Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7190/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 373871-CNS-47031/1 saylı əlavə razılaşmaya əsasən xx.xx.2025-ci il tarixə 4520,20 manat məbləğində əsas borc, 91,39 manat məbləğində faiz borcu, cəmi 4611,59 manat məbləğində borcun və ödənilmiş 66,12 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh arasında bağlanmış xx.xx.2023 cü il tarixli, 373871-CNS-47031 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 18 ay müddətinə 10000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 373871-CNS-47031/1 saylı “xx.xx.2023-cü il tarixli, 373871-CNS-47031 saylı kredit müqaviləsinə dəyişiklər və əlavələr edilməsi barədə” 01 saylı razılaşmaya əsasən kredit müddəti xx.xx.2028-ci il tarixədək, faiz dərəcəsi 15, məbləği isə 5044.89 manat müəyyən edilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 4611.59 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.2, 407.1, 408.1, 409.1, 417.1, 418.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 26 iyul 2023-cü il tarixli, 37387l-CNS-47031 nömrəli Birdəfəlik kreditinin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh illik 20 faizlə 18 ay müddətinə 10000 manat məbləğində Dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərinin alınması, təchizatçılar və podratçılarlarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. N.V. Məmmədzadə təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və apanlan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X4/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2023-cü il tarixli 373871-CNS-47031 saylı kredit müqaviləsi üzrə 5044,89 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh banka 4520,20 manat əsas, 91,39 manat faiz olmaqla, cəmi 4611,59 manat borcu vardır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26 iyul 2023-cü il tarixli, 37387l- CNS-47031 nömrəli kredit müqaviləsi əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 10000 manat, illik faiz dərəcəsi 20% olan kredit üzrə Cavabdeh xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixinə qədər hər ay 648,14 manat (sonuncu ay 640,83 manat) aylıq ödəniş ödəməlidir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh ( borc alan) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2023 -ci il tarixli 373871-CNS-47031 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən “Borcalan”ın maliyyə çətinliyinin yaranması səbəbindən, Kredit Müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə, Tərəflər Krediti restrukturizasiya edərək, “Borcalan”ın xx/xx/2024-cü il tarixinə olan “Kredit Müqaviləsi”ndən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 5044,89 manat müəyyən edilir. Müqavilənin 3-cü bəndinə əsasən hazırkı Razılaşmanın imzalanması ilə, Tərəflərə qəbul və təsdiq edirlər ki, “Kredit Müqaviləsi”nin tərkib hissəsi hesab olunan və onun 3.5-ci bəndində əks olunan Əlavə 1 (ödəniş cədvəli) qüvvədən düşərək, Kreditin qaytarılması və faizlərin ödənilməsi hər ay bu Razılaşmanın tərkib hissəsi hesab olunan Əlavə 1 (yeni ödəniş cədvəli) əsasında “Kredit Müqaviləsi”nin müvafiq müddəaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bu səbəbdən, Kredit Müqaviləsinn 3.4.2; 3.5; 5.1; 5.1.1; 5.1.2-ci bəndlərində qeyd olunan “Ödəniş cədvəli” hazırkı Razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də qeyd olunan yeni ödəniş cədvəli başa düşüləcəkdir. Həmçinin Tərəfilər qəbul və təsdiq edirlər ki,Əlavə 1 ilə göstərilmiş müddətlər Borcalan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda və/və ya “Kredit Müqaviləsi” ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə / lazımınca icra edilmədikdə, Bank Borcalana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və “Kredit Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 15 % olmaqla və Krediti Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx/xx/2023 -ci il tarixli 373871-CNS- 47031 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşma əsasında tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 5044,89 manat, illik faiz dərəcəsi 15% olan kredit üzrə Cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2028-ci il tarixinə qədər hər ay 149,78 manat (sonuncu ay 150,28 manat) aylıq ödəniş ödəməlidir. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, biznes fəaliyyətində yaranmış maliyyə problemləri ilə bağlı xx/xx/2023-cü il tarixində 37387l-CNS-50368 saylı müqaviləsi əsasında illik 21% dərəcəsi ilə 6200 məbləğində kredit vəsaitinin qalıq 4301,10 manat hissəsini 15 % dərəcəsi ilə yenidən 44 ay müddətinə rəsmiləşdirilməsi xahiş edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 4611,59 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 66,12 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 26 iyul 2023-cü il tarixli, 37387l-CNS-47031 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində xx.xx.2025-ci il tarixinədək qaytarmaq şərtilə illik 20 faizlə kredit verilməsi razılaşdırılmışdır. Daha sonra cavabdehin biznes fəaliyyətində yaranmış maliyyə problemləri ilə bağlı xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2023 -ci il tarixli 373871- CNS-47031 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən xx/xx/2023-cü il tarixində 356637-CNS- 41802 saylı müqavilə əsasında illik 15% dərəcəsi ilə 5044,89 məbləğində 44 ay müddətinə kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 5044,89 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şətrlərini nəzərə alaraq hesab edirəm ki, iddiaçının 26 iyul 2023-cü il tarixli, 37387l-CNS-47031 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 4520,2 manat məbləğində əsas bоrc, 91,39 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 66,12 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 4520,2 manat məbləğində əsas borc, 91,39 manat məbləğində faiz borc, ümumilikdə 4611 (dörd min altı yüz on bir) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 66 (altmış altı) manat 12 (on iki) qəpik məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7190/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7190/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver