Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-721/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 Allahyar qızına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, digər Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15152 manat əsas borc, 1105,09 manat faiz borcu və 136,81 manat cərimə borcu olmaqla, cəmi 16393,9 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı ASC-nin ”3 saylı” filialından 30% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2020-ci il tarixli xx.xx.2019cu il tarixli kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmış, müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 16915.62 AZN təşkil etmişdir. xx.xx.2021-ci il tarixli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə Əlavə Saziş 2-yə əsasən kreditin müddəti xx.xx.2023-cü ilə kimi uzadılmış, müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 17584.1 AZN təşkil etmişdir. xx.xx.2022-ci il tarixli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müdəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmış müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 16066.43 AZN təşkil etmişdir. Borcun təminatı olaraq xx.xx.2019-cu il tarixdə Qanuni nümayəndə ilə və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2023cü ilin iyunun 9-dək "xxxx" MMCbanka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16066.43 manat əsas borc, 4440.57 manat faiz borcu və 2007.53 manat cərimə borcu olmaqla cəmi 22514.53 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə ilə və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun müraciəti əsasında iki dəfə tərəflər arasında yeni razılıq əldə edilmiş, sonuncu razılıqdan sonra hər hansı ödəniş edilmədiyi üçün hazırda mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir.
4. Məhkəmə iclasında cavabdeh, digər Cavabdeh1 MMC-nin qanuni təmsilçisi iddia ərizəsinin qismən, əsas borcun təmin edilməsi hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirib, iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı onun borcun yeni qrafik müəyyən edilməklə ödənilməsi, ona yenidən güzəşt edilməsi təklifi ilə razılaşmamış, bundan əlavə, qərəzli şəkildə məhkəməyə faiz borcunun artması üçün gec müraciət etmişdir. Bu səbəbdən faizlərin və cərimənin silinməsini xahiş edir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-1- 0-605-19 saylı kredit müqaviləsinə əsasən kreditor borcalana 36 ay müüdətinə, illik 30% faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verir.
14. Müqavilənin 4.8-ci bəndinə əsasən kredit ödənişləri üçün gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5% dərəcəsi ilə dəbbə pulu hesablanır. Gecikmənin 16-cı günündən başlayaraq kreditor bu müqavilənin 2.4-cü bəndində nəzərə tutulmuş faiz borcunun tələb hüququnu tam olaraq bərpa edir və borcalan həmin bənddə nəzərdə tutulmuş 30% dərəcəsilə hesablanmış faizləri kreditora ödəməlidir.
15. İddiaçı və cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-1-0-605-19 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 3-MZ2-1-0-605-19 saylı kredit müqaviləsi üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi məsuliyyətini zaminin öz üzərinə götürməsidir.
16. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-MZ2-1-0-605- 19 saylı zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli 3- MZ2-1-0-605-19 saylı kredit müqaviləsi üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi məsuliyyətini zaminin öz üzərinə götürməsidir.
17. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 16066,43 manat, faiz borcu 4440,57 manat, cərimə borcu 2007,53 manat olmaqla, ümumilikdə borcu 22514,53 manat təşkil edir.
18. xx.xx.2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 3-MZ2-1-0-605-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kreditin müddəti xx.xx.2022-ci il tarixinə kimi uzadılmış, müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 16915.62 manat müəyyən olunmuşdur.
19. xx.xx.2021-ci il tarixli xx.xx.2019-cu il tarixli 3-MZ2-1-0-605-19 saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, Əlavə Saziş 2-yə əsasən kreditin müddəti xx.xx.2023-cü ilə kimi uzadılmış, müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 17584.1 manat müəyyən olunmuşdur.
20. xx.xx.2022-ci il tarixli xx.xx.2019-cu il tarixli, 3-MZ2-1-0-605-19 saylı kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmış, müqavilə üzrə kreditin qalıq məbləği kapitallaşdırılmaqla 16066.43 manat müəyyən olunmuşdur.
21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
24. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
25. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehin öhdəliklərinin təminatı qismində iddiaçı ilə digər cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh1 MMC krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə 16066,43 manat əsas borc, 4440,57 manat faiz borcu, 500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh1 MMC-dən müştərək qaydada 16066,43 manat əsas borc, 4440,57 manat faiz borcu, 500 manat dəbbə pulu, 210 manat dövlət rüsumu, ümumilikdə 21217 (iyirmi bir min iki yüz on yeddi) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova