Məhkəmə qərarları › İş №e-2-2(113)-7189/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7189/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7189/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli servis müqaviləsi üzrə 3.061,25 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 331,60 manat dəbbə pulu və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 54,93 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Hazırda iddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi İddiaçı MMC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 53,93 (əlli üç manat doxsan üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar