeyri-yaşayış sahələrinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2618A nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 22 kv.metr ölçüsündə olan 2618A nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi şəxs hər ay kommunal və sair xərclər daxil olmamaqla 100 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Habelə, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında03 dekabr 2018-ci il tarixli, 116 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 1629 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi şəxs hər ay kommunal və sair xərclər daxil olmamaqla 150 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi Cavabdeh 31 may 2021-ci il tarixli ərizəsinə əsasən tərəflər arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli, 116 nömrəli icarə müqaviləsinə icarəyə verən İddiaçı 31 may 2021-ci il tarixli 360 nömrəli əmri ilə 300 manat məbləğində borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. İcarəçi Cavabdeh imzası ilə təsdiq etdiyi 01 iyul 2021-ci il tarixli iltizamın məzmunundan göründüyü kimi, müvafiq müqavilə üzrə borclu olduğu məbləği üç ay ərzində hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı 30 dekabr 2021-ci il tarixli 461 nömrəli əmri ilə 01 fevral 2018-ci il tarixli, 2618A nömrəli icarə müqaviləsinə 1.633,34 manat məbləğində borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. İcarəçi Cavabdeh qeyd edilən icarə müqavilələri üzrə aylıq icarə haqqı ödənişləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş: -10 avqust 2023-cü il tarixli, 02-01/448 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, 01 fevral 2018-ci il tarixli, 2618A nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə (müvafiq icarə müqaviləsinə xitam verilmiş tarixə) icarəçi şəxsin icarə haqqı borcu 1.633,34 manat, ona hesablanmış cərimə borcu 227,67 manat olmaqla, cəmi borc 1.861,01 manat; -10 avqust 2023-cü il tarixli, 02-01/450 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, 03 dekabr 2018-ci il tarixli, 116 nömrəli icarə müqaviləsi üzrə 31 may 2021-ci il tarixə (müvafiq icarə müqaviləsinə xitam verilmiş tarixə) icarəçi şəxsin icarə haqqı borcu 300 manat, ona hesablanmış cərimə borcu 6 (altı) manat olmaqla, cəmi borc 306 manat məbləğindədir. Habelə, icarəçi şəxs tərəfindən bu günə kimi müvafiq qeyri-yaşayış sahələri boşaldılaraq icarəyə verənə təhvil verilməmişdir. Bununla da, icarəçi şəxs tərəfindən icarəyə verənə həmin qeyri-yaşayış sahələrindən istifadə ilə bağlı (digər icarəçiyə icarəyə verilməsi və s.) maddi ziyan vurulmuşdur. Borcun ödənilməsi və qeyri-yaşayış sahələrinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, müvafiq qeyri-yaşayış sahələri boşaldılaraq icarəyə verənə təhvil verilməmiş və bununla da, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir (qoşma ilə əlavə edilir). Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdeh şəxsə təklif olunmuşdur. Lakin Cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı şəxs tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş və mediator vəkil təyin edilmişdir. Mediator vəkilin çağırışlarına əsasən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu baxımdan tərəflər arasında müvafiq mübahisənin həlli istiqamətində razılıq əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh qeyd edilən icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır, habelə bu günə kimi müvafiq qeyri-yaşayış sahələrini icarəyə verənə təhvil verməməklə sonuncuya maddi ziyan vurmuşdur.
16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 443.5, 448.1 və 700.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
17. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
21. İddiaçının nümayəndəsi razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
24. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
26. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində icarəyəverən olan İddiaçı MMC ilə icarəçi olan Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli və 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı MMC tərəfindən müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, 22 m2 olan "2618 A” nömrəli mağaza (qeyri-yaşayış sahəsi) və 1ci mərtəbəsində yerləşən, 34 m2 olan "1629” nömrəli mağaza Cavabdehnn sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə hər 2 icarə müqavilələri üzrə icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. xx.xx.2021-ci il tarixdə 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən, 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə isə xx.xx.2021-ci il tarixdə icarəçinin icarə haqqını ödəmək öhdəliyin lazımi qaydada icra etməməsi əsası ilə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Müqavilələrin xitam tarixlərinə Cavabdeh icarə haqqı borcu 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsi üzrə 1.633,34 manat və 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsi üzrə 300 manat təşkil etmişdir.
30. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş sahəyə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsi üzrə 1.633,34 manat və 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsi üzrə 300 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.
31. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə əsasən 227,67 manat və 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə əsasən 6 manat məbləğində dəbbə pulunun Cavabdeh tutulması tələbini də irəli sürmüşdür.
32. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə əsasən 227,67 manat və 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə əsasən 6 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
34. Bununla yanaşı icarə müqavilələrinə 2021-ci ildə xitam verilsə də, Cavabdeh tərəfindən icarə obyektlərinin İddiaçı MMC-yə geri qaytarması iş materiallarına əsasən müəyyən edilmir.
35. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətində icarəyə verən olan İddiaçı MMC icarəçi olan Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahələrinin cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır.
36. Hazırkı iş üzrə 70 manat (60+10 manat poçt xərci) məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
37. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 41,67 manat təşkil edir.
38. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli 2618 A nömrəli icarə müqaviləsinə üzrə 1.633,34 manat məbləğində icarə haqqı borcu, 227,67 manat məbləğində dəbbə pulu olmaqla cəmi 1.861,01 manat, 03 dekabr 2018-ci il tarixli 116 nömrəli icarə müqaviləsinə üzrə 300 manat məbləğində icarə haqqı borcu, 6 manat məbləğində dəbbə pulu olmaqla cəmi 306 manat, ümumilikdə hər 2 müqavilə üzrə 2.167,01 manat məbləğində pul vəsaiti və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İcarə obyektləri olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2ci mərtəbəsində yerləşən, 22 m2 olan "2618 A” nömrəli mağaza və Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən, 34 m2 olan "1629” nömrəli mağaza (qeyri-yaşayış sahələri) Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva