Məhkəmə qərarları › İş №e-2-2(113)-7179/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7179/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7179/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ı İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC 1,612.90 (bir min altı yüz on iki manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 36.13 (otuz altı manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1310.4 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixli ********** saylı çıxarışa əsasən İddiaçı ASC-nin xüsusi mülkiyyətində olmuşdur. Bununla yanaşı İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1310.4 kv.m olan qeyri-yaşayış sahəsi aylıq 2000 manat olmaqla cavabdehə icarəyə verilmişdir (icarə müqaviləsinin 1-ci, 5-ci bəndləri). İcarə müqaviləsinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti davamlı olaraq 3 ay müddətinə uzadılmış hesab edilir. Bank müqaviləyə uyğun olaraq üzərinə düşən öhdəliyi icra edərək əmlakı hazırkı iş üzrə cavabdehə təhvil vermişdir. Müqavilənin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı müraciətinə əsasən həyata keçirilir. xx.xx.2022-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli icarə müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilir. Qeyd edilənlərə əsasən, cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq göndərilsə də, bu günə kimi İddiaçı ASC-nə 2022-ci ilin iyul ayı üzrə ödənilməmiş 1,612.90 (bir min altı yüz on iki manat doxsan qəpik) manat məbləğində borcu qalmışdır. Bundan İddiaçı ASC tərəfindən 36.13 manat dövlət rüsumu ödəmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. 20.11.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçi) F.Rəsulzadə izahatında bildirmişdir,iddia ərizəsində qeyd olunan əsas borcu qəbul edir.Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı ASC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən ‘İcarəyə verən“"ünvan 2 ‘İcarəyə verən“"ünvan 2 ünvanında eriəşən, ümumi sahəs» 1310.4 kv/m olan qeyn-yaşayış-sahesinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) İcarəyə verirlər. - 2-ci bəndinə əsasən İcarəyə verilən əmlak aşağıdakı hüqüqmüəyyənedici sənədə əsasən İcarəyə verənə məxsusdur:AR ƏMDK-nİn yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə ”PAŞA BANK” AÇİQ SƏHMDAR CƏMİYYƏTİ /AZ1005, Bakı Şəhəri Səbail Rayonu, Yusif Məmmədəliyev, ev 13 / verilmiş **********04-06301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət uzrə, 1310.4 kv/m, - 3-cü bəndinə əsasən İcarə müddəti 01.1 .2021-ci İ tarixindən başlayaraq xx.xx.2022-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir.) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bır təklif irəli sürməzlərsə icärə müddəti davamlı olaraq 3 (üç) ay müddətinə uzadılmış hesab edilir. - 4-cü bəndinə əsasən Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilm'ş xx.xx.2021 il tarixli, qeydiyyat nömrəsi **********KV72302 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil ve özgəninkiləşdirilmesinə qadağan qoyulmamışdır. - 5-ci bəndinə əsasən İcarəyə verilən sahənin istifadəsinə görə:İcarəyəgötürən” "REFMOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti "İcarəyə verən" "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqı ödəyir; Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabdehə EBCA 726747 nömrəli xx.xx.2022-ci il tarixli 1612.90 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:

10. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

11. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

13. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1310.4 kv/m olan qeyri-yaşayış sahəsini icarəyə versə də,cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Qeyd edilən hal, işin mübahisəsiz halıdır, belə ki, cavabdehin qanuni təmsilçisi tərəfindən məhkəmə hazırlıq iclasında etiraf edilmişdir.

19. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və cavabdehin etirafı 1612.90 manat borc öz təsdiqini tapır,iddia təmin edilməlidir.

20. Odur ki,məhkənə hesab edir ki,iddia ərizəsi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 1612.9 manat məbləğində icarə haqqı tutularaq iddiaçıya ödənnilməlidir.

21. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36.20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1612.90 (min altı yüz on iki manat doxsan qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu kimi 36.13 (otuz altı manat on üç qəpik) manat məbləğin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar