Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-719/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı Nümayəndə və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqının (bundan sonra - “Tac” kredit ittifaqı) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Tac” kredit ittifaqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas, 1275 manat faiz borcu, 2550 manat cərimə borcu olmaqla cəmi 8825 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Tac” Kredit İttifaqının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “TAC” kredit ittifaqı ilə Cavabdeh (VÖEN **********) arasında xx xxxxxx 2014-cü il tarixində “131/SKMF-107” nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditalanın cari hesab hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bugünədək 239,6 manat faiz ödəmişdir. xx.xx.2015-ci il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən “TAC” kredit ittifaqı tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Tac” kredit ittifaqının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2014-cü il tarixli “131/SKMF-107” nömrəli kredit müqaviləsindən görünür ki, “Tac” kredit ittifaqı tərəfindən fiziki şəxs sahibkar (VÖEN: **********) Cavabdeh güzəşt müddəti 12 ay olmaq şərti ilə 36 ay müddətində illik 6 faiz dərəcəsi ilə SKMF-nin vəsaiti hesabına 5000 manat məbləğində kredit verilməsi barədə aralarında müqavilə bağlanmışdır. Həmçinin sözügedən müqavilənin 5.3-cü bəndindən görünür ki, kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürürlməklə illik 6 faiz faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır və faizlər kreditin verildiyi gündən hesablanır. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, SKMF-nin vəsaiti hesabına Cavabdeh 5000 manat məbləğində pul vəsaiti verilmişdir. xx xxxxxx 2014-cü il tarixli “131/SKMF-107” nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Tac” kredit ittifaqına olan 5000 manat əsas borcu güzəşt müddəti 12 ay (ilk 12 ay ərzində hər ay ancaq 25 manat faiz ödənişi həyata keçirilməklə) olmaq şərti ilə 36 ay ərzində illik 6 faiz dərəcəsi ilə 624,27 manat faiz borcu ilə birlikdə (ümumilikdə 5624,27 manat olmaqla) ödəməli idi. “Tac” kredit ittifaqı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Tac” kredit ittifaqı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “131/SKMF-107” nömrəli kredit müqaviləsinə əsasən (müqavilə müddəti xx.xx.2014-xx.xx.2017) illik 6 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, faiz borcdan 239,60 manat ödəniş aparılmış və xx.xx.2019-cu il tarixinə Cavabdehnun “Tac” kredit ittifaqına olan borcu 5000 manat əsas, tələb qaldırılan günə 1275 manat faiz, o cümlədən, kredit müqaviləsinin müddətinin bitdiyi (xx.xx.2017-ci il) tarixə 675 manat faiz, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanmış 600 manat faiz, tələb qaldırılan günə hesablanmış 2550 manat cərimə, o cümlədən, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas kredit borcunun gecikdirilməsinə görə hesablanmış 1350 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra əsas kredit borcuna görə hesablanmış 1200 manat cərimə borcu olmaqla, cəmi 8825 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə, öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğlə bağlı qeyd edir ki, iddiaçı 5000 manat məbləğində əsas borcun gecikdirilməsinə görə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı 24 ay üçün (xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək) faiz borcunu 6%-lə (illik) hesablamaqla hər ay üçün 25 manat olmaqla, ümumilikdə isə 600 (25x24) manat tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçı müqavilənin müddəti bitəndən sonra olan dövr üçün faiz borcunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən 5%-lə hesablamalı idi, belə ki, müqavilənin müddəti bitəndən sonra olan dövr üçün faiz borcu hər ay üçün 20,83 manat olmaqla, ümumilikdə isə 499.99 (20,833x24) manat təşkil edir. Odur iddia faiz borcu tələbi hissəsində qismən təmin edilərək müqavilənin müddətinin bitdiyi tarixədək olan dövr üçün 675 manat, müqavilənin müddəti bitəndən sonra olan dövr üçün 499.99 manat olmaqla faiz borcu cəmi 1174,99 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 25,01 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilməli, “Tac” kredit ittifaqı ilə Cavabdeh xx xxxxxx 2014-cü il tarixli “131/SKMF-107” saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində əsas borc, 1174,99 manat məbləğində faiz borcu, 25,01 manat məbləğində cərimə olmaqla, cəmi 6200 manat məbləğində pul tutularaq “Tac” kredit ittifaqına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 70,25%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 70,25%-i, yəni 21,07 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində əsas borc, 1174,99 manat məbləğində faiz borcu, 25,01 manat məbləğində cərimə olmaqla, cəmi 6200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,07 manat məbləğində pul tutularaq Nümayəndə və ortaqlarının tam ortaqlıq “Tac” kredit ittifaqına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-719/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-719/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver