Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-712/2020 02.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı nın Cavabdehnə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnəqarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən cəmi 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı nın xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı nın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərman və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2017-ci il tarixli, S-133 saylı təhvil-təslim aktı əsasında İddiaçı na təhvil verilmişdir. Akta əsasən Cavabdeh MMC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASCyə cəmi 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh MMC ilə“xxxx” ASC arasında bağlanmış xx xxxx 2001-ci il tarixli 150 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı nın idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin qeyd olunan kredit müqaviləsi üzrə ümumi borcu 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) təşkil etmişdir. Cavabdeh MMC ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nın nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: “xxxx” ASC iləİddiaçı QSC arasında bağlanan “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamın 1-ci hissəsinə əsasən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X1 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivləri Bankdan satın almış və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka vermiş, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. Həmin müqavilənin 2.6-ci maddəsinə əsasən “xxxx” ASC öz öhdəsinə götürür ki, problemli aktivlərin təhvil-təslimindən sonra həmin borclarla bağlı digər zəruri sənədləri və məlumatları, o cümlədən borcların alınmasını təsdiq edən sənədlərin (məxaric orderi, ödəniş tapşırığı və sair) əslini və ya müvafiq qaydada təsdiq olunmuş surətini İddiaçı QSCnin müraciəti əsasında onun səlahiyyətli nümayədələrinə təhvil verəcəkdir. “xxxx” ASC ilə borcalan Cavabdeh MMC arasında bağlanan 150 saylı, xx.xx.2001-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank ona 23.000.000 (iyirmi üç milyon) manat məbləğində kredit verır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S nömrəli Sərəncamının icrası ilə bağlı “xxxx” ASC iləİddiaçı QSC arasında imzalanmış xx xxxxx 2017-ci il tarixli, S-133 saylı təhvil təslim aktında qeyd olunur ki, borc hesablarından çıxarışa əsasən Cavabdeh MMC-nin kredit üzrə 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) məbləğində borcu mövcuddur. Cavabdeh MMC üzrə borclar barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) məbləğində kredit borcu mövcuddur. İddiaçı tərəfindən Cavabdehnə göndərilən xx.xx.2019-cu il tarixli, 3-11/2810 saylı pretenziya məktubundan görünür ki, hüquqi şəxsə mövcud borcun beş gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun hüquqi şəxsə məxsus olan əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh MMC-nin mülkiyyətində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilmir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının AR DİN Baş Dövlət X6 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli sorğuya AR DİN Baş Dövlət X4 xx.xx.2020-ci il tarixli 016-2071-1220 nömrəli cavab məktubunda Cavabdeh MMC-nin adında nəqliyyat vasitəsinin qeydiyyatdan keçmədiyi bildirilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının AR Fövqəladə Hallar Nazirliyinin Sənayedəİşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinəünvanladığı xx xxxxxx 2019-cu il tarixli sorğuya Agentliyin xx xxxxxx 2019-cu il tarixli, xx/xx-05007 nömrəli cavab məktubunda Cavabdeh MMC-yə məxsus texnikaların Agentlikdə qeydiyyatdan keçmədiyi qeyd olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh MMC arasındakı kredit müqaviləsi xx.xx.2001-ci il tarixdə bağlanmışdır. Daha sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. “xxxx” ASC-nin Cavabdehnə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli, S-133 saylı təhvil-təslim aktı əsasında İddiaçı na təhvil verilmişdir. Akta əsasən Cavabdeh MMC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 4.440,64 manat (əsas borc 4.440,64 manat, faiz borcu 0,00 manat) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2001-ci il tarixli 150 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı nın idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh MMC ilə“xxxx” ASC arasında bağlanmış xx.xx.2001-ci il tarixli 150 saylı kredit müqaviləsinin: 10.2-ci bəndinə borc alan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 11.6-cı bəndinəəsasən bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxslər tərəfindən vaxtında tam həcmdə yerinə yetirilənə qədər müqavilə qüvvədədir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olduğundan tam təmin edilməli, Cavabdehndən kredit borcuna görə 4.440,64 manat məbləğində pul İddiaçı nın xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh MMM-dən İddiaçı nın xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin digər hissəsini borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı nın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması təşkil edir. İş materialları ilə hazırda Cavabdeh mülkiyyətində daşınmaz və daşınar əmlakların (nəqliyyat vasitələri və texnikalar) olmadığı müəyyən olunmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı nın həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak vəşəxsi qeyri-əmlak hüquqlarıəldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. Məhkəmə uzun müddət keçməsinə baxmayaraq, borcun qaytarılmasının təmin olunmamasını, pozulmuş hüquqların bərpasının təmin edilməsinin mülki qanunvericiliyin prinsiplərindən birini təşkil etməsini, hüquqi şəxsin öz öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdehlik daşıdığını nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh mülkiyyətində icra prosesində daşınmaz və daşınar əmlakların (nəqliyyat vasitələri və texnikalar) olması müəyyən edilərsə, tutma həmin əmlaklara yönəldilməli, Cavabdeh MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və İddiaçı nın həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınmalı, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən əsas borca görə 4.440,64 manat və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.470,64 manat (dörd min dörd yüz yetmiş manat altmış dörd qəpik) məbləğində pul İddiaçı nın xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh mülkiyyətində icra prosesində daşınmaz və daşınar əmlaklar (nəqliyyat vasitələri və texnikalar) müəyyən edilərsə, tutma həmin əmlaklara yönəldilsin, Cavabdeh MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilsin və İddiaçı nın həmin əmlaklar üzərində mülkiyyət hüququ tanınsın, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanlarının üzərinə İddiaçı nın yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-712/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-712/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver