Məhkəmə qərarları › İş №e-2-2(113)-7169/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7169/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7169/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış faizin silinməsi, faiz hesablanmasının cavabdehə qadağan edilməsi və sair” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2024cü il tarixli KBSK8899641B252 saylı Fərdi mikro kredit Müqaviləsi üzrə ona faiz hesablanması və həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə birtərəfli qaydada düzəliş edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab olunması, hesablanmış faiz məbləğlərinin silinməsi, qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə qədər faiz hesablanmasının cavabdehə qadağan edilməsi, ödənişlərin xx.xx.2024-cü il tarixli KBSK8899641B252 saylı kredit Müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə uyğun hesablanması, gecikmələrlə bağlı kredit tarixçəsində düzəliş edilməsi və Azərbaycan Kredit Bürosuna gecikmələrlə bağlı məlumatın ödəniş qrafikinə uyğun olaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyana görə 5000 manatın və hazırki iddianın verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış faizin silinməsi, faiz hesablanmasının cavabdehə qadağan edilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz № **********98) ona geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar