Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7181/2025 27.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tərəb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti olmaqla) “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tərəb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti olmaqla) “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* (iki milyon dörd yüz qırx altı min üç yüz iyirmi) manat həcmində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisiyəm və 100 % təsis payı mənə məxsusdur. Cəmiyyət 24 dekabr 2015-ci ildə mənim tərəfimdən təsis olunub. İlk zamanlar özüm həm də direktor vəzifəsini icra etmişəm. Mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər bir müəssisə öz təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəyyən maliyyə resurslarına ehtiyac duyur. Bu maliyyələşmə ya müəssisənin öz daxili imkanları, ya da kənar mənbələrdən cəlb edilmiş vəsaitlərlə təmin olunur. Mən də təsisçisi olduğum MMC-yə kənar mənbələr hesabına maliyyələşmənin ən geniş yayılmış formalarından biri olan təsisçi kimi borc vermişəm. Və verdiyim borc müəssisənin nizamnamə kapitalına qoyuluş şəklində deyil, borc müqaviləsi bağlamaq yolu ilə həyata keçirilmişdir. Belə ki, mənimlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli, 001 nömrəli “Borc müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsinə əsasən “Borc verən” təsisçisi olduğu “Borc alan”a ******* (iki milyon yeddi yüz min) manatadək məbləğində pul vəsaitini “Borc alan”a verməyi, “Borc alan”a isə borcu müqavilənin şərtlərinə uyğun olaraq, bu müqavilənin 2.2.1-ci maddəsində qeyd olunan müddətdə “Borc verən”ə geri qaytarmağı öhdəliyinə götürür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc məbləği borc verənə hissə-hissə olmaqla və son müddət olaraq xx.xx.2025-ci il tarixədək geri qaytarılmalıdır. 19 dekabr 2016-cı il tarixdən 25 aprel 2018-ci il tarixədək olan dövr ərzində nümayəndəm X4 tərəfindən Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesablaşma hesabına 2,608,320 (iki milyon altı yüz səkkiz min üç yüz iyirmi) manat vəsait borc kimi daxil edilmişdir. İddiaçının tapşırığı əsasında 20 dekabr 2018-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində "xxxx" Qapalı səhmdar Cəmiyyətindən Nağd pul almaq üçün çeklərə əsasən 162,000 (bir yüz altmış iki min) manat vəsait Cəmiyyətin kassasına alınmış və X2 qaytarılmışdır. Halhazırki dövrədək cavabdeh "xxxx" MMC-nin mənə borc müqaviləsinə əsasən borcu 2,446,320 (iki milyon dörd yüz qırx ltı min üç yüz iyirmi) AZN təşkil edir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Mənim tərəfimdən vəsaitin qaytarılması ilə əlaqədar cavabdehə müraciət edilməsinə baxmayaraq cavabdeh mənim qanuni tələblərimi yerinə yetirməmişdir. Belə olan halda hesab edirəm ki, qeyd olunan borc məbləği məhkəmə qaydasında "xxxx" MMC-dən tutularaq mənə qaytarılmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7181/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-7181/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, “Caspian Technical and Logistical Services İNC." MMC xx.xx.2015-ci il tarixdə onun tərəfindən təsis edilərək dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək olan dövr ərzində nümayəndəsi X4 tərəfindən cəmiyyətin "xxxx" QSC-də olan hesablaşma hesabına 2.608.320,00 (iki milyon altı yüz səkkiz min üç yüz iyirmi) manat vəsait borc kimi daxil edilmişdir. Qeyd olunan borc məbləğindən 162.000,00 (bir yüz altmış iki min) manat borc qaytarılmışdır. İddiaçı tərəfindən sübut qismində məhkəməyə borc müqaviləsi və bank hesabından çıxarış təqdim edilmişdir. Mübahisədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İlkin olaraq hesab edirik ki, prosessual qanunvericiliyin tələblərinə əsasən hazırkı iş kommersiya mübahisəsi deyildir və bu səbəbdən mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə uyğun olaraq məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 8 sentyabr 2020-ci il 10 nömrəli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İş materiallarından məlum olduğu kimi tərəflər arasında mübahisə təsisçinin müəssisəyə verdiyi borcun sonuncu tərəfindən qaytarılmaması və bu səbəbdən borcun cavabdehdən məcburi qaydada tutulması barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən fiziki şəxsin borc verməsi sahibkarlıq fəaliyyəti hesab olunmur. Həmçinin borc müqaviləsinin məzmunundan göründüyü kimi, borcun verilməsi hər hansı faizin ödənilməsi ilə şərtləndirilməmişdir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması üçün tələb olunan şərt mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasıdır. Hazırkı mübahisə isə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamış və sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. İşin mahiyyəti ilə bağlı bildiririk ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2016-cı il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəmənin nəzərə almalı olduğu digər bir fakt isə iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş bank hesabından çıxarış özü-özlüyündə borc verilməsini təsdiqləyən sənəd kimi yetərli hesab edilmir. Borc müqaviləsi üzrə nəzərə tutulan vəsaitin verilməsi faktını təsdiq edən bank əməliyyatları, kassa sənədləri, mühasibat uçotu sənədləri təqdim edilməmişdir. Bu sənədlər olmadığı halda müqavilədə nəzərə tutulan vəsaitin həqiqətən cavabdehə verildiyi sübut olunmur. Qeyd olunanlar bu əməliyyatın real maliyyə dövriyyəsinə və ya aktiv hərəkətinə uyğun gəlməməsi, maliyyə fırıldağı və ya vəsaitlərin mənşəyinin gizlədilməsi (pul yuyulması) riski daşıyır. Belə vəziyyət əməliyyatın həqiqi iqtisadi məzmununa şübhə yaradır və bu əməliyyatın maliyyə fırıldağı (vəsaitlərin mənşəyinin gizlədilməsi və ya süni borc öhdəliyi yaradılması) məqsədi ilə həyata keçirildiyi ehtimalını doğurur. İddia olunan 2.446.320,0 (iki milyon dörd yüz qırx altı min üç yüz iyirmi) manat məbləğinin təsisçinin şəxsi vəsaiti kimi təqdim edilməsi, lakin bu məbləğin formalaşma mənbələri barədə sübutların təqdim edilməməsi, vəsaitlərin mənşəyinin müəyyənləşdirilməsini -yəni həmin vəsaitlərin qanuni mənbədən formalaşmasının yoxlanılması - işin obyektiv araşdırılması üçün zəruridir. Hesab edirik ki, məhkəmə icraatına 3-cü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti maliyyə əməliyyatlarında şübhəli göstəricilərin mövcudluğu barədə təhlil və məlumatı təmin edən xüsusi dövlət orqanı kimi cəlb oluna bilər. İş üzrə əməliyyatın şübhəli xarakter daşıması ehtimalı olduğundan, bu barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli və həmin orqanın rəyi və ya məlumatı işə əlavə olunmalıdır. Əməliyyatın iqtisadi məzmunu müəssisənin real maliyyə vəziyyəti ilə uzlaşmadığından, bu əməliyyat şübhəli əməliyyat əlamətləri daşıyır. Belə əməliyyatların qiymətləndirilməsi səlahiyyəti Maliyyə Monitorinqi Xidmətinə məxsusdur. Buna görə də həmin Xidmətin işdə 3-cü şəxs qismində iştirak etməsini məqsədəuyğun hesab edirik. Bildiririk ki, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə bir iddianın qaldırılması son nəticədə təsisçisi olduğu cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa şərait yaradacaqdır. Bildiririk ki, aparılmış araşdırma zamanı aşağıdakı riskli hallar müəyyən edilmişdir: 1Müqavilədə borcların geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. Müəssisənin faktiki nizamnamə kapitalı təsisçi tərəfindən verilən borclardan dəfələrlə azdır. Bu isə müəssisənin maliyyə sabitliyinin olmaması deməkdir. Hansı ki, maliyyə vəziyyəti bu cür olan bir şirkətə borc vermək məqsədəuyğun hesab edilmir. Borc qısa müddətli (3-6 ay) olmamışdır. Maliyyə (likvidlik) dəstəyi üçün borcun adətən 1 ildən az müddətdə geri qaytarılması nəzərdə tutulur. Müqavilədə borcun geri ödənilməməsinə görə faizlərin hesablanması nəzərdə tutulmamışdır. Hansı ki, bu tip müqavilələrdə vəsaitin geri qaytarılmasını təşviq etmək üçün faiz hesablanması alətindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin faktiki olaraq nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Odur ki, yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirik.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2026-cı il tarixdə yazılı etiraz ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışı zamanı iddiaçı tərəfindən, habelə məhkəmə qərardadının icrası ilə əlaqədar bir sıra sənədlər təqdim edilmişdir. Hesab edirik ki, qanunvericiliyin tələblərinə əsasən təqdim olunan sənədlərin heç biri borcun verilməsini və müəssisə tərəfindən borcun alınmasını təsdiq etmir. İlk növbədə məhkəmə qərardadının icrası ilə əlaqədar "xxxx" tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli məktub və həmin məktuba əlavə edilən sənədlərlə bağlı bildiririk ki, burada İddiaçı2 və onun nümayəndəsi tərəfindən müəssisənin bank hesabına “hesabın möhkəmləndirilməsi' təyinatı ilə müxtəlif tarixlərdə vəsaitlərin köçürülməsi borcun verilməsi anlamına gələ bilməz. Belə ki, qeyd olunan vəsaitlərin köçürülməsi anına borc müqaviləsi mövcud idisə və bu vəsaitlər də borc verilməsi məqsədilə müəssisəyə köçürülürdüsə o zaman köçürmələrin təyinatı yerində birmənalı olaraq tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinə istinad olunardı. Lakin göründüyü kimi bütün köçürmələrin təyinatı qismində "xxxx" qeyd edilmişdir. Həmçinin iddiaçı tərəfindən də təqdim olunan müəssisənin bank hesabından çıxarışda da xx.xx.2016-cı il tarixli borc müqaviləsi ilə əlaqədar müəssisənin hesabına hər hansı bir vəsaitin köçürüldüyü öz əksini tapmamışdır. Bu isə bizə onu deməyə əsas verir ki, tərəflər arasında bu vəsaitlərin köçürülməsi zamanı hər hansı bir borc müqaviləsi bağlanılmamış və borc münasibətləri mövcud olmamışdır. Köçürülən vəsaitlər isə borc məqsədilə (təyinatı ilə) köçürülməmişdir. Bunlarla yanaşı bildirmək istəyirik ki, "xxxx" MMC-nin 2018-2024-cü illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə əsasən müəssisənin kifayət qədər yüksək məbləğlərdə mənfəət əldə etdiyi və bu mənfəətdən vergini ödədikdən sonra böyük məbləğdə sərbəst mənfəətinin qaldığı müəyyən olunur. Həmçinin müəssisənin kifayət qədər yüksək məbləğdə sərbəst mənfəəti olduğu halda iddia olunan borcu qaytarmaması, yaxud qaytara bilməməsi, həmçinin təsisçinin məhkəməyə müraciət edərək borcun məcburi qaydada alınmasını tələb etməsi heç bir iqtisadi və hüquqi məntiqə uyğun deyildir. Digər tərəfdən qeyd olunmalıdır ki, borcu qarşı tərəf etiraf edir və məlum olur ki, aralarında borc barədə hər hansı bir mübahisə yoxdur. O zaman sual olunur ki, mübahisə olmadığı halda nəyə görə məhkəmədə iddia qaldırılıb. Borc müqavilələrinin özü ilə bağlı bir daha bildiririk ki, məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Qeyd etməliyik ki, belə formada müqavilə təkcə 2016-cı il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu o demək deyil ki, həqiqətən bir tərəf digər tərəfə borc vermişdir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Hazırkı halda bu məzmunda yüzlərlə müqavilə tərtib edib imzalamaq mümkündür. Başqa sözlə desək notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəmənin nəzərə almalı olduğu digər bir fakt isə iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş bank hesabından çıxarış özü-özlüyündə borc verilməsini təsdiqləyən sənəd kimi yetərli hesab edilmir. Borc müqaviləsi üzrə nəzərə tutulan vəsaitin verilməsi faktını təsdiq edən bank əməliyyatları, kassa sənədləri, mühasibat uçotu (ilkin uçot) sənədləri təqdim edilməmişdir. Bu sənədlər olmadığı halda müqavilədə nəzərə tutulan vəsaitin həqiqətən cavabdehə verildiyi sübut olunmur. Bütün bunlar borc münasibətlərinin reallıqda mövcudluğunu şübhə altına almaqla təsisçi tərəfindən müəssisəyə borcun verildiyini təkzib edir. İddiaçı tərəfindən təqdim edilən bu sənədlər qanunvericiliyin aşağıdakı normalarına əsasən sübut qismində çıxış edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Beləliklə, borcun verilməsini təsdiq edən yeganə sənədlər qismində ilkin uçot sənədləri çıxış edə bilər. Bu sənədlər olmadığı halda həm müqavilənin özünün, həm də orada nəzərə tutulan vəsaitin həqiqətən verildiyi sübut olunmur.
9. İddiaçı və cavabdeh xx.xx.2026-cı il tarixdə tərəflər arasında imzalanmış xx.xx.2026-cı il tarixli barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7181/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi” barədə vəsatət təmin edilməmiş, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
11. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə təqdim edilmiş pul vəsaitləri qohumları tərəfindən ona borc olaraq verilmişdir. Köçürülən vəsaitlər ya özü, ya da qohumu (bacısının əri), yəni hazırda cavabdeh MMC-nin direktoru olan Qanuni nümayəndə tərəfindən nağdsız qaydada cavabdehin hesabına ödənilmişdir. Həmin vəsaitlərin təyinatı bank tərəfindən düzgün göstərilməmiş, bu səbəbdən hazırda pulun geri qaytarılması mümkün olmamışdır. İddianın təmin edilməsini xahiş edir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, hazırda tələb edilən vəsait cavabdehin bank hesablarında olsa da, borc pul cavabdehə ödənilən zaman təyinatları bank tərəfindən düzgün göstərilmədiyi üçün hazırda pulun geri qaytarılması mümkün deyildir, belə ki, yalnız məhkəmə qərarı olduğu halda, bank həmin vəsaitlərin iddiaçıya köçürülməsinin mümkün olacağını bildirmişdir.
14. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi R.Abbasov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə digər üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
16. Məhkəmə iclasının digər üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
18. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-11921/2024 nömrəli çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2015-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, yeganə iştirakçısı iddiaçıdır.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-11921/2024 nömrəli çıxarışına əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 10 (on) manat məbləğində artırılmış, həmin məbləğ iştirakçı İddiaçı2 tərəfindən 10 (on) pay şəklində ödənilmiş və dəyişikliklər dövlət qeydiyyatına alınmışdır.
20. İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında imzalanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən borc verən təsisçisi olduğu borcalana ******* manatadək məbləğində pul vəsaitini verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2.1-ci maddəsində qeyd olunan müddətdə borc verənə geri qaytarmağı öhdəsinə götürür.
21. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan borc məbləğini artıq pul şəklində dövriyyə vəsaiti yarandıqca borc verənə hissə-hissə və son müddət olaraq 31 iyul 2025-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür.
22. İş materiallarına əlavə edilmiş cavabdehə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2018-ci il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 10000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat məbləğində vəsaitlər hesabdan məxaric olunmuş, xx.xx.2016-cı il tarixdə 62710 manat, xx.xx.2016-cı il tarixdə ******* manat, xx.xx.2016-cı il tarixdə ******* manat məbləğində vəsait hesaba mədaxil edilmişdir.
23. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim edilmiş 131590 nömrəli məktubdan görünür ki, İddiaçı2 tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2016-cı il tarixində 2.00 AZN təyinatsız, xx.xx.2017-ci il tarixində 600.00 AZN "xxxx" təyinatı ilə, xx.xx.2017-ci il tarixində 9900.00 AZN “Hesaba mədaxil” təyinatı ilə pul vəsaitləri köçürülmüşdür. Həmçinin İddiaçı2 özü və ya etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə tərəfindən xx.xx.2016-cı il tarixində 62710.00 AZN, xx.xx.2016-cı il tarixində 1035000.00 AZN, xx.xx.2016-cı il tarixində 1501610.00 AZN təyinatsız, xx.xx.2018-ci il tarixində isə 9000.00 AZN "xxxx" təyinatı ilə nağd qaydada həmin hesaba mədaxil edilmişdir. Bundan əlavə, göstərilən məktubdan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı2 hesabına xx.xx.2022-ci il tarixində 2500000.00 AZN “Dividend ödənişi” təyinatı ilə, 1300000.00 AZN “Dividend ödənişi üçün” təyinatı ilə, 2500000.00 AZN “Dividend ödənişi” təyinatı ilə, xx.xx.2024-cü il tarixində 950000.00 AZN “Dividend 2023-cü ilin təsisçiyə olan dividend ödənişi” təyinatı ilə, xx.xx.2025-ci il tarixində 1.140.000 AZN "xxxx" təyinatı ilə dividend ödənişləri həyata keçirilmişdir.
24. Cavabdeh MMC-nin təsisçisi İddiaçı2 (hazırkı iddiaçı) 22 avqust 2025-ci il tarixli, 02/25-01 nömrəli qərarına əsasən "xxxx" MMC-nin 2024-cü ildə əldə edilən mənfəətindən 1.200.000 (bir milyin iki yüz min) manat təsisçiyə dividend ödənilməlidir.
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyası) borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış, yeganə iştirakçısı 100 faiz payla hazırkı iddiaçıdır.
29. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsi üzrə tərəfindən cavabdeh MMC-yə 2.608.320 manat borc verildiyini, həmin vəsaitdən 162000 manatın iddiaçıya qaytarıldığını, qalıq 2.446.320 manat borcun cavabdeh tərəfindən ona qaytarılmadığını bildirir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC-nin "xxxx" QSC-də olan hesabından çıxarışa əsasən iddiaçının özü tərəfindən cavabdeh MMC-nin hesabına xx.xx.2016-cı il tarixində 2 manat, xx.xx.2017-ci il tarixində isə 600 manat vəsait ödənilmişdir.
31. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin hazırkı direktoru olan Qanuni nümayəndə verilmiş etibarnamə əsasında sonuncu tərəfindən cavabdeh MMC-nin bank hesabına xx.xx.2017-ci il tarixində 9900 manat, xx.xx.2016-cı il tarixində 62710 manat, xx.xx.2016-cı il tarixində ******* manat, xx.xx.2016-cı il tarixində ******* manat, xx.xx.2018ci il tarixində isə 9000 manat vəsait ödənilmişdir.
32. Həmin vəsaitlər nağd qaydada cavabdeh MMC-nin hesabına mədaxil edilmiş, ödənişlərin təyinatı isə xx.xx.2016-cı il tarixli müqavilə, habelə borc verilməsi deyil, "xxxx" kimi göstərilmişdir.
33. İddiaçı, habelə cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə həmin vəsaitlərin ödənildiyi zaman təyinatlarının "xxxx" QSC tərəfindən düzgün göstərilmədiyini bildirsələr də, cavabdeh MMC tərəfindən məhkəməyə həmin ödənişlərin həqiqətən də xx.xx.2016-cı il tarixli müqavilə üzrə verilən borc olmasını və ödənilən vəsaitlərin MMC-nin borcu kimi mühasibat uçot sənədlərində öz əksini tapmasını təsdiq edən cavabdeh MMCnin maliyyə hesabatlarını, balansı barədə məlumatları təqdim edə bilməmişlər.
34. Bundan əlavə, materiallarda olan hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya 2022-2025-ci illərdə ümumilikdə 7.250.000 manat vəsait (əmək haqqı üzrə ödənilmiş ödənişlərdən savayı) ödənilmişdir.
35. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında həmin vəsaitlərin xalis mənfəətdən pay olaraq iddiaçıya ödənildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
36. Cavabdeh tərəfindən məhkəməyə yalnız təsisçisi İddiaçı2 (hazırkı iddiaçı) 22 avqust 2025-ci il tarixli, 02/25-01 nömrəli qərarı təqdim edilmiş, həmin qərara əsasən "xxxx" MMC-nin 2024-cü ildə əldə edilən mənfəətindən 1.200.000 (bir milyin iki yüz min) manat təsisçiyə dividend ödənilməli olması göstərilmişdir.
37. Cavabdeh tərəfindən bununla bağlı başqa sübut təqdim edilməmişdir.
38. Cavabdeh MMC-nin iddiaçıya qaytarılmamış 2.446.320 manat borcu olduğu halda, xalis mənfəətin necə formalaşması, habelə xalis mənfəətdən pay ödənilə bildiyi halda, borcun hansı səbəbdən geri qaytarılmaması ağlabatan şəkildə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə bildirilə bilməmişdir.
39. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
40. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
41. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tələb edilən 2.446.320 manat məbləğində borcun tutulması hissəsində tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
43. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
45. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
46. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 2013,16 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2013,16 (iki min on üç manat on altı qəpik) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova