Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-720/2020 16.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdeh X2, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, “Gəncə - Qənnadı” X7 Cəmiyyətinin (ATSC) X4 qarşı əmtəə nişanından qanunsuz istifadənin, istehsalın dayandırılması və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Gəncə - Qənnadı” ATSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ona məxsus “Çinar” əmtəə nişanından qanunsuz istifadəsinin və “Çinar” adlı şokolad konfetlərinin istehsalının dayandırılması, əmtəə nişanından qanunsuz olaraq istifadə etdiyinə görə 50000 manat məbləğində maddi zərərin, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 100000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək irəli sürülən tələblərlə yanaşı, X5 tərəfindən “Choconut” adı ilə istehsal edilən, lakin iddiaçıya məxsus “Çinar” şokaladının reseptura və forması ilə eyni formada istehsal etdiyi şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlərin istehsalının və satışının cavabdehə qadağan edilməsi, habelə cavabdeh X5 tərəfindən haqsız rəqabətə yol verilməsi nəticəsində iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 100000 manat, haqsız rəqabət nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “xxxxxxxxxxxxx” ASC-yə 30-cu sinif (qənnadı məlumatları), 35-ci sinif (malların satışı üzrə xidmətlər), 39-cu sinif (malların qablaşdırılması, daşınması və saxlanması üzrə xidmətlər) üzrə “Çinar” əmtəə nişanına dair 2013 1665 N-li şəhadətnamə verilmişdir. Əmtəə nişanının ilkinlik tarixi xx xxxxxx 2013-cü il, dövlət reyestrində qeyd olunma tarixi isə xx xxxxxx 2013-cü il qeyd olunmuşdur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Çinar” əmtəə nişanının qeydiyyata alınması haqqında xx xxxxxx 2013-cü il tarixli qərar qəbul edilmişdir. “Çinar” əmtəə nişanından “xxxxxxxxxxxxx” ASC artıq uzun müddətdir ki istifadə edir. Belə ki, “Çinar” konfetləri uzun illərdir ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən istehsal edilir, həmin konfetlər Azərbaycan Respublikasının ərazisində kifayət qədər tanınmış və dadlı, ləzzətli olmasına görə istehlakçıların marağına səbəb olmuş, rəğbətini qazanmışdır. Lakin bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən “Çinar” əmtəə nişanı qanunsuz olaraq istifadə edilməkdədir. Belə ki, əsasən Gəncə şəhərində olmaqla bir sıra mağazalarda iddiaçının istehsal etdiyi “Çinar” adlı şokolad konfetlərin eynisi olan və cavabdeh tərəfindən istehsal edilən konfetlər mağazalarda satılır. Bu hal isə istehlakçılarda çaşqınlıq yaradır və həmin konfetlərin bizim tərəfimizdən istehsal olunduğu təsəvvürü yaradır. Cavabdeh tərəfindən istehsal edilən “Çinar” konfetləri iddiaçı tərəfindən istehsal edilən “Çinar” konfetlərindən keyfiyyət cəhətdən aşağı olduqlarına görə istehlakçılarda mənfi rəy yaradır. Halbuki “Çinar” əmtəə nişanının iddiaçıya məxsus olması barədə kifayət qədər hüquq müəyyənedici sənədlər vardır. Çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadəni dayandırmamış, “Çinar” adlı şokolad konfetlərini istehsal etməyə və mağazalara satmağa davam etmişdir. Son olaraq cavabdehə xx xxxxxx 2019-cu il tarixli pretenziya ilə müraciət edərək əmtəə nişanından qanunsuz istifadəni dayandırmaq xahiş edilsə də, nəticəsi olmadığından məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Cavabdehin istehsal etdiyi “şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlər “Choconut” adı ilə istehsal edilsə də, həm görünüş baxımından, həm də paketləmə qablaşdırma baxımından zahiri görünüşünə görə iddiaçının istehsal etdiyi “Çinar” konfetlərinin eynidir. Cavabdeh “Çinar” adından qanunsuz istifadə etməklə yanaşı, iddiaçının istehsal etdiyi “Çinar" konfetlərinə formaca, reseptura ilə xarici görünüşcə və tərkibcə oxşar “Choconut” adlı konfetlər istehsal edərək “Çinar” adı ilə satmaqla, “Çinar” adı ilə “İnstaqram” sosial şəbəkədə reklam etməklə istehlakçılarda çaşqınlıq yaradır. Bundan başqa, cavabdehin istehsal etdiyi şokalad konfetlər “Çinar” adı altında mağazalara satılır, məhsul alınarkən üzərindəki barkodda və piştaxtalarda “Çinar" adı qeyd olunur və cavabdehin rəsmi instaqram səhifəsində də istehsal etdiyi şokalad konfetlər “Çinar” adı ilə reklam olunur, əksər mağazalarda bu konfetlər “Çinar” adı altında satılır. İstehlakçılar sosial şəbbəkənin cavabdehə məxsus səhifəsinin rəy bölməsində konfetlərin “Choconut” adı ilə reklam edildiyini, lakin əslində bu konfetlərin “Çinar” konfetləri olduğunu qeyd edirlər. Göründüyü kimi, cavabdeh bazar subyekti kimi, sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyekti olan iddiaçıya zərər vura bilən, onun işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlər törətmiş və törətməkdə də davam edir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus “Çinar” adlı əmtəə nişanından istifadə etməklə, həmçinin özünün “Choconut” konfetlərini “Çinar” adı ilə satmaqla və reklam etməklə, faktiki olaraq haqsız rəşabətə yol verməklə iddiaçıya külli miqdarda maddi zərər və işgüzar nüfuzuna ziyan vurmuşdur. İddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, ekspert rəyi ilə də təsdiq olunur ki, əmtəə nişanına dair tələblər pozulmamışdır. Haqsız rəqabətə isə eyni mallar üzrə qəsdən qiymətlərin aşağı salınması və bu kimi digər hallar aid oluna bilər. Cavabdeh tərəfindən istehsal olunan məshul iddiaçının istehsal etdiyi məhsulla eynilik təşkil etmir, əksinə daha keyfiyyətlidir və bənzətmə də mövcud deyildir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Çinar” əmtəə nişanına dair 2013 1665 N-li şəhadətnamənin surətindən görünür ki, 30-cu sinif (qənnadı məlumatları), 35-ci sinif (malların satışı üzrə xidmətlər), 39-cu sinif (malların qablaşdırılması, daşınması və saxlanması üzrə xidmətlər) üzrə hüquqlar “xxxxxxxxxxxxx” ATSC-yə məxsusdur. - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxxx 2013-cü il tarixli qərarının surətindən görünür ki, “Gəncə - Qənnadı” ATSC dövlət reyestrində “Çinar” əmtəə nişanının sahib kimi qeydə alınmışdır. İddia tələbində hüquqi əsas olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa) - 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. - 32-ci maddəsinə əsasən həmin Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. “xxxxxxxxxxxxx” X7 Cəmiyyətinin istehsal etdiyi “Çinar” konfetləri ilə X2 istehsal etdiyi “Choconut” konfetlərinin xarici görünüş və ya qabladırma baxımından oxşarlıq, eynili təşkil etməsinin, konfetlərin cavabdeh tərəfindən istehsal edilməsinin “xxxxxxxxxxxxx” X7 Cəmiyyətinə məxsus əmtəə nişanına dair hüquqların pozulması sayılmasının, konfetlərin görünüş və paketləmə-qablaşdırma baxımından istehlakçını yanıltmasının müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli rəyində qeyd olunmuşdur ki, təqdim olunmuş əmtəə nişanlarının fotoşəkillərinə vizual baxış zamanı “xxxxxxxxxxxxx” ATSC-yə məxsus “Çinar” kombinasiyalı işarələr ilə X3 məxsus “Choconut” kombinasiyalı işarənin müqayisəsi zamanı söz elementləri arasında fonetik oxşarlıq müəyyən edilməmişdir, onlar qrafik (görünüş) baxımdan bir – birindən fərqlənir və eyni ya oxşar təsəvvür yaratmır. Müqayisə edilən obyektlərin adı altında istehsal olunan məmulatların istehsal resepturası, texnikası, satış şəraiti Əqli Mülkiyyət Agentliyinin səlahiyyətləri xaricindədir. Eyni zamanda bildirilir ki, hər 3 işarə Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydə alınmamışdır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. - 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. İddianın əsaslandırıldığı hallardan biri kimi qeyd olunmuşdur ki, cavabdehin istehsal etdiyi şokalad konfetlər “Çinar” adı altında mağazalara satılır, məhsul alınarkən üzərindəki barkodda və piştaxtalarda “Çinar" adı qeyd olunur. Lakin qeyd olunan xüsusatı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər bir əsas ondan ibarətdir ki, şokaladla şirələnmiş, kvadrat formasında, üstündən yaşıl rəngdə üyüdülmüş qozla işlənmiş, korpus-şəkərli pomada və balda xırdalanmış qoz şəklində olan konfetlər “Choconut” adı ilə istehsal edilsə də, həm görünüş baxımından, həm də paketləmə qablaşdırma baxımından zahiri görünüşünə görə iddiaçının istehsal etdiyi “Çinar” konfetlərinin eynisidir. Lakin qeyd olunan hal da haqsız rəqabət və əmtəə nişanı barədə qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia ərizəsində zərərin ödənilməsi tələb olunsa da, həmin zərərin ümumiyyətlə real zərər və ya əldən çıxmış fayda olduğu əsaslandırılmamış, zərərin mövcudluğunu təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını, həmçinin, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli rəyini digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisə üzrə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının pozulması və haqsız rəqabətin qanunda nəzərdə tutulmuş hər hansı bir forması mövcud deyildir və buna görə də iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Gəncə - Qənnadı” X7 Cəmiyyətinin X4 qarşı əmtəə nişanından qanunsuz istifadənin, istehsalın dayandırılması və zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-720/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-720/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver