Məhkəmə qərarları › İş №e-2-2(113)-7106/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7106/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7106/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etiraz ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4619/2024 saylı qərardadı ilə icraata götürülmüş və məhkəmə baxış iclası 20 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Hazırda isə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən e-2-2(113)-4619/2024 saylı işə əlavə edilməli olan iddiaya etiraz ərizəsi məhkəməyə iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci bəndinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yekun olaraq, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar