Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-715/2020 12.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi x1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdeh “Şah İsmayıl” Kiçik müəssisəsinə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC x9 Təşkilatı cavabdeh «Şah İsmayıl» kiçik müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 21227,56 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borc tələbinin cavabdeh “xxxxxxxxxxx” Kiçik Müəssisəsinə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı QSC x9 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC x9 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" x4 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" x6 məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “İddiaçı" Qapalı x5mayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin “Şah İsmayıl" kiçik müəssisəsinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 27.10.2017-ci il tarixli. S- 80 saylı təhvil-təslim aktı əsasında “İddiaçı" QSC x9 Təşkilatına təhvil verilmişdir. Akta əsasən “Şah İsmayıl" kiçik müəssisəsinin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə cəmi 21227.56 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış 27.10.2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Həmin borc “İddiaçı" QSC x9 Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, 11.12.2019-cu il tarixə cavabdeh "Şah İsmayıl" kiçik müəssisəsinin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 21227.56 manat təşkil edir. Cavabdeh "Şah İsmayıl" kiçik müəssisəsi ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki. cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi x3 iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclası vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini üzürlü hesab edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi 10.03.2020-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC ilə “Şah İsmayıl" kiçik müəssisəsi arasında 27.10.2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsi bağlanaraq 30000 manat məbləğində kredit xətti açılmışdır. Sonradan müəyyən səbəblərə görə müəssisə fəaliyyətini dayandırmış və ödəmə qabiliyyətini itirərək qeyd olunan borcdan hər-hansı ödəniş edə bilməmişdir. Lakin "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən 2019-cu ilədək müəssisəyə borcun ödənilməsi ilə bağlı hər hansı bildiriş daxil olmamışdır.Həmin kredit müqaviləsi üzrə 3 illik iddia müddəti keçmişdir. Belə ki, 27.10.2008-ci il tarixli müavilə üzrə hər-hansı ödəniş edilməməsinə baxmayaraq qarşı tərəf borcun ödənilməsi ilə bağlı bildirişi 2019-cu ildə göndərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, habelə məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1 -ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı x5mayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı x7 arasında imzalanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21.04.2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1 -ci hissəsinə əsasən, İddiaçı QSC x9 Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə x2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təhvil-təslim aktları əsasında (təhviltəslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC- yə güzəşt edir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCdən təhvil alınmış problemli aktivləri idarə edərkən İddiaçı QSC ödəmə vaxtı keçmiş kredit borclarının (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər) qaytarılması və borclular tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və sair) görür. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin "Şah İsmayıl" kiçik müəssisəsinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş 27.10.2017-ci il tarixli, S-80 saylı aktdan görünür ki, cavabdeh "Şah İsmayıl" kiçik müəssisəsinin təhvil-təslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 21227.56 manat borcu yaranmışdır. İş Materiallarına əlavə edilmiş 27.10.2008-ci il tarixli 247 nömrəli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə "Şah İsmayıl" kiçik müəssisəsi arasında neft avadanlığının ehtiyat hissələrinin dəyərinin ödənilməsi məqsədi ilə istifadə etmək üçün 30000 manat məbləğində kredit xəttinin verilməsi və verilmiş kreditin qəbul edilməsi və göstərilən müddətdə geri qaytarılması razılaşdırılmışdır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 12 ay müəyyən edilmişdir. Həmin Müqavilənin 16-cı “müqavilənin qüvvədə olma müddəti” barədə bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. Bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunur. İş materiallarına əlavə olunmuş 11.12.2019-cu il tarxli malliyə arayışından görünür ki, "Şah İsmayıl" kiçik müəssisəsinin qeyd olunan tarixə İddiaçı QSC–yə 21227.56 manat borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə "Şah İsmayıl" kiçik müəssisəsi arasında 27.10.2008-ci il tarixli 247 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə "Şah İsmayıl" kiçik müəssisəsi bank qarşısında 21227.56 manat öhdəliyi yaranmışdır. Lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş və Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və İddiaçı QSC arasında imzalanmış 27.10.2017-ci il tarixli. S-80 təhvil-təslim aktına əsasən İddiaçı QSC x9 Təşkilatına keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması əsaslarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Eyni zamanda məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin 4.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə uyğun olaraq kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borcverənin hesabına daxil olduğu tarix hesab olunur. Bununla da mübahisə predmeti olan müqavilənin 16-cı bəndinə əsasən “müqavilənin qüvvədə olma müddəti” müqavilə izmalandığı gündən qüvvəyə minir və bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə uyğun olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərini işin hallarına tətbiq edərək, məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Qeyd olunan öhdəliklər başlandığı tarix 27.10.2008-ci il qəbul edilməlidir. Hazırki mübahisə predmetinin əsasını qeyd olunan müqavilə təşkil etdiyindən öhdəliyin tam olaraq yerinə yetirilmədiyi başa düşülməlidir. Belə olan halda qeyd olunan müqavilənin qvvədə olma müddəti həmin müavilənin 16-cı bəndi üzrə müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "Şah İsmayıl" kiçik müəssisəsindən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Şah İsmayıl" kiçik müəssisəsidən cəmi 21227.56 manat məbləğində borcu İddiaçı QSC x9 Təşkilatının xeyrinə ödənilməli, Borc tələbinin cavabdeh "xxxxxxxxxxx" Kiçik Müəssisəsinə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməli, "xxxxxxxxxxx" Kiçik Müəssisəsinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və "İddiaçı" QSC x9 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınaraq, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC x9 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxxxxxxxxx" Kiçik Müəssisəsindən cəmi 21.227.56 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə tutulsun. Borc tələbinin cavabdeh "xxxxxxxxxxx" Kiçik Müəssisəsinə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilsin. "xxxxxxxxxxx" Kiçik Müəssisəsinin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilsin. "İddiaçı" QSC x9 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınsın, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC x9 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-715/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-715/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver