Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7155/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 qanuni nümayəndəsi, eyni zamanda cavabdeh Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli BKX00001-15/19A saylı kredit müqaviləsi üzrə 29.952,75 manat əsas, 1.665,69 manat faiz məbləği, dəbbə borcu 1.497,63 manat, ümumilikdə 33.116,07 manat, xx.xx.2024-cü il tarixli MK-00003-11/24A saylı kredit müqaviləsi üzrə 10.000 manat əsas, 554,16 manat faiz, dəbbə borcu 100,96 manat, ümumilikdə 10.665,16 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli MK-00004-11/24A saylı kredit müqaviləsi üzrə 10.000 manat əsas, 603,73 manat faiz, dəbbə borcu 28,66 manat, ümumilikdə borcu 10.632,39 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 255 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli BKX-00001-11/21A saylı əsas kredit bağlanmış kredit müqaviləsinə əsasən, 36 ay müddətinə, 22 faizlə xx.xx.2024-cü il tarixinədək 30.000 manat məbləğində bərpa olunan kredit verilmiş, onu xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bank "xxxx" ASC ilə Cavabdeh2 ELMİ-İSTEHSALAT müəssisi arasında xx.xx.2024-cü il tarixli MK-00003-11/24A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli MK-00004-11/24A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank "xxxx" ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixli BKKZ-00001-11/23A saylı və xx.xx.2024cü il tarixli MKZ-00004-11/24A zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 98 gündən artıq gecikməyə səbəb olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Qanuni nümayəndə kredit müqaviləsinin bağlandığını, əsas və faiz məbləği ilə razı olduğunu bildirərək, borcun digər bankdan alcağı pul məbləği ilə əvəzləşdirilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2021-ci il tarixli, BKX-00001-11/21A saylı müqaviləyə əsasən illik 22 faizlə 36 ay müddətinə 30.000 manat məbləğində cari hesaba köçürülməsi yolu ilə kredit verilmişdir .
8. Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə cavabdeh Qanuni nümayəndə (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BKXZ-00001-11/23A saylı “Zaminlik Müqaviləsi”nə əsasən, zamin xx.xx.2021-ci il tarixli, BKX-00001-11/21A saylı kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
9. Daha sonra Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2024-cü il tarixli, MK-00003-11/24A saylı kredit müqaviləsinə əsasən illik 21 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində cari hesaba köçürülməsi yolu ilə kredit vermişdir .
10. Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə cavabdeh Qanuni nümayəndə (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MKZ-00003-11/24A saylı “Zaminlik Müqaviləsi”nə əsasən, zamin xx.xx.2024-cü il tarixli, MK-00003-11/24A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
11. Daha sonra Bank "xxxx" ASC (borc verən) ilə Cavabdeh2 (borc alan) arasında xx.xx.2024-cü il tarixli, MK-00004-11/24A saylı kredit müqaviləsinə əsasən borcverən borcalan üçün illik 21 faizlə 36 ay müddətinə 10.000 manat məbləğində cari hesaba köçürülməsi yolu ilə kredit vermişdir.
12. Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə cavabdeh Qanuni nümayəndə (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MKZ-00004-11/24A saylı “Zaminlik Müqaviləsi”nə əsasən, zamin xx.xx.2024-cü il tarixli, MK-00004-11/24A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
13. Müqavilələr tərəflərin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
17. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, BKX-00001-11/21A saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh2 əsas borc üzrə 29.952,75 manat, faiz borcu üzrə 1.665,69 manat, cərimə borcu üzrə 1.497,63 manat olmaqla, cəmi 33.116,07 manat, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli, MK-00003-11/24A saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka əsas borc üzrə 10.000 manat, faiz borcu üzrə 603,73 manat, cərimə borcu üzrə 28.66 manat olmaqla, cəmi 10.632,39 manat, təşkil edir.
21. Cavabdeh tərəf kredit müqavilələri üzrə kredit götürdüyünü, əsas və faiz borcunu qəbul etmiş, lakin məhkəmədən borcunun digər bir bankda olan vəsaitlə əvəzləşdirilməsini xahiş etmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas və faiz borcun tələb edilməsi hissəsində təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 29.952,75 manat əsas borc, 1.665,69 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 əsas borc, 554,16 manat faiz borcu, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10.000 əsas borc, 603,73 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1.497,63 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100,96 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28,66 manat dəbbə pulu ağlabatan və ədalətlidir.
26. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 255 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 255 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
28. Məhkəmə həmçinin qeyd edir ki, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik məbləğində pul da Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 29.952 (iyirmi doqquz min doqquz yüz əlli iki) manat, 75 (yetmiş beş) qəpik, faiz borcu üzrə 1.665 (bir min altı yüz altmış beş) manat, 69 (altmış doqquz) qəpik, cərimə borcu üzrə 1.497 (bir min dörd yüz doxsan yeddi) manat, 63 (altmış üç) qəpik olmaqla, cəmi 33.116 (otuz üç min yüz on altı) manat, 07 (yeddi) qəpik məbləğində pul müştərək qaydada Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.000 (on min) manat, faiz borcu üzrə 554 (beş yüz əlli dörd) manat, 16 (on altı) qəpik, cərimə borcu üzrə 100 (bir yüz) manat, 96 (doxsan altı) qəpik olmaqla, cəmi 10.655 (on min altı yüz əlli beş) manat, 12 (on iki) qəpik məbləğində pul müştərək qaydada Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.000 (on min) manat, faiz borcu üzrə 603 (altı yüz üç) manat, 73 (yetmiş üç) qəpik, cərimə borcu üzrə 28 (iyirmi səkkiz) manat, 66 (altmış altı) qəpik olmaqla, cəmi 10.632 (on min altı yüz otuz iki) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul müştərək qaydada Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 255 (iki yüz əlli beş) manat məbləğində pul müştərək qaydada Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul müştərək qaydada Qanuni nümayəndə və Cavabdeh2ndən tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov