Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-72/2020 05.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X12, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X4rşı “borcun ödənilməsi” tələbinə dairişə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X4rşı “borcun ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 xx xxxxxx 2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 356000 manat əsas borcun, 138717,93 manat faiz borcun, ümumilikdə 494717,93 manat kredit borcunun, xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, 219467,13 manat faiz borcun, ümumilikdə 719467,13 manat kredot borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.214185,06 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, “X14 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASCnin yenidən təşkil edilməsi, “X14 (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli çıxarışa əsasən İddiaçı ASC “X14 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X14 (CDB)” ASC ilə Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, CBHK-0039 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% olmaqla 12 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması üçün 356.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Həmin kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən “Öhdəliyin icra edilməməsi və ya laızmınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borclanın vəzifəsidir. xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X8 12 ay müddətinə illik 20 faiz olmaqla 500000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.”Həmin kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borc alan bu kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən “Öhdəliyin icra edilməməsi və ya laızmınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borclanən vəzifəsidir. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 356.000 manat faiz borcu 138717,93 manat, ümumilikdə 494717,93 manat təşkil edir. xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə banka olan əsas borcu 500.000 manat faiz borcu 219467,13 manat, ümumilikdə kredit borcu 719467,13 manat təşkil edir, hər iki kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə ümumi borc 1.214.185,06 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2019-cu il tarixdə ərizə təqdim edilərək, Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5xx xxxxxx 2017-ci il tarixli CBHK- 0039 nömrəli kredit müqaviləsi üzrə 356000 manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 26700 manat faiz borcunun, müqvailə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28975 manat faiz borcunun, xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 56134 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 36320 manat faiz borcunun, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 1720 ABŞ dolları faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-ci il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137142 ABŞ dolları faiz borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 ekspert rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X14 (CDB)” ASC ilə Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, CBHK-0039 nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Bank fəaliyyətinin göstərilməsi barədə lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "X14 (CDB)” Açıq Səhmdar Cəmiyyəti etibarnamə əsasında Müştərilərlə Əlaqələr və Bank Xidmətləri Departamentinin direktoru Fuad Qasımov şəxsində (bundan sonra “Bank" adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və Nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh MMCnin “xxxxxxxxxxx” X11, baş direktoru X9 şəxsində müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 12 ay müddətində qaytarılması şərtilə, Borc alana 356.000 manat məbləğində kredit verməyi, Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə elməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20% olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan hesablanmış faizləri hər ay və əsas məbləği isə müddət sonu ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.11-ci bəndinə əsasən, ödənişin növü kredit 12 (on iki) ay müddətinə faizləri hər ay, əsas məbləği müddətin sonu ödəmək şərti ilə müəyyən edilmişdir.” Həmin Müqavilənin 3.1.7-ci maddəsinə əsasən, “Borc alan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək” bankın hüququdur. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən “öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək”- borcalanın vəzifəsidir. Həmin müqavilənin 6.1-ci maddəsində göstərilmişdir: “Bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və Borc alanın Bank qarşısındakı öhdəliklərinin “kreditin və ona hesablanmış faizlərin eləcə də tətbiq edilmişdirsə, cərimələrin ödənilməsi” tam icra edilməsi müddətinədək müəyyən edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “Bu Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu və hesablanmış cərimə faizləri tam ödənildikdən sonra bu Müqavilə öz qüvvəsini itirir.” “X14 (CDB)” ASC ilə Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, CBHK-0039-02 nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Bank fəaliyyətinin göstərilməsi barədə lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “X14 (CDB)” Açıq Səhmdar Cəmiyyəti etibarnamə əsasında Müştərilərlə Əlaqələr və Bank Xidmətləri Departamentinin direktoru Fuad Qasımov şəxsində (bundan sonra “Bank" adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və Nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh MMCnin “xxxxxxxxxxx” X11, baş direktoru X9 şəxsində müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məqsədlə 12 ay müddətində qaytarılması şərtilə. Borc alana 500.000 (beş yüz min) manat məbləğində kredit verməyi. Borc alan isə bu Müqavilənin şərtlərini qəbul edərək, bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinatına uyğun istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit məbləğini Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20% olmaqla (kreditə görə hesablanmış illik faiz məbləği) faiz ödəyir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən borcalan hesablanmış faizləri hər ay və əsas məbləği isə müddətin sonu ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək borc alanın vəzifəsidir. - İddiaçı ASC ilə Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 988H nömrəli Kredit müqaviləsindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Maliyyə X3 icazəsi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “İddiaçı’ ASC-nin “Müştəri Xidməti Departamentinin direktoru X2 (şəxsiyyət vəsiqəsi: seriya: AZE № 05500159 verilib: Nərimanov RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə) şəxsində, bundan sonra «Kredit verən» adlanacaq və digər tərəfdən Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11, baş direktoru X9 şəxsində, bundan sonra «Kredit alan» adlanacaq, Müqavilə bağlamışlar. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqaviləyə görə «Kredit verən» «Kredit alan»a kredit verməyi, «Kredit alan» isə krediti qəbul edib ondan 1.2. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) «Kredit verən»ə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə Kredit alana 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində kredit verilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə “Kredit verən”ə illik 16 faiz ödəyir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən “Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır.” Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 12 ay müddətinə verilir. - xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X7 İddiaçı ASC-yə fevral 2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 356000 manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 26700 manat faiz borcunun, müqvailə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 28975 manat faiz borcunun, xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 56134 manat faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 36320 manat faiz borcunun, xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə ******* ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 1720 ABŞ dolları faiz borcunun, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-ci il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 137142 ABŞ dolları faiz borcu vardır. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X13rşı, 1993-cü il tarixli qərarı). Mülki prosessual qanunvericiliyə görə hazırki iş üzrə tərəflərin bərabərlik prinsipinin təmin edilməsi məqsədi ilə müştərinin həqiqi borcunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsi baxımından, cavabdeh tərəfindən verildiyi xx.xx.2019 tarixli vəsatətə əsasən təkra məhkəmə-ekspertizası təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin dispozisiyasından aydın olduğu kimi, ekspertiza təyin edilməsində məqsəd məhkəmə araşdırmasının gedişində ortaya çıxan və aydınlaşdırılması xüsusi bilik tələb edən sualların izah edilməsindən ibarətdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17940 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 988H saylı, xx.xx.2017ci il tarixli CBHK-0039 saylı və xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülməklə və kredit müqaviləsi müddəti bitdikdən sonra faiz məbləği illik 5 faiz dərəcəsi hesablanmaqla Cavabdeh” MMC-nin “xxxxxxxxxxx” X7 xx.xx.2015-ci il tarixli 988H saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 820.446,34 ABŞ dolları əsas borc 42845,53 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə 820446,34 ABŞ dolları əsas, 44782,70 ABŞ dolları faiz borcu, xx.xx.2017-ci il tarixli CBHK-0039 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 355999,78 manat əsas, 26676,78 manat faiz borcu, və xx xxxxx 2017-ci il tarixli CBHK-0039-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 500.000 manat əsas borc, 92453,16 manat faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış kredit müqavilələri üzrə münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri ilə nizama salınır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə“Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X11 arasında kredit müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, bank tərəfindən borcalan kredit verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəf bağlanmış müqavilələr üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17940 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, həmin rəydə qeyd edilən əsas borc məbləğləri cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən verilən ödəniş sənədləri də bunu təsdiq edir. Məhkəmə iddia tələbinin faizin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2015-ci il tarixli 988H saylı müqavilə üzrə 44782 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, CBHK-0039 saylı müqavilə üzrə 26676,78 manat, xx.xx.2017-ci il tarixli CBHK-0039-02 saylı müqavilə üzrə 92453,16 manat tələb olunan illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faizləri ədalətli hesab edir. Bundan başqa iddia tələbi üzrə kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 manat notariat xərci iş materialları ilə öz təsdiqini tapır. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 245 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 820.446,34 ABŞ dolları əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 44782,70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 865.229,04 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq, xx.xx.2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 355999,78 manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 26676,78 manat faiz borcu olmaqla, cəmi 382676,56 manat məbləğində pul və xx.xx.2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 92453,16 manat faiz borcu olmaqla, cəmi 592453,16 manat məbləğində pul, kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat notariat xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 xx xxxxxxx 2015-ci il tarixli 988H nömrəli kredit müqaviləsi üzrə 820.446,34 (səkkiz yüz iyirmi min dörd yüz qırx altı ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 44782,70 (qırx dörd min yeddi yüz səksən iki ABŞ dolları yetmiş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 865.229,04 (səkkiz yüz altmış beş min iki yüz iyirmi doqquz ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 xx.xx.2017-ci il tarixli CBHK-0039 nömrəli kredit müqaviləsi üzrə 355999,78 (üç yüz əlli beş min doqquz yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 26676,78 (iyirmi altı min altı yüz yetmiş altı manat yetmiş səkkiz qəoik) manat faiz borcu olmaqla, cəmi 382676,56 (üç yüz səksən iki min altı yüz yetmiş altı manat əlli altı qəpik) manat məbləğində pul tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 xx.xx.2017-ci il tarixli CBHK-0039-02 nömrəli kredit müqaviləsi üzrə 500.000 (beş yüz min) manat əsas, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə 92453,16 (doxsan iki min dörd yüz əlli üç manat on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 592453,16 (beş yüz doxsan iki min dörd yüz əlli üç manat on altı qəpik) manat məbləğində pul tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 kredit müqavilələrinin, cavabdehə aid hüquqi və sair sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat notariat xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh MMC-nin “xxxxxxxxxxx” X5 245 (iki yüz qırx beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-72/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-72/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver