Məhkəmə qərarları › İş №e-2-2(113)-7075/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7075/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7075/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mövcud borcun etirafı haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mövcud borcun etirafı haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 498 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-cü il tarixli AC-ART/13-12-22/HR nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya 498 manat borcunun olduğunu etiraf etmiş, borc məbləğini xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 83 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.2. Lakin öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bundan başqa, ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. 2.3. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında borcun qaytarılması tələbi ilə bağlı rəsmi хəbərdarlıq еdilmiş, lakin borc ödənilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.4, 882.1-ci maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7075/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə izahatında borcu olduğunu etiraf etdiyini, restoran fəaliyyəti ilə məşğul olduğunu, maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilmədiyini bildirdi.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh iddiaçı şirkətdən spirtli içki məhsullarını satın aldığını, həmin şirkətin əməkdaşı olmadığını bildirdi.

9. Məhkəmənin hazırlıq iclasında baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə pulun tutulması ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (tələbkar qismində) ilə cavabdeh (borclu qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AC-ART/13-12-22/HR nömrəli mövcud borcun etirafı haqqında müqavilənin şərtlərindən görünür ki, Borclu Tələbkara cəmi 498 (dörd yüz doxsan səkkiz) AZN borcunun olduğunu etiraf edir (1.1). Borclu borc məbləğini “13” iyun 2023-cü il tarixinə qədər 498 (dörd yüz doxsan səkkiz) AZN-i hissəhissə “13” yanvar 2023-ci il tarixindən başlayaraq hər ay 83 (səksən üç) AZN məbləğində olmaqla Tələbkara ödəməyi öhdəsinə götürür (1.2). Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq “13” iyun 2023-cü il tarixinə qədər 498 (dörd yüz doxsan səkkiz) AZN borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir (1.3). Bu müqavilə xx.xx.2023-cü il tarixinədək qüvvədədir (1.4). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882-ci maddəsinin tələbləri tərəflərə izah olundu (1.5).

14. Məhkəməyə təqdim edilən həm İddiaçı ASC-nin qanuni təmsilçisinin imzası və hüquqi şəxsin möhürü, həm də Cavabdeh imzası ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında akta əsasən, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 498 manat borcu mövcuddur.

15. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Cavabdeh İddiaçı ASC-nin əməkdaşı olduğunu, cəmiyyətə hazırda 498 manat borcu olduğunu, 2023-cü ilin iyun ayının 13-nə qədər 498 manat məbləği ödəmək üçün vaxt verilməsini xahiş etmişdir.

16. İş materiallarına olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 572 nömrəli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixə ümumilikdə 498 manat borcu mövcuddur.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, cavabdeh iddiaçıya 498 manat məbləğində borcu olduğunu etiraf etmiş, xx.xx.2023-cü il tarixədək hər 83 manat məbləğində olmaqla borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

18. İddiaçı xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 498 manat pulun cavabdehdən tutulmasını tələb edir.

19. Cavabdeh borcu olduğunu etiraf edir, borcu maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini qeyd edir.

20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.

21. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

22. Göründüyü kimi, cavabdeh 498 manat məbləğində borcu etiraf etmiş, xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Beləliklə, məhkəmə hesab edir ki, borcun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

28. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 498 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

29. İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir.

30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2022ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 498 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar