Məhkəmə qərarları › İş №e-2-2(113)-710/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-710/2024

02.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-710/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ilkin İddiaçı MMC-nin ilkinCavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı ilkin, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialının qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia üzrə kommersiya mübahisəsinə dair Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, ilkin iddiaçının, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddiaçının, qarşılıqlı cavabdehin nümayəndəsi X2, ilkin cavabdehin, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, ilkin İddiaçı MMC-nin ilkin Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialının cavabdeh İddiaçı MMC-yə qarşı pu tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 25 sentyabr 2019-cu il tarixli ********* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif növ xidmətlər (bundan sonra “Xidmət”) satır, “Alıcı” isə həmin xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini “Satıcı”ya ödəyir. - 1.2-ci bəndinə əsasən malın və ya xidmətin növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. - 2.1-ci bəndinə əsasən malın və ya xidmətin qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 2.2-ci bəndinə əsasən malın və ya xidmətin “Alıcı”nın ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxil deyil. - 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “alıcı”dan tələb etmək satıcının hüququdur. - 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın və ya xidmətin dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiyi hesab-fakturam aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. - 5.1-ci bəndinə əsasən tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. - 5.2-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. - 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. - 7.4-cü bəndinə əsasən müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə minir və 1 il müddətinədək qüvvədə qalır. Əgər tərəflərdən biri digərini müqaviləyə xitam verilməsi üçün bu müqavilənin müddətinin bitməsinə ən azı 15 gün qalmış xəbərdar etməzsə müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC (satıcı) ilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 01 fevral 2023-cü il tarixli SNMR010123 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı alıcıya hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişində (bundan sonra “Alış Sifarişi” adlandırılacaq) nəzərdə tutulan malları (bundan sonra “Mallar” adlandırılacaq) tədarük etməyi, Alıcı isə bu Malları və xidmətləri qəbul etməyi və onların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən satıcı tərəfindən təchiz olunan bütün Malların və xidmətlərin siyahısı, vahid və qiyməti Tərəflərin imzaladığı “Qiymətlərin razılaşdırılma protokolu”nda göstərilməklə bu Müqaviləyə əlavə edilir (Əlavə №1) və onun ayrılmaz tərkib hissəsidir (tətbiq olunacağı hallarda). - 1.3-cü bəndinə əsasən malların və xidmətlərin alqı-satqısı alıcı tərəfindən verilən və Tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Alış Sifarişi əsasında həyata keçirilir. Malların və xidmətlərin təsviri, miqdarı, keyfiyyətinə dair tələblər, qiyməti, çatdırılma şərtləri və müddəti və Alış Sifarişi üzrə tədarükünə dair digər təfsilatlar Alış Sifarişində öz əksini tapacaqdır. - 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Malların və xidmətlərin tədarükü Alıcı tərəfindən yazılı şəkildə və ya elektron poçt vasitəsilə verilən ilkin sifariş üzrə həyata keçirilir. - 2.2-ci bəndinə əsasən satıcının tədarük etdiyi mallar və xidmətlər təhvil-təslim aktı imzalanmaqla alıcı tərəfindən təhvil alınır. - 3.4-cü bəndinə əsasən satıcının vəzifələri aşağıdakılardır: 3.4.1. Malları və xidmətləri bu Müqaviləyə və Alış Sifarişinə əsasən müəyyən edilmiş müddət ərzində Alıcıya təhvil vermək; 3.4.2. Alıcıya üçüncü şəxslərin hüquqlarından və tələblərindən azad Mallar vermək; 3.4.3. Malların və xidmətlərin bu Müqavilədə nəzərdə tutulan keyfiyyətdə və Alış Sifarişində göstərilən miqdarda və çeşiddə olmasını təmin etmək; 3.4.4. Alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq və reputasiyasına zərər vurmamaq; 3.4.5. Alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəflərə heç bir məlumat ölürməməli; 3.4.6. Bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr. - 3.3.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 4.1-ci bəndinə əsasən malların dəyəri qiymətlərin razılaşma protokolunda göstərilir. - 4.2-ci bəndinə əsasən qiymətə malların alıcıya tədarükü üçün tələb olunan qablaşdırma, göndərilmə, daşıma sığorta və çatdırılma xərcləri və həmçinin, Satıcının hu Müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı bütün digər xərclər daxildir. - 4.3-cü bəndinə əsasən tərəflər arasında başqa cür razılaşdırılmamışdırsa, qiymət sabit və dəyişməz qalır və bu Müqavilənin qüvvədə olduğu müddət ərzində artırılmayacaqdır. - 4.4-cü bəndinə əsasən alış Sifarişində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, alıcı Malların dəyərini bütün Malların Alıcı üçün qənaətbəxş şəkildə çatdırılmasından və bu Müqavilə və müvafiq Alış Sifarişi əsasında tələb olunan bütün zəruri təhvil-təslim aktları və digər sənədlər ilə birlikdə düzgün hesab-fakturanın təqdim edilməsindən sonra otuz (30) gün ərzində Satıcının bank hesabına ödəməlidir. - 4.5-ci bəndinə əsasən bu Müqavilə üzrə hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. - 5.1-ci bəndinə əsasən bu Müqavilə 2 (iki) il müddətinə bağlanır və hər iki Tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. - 5.2-ci bəndinə əsasən müddətin başa çatmasına ən azı 10 (on) gün qalanadək Tərəflərdən hər hansı biri bu Müqaviləyə xitam verilməsi barədə digər Tərəfi xəbərdar etməzsə, bu Müqavilə Tərəflər arasında eyni müddətə avtomatik uzadılmış hesab edilir. - 6.1-ci bəndinə əsasən satıcı Mallan üç (3) təqvim günü və ya Alış Sifarişində müəyyən olunmuş müddət ərzində Alıcıya təhvil verməlidir. - 6.2-ci bəndinə əsasən satıcının Alış Sifarişində göstərilən və ya Tərəflərin razılığı ilə müəyyənləşdirilən müddət ərzində Malların çatdırılmasını həyata keçirə bilmədiyi məlum olduqda, X5 yerinə yetirilməsini sürətləndirmək üçün bütün zəruri tədbirləri görməlidir. - 6.3-cü bəndinə əsasən satıcı hər hansı faktiki və ya gözlənilən gecikmələri aşkar etdikdən dərhal sonra Alıcıya yazılı şəkildə bildirməlidir. Bu cür bildiriş gecikmənin təxmini müddətini, səbəbini və görüləcək tədbirləri ehtiva etməlidir. Yuxanda göstərilənlərə baxmayaraq, Satıcı özünün və tədarükçülərinin əməliyyatlarını əhatə edən sürətləndirmə fəaliyyəti ilə əlaqədar olaraq tam məsuliyyət daşıyır və bütün xərcləri öz hesabına ödəməlidir. - 6.4-cü bəndinə əsasən satıcı Malların çatdırılmasını üç (3) təqvim günündən çox gecikdirərsə, Alıcı Satıcıya yazılı şəkildə bildiriş verdikdən sonra bu cür Mallan üçüncü şəxslər tərəfindən təchiz edə bilər. Satıcı tərəfindən təchiz olunan Mallann qiymətindən artıq olan bütün xərclər Satıcı tərəfindən ödəniləcəkdir. Alıcı Satıcıya bu cür xərclər üçün hesab-faktura göndərəcək və ya həmin məbləği Satıcıya ödəməli olduğu vəsaitdən çıxacaqdır. - 6.5-ci bəndinə əsasən mallar Satıcı tərəfindən Alıcıya və ya onun səlahiyyətli nümayəndələrinə çatdırıldığı andan etibarən Alıcının mülkiyyəti hesab olunur. Malların Alıcıya təhvil verilməsinə qədər onların itirilməsi, oğurlanması, təsadüfən məhv olması və ya zədələnməsi riskini tam həcmdə Satıcı daşıyır. - 11.1-ci bəndinə əsasən bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun şərh edilir. - 11.2-ci bəndinə əsasən tərəflər bu Müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll elməyə səy göstərməlidirlər. - 11.3-cü bəndinə əsasən tərəflər otuz (30) gün ərzində qarşılıqlı razılığa gələ bilmədiyi təqdirdə, tərəflərdən hər biri mübahisənin həlli üçün Azerbaycan Respublikasının aidiyyatı olan məhkəməsinə müraciət edə bilər. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 186.257,60 manat olmaqla, o cümlədən: - 4.705,84 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 884910 nömrəli, 3.613,16 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 040471 nömrəli, 17.664,25 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 475067 nömrəli, 15.531,03 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 198919 nömrəli, 7.037,52 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 988161 nömrəli, 900 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 013565 nömrəli, 10.376,39 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 414864 nömrəli, 2.350,01 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 397485 nömrəli, 18.221,80 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 458867 nömrəli, 1298 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 398834 nömrəli, 2.839,38 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 423847 nömrəli, 818,92 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 426034 nömrəli, 3.939,68 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 004435 nömrəli, 5.834,39 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 432653 nömrəli, 2301 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 611195 nömrəli, 2.062,05 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 628268 nömrəli, 7.885,37 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 017064 nömrəli, 3.681,60 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 030081 nömrəli, 5.854,12 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 027945 nömrəli, 18.186,16 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 009163 nömrəli, 1.187,38 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 640550 nömrəli, 380,43 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 625107 nömrəli, 1.197,23 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 131649 nömrəli, 5.668,72 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 149729 nömrəli, 1062 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 020188 nömrəli, 8.212,80 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 703474 nömrəli, 700 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 003250 nömrəli, 1.500,02 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 016204 nömrəli, 350,46 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 283415 nömrəli, 8.049,96 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 264611 nömrəli, 16.714,70 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 426095 nömrəli, 2.089,13 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 446249 nömrəli, 2.779,14 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 643851 nömrəli, 1.264,96 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 267016 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.

4. İyul 2021-avqust 2023-cü illərdə İddiaçı MMC tərəfindən yuxarıda göstərilən elektron qaimələrdə (ümumilikdə ƏDV daxil 186.257,60 manat dəyərində) əks olunmuş xidmətlərin (Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı (sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.)) dəyəri barədə SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Aida Tahirzadəyə) qiymət təklifləri təqdim edilmiş və SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 186.257,60 manat dəyərində (hətta daha çox məbləğdə) xidmətlərin göstərilməsinə dair alış sifarişləri vermişlər).

5. 2021-2023-cü illəri əhatə edən dövrləri əks etdirən yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatlardan görünür ki, İddiaçı MMC tərəfindən SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra xidmətlər (Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı (sensor avadanlığın quraşdırılması, sınaqdan keçirilməsi, göyərtə kran sisteminin şlanqlarının əvəz edilməsi, yoxlanılması və s.)) göstərilmişdir. Hesabatlar İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (SİEMNAR) möhürü vurulmaqla imzalarla təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat olmaqla, o cümlədən: - 351,35 manat dəyərində xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 536534 nömrəli, 1.034,86 manat dəyərində malların verilməsinə dair xx.xx.2023cü il tarixli, EBDF seriyalı, 124428 nömrəli, 1.661,44 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 272891 nömrəli, 88,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 618755 nömrəli, 566,40 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 526028 nömrəli, 484,98 manat dəyərində malların verilməsinə dair xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 918421 nömrəli və 402,14 manat dəyərində malların verilməsinə dair xx.xx.2023cü il tarixli, EBDF seriyalı, 705121 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.

7. İddiaçı MMC tərəfindən 2023-cü il fevral-avqust aylarında yuxarıda göstərilən elektron qaimələrdə (ƏDV daxil 4.589,67 manat dəyərində) əks olunmuş xidmətlərin (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) dəyəri barədə SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına – Orxan Babayevə) qiymət təkliflərini təqdim etmiş və SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə (ƏDV daxil) 4.589,67 manat dəyərində mallara dair alış sifarişləri verilmişdir.

8. 2023-cü il fevral-sentyabr aylarını əhatə edən dövrləri əks etdirən təchizat sifarişlərindən görünür ki, 4.589,67 manat dəyərində elektron qaimələrdə əks olunmuş mallar (gəmi kran üçün şlanqlar, materialların təchizatı və s.) alıcıya təqdim edilmişdir. Təchizat sifarişləri İddiaçı MMC və Cavabdeh Azərbaycan Respublikasındakı Filialının (SİEMNAR) imzalar ilə, o cümlədən İddiaçı MMC-nin möhürü vurulmaqla təsdiq edilmişdir.

9. 27.09.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən FFE JN 12108 rev1 saylı sifariş üzrə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ( Qanuni nümayəndə) Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı aradan qaldırılması xidmətləri ilə bağlı ƏDV xaric 6140 manat məbləğində qiymət təklifi verilmişdir. 10.xx.xx.2023-cü il tarixli SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Orxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (mailto:samir@fluidforceengg.comElektron ünvan 2; mailto:sales.baku@fluidforceengg.comElektron ünvan 3 və s.) arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi (Orxan Babayev) İddiaçı MMC-yə (Fəqana) müraciət edərək bildirmişdir ki, telefon söhbətinin əsasında yenilənmiş işlər (Triumph – FRC Davit /SR **********81 – 1500 manat; Topaz Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı – SR **********78 və akkumulyatorun quraşdırılması – 6140 manat və s.) üçün e-qaimənin göndərilməsi tələb edilmişdir.

11. İddiaçı MMC tərəfindən (ƏDV daxil 6.354,19 manat (ƏDV xaric 5384,91 manat) dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 011330 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir.

12. 03.01.2023-cü il tarixli yoxlama, xidmət və tapşırığın tamamlanması haqqında hesabatdan görünür ki, İddiaçı MMC tərəfindən SİEMNAR-a (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına) bir sıra (FFE JN 12108) xidmətlər (ox köhnə motorun dişli valından çıxarılmış, ox təmizlənərək yeni motora quraşdırılmış və s.) göstərilmişdir. Hesabat İddiaçı MMC-nin möhürü vurulmaqla imza ilə təsdiq edilmişdir.

13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş:

14. Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (satıcı/xidmət göstərən) ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (alıcı/xidmət alan) arasında 11 sentyabr 2019-cu il tarixli 02/0919 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən: - Müqavilənin bir hissəsi olan,bu müqavilənin son müddətinə qədər müxtəlif qiymət təklifinə əsaslanan və aşağıdakı maddələrdən ibarət olan qiymətlərin razılaşdırılması protokolunda göstərildiyi kimi, satıcı/xidmət göstərən malları və ya xidməti satır, alıcı/xidmət alan isə alır. - Alıcı/Xidmət alan hesabda göstərilmiş ümümi məbləği hesab faktura təqdim olunduqdan sonra 30 gün ərzində Satıcının/Xidmət göstərənin bank hesabına köçürmə yolu ilə ödəyir. Ödəniş Yeni Azərbaycan Manatı ilə yerinə yetiriləcək. - Satıcı/Xidmət göstərən malları və ya xidməti yaxşı vəziyyətdə, işə yararlı halda,xarab olmamaqla və Alıcınm/Xidmət alanın işini dayandırmamaqla Alıcıya/Xidmət alana təhvil verməlidir. - Alıcı/Xidmət alan hesabda göstərilmiş ümümi məbləği razılaşmış 30 gün müddətində Satıcının/Xidmət göstərənin Bank hesabına köçürmə yolu ilə ödəməlidir. - Alıcı/Xidmət alan aldığı malların haqqını Satıcıya/Xidmət göstərənə ödəməyi gecikdirməməlidir. - Bu müqavilə ilə əlaqədar olaraq meydana çıxan hər hansı bir anlaşılmazlıq əgər Alıcı/Xidmət alan və Satıcı/Xidmət göstərən arasında həll edilə bilməzsə,bu zaman bu anlaşılmazlıq Azərbaycan Respublikası İqtisad Məhkəməsi vasitəsi ilə həll ediləcəkdir. - Bu Müqavilə hər iki Tərəflər tərəfindən imzalandığı tarixdən etibarən qüvvəyə minir və tərəflərin bütün öhtəliklərini yerinə yetirilməsinə qədər keçərlidir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir. 15.2023-cü il sentyabr-oktyabr tarixlərində SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Vaqif Babayev və Orxan Babayev) ilə (Elektron ünvan 1; Elektron ünvan 4) ilə İddiaçı MMC (Elektron ünvan 5; Elektron ünvan 3 və s.) arasında aparılmış “e-mail” yazışmalarından görünür ki, SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi (Vaqif Babayev) İddiaçı MMC-yə (Rəşada) müraciət edərək bildirmişdir ki, aşağıdakı işlərin tərəflərindən görülməsini təsdiq edilməsi xahiş edilmiş, digər işlərin də yerinə yetirilməsini bir daha yoxlayıb təsdiq edilməsini xahiş etmiş, İddiaçı MMC-nin nümayəndəsi(Rəşad) cavabında bildirmişdir ki, Caspian Challenger - DEFECT REPORT - LEAKAGE FROM TOWİNG SPOOLİNG HYD MOTOR / SR **********85 işi üzrə mail serverdə problem oldugu üçün mail Orxana çatmamışdır. 16."xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə edən (Cavabdeh Azərbaycan Respublikasındakı Filialına aid) hesabdan çıxarışdan görünür ki, “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənişlər edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı MMC Cavabdeh Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasındakı Filialından 202.120,10 manat (171.281,20 manat əsas borc və 30.832,62 manat ƏDV) məbləğində əsas borc və dövlət rüsumu və mediasiya çəkilmiş xərclərinin əvəzi olaraq 522,72 manat pulun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh şirkəti arasında xx.xx.2019-cu il tarixdə № ********* və xx.xx.2023-cü il tarixli № SNMR010123 saylı müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, Cavabdeh şirkəti İddiaçı MMC- şirkətini gəmiləri üçün servis xidmətləri göstərmişdir. Həmin servis xidmətlərinə həmçinin zəruri malların, yəni ehtiyyat hissələrinin alqı-satqısı da aid edilmişdir. Həmin müqaviləyə əsasən, malın və ya xidmətin dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və İddiaçı MMC tərəfindən təqdim edilən hesab-fakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilirdi. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunurdu. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı və və xx.xx.2023-cü il tarixli, SNMR010123 saylı müqavilələrə əsasən, göstərilən xidmətlər əsasında yaranan borc məbləği 202.120,10 manat (171.281,20 əsas və 30.832,62 ƏDV) təşkil edir. Qeyd etmək istəyirlər ki, yaranan borc məbləği xx.xx.2022-ci il tarixindən cari dövrə kimi olan məbləğdir. Yuxarıda qeyd edilən müqavilələrin hər birində ödəmə şərtləri bəndində ödənişin təsdiqedici sənədlər təqdim ediləndən sonra 30 gün ərzində ödəniləcəyi qeyd edilsə də, heç bir ödəniş olunmamışdır. Bununla bağlı tərəflərindən cavabdeh şirkətə dəfələrlə pretenziyalar göndərilsə də heç bir nəticə əldə olunmamışdır.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 427.1, 442 və 445.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. xx.xx.2024-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, "X7 FZE" şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC qarşısında icra edilməmiş hər hansı öhdəliyi (borcu) yoxdur. İddiaçının təqdim etdiyi sənədlərin əksəriyyəti ümumiyyətlə birtərəfli tərtib edilmiş sənədlərdir və başqa tərəf üçün öhdəlik yarada, onu təsdiq edə bilməz. İddiaçının təqdim etdiyi elektron qaimələr filial tərəfindən təsdiq edilməmişdir. Elektron vergi kargüzarlığı elektron qaimələri bir neçə gün sonra avtomatik olaraq təsdiq edir. Bu filialın iradəsini ifadə etmir və edə bilməz. Sifariş sənədləri, eləcə də qiymət təklifi sənədləri isə təsdiq statusundan asılı olmayaraq, adından da göründüyü kimi, sifarişə və qiymətlərə dair sənədlərdir, işlərin görülməsini, malların verilməsini təsdiq edən sənədlər deyildir. Bəzi sənədlərdə filiala aid qrafada Orxan Babayevin imza etməsinə gəlincə, onun hər hansı işlərin görüldüyünü və ya malların təhvil verildiyini filialın adından təsdiq etmək üçün səlahiyyəti yoxdur.

c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

22. xx.xx.2024-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikasındakı Filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən 241.000 manat və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin arasında 2019-cu il sentyabrın 25-də və 2023-cü il fevralın 01-də müqavilə bağlanmışdır. Müqavilələrə əsasən, alıcı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı satıcı İddiaçındən xidmətlər və mallar almalı idi. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı özü də 3-cü şəxslərə xidmət və mal satmaq ilə məşğuldur. Tərəflərin arasında bağlanmış ikinci müqavilənin 3.4-cü bəndinə əsasən, İddiaçı alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumalı və reputasiyasına zərər vurmamalı, aralarındakı qarşılıqlı iş münasibətlərini tam məxfi saxlamalı və üçüncü tərəfə heç bir məlumat ötürməməli idi. İlkin iddiaçı bu vəzifələrini pozmuş və bununla da Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına zərər vurmuşdur. Belə ki, onlar filialın xidmət və mal satdığı 3cü şirkətlə əlaqəyə girmiş, onlara cari müqavilə ilə ötürülməsi yol verilməyən məlumatları ötürmüş, habelə filialın mənafeyinə zidd olaraq, həmin 3-cü şəxsə filialın satdığı xidmət və malları təklif edərək, filialın müştərisini “aparmışlar”. Məsələn: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi arasında 2019-cu il sentyabrın 11-də 02/0919 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı onlara mal və xidmətlər satırdı. Həmin vaxtdan 2023-cü ilin sonunadək həmin müqavilə üzrə bizə 801.994,32 manat vəsait ödənilmişdir. İddiaçı aralarındakı müqavilənin yuxarıda göstərilən şərtlərini pozan əməllərə yol verərək müştərilərini “aparmışdır” (müştəriləri mal və xidmətləri daha onlardan deyil, İddiaçı MMCdən alır). Bu fakt aşağıda qeyd edilənlərlə də təsdiq edilir: Şirkətləri İddiaçı " MMC-yə aşağıdakı problemin həlli ilə bağlı müraciət etmişdir: “Caspian Challenger - DEFECT REPORT - LEAKAGE FROM TOWİNG SPOOLİNG HYD MOTOR / SR **********85”. Bu fakt İddiaçı MMC-nin işçisi Rəşad Məmmədovun onlara 2024-cü il sentyabrın 6-da yazdığı elektron məktubun 3-cü bəndində qeyd edilməklə öz təsdiqini tapmış və onlar tərəfindən qeyd edilmişdir ki, bu sifarişlə bağlı cavabları guya “Mail Server problem oldugu üçün mail Orxana çatmayıb.”. Halbuki, İddiaçı MMC-nin işçisi Rəşad Məmmədov 2024-cü il sentyabrın 14-də onlara yazdığı elektron məktubun 3-cü bəndində qeyd edir ki, həmin iş P&O Maritime Logistic şirkətinin sifarişi əsasında yerinə yetirilib. P&O Maritime Logistic şirkəti isə həmin işin görülməsinə dair aktı 2023-cü il sentyabrın 13-də təkrarən məhz onlardan istəmişdir. Bununla da təsdiq edilmişdir ki, onlar onların müştərilərinin sifarişlərini onlardan kənar əlaqəyə girməklə qəbul etməyə başlamışlar. Əlavə olaraq qeyd edirlər ki, onlar 2019-cu ildə müqavilə bağladıqları “Bue Caspian Limited” şirkətinin hüquq və vəzifələri “Topaz Marine” şirkətinə (https://gulfnews.com/business/dubai-based topaz toac quireuks bue marine worth dh55om1.130235), onun hüquq və vəzifələri isə sonuncu “P&O Maritime Logistic” şirkətinə keçmişdir (https://splash247.com/topaz-and-po-merger-formsnew-brand/). Məhz bu səbəbdən, sonuncu müraciətlər P&O Maritime Logistic” şirkəti tərəfindən olmuşdur. Bununla da onların faydaları əldən çıxmışdır. Əldən çıxmış faydaları 241.000 manat təşkil edir. Belə ki, “Bue Caspian Limited” şirkətindən daxil olan sorğular tərəflərindən İddiaçı MMC şirkətinə yönləndirilir, ilkin yoxlama aparılaraq görüləcək iş qiymətləndirilir. İddiaçı MMC tərəfindən daxil olan qiymət təklifinin 30-35 % marja əlavə olunaraq müştərilə razılaşdırılır, nəticədə gördükləri işlər üzrə gəlirləri 30%-i təşkil edir. Yuxarıda qeyd edildiyi kimi son 3 (üç) il ərzində müştərinin onlara ödədiyi məbləğ 801.994,32 manat təşkil edir və bu məbləğə əsasən gəlirləri 240.598 manat təşkil edir. Nəticə etibarı ilə yuxarıdakıları nəzərdə alaraq bildirmək istərdilər ki, müqavilə üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına xidmət göstərən İddiaçı MMC şirkətləri öncədən gözlənilən biznes hesabatına əsasən böyük məbləğdə itkiyə məruz qoymuşdur. Yaranmış vəziyyətlə əlaqəli olaraq qarşıdan gələn layihələri itirmiş və keçmiş illərdəki gəliri nəzərə alaraq gələcək 3 il ərzində olacaq proqnozlaşdırdıqları 241.000 manat gəlirdən məhrum olmuşlar. 24.Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 425.1, 442 və 448.1-ci maddələrinə, “Kommersiya sirri haqqında” AR Qanunun 1.2, 2.0.1, 2.0.3, 2.0.4, 2.0.5, 2.0.6, 2.0.7, 3.0, 3.0.1, 3.0.2, 3.0.3, 5.0, 5.0.2, 5.0.3, 5.0.4, 7.2-ci maddələrinə, “Haqsız rəqabət haqqında” AR Qanunun 1, 3, 6, 8 və 13-cü maddələrinə istinad etmişdir.

d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri

25. Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır

e) İşdə iştirak edən şəxslər və onların izahatları

26. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının, qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etmiş və ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının, qarşılıqlı cavabdehin nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. M.Abbasov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qarşı tərəflə uzun müddətdir ki, əməkdaşlıq edirlər. Hansı işlər üzrə alış sifarişləri yoxdur, qarşı tərəf sifarişlə bağlı razılığını e-mail yazışmalarında bildirmişdir. “Təchizat sifarişi” adında olan sənəd təhviltəslim aktıdır. Tərcüməçi həmin sənədi “sifariş” olaraq səhv tərcümə edib. 28.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə etmiş və qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tərəflərin arasında müqavilə münasibətləri olub, müəyyən xidmətlər icra edilmişdir, lakin iddia ərizəsində göstərilən işlər ümumiyyətlə görülməyib. Müəyyən işlərin görülməsi ilə bağlı sifarişlər olmuşdur, lakin onlar tərəfdən həmin işlər qəbul edilməmişdir. Sifariş etdikləri işlər dənizdə olan gəmi, avadanlığa texniki dəstək, təmir xidmətləri göstərilməli idi. Cavabdeh şirkəti İddiaçı şirkəti ilə müqavilə bağlayır, özü müştəri tapır və işləri İddiaçı şirkətinə gördürür. Lakin sonradan onlara məlum oldu ki, İddiaçı şirkəti onların xəbərləri olmadan onların müştərilər ilə müqavilə bağlayır və artıq özləri onlara xidmət göstərirlər. Yəni iddia ərizəsində qeyd edilən işlər görülübsə də onlar üçün görülməmişdir. Həmin işlərlə bağlı elektron qaimələr onlara göndərilib, onlar e-qaimələri qəbul etməmişlər, sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Təqdim etdikləri e-maillar qarşılıqlı iddia ərizəsində qeyd edilən xüsusatları təsdiq edən e-mail yazışmalarıdır. Hüquqi olaraq işin lazımi keyfiyyətdə icra edilməməsi işin görülməməsi deməkdir. Buna görə onlar üçün yarımçıq görülmüş işlər də icra edilməmiş iş kimi sayılır.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

29. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

30. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

31. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 21.1-c maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsin görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Haqsız Rəqabət haqqında” AR Qanununun: - 3-cü maddəsinə görə sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. - 8-ci maddəsinə görə işgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması.

33. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

35.Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC (satıcı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialı (alıcı) arasında 25 sentyabr 2019-cu il tarixli ********* saylı və 01 fevral 2023-cü il tarixli SNMR010123 saylı müqavilələrə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən ilkin İddiaçı MMC tərəfindən ilkin Cavabdeh Azərbaycan Respublikasındakı Filialı sifarişi ilə xidmətlər göstərilmiş və mallar təqdim edilmişdir.

37. Hazırda ilkin İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin və təqdim edilmiş malların dəyərinin ilkin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini əsas göstərərək həmin müqavilələr üzrə cəmi ƏDV daxil 202.120,10 manat məbləğində borcun ödənilməsini tələb edir.

38. İlkin cavabdeh isə iddiaya qarşı etiraz edərək mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin, təqdim edilmiş malların dəyərinin ödənildiyini, hazırda ödənilməsi tələb edilən xidmətlərin (malların) isə göstərilmədiyini (verilmədiyini) bildirir və ilkin iddianın rədd edilməsini tələb edir.

39. Eyni zamanda ilkin cavabdeh, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və qarşılıqlı cavabdeh, ilkin iddiaçının müqavilənin şərtlərini pozaraq onların müştərisi ilə birbaşa müqavilə bağlamasına, nəticədə onlara əldən çıxmış fayda formasında zərər vurulmasına istinad etməklə dəymiş zərərin əvəzi olaraq 241.000 manat məbləğində pulun tutulmasını tələb edir.

40. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə cəmi ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi cavabdeh tərəfindən verilmiş sifarişlər, iddiaçı tərəfindən verilmiş qiymət təklifləri, tərəflərin e-mail yazışmaları və hər iki tərəfin təsdiqlədikləri yoxlama, xidmət və tapşırıqların tamamlanması barədə hesabatlar və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimə-fakturalarla müəyyən olunur.

41. Tapşırıqların tamamlanması barədə hesabatları onların adından imzalamış Orxan Babayevin səlahiyyətinin olmaması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, Orxan Babayev tərəfindən imzalanmış tapşırıqların tamamlanması barədə hesabatların əksəriyyətinə cavabdehin möhürü vurulmuş və həmin möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdehin adından iddiaçı ilə e-mail yazışmaları da cavabdehin rəsmi domenində qeydiyyata alınmış e-mail ünvanı (Elektron ünvan 1) vasitəsilə məhz Orxan Babayev tərəfindən aparılmışdır. Göstərilən hallar isə cavabdehin sözegedən dəlillərinin özünümüdafiə xarakteri daşımaqla əsassız olmasına dəlalət edir. Bundan əlavə yuxarıda da qeyd edildiyi kimi xidmətlərin göstərilməsi (malların verilməsi) yalnız tapşırıqların tamamlanması barədə hesabatlar ilə deyil, yuxarıda göstərilən sübutların məcmusu ilə öz təsdiqini tapır.

42. Bəzi xidmətlərlə (mallarla) bağlı tapşırıqların tamamlanması barədə hesabatların olmaması, yalnız “təchizat sifarişi” adında sənədlərin olması, eləcə də bəzi tapşırıqların tamamlanması barədə hesabatlarda cavabdehin adından imzanın olmaması barədə cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında cəmi 4589,67 manat dəyərində olan malların təqdim edilməsinə dair “tapşırıqların tamamlanması barədə hesabatlar” olmasa da, həmin malların təqdim edilməsi ilə bağlı “Təchizat sifarişi” adında hər iki tərəfin imzaladıqları sənədlər mövcuddur. Həmin sənədlərdə “Təhvil aldı” və “Təhvil Verdi” qrafalarının olması isə sözügedən sənədlərin mahiyyət etibarilə maların təhvil-təslim aktları olmasını təsdiqləyir. Bundan əlavə o da qeyd edilməlidir ki, sözügedən malların təqdim edilməsinin “Tapşırığın yerinə yetirilməsinə dair hesabat”larla deyil, “Təchizat sifarişi” adlı sənədlə rəsmiləşdirilməsi həmçinin onunla izah edilir ki, “Təchizat sifarişi” adlı sənədlər xidmətlərin göstərilməsinə dair tapşırığın yerinə yetirilməsi ilə bağlı deyil, məhz mal təchizatı ilə bağlı tərtib edilmişdir.

43. Bundan əlavə cavabdeh tərəfindən imzalanmamış bir ədəd tapşırığın tamamlanması haqqında hesabata(sifariş N FFE JN 12108) və onun əsasında verilmiş 6.354,19 manat dəyərində xidmətlərin göstərilməsinə (Triumph – FFE JN 12108 rev1) dair xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 011330 nömrəli elektron qaiməyə gəldikdə xx.xx.2023-cü il tarixli SİEMNAR (Cavabdeh Azərbaycan Respublikasındakı Filialı – Orxan Babayev) ilə (Elektron ünvan 1) ilə İddiaçı MMC (mailto:samir@fluidforceengg.comElektron ünvan 2; mailto:sales.baku@fluidforceengg.comElektron ünvan 3 və s.) arasında aparılmış e-mail yazışmalardan müəyyən edilir ki, cavabdehin özü həmin elekron qaimənin (Triumph gəmisində lövbər-yedək bucurqadının nasazlığı aradan qaldırılması ilə bağlı) göndərilməsini xahiş etmişdir. Odur ki, həmin qaimədə göstərilən xidmətlərin göstərilməsi faktı da iş materialları ilə sübuta yetirilir.

44. Göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması və qüsurlu xidmətlərin göstəilməsinin xidmətlərin göstərilməməsinəö bərabər olması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, göstərilmiş xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə bağlı ilkin cavabdehin ilkin iddiaçıya hər hansı bir formada irad bildirməsi, qüsurların aradan qaldırılmasını və ya xidmət haqqının məbləğinin azaldılmasını tələb etməsi iş materiallarına əsas müəyyən edilmir. Əksinə iş materiallarından görünən odur ki, ilkin cavabdeh mübahisəli xidmətlərin tamamlanması barədə hesabatları qüsurların olmasına dair qeyd aparmadan imzalamaqla göstərilmiş xidmətləri qüsursuz olaraq qəbul etmişdir. Odur ki, məhkəmə göstərilmiş xidmətlərin keyfiyyətsizliyi ilə bağlı ilkin iddiaçının dəlillərini əsaslı hesab etmir.

45. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən ilkin cavabdehə ƏDV daxil 197.201,46 manat məbləğində xidmətlərin göstərilməsi və malların təqdim edilməsi iş materiallarına müəyyən edildiyindən, ilkin cavabdeh isə həmin malların və xidmətlərinin dəyərinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ilkin iddia qismən təmin edilməli, ilkin cavabdehdən ƏDV daxil 197.201,46 manat məbləğində borc tutulmalıdır.

46. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialı qarşılıqlı iddiasını qarşılıqlı cavabdeh İddiaçı MMCnin əvvəllər qarşılıqlı iddiaçının müştərisi olmuş “Bue Caspian Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hüquqi varisi “P&O Maritime Logistic” şirkəti ilə gəmi təmiri xidmətlərin göstərilməsinə dair birbaşa müqavilə bağlamaqla onun müştərisini əlindən alması, bununla da tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və “Rəqabət haqqında” AR Məcəlləsinin şərtlərini pozması, nəticədə ona əldən çıxmış fayda formasında maddi zərər vurulması ilə əsaslandırmışdır.

47. Məhkəmə əvvəla qeyd edir ki, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 21, 443, 1097.1 -ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan və ya müqavilə öhdəliklərinin pozulmasından(hazırkı halda qarşılıqlı iddiaçı hər iki əsasa istinad etmişdir) irəli gələn maddi zərərin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə maddi zərərin yaranması üçün əsas olmuş əməlin, yəni deliktin (müqavilədən irəli gələn tələblərdə isə ya müqavilə öhdəliklərinin pozuntusunun) mövcudluğu müəyyən edilməlidir.

48. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı cavabdehin qarşılıqlı iddiaçının müştəriləri olmuş şəxslərlə müqavilə bağlanılması imkanını məhdudlaşdıran hər hansı bir şərt mövcud deyildir. Odur ki, qarşılıqlı iddiaçının tələbin əsası kimi istinad etdiyi halın (qarşılıqlı iddiaçının müştərisi olmuş şəxslə müqavilə bağlanması) mövcudluğu təsdiq edilsə belə həmin hal qarşılıqlı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulmasına dəlalət etmir. Tərəflər arasında bağlanmış müqavilənin - alıcının mənafeyini üçüncü şəxslər qarşısında qorumaq, reputasiyasına zərər vurmamaq, alıcı ilə arasındakı qarşılıqılı iş münasibətlərini tam məxfi saxlamaq və üçüncü tərəflərə heç bir məlumat ötürməmək kimi satıcının vəzifələrini müəyyən edən - 3.4-cü bəndinə gəldikdə isə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində həmin bəndin tələblərinin qarşılıqlı cavabdeh tərəfindən pozulduğunu qeyd etsə də, həmin pozuntuya yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir.

49. Digər tərəfdən, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (qarşılıqlı iddiaçı qarşılıqlı cavabdehin onun müştərisi ilə 2023-cü ilin sentyabrında müqavilə bağladığını iddia edir) Rəqabət Məcəlləsi qüvvədə olmadığından tərəflər arasında münasibətlərə həmin dövrdə qüvvədə olmuş “Haqsız Rəqabət haqqında” AR Qanunu tətbiq edilməlidir. Həmin qanunun haqsız rəqabətin formalarını müəyyən edən 3cü maddəsinə görə haqsız işgüzar davranış da haqsız rəqabətin formasıdır. Həmin qanunun 8-ci maddəsinə görə müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması haqsız işgüzar davranış hesab edilir.

50. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırkı halda tərəflər arasında müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında sazişin bağlanması müəyyən edilmədiyindən qarşılıqlı cavabdehin ehtimal olunan əməllərinin haqsız rəqabət haqqında qanunvericiliyin pozulması kimi qiymətləndirilməsi üçün də əsas yoxdur.

51. Odur ki, qarşılıqlı cavabdeh tərəfindən mülki hüquq pozuntusuna, eləcə də müqavilə öhdəliklərinin pozulmasına yol verilməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.

52. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, ilkin iddiaçı tərəfindən ilkin iddia verilərkən 400 manat məbləğində mediasiya xərcləri və 122 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddiaçı tərəfindən isə qarşılıqlı iddia verilərkən 531 manat məbləğində dövlt rüusmu ödənilmişdir.

53. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, ilkin iddia tələbi üzrə dövlət rüsumunun məbləği 492 manat, qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumunun məbləği isə 531 manat təşkil edir.

54. Göründüyü kimi ilkin iddia üzrə dövlət rüsumun mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş ilkin iddiaçı həmin xərclər həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

55. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 385 manat və dövlət rüsumunun əvəzi olaraq 92 məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödəniliş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir.

56. İlkin iddiaçı tərəfindən artıq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu isə ilkin iddiaçıya geri qaytarılmalıdır.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. İlkin cavabdeh X7 FZE” Azərbaycan Respublikasındakı Filialından 197.201,46 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 385 manat və dövlət rüsumunun əvəzi oalraq 92 manat məbləğində pul vəsaiti ilkin İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İlkin iddiaçı tərəfindən artıq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilkin iddiaçıya geri qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı Filialının cavabdeh İddiaçı MMC-yə qarşı pu tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar