Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7139/2024 07.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı müqaviləyə xitam verilməsi və pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və Cavabdeh arasında bağlanmış 19 avqust 2024-cü il tarixli, 4183 nömrəli nisyə alqı-satqı müqaviləsinin X4 tərəfindən imtina edilməsi əsası ilə müqaviləyə xitam verilmiş hesab edilməsi, X4 tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun Cavabdehndən alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-xxx/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh olan şirkətin hazırkı iş üzrə iddiaçıya qarşı alqı-satqı müqaviləsindən əmələ gələn ödənişlərin ödənilməsi tələbi barədə iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. MPM-nin 169.3-cü maddəsini rəhbər tutmaqla, həmin işi birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda tərəflər bildirdilər ki, digər iş 2024-cü ilin avqust ayında ümumi məhkəmənin icraatına daxil olmuş, daha sonra aidiyyatı üzrə baxılması üçün hazırkı məhkəməyə göndərilmişdir, yəni digər iş daha əvvəl məhkəməyə daxil olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-xxx/2024 saylı iş və e-2-2(113)-xx/2024 saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddiaçı X1 Cavabdehnə qarşı “müqaviləyə xitam verilməsi və pulun tutulması” tələbinə dair iş (İş № e-2-2(113)-xx/2024) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair işlə (İş № e-2-2(113)-xxx/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdehnə qarşı “müqaviləyə xitam verilməsi və pulun tutulması” tələbinə dair iş məhkəmənin icraatında olan iddiaçı Cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair işlə (İş № e-2-2(113)-xxx/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7139/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7139/2024
07.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver