Məhkəmə qərarları › İş №e-2-2(113)-71/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-71/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-71/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka, dəbbə pulu, iddia müddəti, müqavilənin standart şərti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh2 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə 11606,45 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 11322.73 manat məbləğində faiz borcu, cərimə borcuna görə 620,43 manat olmaqla, cəmi 23549,61 manat, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDRX Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun tutulması; 2. Tələb Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019-ci il tarixli nzaz 12340 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 23549,61 manat dövlət rüsumu kimi ödənilmiş cəmi 230 manat məbləğində pul İddiaçı ASC-yə ödənilməsi; 3. İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-ci il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 50 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 18615,1 manat, faiz borcuna görə 6121,42 manat olmaqla, borcun cəmi məbləği 24 736,52 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzili İddiaçı ASC qarşısında xx.xx.2019cu il tarixli, nzaz12340 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385, 427.3, 442, 445.1, 445.2-ci maddələrinə, “İpoteka haqqında” AR Qanununun 34.1.1, 36, 37.2, 39.1-ci maddələrinə istinad olunmuşdur. İddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, iş məhkəmə baxışında olduğu vaxt ərzində borclunun banka olan borcu artmışdır. Odur ki, xx.xx.2019- ci il tarixli nzaz 12340 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə 11606,45 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 11322.73 manat məbləğində faiz borcu, cərimə borcuna görə 620,43 manat olmaqla, cəmi 23549,61 manat borcu vardır. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-6469/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı pul, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbi barədə iş üzrə icraata-İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsinin “ipoteka predmeti olan Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzildən çıxarılması və əmlakın boşaldılması”- hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia aşağıda istinad edilmiş əsaslara görə əsassız və qanunsuz hesab edilməklə təmin edilməməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi rəsmi sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2019-сu il tarixdə nzaz 12340 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 50.000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına taminat olaraq iddiaçı "Rabitəbank” ASC ilə Cavabdeh1 aralarında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi, Cavabdeh2 İskəndər qızı ilə iddiaçının aralarında xx.xx.2019-cu il tarixli nzaz 12340 saylı Bakı şəhəri Suraxanı rayonu, Qaraçıxur qəs.,məhəllə 4048,3 saylı evin 88 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. Tərəflər arasında qeyd edilmiş kredit müqaviləsi bağlandıqdan sonra respublikada pandemiya dövrü başlandığından Cavabdeh2 İskəndər qızı müqavilə üzrə aylıq ödənişləri tam ödəyə bilməmiş və bu səbəbdən də iddiaçı "Rabitəbank” ASC xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2 İskəndər qızına, Cavabdeh1 və X3 qarşı iddia qaldıraraq tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcuna görə cəmi 42.494,24 manat, ödənilmiş dövlət rüsumuna görə 61 manat vasaitin tutularaq iddiaçıya ödənilməsi, tələbin ipotekanın predmeti olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçıxur qəs.,məhəllə 4048,3 saylı evin 88 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, 1 ay müddətində mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair məhkəmədən qətnamə qəbul etməyi xahiş etmişdir. Mülki iş məhkəmə icraatında olduğu müddətdə cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən hər ay ən azı 1000 manat olmaqla ödədiyini nəzərə alınaraq ”Rabitəbank” ASC ilə cavabdehlər Cavabdeh2 İskəndər qızı və Cavabdeh1 aralarında xx.xx.2019-cu il nzaz 12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsi bağlanılmış, həmin müqavilənin 1.1-1.2-ci bəndlərinə görə tərəflər razılığa gəlirlər ki, xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləği olan əsas borc 36.494,98 + faiz borcu 6030,25 manat olmaqla cəmi 42.525 manat və ödənilmiş 61 manat dövlət rüsumu yeni qrafik üzrə 36 ay müddətində, 35 ay hər ay 1000 manat, 36-cı ay qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat olmaqla ödəniləcəkdir. Həmin razılaşmanın 1.3-cü bəndinə görə isə bu Razılaşma üzrə borclunun öhdəliklərin icrasının əsas təminatı Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi və Cavabdeh2 məxsus Bakı şəhəri Suraxanı rayonu, Qaraçıxur qəs.,məhəllə 4048,3 saylı evin 88 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsi olması göstərilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsinin bağlanması əsas götürülməklə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1150/2021 saylı qərardadı ilə iddiaçının müraciəti əsasında cavabdehlərə qarşı qaldırılmış xx.xx.2020-ci il tarixli iddia ərizəsi geri götürülmüş və iddia baxılmamış saxlanılmışdır. O vaxtdan da qeyd edilmiş razılaşma əsasında tərəflər arasında müəyyən edilmiş 42.525 manat (əsas və faiz) borcu və ödənilmiş 61 manat dövlət rüsumu yeni qrafik üzrə 36 ay müddətində, 35 ay hər ay 1000 manat olmaqla hər ay ödənilir. Hal-hazırda tərəflər arasında xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsinin müddətinin bitməsinə 2 ay qalmışdır və etiraz ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh bu müddət üzrə Razılaşma müqavilə üzrə üzərinə götürdüyü kredit öhdəliyi üzrə hər ay 1000 manat olmaqla cəmi 36.000 manat vəsaiti tam ödəmiş, 6.525 manat qalıq borcunu da Razılaşma müqaviləsinin müddəti tamamlanadək ödəmək niyyətindədir. İşin qeyd edilmiş halları eyni zamanda aylıq ödəniş qəbzləri ilə də təsdiq olunur. Belə olduğu halda iddiaçının cavabdehlərə qarşı tərəflər arasında xx.xx.2019-cu il nzaz 12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsini məhkəmədən gizlədərək cavabdehlərə qarşı əsassız tələb irəli sürməklə axırıncıların hesabına varlanmaq məqsədi güdür. Etiraza əlavədə qeyd etmişdir ki, hal-hazırda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsi üzrə sonunçü ödəniş məbləgi xx.xx.2024-cü il tarixdə ödənilmiş və həmin edildikdən sonra ”Rabitəbank” ASC-nin Əhmədli filialı tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə qalıq borcun 0,00 olmasına dair hesabdan çıxarış verilmişdir. (həmin çıxarış hazırki ərizə ilə birlikdə məhkəmə elektron sisteminə yüklənilmişdir). Həmin çıxararışa diqqət yetirildiyi halda 12340 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 tərəfindən aylıq ödənişlərin hansı tarixlərdə və hansı məbləğlərdə həyata keçirildiyi öz əksini tapmışdır. Belə olduğu halda hesab edir ki, iddiaçının cavabdehlərə qarşı tərəflər arasında xx.xx.2019-cu il nzaz 12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsinin şərtlərinə əhəmiyyət verilmədən, həmin razılaşmada nəzərdə tutulmuş qaydada ödənişlərin cavabdehlər tərəfindən ödənilməsi hallarına diqqət yetirmədən cavabdehlərə qarşı qaldırılmış iddia əsaslı sayılmamalı və artıq xx.xx.2024-cü il tarixində Cavabdeh2 tərəfindən son kredit ödənişin ödənilməsi və kredit müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirilməsi əsası ilə iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməlidir. Cavabdeh2 vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən iddianın əsası olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi əsası ilə həmin müqavilədən irəli gelən tələblər əsasında cavabdehlərə qarşı iddia irəli sürmüş, müqaviləyə əsasən illik 22 faiz dərəcəsi olmaqla 24 ay müddətinə ödəmək şərti ilə verilmiş 50.000 manat kredit müqaviləsi üzrə ödənilməmiş əsas, faiz, cərimə borcu tələb edir və yaranmış öhdəliklərin icrasına təminat olaraq tələbin ipotekanın predmeti olan Bakı şəhəri Suraxanı rayonu,Qaraçıxur qəs.,məhəllə 4048,3 saylı evin 88 saylı mənzilə yönəldilməsi, həmin əmlakın hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına borcun bağlanmasını tələb edir. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən məlum olmuşdur ki, hazırkı iddia ilə bağlı iş məhkəmə icraatında olduğu müddətdə iddiaçı ilə cavabdehlər Cavabdeh2 İskəndər qızı və Cavabdeh1 aralarında xx.xx.2019-cu il nzaz 12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsi bağlanılmış, həmin müqavilənin 1.1 -1.2-cü bəndlərinə görə tərəflər razılığa gəlirlər ki, xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləği olan əsas borc 36.494,98+faiz borcu 6030,25 manat olmaqla cəmi 42.525 manat və ödənilmiş 61 manat dövlət rüsumu yeni qrafik üzrə 36 ay müddətində, 35 ay hər ay 1000 manat, 36-cı ay qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat olmaqla ödəniləcəyinə dair razıllığa gəlinmiş və xx.xx.2024-cü il tarixinə cavabdehlər xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsinə əsasən həm əsas, həm də faiz borcu -cəmi 42.525 manat vəsaiti tam ödəmişdir. Hesab edir ki, iş üzrə verilmiş sonuncu xx.xx.2025-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə xx.xx.2024-cü il tarixinə cavabdehlərin əsas borcu 6.561,23 manat, faiz borcu 11.322.73 manat, cəmi 17.883.96 manat olması müəyyən edilmiş olsa da, həmin rəyi xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərə uyğun olmadan hesablandığı üçün qəbul etmir və iddiaçı ilə cavabdehin aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi bağanılan gündən xx.xx.2024-cü il tarixədək cavabdehlər tərəfindən iddiaçıdan kredit götürdüyü 50000 manat əvəzinə 92.000 manat əsas və faiz borcu olaraq kredit ödənilmişdir. İddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırarkən iddianın əsası olaraq tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Razılaşma müqaviləsini yox, xx.xx.2019cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsini əsas götürdüyünü nəzərə alaraq hesab edir ki, iddia AR MM-nin 373-cü maddənin tələbləri əsas götürülməklə rədd edilməlidir. AR MM-nin 373.2-ci maddənin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olması müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı qeyd edilmiş maddənin tələblərini pozaraq tərəflər arasında xx.xx.2019- cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixdə, yəni 4 il 12 gün sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hal həmin tələbin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi üçün əsas kimi götürülməlidir. Cavabdehin vəkili məhkəmə iclaslarında etiraz ərizəsinin, etiraz əlavənin və iddia müddətinin tətbiqi barədə ərizələrin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh2 İskəndər qızına, Cavabdeh1 qarşı iddia qaldıraraq məhkəmədən tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcuna görə cəmi 42494,24 manat, ödənilmiş dövlət rüsumuna görə 61 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi, tələbin ipotekanın predmeti olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçıxur qəsəbəsi, məhəllə 4048,3 saylı evin 88 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, 1 ay müddətində mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia qaldırmışdır. Məhz tərəflər arasında bağlanmış razılaşmada da bu məbləğ qeyd edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, iddia müddətinin tətbiq edildiyi dövr tərəflər arasında bağlanmış kredit müqaviləsinin bağlandığı gündən hesablanmışdır. Tərəflər arasında əlavə razılaşma var və tərəflər kredit müqaviləsi üzrə ümumi borc məbləği barəsində razılığa gəliblər. Belə ki, kredit müqaviləsi üzrə qalıq borc məbləği - 36494,98 manat əsas borc, 6030,25 manat faiz borcu olmaqla cəmi 42525 manat müəyyənləşdirilib və Sevil xanım da həmin razılaşma üzrə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh 50000 manat kredit götürsə də, ümumilikdə banka 92000 manat ödəniş etmişdir. Borclu razılaşdırılmış faiz məbləğini də ödəmiş, həmin müddət ərzində qarşı tərəf buna etiraz etməmişdir. Razılaşma üzrə öhdəliklər vaxtlıvaxtında ödənilmişdir. Bu razılaşma üzrə cavabdeh tərəfindən ödənişlər edilmiş və hazırda ekspert rəyinə əsasən də 1600 manat qalıq borc qalmışdır. Ekspert rəyində qeyd edilən 1600 manat qalıq borc iş materialları ilə təsdiq edilsə də hazırda cavabdeh həmin məbləğin ödənilməsi barədə ödəniş qəbzini yeni tapmışdır. Məhkəmə baxışı mərhələsində olması səbəbindən sübut məhkəməyə təqdim edə bilmir. İcra mərhələsində ödəniş qəbzi icra şöbəsinə təqdim ediləcək. Razılaşmanı bankın direktor müavini və Sevil xanım imzalamışdır. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında vəkilinin dediklərini təsdiq edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə görə borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana ticarət və xidmət (dövriyyə vəsaitinin artırılması) məqsədilə 50000 AZN (əlli min manat 00 qəpik) məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə görə kredit 24 (iyirmi dörd ) ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 50000 (əlli min manat 00 qəpik) AZN çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə əsasən kreditə görə illik 22% (iyirmi iki) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 23% təşkil edir. 2.7-ci bəndinə görə borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (“Kreditin ödəniş cədvəli”nə əsasən)aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu Müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində, yəni (44%) faiz, borc tam ödənilən günədək hesablanır və Borc alan tərəfindən tam ödənilməlidir. 2.11-ci bəndinə görə borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: 2.11.1. Hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.11.2 Hesablanmış faizlər silinir; 2.11.3. Əsas məbləğ silinir. 2.12.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 2.12.2. Müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın ödhəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 6.2-ci bəndinə görə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. 6.4-cü bəndinə əsasən təminat qoyulmuş əmlak aşağdakılardan ibarətdir: 1- Cavabdeh2 şəxsinə məxsus, ünvan 1 ünvanmda yerləşən 88 nömrəli mənzil. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 borcalan ilə borcverən arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 1.2ci bəndinə əsasən zamin müqavilənin 1.1-ci bəndində qeyd edilmiş kredit müqaviləsində yuxarıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır. 2.1-ci bəndinə görə zamin borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 8.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və onlar tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 50 000 manat olan illik faiz dərəcəsi 22% olan kredit üzrə Cavabdeh2 05 dekabr 2019-cu il tarixdən 05 oktyabr 2021-ci il tarixinə qədər hər ayın 05-i 2597,81 manat, sonuncu ay 2597,07 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş sonuncu arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 11 606,45 manat məbləğində əsas, 8384 manat məbləğində faiz və 620,43 manat məbləğində cərimə, cəmi 20 610,88 manat borcu vardır. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan-borc alan) arasında xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak ipoteka ilə yüklü edilir. 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verdiyi RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli 03 dekabr 2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzil ipoteka predmetidir. 3.1-ci bəndinə görə bu müqavilə ilə İddiaçı ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 24 ay müddətinə verilən 50 000 manat məbləğində kredit borcu üzrə yaranmış öhdəliklər təmin edilir. 4.1-ci bəndinə görə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu;vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı müqaviləyə istinad edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görür ki, İddiaçı ASC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə Cavabdeh2 xəbərdar etmişdir. xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair Razılaşmanın 1.1-ci bəndinə əsasən borcalan Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit saylı kredit müqaviləsinə əsasən, [Borclu/Birgə Borclular] tərəfindən xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit öhdəliyi üzrə qalıq əsas borc məbləği üzrə 36 494,98 manat, faiz borcu 6030,25 manat olmaqla, ümumilikdə 42 525,23 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat təşkil edir və aşağıdakı qaydada Tələbkara ödənilir: Bu Razılaşma xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit öhdəliyi üzrə qalıq əsas borc məbləği üzrə 36 494,98 manat, faiz borcu 6030,25 manat olmaqla, ümumilikdə 42 525,23 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat borcun yeni qrafik üzrə 36 ay müddətinə, 35 ay hər ay 1000 manat, 36-cı ay razılıq müqaviləsi icra olunan günədək hesablanacaq faiz borcu daxil olmaqla qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat olmaqla ödənilir. 1.3-cü bəndinə əsasən bu Razılaşma üzrə Borclunun öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: a) Cavabdeh1 ilə bağlanılmış zaminlik müqaviləsi; b) Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında yerləşən 82,21 kv.m. ümumi sahədən ibarət 88 nömrəli mənzil dair ipoteka müqaviləsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/718 nömrəli rəyinin tədqiqatın nəticəsi hissəsində mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 106 000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7576 nömrəli rəyinin nəticə hissəsində müqavilə müddətinin bitdiyi tarixə yəni xx.xx.2024-cü il tarixə; əsas borc üzrə- 18.616,57 manat, faiz borcu üzrə 7.142,61 manat; maliyyə arayışında qeyd edildiyi tarixə yəni xx.xx.2024-cü il tarixə; əsas borc üzrə - 15.902,77 manat, faiz borcu üzrə - 7.230.07 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7541 nömrəli rəyinin tədqiqatın nəticəsi hissəsində mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 115 000 manat, likvid dəyəri isə 103 500 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1986 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 6.561,23 manat, faiz borcu üzrə 14.841,57 manat. xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6.561.23 manat, faiz borcu üzrə 1.322,73 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4308 nömrəli rəyinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6.561,23 manat, faiz borcu üzrə 14.841,57 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 6.561,23 manat, faiz borcu üzrə 1.322,73 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmada konkret olaraq faiz dərəcəsi göstərilmədiyindən, hazırki tədqiqatla hesablamalar əsas müqavilənin şərtlərinə uyğun olaraq illik 22%-lə hesablandı. Əlavə olaraq ekspert qeyd edir ki, təyin edilmiş məhkəmə-mühasibat ekspertizaları ilə iş üzrə xx.xx.2021-cü il tarixli, 9/781 saylı və xx.xx.2025-ci il tarixli, 9/7541 saylı ekspert rəylərinin nəticələrinin fərqli olması, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualların fəqliliyi ilə bağlıdır. xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə öhdəliyin icra olunması üçün pretenziya göndərilmişdir. xx.xx.2023-cü il tarixli MD301023-21A nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 210 manat məbləğində pul Bakı 9 saylı mediasiya təşkilatına ödənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizaları üzrə 02 ekspert rəylərinin “ekspertiza xərclərinə dair bildiriş” hissəsində aparılmış tədqiqatların dəyəri hərəsi 100 manatla olmaqla 200 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə 03 ekspert rəylərinin “ekspertiza xərclərinə dair bildiriş” hissəsində aparılmış tədqiqatların dəyəri hərəsi 100 manat olmaqla 300 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2-ci maddəsinə əsasən əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 50 000 manat kredit vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın kredit müqaviləsi ilə bağlı Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Bundan sonra cavabdehlər müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək ödənişləri vaxtında ödəmədikləri üçün iddiaçı cavabdehlərə qarşı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldıraraq tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nzaz 12340 saylı kredit müqaviləsi üzrə 38494,98 manat əsas və 3999,26 manat faiz borcuna olmaqla, cəmi 42494,24 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 61 manat vasaitin tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçıxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, 1 ay müddətində mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə dair Razılaşma imzalanmış, həmin razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyi üzrə qalıq əsas borc məbləği üzrə 36494,98 manat, faiz borcu 6030,25 manat olmaqla, ümumilikdə 42525,23 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat təşkil etməsi, 36 ay müddətinə, 35 ay hər ay 1000 manat, 36-cı ay razılıq müqaviləsi icra olunan günədək hesablanacaq faiz borcu daxil olmaqla qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Bu Razılaşma üzrə Borclunun öhdəliklərinin icrasının əsas təminatı Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi və Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsidir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış sübutlara məcmu halında hüquqi qiymət veərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Çünki kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 50000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə, həmçinin razılaşma üzrə öhdəlikləri tam icra etməyərək ödənişlərini tam ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsinə istinad edərək borcun tutumasına tələb etsə də, cavabdehin vəkili Nümayəndə2 tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli razılaşma ilə tərəflər arasında olan borc məbləğinin, ödəniş vaxtının, məbləğinin və şərtlərinin yenidən razılaşdırıldığı müəyyən olunmuş və iddiaçı həmin razılaşmanın etibarlılığını heç vaxt mübahisələndirməmiş, ona qarşı heç bir etiraz etməmişdir. Həmin razılaşmaya əsasən xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyi üzrə qalıq əsas borc məbləğinin 36 ay müddətinə, 35 ay hər ay 1000 manat, 36-cı ay razılıq müqaviləsi icra olunan günədək hesablanacaq faiz borcu daxil olmaqla qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, həmin razılaşmanın standart şərti olan faizlə bağlı qeyri-müəyyənlik mövcuddur. Belə ki, xx.xx.2021-ci il tarixli razılaşmanın şərtləri təfsir edilərkən tərəflərin həmin razılaşmaya qədərki münasibəti, yəni iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə müraciət etməsi, həmçinin razılaşmadan sonrakı hərəkətləri, iddiaçının iddia ərizəsini geri götürməsi və cavabdehin hər ay dövri olaraq 1000 manat ödənişlər etməsi, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə razılaşmanın hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alındıqda “36-cı ay razılıq müqaviləsi icra olunan günədək hesablanacaq faiz borcu” dedikdə, həmin faizin hansı dərəcə ilə müəyyən olunması, əsas müqavilə üzrə faiz dərəcəsinə uyğun, yoxsa başqa dərəcə ilə nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmur. Hazırkı razılaşmanın faiz şərti ona görə standart şərt hesab olunur ki, mövcud praktikada kredit müqavilələrində qeyd olunmalı ən vacib və ən əsas şərtlərdən biri məhz faiz dərəcəsi ilə bağlı olan şərtdir ki, bu şərt əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulmuşdur və bu kreditorun əldə edəcəyi gəliri müəyyənləşdirir. Məhkəmə Mülki Məcəllənin 418-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli razılaşma üzrə standart şərt kimi faiz şərti müqavilənin tərkib hissəsinə çevirilməmiş, faiz razılaşması olmamışdır. Çünki faiz dərəcəsi müəyyən olunmadığından cavabdehlər həmin şərtlə tanış olmaq və qəbul etmək imkanına malik olmamış, həmçinin Cavabdeh2 sahibkar olduğu üçün işgüzar münasibətdə zəruri olan ehtiyat göstərməli olsa da, açıq faiz dərəcəsi göstərilmədiyindən o, bunu nəzərdə tuta bilməmişdir. Odur ki, faizlə bağlı standart şərt hüquqi qüvvəyə malik olmamışdır. Mülki Məcəllənin 419-cu maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin nəzərdə tuta bilmədiyi faiz şərti razılaşmanın tərkib hissəsinə çevrilmir və mülki qanunvericiliyə əsasən razılaşmanın faizlə bağlı standart şərti təfsir edilərkən rast gəlinən qeyri-müəyyənlik, həmin şərtin müqaviləyə daxil edilməsini təklif etmiş iddiaçının ziyanına (əleyhinə) təfsir edilir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4308 nömrəli rəyində də ekspert tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmada konkret olaraq faiz dərəcəsi göstərilmədiyini, hazırki tədqiqatla hesablamaların əsas müqavilənin şərtlərinə uyğun olaraq illik 22%-lə hesablandığını bildirmişdir. Ümumiyyətlə məhkəmə, məhkəmə-mühasibatlıq ekspertizaları ilə bağlı ekspert rəyləri ilə razılaşmayaraq qeyd edir ki, həmin rəylərdə razılaşma üzrə əsas kredit müqaviləsinin faiz şərti nəzərə alınaraq 22% ilə hesabatlar aparıldığından həmin rəylər sübut kimi qəbul edilmir. Beləliklə məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli nzaz12340 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən tərəflər ümumilikdə 42525,23 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pul vəsaitinin, 36 ay müddətinə, 35 ay hər ay 1000 manat, 36-cı ay qalan borc və ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat ödənilməsi barədə razılaşmışlar. Belə olan halda cavabdehin Cavabdeh2 razılaşmadan sonra xx.xx.2024-cu il tarixə kimi ödədiyi cəmi 40964 manat 42525,23 manat borcdan çıxılmalı, qalan 1561,23 manat borc və 61 manat dövlət rüsumu əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəf 42525,23 manat borcun və 61 manat dövlət rüsumunun tam ödənildiyini və razılaşma üzrə heç bir borc qalmadığını bildirsə də, borcun tam ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmişdir. Məhkəmə cavabdehin vəkili Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, cavabdehin vəkili 3 illik iddia müddətini xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsi bağlandığı vaxtdan hesabladığını bildirmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan başqa xx.xx.2019-cu il tarixli, nzaz12340 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, tərəflər xx.xx.2021-ci il tarixdə əlavə razılaşma imzalamaqla öhdəliklərin icrası müddətini həmin vaxtdan 36 ay artırdıqlarından öhdəliyin icrası müddəti 2024-cü ilin aprel ayında bitmiş, həmin vaxtdan iddia müddətinin axımı başlamışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə qanunla müəyyən olunmuş 3 illik müddətini ötürməmişdir. Buna görə də iddia müddətinin tətbiqi barədə ərizə təmin olunmamalıdır. Bundan başqa, iddiaçı cavabdehlərdən 620,43 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə Mülki Məcəllənin 463-cü maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edilsə də, tərəflər arasında bağlanmış razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulmadığından və ya cərimə barədə ayrıca yazılı razılaşma olmadığından, bu isə tərəflər arasında cərimə barədə razılaşmanın etibarsızlığına səbəb olduğundan cəriməyə dair hissədə iddia təmin edilməməlidir. Bundan başqa, iddiaçı tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilinə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsini və hərracdan əldə olunacaq vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər razılaşma üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzili açıq hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7541 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilin bazar dəyəri təqribən 115000 manat məbləğində müəyyən edildiyindən və həmin rəy daha əsaslı, daha ətraflı tərtib edildiyindən, həmçinin tərəflər həmin rəyi mübahisələndirmədiklərindən ipoteka predmetinin ilkin satış qiyməti 115000 manat müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti 115000 manat müəyyən olunmalı, satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 15 manat və ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manat məbləğində hissəsi və məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsi cavabdehlərdən müştərək qaydada, məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin qalan 280 (iki yüz) manat məbləğində hissəsi və məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin qalan 100 (bir yüz) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1561 (bir min beş yüz altmış bir) manat 23 (iyirmi üç) qəpik əsas borc, mediasiya xərcinin əvəzi olaraq 15 (on beş) manat və ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, 3 saylı evin 88 saylı mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 115000 (bir yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin, əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 (bir yüz) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 100 (bir yüz) manat məbləğində hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 280 (iki yüz səksən) manat məbləğində hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar