Məhkəmə qərarları › İş №e-2-2(113)-7122/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7122/2024

15.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7122/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Sifarişçi "xxxx" MMC-dən hər iki podrat müqavilələri üzrə əsas borcun qalıq hissəsi olan 298 351.71 manat ( iki yüz doxsan səkkiz min üç yüz əlli bir manat yetmiş bir qəpik), ƏDV üzrə 52580 (əlli iki min beş yüz səksən) manat, AR İqtisadiyyat Nazirliyi Yanında Vergi Xidməti tərəfindən hesablanmış 35007,04 (otuz beş min yeddi manat dörd qəpik) dəbbə borcu olmaqla cəmi 385938.75 (üç yüz səksən beş min doqquz yüz otuz səkkiz manat yetmiş beş qəpik) pulun tutulub Podratçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 15 noyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, 11 oktyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

2. “Tərəfllər” razılaşıllar ki, 2.1. ”ROYAL DEVELOPMENT” MMC "xxxx" MMC-yə ödənilməmiş ƏDV daxil 300 000 (üç yüz min) manat borclu olduğunu etiraf edir. 2.2. ”ROYAL DEVELOPMENT” MMC "xxxx" MMC–yə olan ƏDV-daxil 300 000 (üç yüz min) manat borcundan ilkin olaraq ƏDV daxil 75 000 (yetmiş beş min) manat həcmində hissəsini 01-10 noyabr 2024-cü il tarixi aralında ödəməklə qalan ƏDV daxil 225 000 (iki yüz iyirmi beş min) manat borc pulu sonrakı “3”ay müddətində hissə-hissə ödəcəyini öhdəsinə götürür. 2.3. ”ROYAL DEVELOPMENT” MMC qalan borc məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq 3(üç) ay müddətində, hər ayın 10-dan gec olmayaraq hər ay ƏDV daxil 75 000(yetmiş beş min) manat ödəmək şərti ilə və axırıncı ödəniş xx.xx.2025-ci il tarixədək tam şəkildə olmaqla "xxxx" MMC-yə ödəyəcəkdir. 2.4.Hazırki barışıq sazişinin 2.2 və 2.3-cü bəndləri Cavabdeh MMC tərəfindən pozulduqda "xxxx" MMC-nin məhkəməyə müraciəti edərək barışıq sazişinin məcburi icra edilməsi üçün icra vərəqinin verilməsini tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş tapşırığına əsasən Royal Development” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 63.559,32 manat, köçürülmənin aparılması haqqında **********551624 saylı bildirişə əsasən 11.440,68 mant, ümumilikdə 75.000 manat məbləğində pul İddiaçınə ödənilmiş, barışıq sazişinin ilkin mərhələsini icra etmişdir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 11 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

2. “Tərəfllər” razılaşıllar ki, 2.1. ”ROYAL DEVELOPMENT” MMC "xxxx" MMC-yə ödənilməmiş ƏDV daxil 300 000 (üç yüz min) manat borclu olduğunu etiraf edir. 2.2. ”ROYAL DEVELOPMENT” MMC "xxxx" MMC–yə olan ƏDV-daxil 300 000 (üç yüz min) manat borcundan ilkin olaraq ƏDV daxil 75 000 (yetmiş beş min) manat həcmində hissəsini 01-10 noyabr 2024-cü il tarixi aralında ödəməklə qalan ƏDV daxil 225 000 (iki yüz iyirmi beş min) manat borc pulu sonrakı “3”ay müddətində hissə-hissə ödəcəyini öhdəsinə götürür. 2.3. ”ROYAL DEVELOPMENT” MMC qalan borc məbləğini xx.xx.2024-cü il tarixdən başlayaraq 3(üç) ay müddətində, hər ayın 10-dan gec olmayaraq hər ay ƏDV daxil 75 000(yetmiş beş min) manat ödəmək şərti ilə və axırıncı ödəniş xx.xx.2025-ci il tarixədək tam şəkildə olmaqla "xxxx" MMC-yə ödəyəcəkdir. 2.4.Hazırki barışıq sazişinin 2.2 və 2.3-cü bəndləri Cavabdeh MMC tərəfindən pozulduqda "xxxx" MMC-nin məhkəməyə müraciəti edərək barışıq sazişinin məcburi icra edilməsi üçün icra vərəqinin verilməsini tələb edə bilər. İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar