Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7191/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlər “ F and M “ Company MMC və Cavabdeh2 xx.xx.2020-ci il tarixli BK № 582/H-20- 10saylı kredit müqaviləsi üzrə 200 964.76 AZN (iki yüz min doqquz yüz altmış dörd manat yetmiş altı qəpik) əsas borca hesablanmış 5% məbləğində 15 128.18 AZN ( on beş min bir yüz iyirmi səkkiz manat on səkkiz qəpik) borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 135.39 AZN (bir yüz otuz beş manat otuz doqquz qəpik) məbləğində dövlət rüsumunun tutularaq TuranBank ASC- yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7191/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2026-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bildirir ki, iş üzrə tərəflər arasında razılıq əldə olunmuşdur. Bu səsbəbdən məhkəmə işinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2- 9/4803/2025 nömrəli, 29 yanvar 2026-cı il tarixli ekspertizadan icrasız geri qaytarılması barədə məktubu xx.xx.2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə hazırlıq iclası 23 fevral 2026-cı il tarixə, saat 12:20-ə təyin edilmişdir. xx.xx.2026-cı il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək e-2-2(113)- 7191/2025 saylı iş üzrə xx.xx.2026-cı il tarixə saat 12:20-ə təyin olunmuş məhkəmə preosesində üzrlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş, bu səbəbdən məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 135,39 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7191/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7191/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver