Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7213/2025 29.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: gəlir və zərərin ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 maddi zərərin əvəzi kimi 16200 manat; Cavabdeh X2 maddi zərərin əvəzi kimi 4800 manat; Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat; Hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq ona-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə aralarında uzun müddətdir ki, yaxşı münasibətlər var və onlar hər dəfə ona taksi biznesində kifayət qədər gəlir olduğunu bildirərək həmin biznesə pul yatırmağı təklif edirdi. Eyni zamanda keçmişdə yaxın dostluq münasibətində olduğu Salamzadə Firuz ona bu işə qoşulmağa və gəlir əldə etməyə dəvət etdi. O, ona inandıqdan sonra 1 ədəd ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və 1 ədəd ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobilləri aldı və həmin avtomobilləri cavabdehlər Cavabdeh1 və X4 idarə etdiyi “Filt Uber” şirkətinə icarəyə verdi. İlk 4-5 ayda hər ay hesabat verib və bu hesabatla bağlı ona məbləğlər ödəməyə başladılar. Lakin 5 ay tamam olduqdan sonra hesabatı başqa cür etməyə başladılar. Tərəfindən onlara təqdim edilmiş iki maşınının qazandığı məbləği bir kağıza yazdılar və pulu vermədilər. Pulu tələb etdikdə isə sabah, ertəsi gün və s. bəhanə gətirməyə başladılar. Cavabdehlər daha sonra ona taksi parka şərik olmağını təklif etdi və bildirdi ki, bunun üçün o, FLİT Şirkətinin dəyərinin 1\4 hissəsi olan 7500 manat pul vəsaitini onlara ödəməlidir. O, bir müddət düşündükdən və cavabdehlərin ona verdikləri xoş vədlərə inandıqdan sonra razılaşdı və 7500 azn pul vəsaiti cavabdehlərə ödənildi. Eyni zamanda həmin şirkətdə taksi kimi istifadə edilən avtomobillərin təmiri üçün cavabdehlərin tələbi ilə tərəfindən 7000 manat, avtomobillərin inzibati cərimələrinin ödənilməsi üçün 170 azn, Orxan İsmaylova isə şəxsi özü üçün borc olaraq 330 azn verilmişdir. Bundan başqa Toyota Prius markalı ** HJ *** dövlət nömrə nişanlı və Honda Cvic markalı ** CK *** dövlət nömrə nişanlı 2 avtomobilin, 2023-cü il may-avqust aylarını əhatə edən 4 ay üçün gəliri olaraq 1200 azn Cavabdeh1 və 1800 azn Şahin Səmədov tərəfindən ona ödənilməmişdir. Digər cavabdeh X6 birgə fəaliyyətləri dövründə ona şirkətin vergi problemlərinin yarandığını bildirdi və həmin vaxt ondan 3000 azn pul alaraq vergi məslələlərini həll edəcəyini qeyd etdi. Lakin bir müddət sonra Şahin tərəfindən aldadıldığını başa düşdü və bildi ki, hər iki cavabdeh öncədən planlı şəkildə onun pul vəsaitini ələ keçirməyə çalışıblar. Cavabdehlər tərəfindən aldadıldığını bilib bununla bağlı Nəsimi rayon Pİ-nə müraciət etdi. Nəsimi Pİ-nin istintaq şöbəsində araşdırma aparıldı və həmin vaxt izahatı alınmış cavabdehlə borcun bir qismini etiraf etmişdirlər. Nəsimi rayon Pİ-nin 27 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlərin borcların olmasını təsdiq edən sübutlar tərəfindən təqdim ediləckdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdeh tərəfindən ondan almış olduğu pul, ondan tutularaq ona ödənilməlidir. Tərəfindən cavabdehlərə pretenziya ünvanlanaraq pul vasaitinin geri qaytarılması tələb edilmiş lakin cavabdeh tərəfindən pretenziyada göstərilən müddətdə pul vəsaiti geri qaytarılmamışdır.
3. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 maddi zərərin əvəzi kimi, 16200 manat; Cavabdeh X3 maddi zərərin əvəzi kimi 4800 manat; Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat; Hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq ona-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı yenidən iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1: -FLİT Şirkətinin dəyərinin 1\4 hissəsini almaq üçün ödədiyi 7500 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin təmir xərcinin əvəzi kimi, 7000 manat pulun; -Cavabdeh1 şəxsi istifadəsi üçün borc verdiyi 330 manat pulun; -** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin inzibati cəriməsinin əvəzi kimi 170 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1200 manat olmaqla ümumilikdə 16200 manat pulun; 2. Cavabdeh X3 - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1800 manat pulun; Vergi məsələlərinin həll edilməsi üçün ona geri ödəmədiyi 3000 manat pulun, ümumilikdə 4800 manat pulun; Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat; Hüquqi yardımın göstərilməsi üçün Bakı 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq mənə-İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı 3 nəfər taksi şirkətinə şərik olmaq üçün birgə pul alsalar da, geri qaytarmamışlar. Bu şəxslərdən 1-i ilə bağlı artıq məhkəmə qətnaməsi çıxmış və icraya göndərilmişdir, ona görə də 2 nəfər cavabdeh qalmışdır. İş üzrə sübutları tərəflər arasında yazışmalar, digər şəxslə bağlı məhkəmə qətnaməsi və cavabdehlərin etiraflarının olduğu qərardır. Həmin qərarda olan izahatda cavabdehlər borcun bir qismini etiraf etmişlər. İddiaçı tərəf ilkin olaraq 2022ci il tarixində 1 ay ara olmaqla 2 avtomobil alaraq cavabdehlərə taksi fəaliyyəti üçün vermiş və təxmini 400-700 arası aylıq gəlir cavabdehlər tərəfindən verilməsi razılaşdırmışdır. Cavabdehlər aylıq gəlirləri müxtəlif bəhanələrlə ödəməmişdir. Sonradan cavabdehlərə 7500 manat verməklə iddiaçı tərəf cavabdehlərlə işgüzar münasibətlərə qoşulmuşdur. Avtomobillər hər iki cavabdehə verilmişdir, cavabdehlərin yaratdığı proqram vasitəsilə avtomobil idarə olunurdu. 4 ay üçün 1200 manat hər avtomobilə görə 600 manat verilməsi tərəflər arasında yazışmalar vasitəsilə razılaşdırılmışdır, yazılı müqavilə mövcud deyil. 7500 manat yarı-yarı cavabdehlərdən tələb olunur. Avtomobilin cərimələri və təmiri ilə bağlı verilmiş 7000 manat cavabdehlərdən yarı-yarı tələb olunur. Cavabdeh1 verilmiş 330 manat məbləğində şəxsi borc tələb olunur. Səmədov Şahindən 1800 manat məbləğində pul, 2 avtomobilin 4 aylıq gəliri tələb olunur. Səmədov Şahin iddiaçı tərəfdən 3000 manat məbləğində vergi məsələləri ilə bağlı pul vəsaiti almışdır. Cavabdeh1 Nəsimi rayon Polis İdarəsində verdiyi izahatda 16200 manat məbləğindən qismən pul verilməsini etiraf etmişdir. 1200 manat 2 avtomobil üçün olan 4 aylıq gəlirdir. Avtomobillər saz vəziyyətdə Cavabdeh1 verilsə də, sonradan təmir üçün 7000 manat məbləğində ödəniş iddiaçıdan çıxmışdır. Cərimələrin ödənilməsi üçün isə iddiaçı 170 manat məbləğində pul ödəmişdir. Avtomobil onların servisində təmir olunmalı olsa da, bu baş tutmamışdır. Cavabdeh Səmədov Şahinə 6000 manat məbləğində pul verilmişdir, onun 3000 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmışdır. Bununla bağlı səs yazıları vardır. 2850 manat əvvəlki dövrə aid başqa gəlirdən qalan borc da vardır və cavabdehlər tərəfindən ödənməmişdir. Vergi ilə bağlı iddiaçıdan 6000 manat istənildikdə bu qədər pulunun olmadığını bildirmişdir və sadəcə 3000 manat ödəmişdir, qalan 3000 manat isə borc məbləği ilə əvəzləşdirilmişdir, sonradan cavabdeh Səmədov Şahin tərəfindən 3000 manat qaytarılmış, qalan 3000 manat məbləğ isə borc olaraq qalmışdır. Cavabdeh1 istənilən 300 manat borc məbləği sahibkarlıq fəaliyyətindən irəli gəlməsə də, eyni tərəfə qarşı tələb olduğuna görə iddia tələbində qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş əl yazmalardan da görünür ki, 4 ay müddət üçün Cavabdeh1 1200 manat məbləğində və cavabdeh X7 isə 1800 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Beləliklə iddiaçı tərəfindən avtomobillərə görə 3000 manat məbləğində əldə olunmalı olan gəlir cavabdehlər arasında bölünmüşdür. 7000 manat maşına dəymiş zərəri əldən çıxmış fayda kimi, 170 manatı isə avtomobil cavabdehlərdə olan zaman törədilən inzibati cərimələrə görə tələb edirlər. 330 manat Cavabdeh1 iddiaçıya olan şəxsi borcudur. Cavabdeh1 sırf 1200 manat borcunu etiraf etməsi ilə bağlı yazışma yoxdur, lakin digər cavabdehə münasibətdə yazışmalar mövcuddur.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, 2022-ci ilin yanvar ayında dostu və şəriki Firuz maşın təqdim etməklə ona ayda 700 manat gəlir ediləcəyi ilə bağlı vəd verərək biznəsə qoşulmağını təklif etmişdir. 5 ay müddətində Firuz biznəsi ona reklam etdi və bütün şərtlərlə tanış oldu. Firuz maşını ondan oğurlayaraq cavabdehlərə təqdim etmişdir və cavabdehlərlə mütəşəkkil dəstə kimi fəaliyyət göstərirdi. Şərtlərə görə maşınlardan ayda 700 manat və daha çox qazanc əldə olunacaqdı. Sürücü maşını yararsız vəziyyətə salsa cavabdehlər həmin avtomobili təmir etməyi öhdələrinə götürmüş və inzibati xətalara görə yaranmış cərimə məbləğini cavabdehlərin şirkəti tərəfindən ödəniləcəyini bildirmişdilər. İyun ayında cavabdehlərdən 2 maşın almışdır. Bir maşına görə 500 manat, digər maşına görə isə 300 manat gəlir əldə edirmişlər və o, bu rəqəmlərdən narazı qalmışdır. Səbəbləri öyrənmək üçün müraciət etdikdə cavabdehlər tərəfindən müxtəlif bəhanələr gətirilirdi. Qarşı tərəf maşında olan nasazlıqların hamısını təmir etməyi boynuna götürmüşdü və sürücülərdən bu pulu aldığını bildirmişdilər. 10 oktyabr 2022-ci il tarixində qarşı tərəf onu dəvət edib özlərinin biznesinin yarısını təklif etdilər. Onlar ona qazanc əldə olunması ilə bağlı müxtəlif vədlər verdilər, bunun müqabilində 7500 manat verilməsini təklif etdilər. Səhərisi gün Cavabdeh1 7500 manat məbləğində pul ödəmişdir. Qarşı tərəf ona ayda 500 manat və daha çox vəd etməsinə baxmayaraq aylar keçdikdən sonra 200 manatlıq qəbz imzalatdı. Qarşı tərəfin ona 2850 manat borcu olmasına baxmayaraq ondan 6-cı gün axşam saatlarında uşaqlarının xəstəliyi ilə bağlı 500 manat borc istəmişdir. Həmçinin bildirmişdir ki, natoriusda borcu rəsmiləşdirə bilərlər və 2 gün sonra borcu ödəyəcəyini bildirmişdir. Orxan borcu ödəmədiyinə görə Şahindən pulun ödənilməsini tələb etmişdir, lakin o, ona borcun 1900 manat olduğunu bildirdi. Bunlardan əlavə vergi məsələləri ilə bağlı problemləri olduğunu dedikdə Orxan ona Şahinin keçmiş vergi işçisi olduğunu bildirmişdir. Şahinə müraciət etdikdə bunun müqabilində 6000 manat məbləğində pul tələb etmişdir. Orxan ona bildirdi ki, ona borclu olduğu 2850 manatın üstünə 3150 manat əlavə edib ver ki, bu problemi həll edək. Cəmi nağd qaydada sırf vergi məsələləri ilə bağlı 3150 manat ödənilmişdir. 1200 manat isə avtomobillərə görə istənilən məbləğdir, 2850 manat “Flit”-dən gələn faiz məbləğidir. 2850 manat məbləğinin Orxan tərəfindən Şahinə verilməsinə aid sübutları tərəflər arasında olan şifahi danışıqlardır. Həmçinin ona maşın yararsız vəziyyətdə təqdim olunmuşdur və təmir xərclərinə 7000 manat ödəmişdir. Qarşı tərəfdən hesabatları tələb etsə də, hələ də təqdim etməmişlər. Cavabdeh1 avtomobillərə görə ona 1200 manat, Səmədov Şahinin isə 1800 manat məbləğində borcu vardır. Aylıq gəlirdən olan məbləğləri Cavabdeh1 ödəyirdi. 1800 manat borcu olması ilə bağlı cavabdeh X1 yazıları vardır. 2023-cü ilin oktyabr ayında o, 7500 manat məbləği cavabdehlərə vermişdir, lakin nə “Flit Uber” şirkəti ilə müqavilə bağlamış, nə də gəlir əldə etmişdir. Cavabdehlər ona ilk ay təxmini 200 manat məbləğində pul vəsaiti təklif etsələr də, əvvəl başqa vədlər verirdilər. Səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirirdilər.
7. Əvvəlki iclaslarında iştirak edən cavabdeh X7 bildirmişdir ki, digər cavabdehlə əməkdaşlıq edərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Firuz adlı şəxs, hansı ki iddiaçının iş yoldaşı vasitəsilə iddiaçını tanımışlar və 2 avtomobil alaraq onlara maşınları taksi fəaliyyəti ilə məşğul olmaları üçün vermişdir. Onlar maşını icarəyə götürmürlər, sadəcə iddiaçı qoşulub maşınlarını onlara əmanət edir və maşının bütün işləri onlar tərəfindən görülür. İddiaçıya maşınla bağlı bütün məlumatlar verilir və iddiaçı proqram vasitəsilə maşınların fəaliyyətin izləyə bilir, hətta sürücülərlə əlaqə saxlayır və maşını istədiyi vaxt götürür. Aylıq fix məbləğ razılaşdırılmamışdır, hər aya görə hesablanmış müəyyən məbləğlər iddiaçıya ödənilirdi. Onlara proqramdan əlavə faiz gəldiyi üçün işdə maraqlıdırlar. Sürücüləri Uber şirkəti özü tapıb vermişdir. İddiaçıya bütün işlər hazır olaraq verilirdi və o, maşınla bağlı heç bir iş görmürdü. Aylıq nə qədər sifariş olmasından və reyslərin sayından asılı olaraq gəlir müəyyən olunurdu. Vergi ilə bağlı 3000 manat borcu yoxdur. 4800 manat iddia tələbini də qəbul etmir. 27 maşını sahibkar kimi işlədirlər və bütün vergi borclarını ödəmişlər. İddiaçı öz VÖEN-ni idarə etmək üçün başqa şəxsə etibar etmişdir və vergi borcları yazılmışdır, bununla bağlı iddiaçı onlara müraciət etdikdə 3000 manat rəsmi vergi borcunu ödənilməsi ilə bağlı pul almışılar və sonradan həmin pul iddiaçıya nağd şəklində qaytarılmışdır. Sonradan iddiaçı onlara məlumat vermədən maşını sürücüdən götürmüşdür. Qarşı tərəfin vergi ilə bağlı problemi olduğuna görə mühasiblə ona kömək etməyə çalışmışlar. Daha sonra problemi həll edə bilmədikdə pulu iddiaçıya geri qaytarmışlar. 3000 manat pul vəsaiti ona vergi məsələlərin həll olunması məqsədilə vermişdir, daha sonra isə geri qaytarılmışdır. Bununla bağlı iddiaçının dostu Firuz ilə yazışmaları mövcuddur. Onun iddiaçının qeyd etdiyi 6000 manatdan məlumatı yoxdur. 4 ay üçün hesablanmış 1800 manat məbləğini də qəbul etmir. İddiaçının bildirdiyinə görə 1800 manat digər cavabdehin iddiaçıya borcu qaldığına görə ondan köməklik istənmişdir, lakin o buna qarşılıq öz aralarında həll etmələrini bildirmişdir. Onun kartıdan və nağd şəkildə iddiaçıya heç bir məbləğ ödənməmişdir, bu məsələlərlə digər cavabdeh məşğul olurdu. Aylıq gəlirdən olan məbləğləri Cavabdeh1 ödəyirdi. Onun iddiaçıya heç bir borcu yoxdur, iddia tələbini qəbul etmir. Nazirlər Kabinetinin yuxarısında olan parkda aldığı 3000 manat məbləğini iddiaçıya qaytarmışdır. Səs yazılarında o vergi ilə bağlı danışmır, nə qədər gəlir əldə etsələr də, o qədər ödəniş edəcəyini bildirmişdir. Cavabdeh1la iddiaçı arasında borc qaldığına görə iddiaçı ondan kömək istəmişdir. 6000 manatın hamısı vergi ödənişi ilə bağlı deyil, 3000 manat hissəsi başqa borcla əvəzləşdirilmişdir. Səs yazılarında və yazışmalarda o iddiaçıya 6000 manat ödənişi dəqiq edəcəyini deməmişdir, gedib araşdıracağını bildirmişdir və araşdırdıqda borcun olmadığını müəyyənləşdirmişdir. Səs yazısında 1800 manat borcu olduğunu dedikdən sonra digər cavabdehlə hesabat aparmışlar və görmüşlər ki, iddiaçıya heç bir borcu qalmamışdır.
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı tərəfindən 2 maşın onlara verilmişdir və işgüzar əməkdaşlıq olmuşdur. Aylıq fix məbləğ ödənilmirdi. Aylıq gəlir hesabatlarda öz əksini tapırdı və hər aya görə dəyişirdi. Gəlirin 30 faizi digər cavabdehlə ona, 70 faizi isə maşının sahibinə verilirdi. Cavabdeh işə qoşulmaq üçün nağd formada 7500 manat ödəmişdir. Avtomobillərin təmirinə görə 7500 manat məbləğində pul vəsaiti iddiaçıdan alınmamışdır. İddiaçıya şəxsi borcu var, lakin məbləğini dəqiq bilmir. Avtomobillərin cəriməsi üçün alınan pul vəsaiti də yadında deyil. 500 manatdan başqa iddiaçıya ödəniləcək borcu yoxdur. İddiaçıya dəfələrlə Uber şirkətinə gedib fəaliyyətin onun adına rəsmiləşdirilməsi ilə bağlı müraciət olunmuşdur. 7500 manat məbləğində pulu qaytarmaq öhdəliyi yoxdur, iddiaçını işə qoşmaq üçün pulu götürmüşdür. 7500 manatı şəxsi xərcləri üçün istifadə etmişdir. İddiaçıya bu pulu geri qatarmamışdır. İddiaçıya gəlir kimi ödənişlər olunmuşdur. 330 manatı şəxsi borc olaraq iddiaçıdan götürmüş və geri qaytarmamışdır. 1200 manat gəlir məbləğini də qəbul etmir. 7000 manat məbləğində təmir xərclərini qəbul etmir, geri qaytarılma zamanı hər hansı sənəd imzalanmamışdır, iddiaçı maşını ondan təhvil almamışdır, maşın onlarda olduqda işlək vəziyyətdə idi. 170 manat məbləğində cəriməni də qəbul etmir. İnzibati xətaları o törətməmişdir. Onların proqramı Uber şirkətinin nəzdində yerləşir. Proqram Uber şirkətinin bir qoludur və onların Uber şirkətilə müqavilələri vardır. Müəyyən şərtləri icra etdikdən sonra həmin proqramı almışdır. O şirkətlə əlaqə saxladıqda bildirdi ki, iddiaçı istənilən vaxt yaxınlaşa bilər və proqram onun adına keçirilə bilər. 7500 manat məbləğini isə o, öz təşəbbüsü ilə müəyyən etmişdir. Onun iddiaçıya 330 manat məbləğində şəxsi borcu vardır, başqa borc öhdəliyi yoxdur. Onun kartından iddiaçıya və dostu Firuza göndərilmiş pul vəsaitlərinə aid bankın mobil tətbiqindən çıxarış məhkəməyə təqdim olunmuşdur. Flit-lə olan müqaviləni isə əldə edə bilmədiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. İddiaçını Firuz adlı dostu vasitəsilə tanımışdır, hələ iddiaçıdan əvvəl Firuz onlarla işləyirdi. Daha sonra Firuz dostunun qoşulmaq istədiyini onlara bildirdi. Beləliklə, iddiaçı 1 avtomobil satın aldı və onlarla işləməyə başladı. Onlar iddiaçıya daim hesabatlar verirmişlər və avtomobildən əldə etdikləri gəlirdən ona da hissə-hissə ödəniş edirmişlər. Onlar iddiaçı kimi bir çox belə şəxslərlə əməkdaşlıq edirlər. Daha sonra iddiaçı yenidən avtomobil almaq istədiyini və onların şirkətə qoşulmaq istədiyini bildirdi. İki maşın almaq hələ şirkətə qoşulmaq demək deyil, bunun üçün 7500 manat məbləğində vəsait tələb etmişlər. İddiaçı 7500 manatı ödədikdən sonra “Flit Uber” adlı şikətinə 25 faiz həcmində şərik olmuş oldu. Avtomobillərdən gələn gəlirə görə onların iddiaçıya borcu qalmamışdır, 1200 manat məbləğində borcu qəbul etmir. Əlyazamalarda olan yazı onun yazısıdır, lakin orda o, iddiaçıya olan borcunu qəbul etməmişdir. Şəxsi borcundan başqa onun iddiaçıya heç bir borcu qalmamışdır. 2023-cü ilin may, iyun, iyul, avqust ayları hesabatını onlar iddiaçıya vermişlər. O, 7500 manatı aldıqdan sonra dəfələrlə iddiaçıya lazımlı sənədləri toplamasını və birlikdə şirkətə yaxınlaşmalarını təklif etmişdir. İddiaçı isə hər dəfə vaxtı olmadığını bildirdi və gəlmədi. İddiaçı bununla da müqavilə bağlamaqdan imtina etmişdir. Bununla bağlı onda yazışmalar mövcuddur. Həmin 7500 manat məbləğ müqabilində o, hər ay iddiaçıya ödəniş edirmiş. Müqavilə bağlansa idi, onda iddiaçıya çatmalı olan məbləğ göstərilməyəcəkdi, ümumi məbləğin ¼-nin çatmalı idi. 330 manat şəxsi borcunu qəbul edir. İddiaçının avtomibillərinə görə ona çatacaq məbləğ dəqiq müəyyən olunmamışdı, hər ay müxtəlif rəqəmlər olurdu. Tərəflər arasında münasibətlər 2023-cü ilin 22 oktyabr tarixindən avqust ayına qədər davam etmişdir. Bu müddət ərzində iddiaçıya ümumi 5128 manat məbləğində pul verilmişdir.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.
10. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Bakı şəhəri, Nəsimi RPİ-i İstintaq şöbəsinin 27 yanvar 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında Qərarında qeyd olunmuşdur ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2021-ci il tarixdən 2023-cü ilin sentyabr ayına kimi öz mülkiyyətində olan Toyota Prius minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı və Honda Civic markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilləri Cavabdeh1 və Şahinin Səmədovun işlətdiyi «Flit Uber» parkına icarəyə vermiş və həmin avtomobillərdən gələn gəliri hər ay götürmüşdür. Sonra həmin avtomobilləri şirkətdən geri götürərək özü satmışdır. Bundan başqa, İddiaçı Cavabdeh1 və Şahinin Səmədovun işlətdiyi «Flit Uber» parkının 4\1 faizinə şərik olaraq onlara 7500 manat pul vermiş və bunun müqabilində bir il altı ay müddətində həmin şirkətdən gələn ümumi gəlirdən 10000 manat əldə etmişdir. Bundan əlavə, İddiaçı Firuz Salamzadəyə məxsus avtomobilə şərik olaraq 6 ay müddətində həmin avtomobildən gəlir əldə etmişdir. Həmin avtomobil əmlak kimi Firuz Salamzadəyə məxsus olduğu uçün avtomobili satmış və lakin avtomobildən aldığı pulun yarsını ona verəcəyini vəd etmişdir. İddiaçı «Flit Uber» parkına özünə məxsus avtomobilləri icarəyə verərək qazanca əldə etdiyinə, sonra həmin avtomobilləri özü şirkətdən götürərək satdığına və «Flit Uber» parkına şərik olduğu üçün həmin parkdan 1 il 6 ay müddətində qazanc əldə etdiyinə, bundan sonra Firuz Salamzadənin avtomobilnə şərik olaraq bir müddət icarə pulu əldə etdiyinə və Firuz Salamzadə öz mülkiyyətində olan avtomobili satdığını və həmin şəxslər arasında olan pul mübahisəsi mülki məsələ olduğuna görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli və İddiaçı gələcəkdə yuxarıda adları çəkilən şəxslərə qarşı tələbləri olarsa mülki qaydada məhkəməyə müraciət etməlidir.
13. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 məxsus səs yazısının olduğu fləşkartda qeyd etmişdir ki, İddiaçı 1800 manat borcu var və həmin məbləği ay sonuna qədər ödəyəcək.
14. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
23. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
24. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
25. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
26. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.
27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
29. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).
30. Tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).
31. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlər taksi biznesi ilə məşğul olan şəxslərdi. İddiaçı isə dostu Firuzun məsləhəti ilə həmin fəaliyyətdən onun da qazanc əldə edilməsi üçün cavabdehlər ilə tanış olur və öz adına iki maşın alaraq həmin maşınların da taksi fəaliyyətinə qoşulmasını və həmin maşınlar vasitəsi ilə edilən taksi dövriliyyinə əsasən qazanc əldə etmək istəyib. Maşınlar cavabdehlərin vasitəsi ilə həmin taksi fəaliyyətinə qoşulub və həmin iki maşının sifarişlər üzrə edilən gedişlərə görə xərclər çıxıldıqdan sonra qalan qazanc maşınların sahibinə (iddiaçıya) ödənilib. Aylıq ödənilən qazanc sabit məbləğdə deyil, iki maşının getdiyi taksi sifarişləri üzrə formalaşırmış. Bir müddət iddiaçı əldə etdiyi gəlirdən razı qalaraq, əlavə olaraq taksi parka şərik olmaq istəyib, bunun üçün FLİT şirkətinin dəyərinin ¼ hissəsi olan 7500 manatı Cavabdeh1 ödəyib. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır.
32. Lakin, sonradan münasibətlər pozulduğu üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia tələbi iki cavabdehə və bir neçə hissədən ibarətdir.
33. Cavabdeh1 qarşı olan tələblərə dair (FLİT Şirkətinin dəyərinin 1\4 hissəsini almaq üçün ödədiyi 7500 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin təmir xərcinin əvəzi kimi 7000 manat pulun; -Cavabdeh1 şəxsi istifadəsi üçün borc verdiyi 330 manat pulun; -** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin inzibati cəriməsinin əvəzi kimi 170 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1200 manat olmaqla ümumilikdə 16200 manat pulun tutulması) məhkəmə aşağıdakıları qeyd edir.
34. Cavabdeh ona qarşı yönələn tələblərə münasibətdə qeyd etmişdir ki, həqiqətən də iddiaçı ona FLİT şirkətinə qoşulmaq üçün 7500 manat pul verib, lakin dəfələrcə iddiaçıya müqavilə bağlanması üçün onunla şirkətə yaxınlaşmasını bildirsə də, iddiaçı özü müqavilə bağlamaqdan yayınıb, ona görə də Şirkətin ¼ hissəsi iddiaçıya keçməyib, lakin bugün də müqavilə bağlanıla bilər. 330 manat pul şəklində iddiaçıdan borc götürdüyünü etiraf etdi. Ondan tələb edilən 7000 manat iddiaçının avtomobillərinin təmirinə görə 7000 manat, inzibati cərimələrə görə 170 manat və dörd aylıq gəlirin əvəzi olaraq 1200 manatı qəti şəkildə qəbul etmir.
35. Məhkəmə cavabdeh İ.Orxanın etirazının arqumentləri ilə qismən razılaşaraq qeyd edir ki, göründüyü kimi tərəflər arasında hər-hansı yazılı müqavilə mövcüd olmayıb. İddiaçıya məxsus maşınlar sadəcə cavabdehin vasitəsi ilə taksi fəaliyyətinə qoşulub. İddiaçı nə maşınlara zərərin dəyməsini, zərərin bilavasitə cavabdeh tərəfindən vurulmasını, nə də ki, zərər dəydiyi halda həmin zərərin Cavabdeh1 tərəfindən qarşılanmasına əsas olan bilən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəqliyyat vasitələrinə inzibati cərimələrin yazılması ilə bağlı da məhkəmə qeyd edir ki, Cavabdeh1 həmin maşınların sürücücü və inzibati xətaları törədən şəxs olmayıb ki, həmin cərimələrin əvəzi də ondan tutulsun. Dörd aylıq gəlirin əvəzi olaraq 1200 manat pul tələbinə gəldikdə isə, iddiaçı yenə də hər hansı mötəbər və təqzib olunmaz sübutu (1200 manatın hansı formada formalaşması, həqiqətən də həmin həcmdə ona məxsus maşınlar vasitəsi ilə taksi gedişlərin edilməsi, xərclər çıxıldıqdan sonra 1200 manat gəlirin qalmasını və s.) məhkəməyə təqdim edə bilməmişdir, cavabdeh isə iddiaçının həmin tələbini qəbul etməmişdir.
36. Ümumiyyətlə tərəflərin təqdim etdiyi sübutlar əsasında tərəflər arasında formalaşmış işğuzar münasibətlərin dəqiq formasının məhkəmə gedişatı zamanı müəyyənləşdirilməsi mümkün olmamışdır, belə olan halda isə məhkəmə tərəflərin üst-üstə düşən etirafedici izahatlarını əsas götürərək irəli sürülmüş iddia üzrə giymətləndirmə aparır.
37. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia ərizəsi qismən təmin edilməli. 330 manat borc məbləğini aldığıni, lakin bugünə kimi qaytarmadığını və iddiaçıdan aldığı 7500 manat pul müqabilində FLİT şirkətinin ¼ hissəsini iddiaçının adına keçirtmədiyi üçün həmin məblığlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Cavabdeh X5 qarşı iddia tələbləri aşağıdakılardan ibarətdir: ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1800 manat pulun; Vergi məsələlərinin həll edilməsi üçün ona geri ödəmədiyi 3000 manat pulun, ümumilikdə 4800 manat pulun tutulması.
39. Məhkəmə S.Şahinə aid hissədə də iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı bildirir ki, maşınların gəlirlərinə görə 1800 manat cavabdehin ona borcu qalmışdır və sübut qismində məhkəməyə cavabdeh X5 məxsus whats-app səs yazışmasını təqdim etmişdir. Məhkəmə iclasında tətqiq olunmuş iddiaçının təqdim etdiyi fləş-kart daşıyıcıda olan səs yazısında S.Şahin iddiaçıya 1800 manat ödənişin qaldığını və yaxın müddətdə iddiaçıya ödəyəcəyini bildirmişdir. Həmin səs yazısı cavabdeh S.Şahinin iştirakı ilə məhkəmə iclasında tətqiq edilmiş və həmin səs yazısının ona məxsus olduğunu cavabdeh etiraf etmişdir. Lakin, yenə də həmin tələbi qəbul etməyək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Səs yazısı olan whats-app danışığından sonrakı dövrdə cavabdeh tərəfindən iddiaçı 1800 manat ödənişin edilməsinə dair sübut məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, 1800 manat pul vəsaiti cavabdeh X3 tutularaq iddiaçıya ödənilməlidir.
40. Cavabdeh X5 qarşı olan 3000 manat pul tələbini isə məhkəmə tamamilə əsassız hesab edərək rədd edilməli qənayətinə gəlir. Belə ki, iddiaçı qeyd edir ki, onun şəxsi VÖEN-i üzrə vergi problemləri olub və həmin məsələlərin həll edilməsi üçün cavabdeh S.Şahinə (əvvəl vergi işçisi olduğu və həmin məsələlərdən başı çıxdığı üçün) 3150 manat nağd qaydada pul və Cavabdeh1 iddiaçıya ödənilməli olan 2850 manatı Cavabdeh1 götürərək cəmi 6000 manat müqabilində həll etməli idi, lakin həmin məsələlər öz həlli tapmadığı üçün S.Şahin nağd götürdüyü pulu iddiaçıya qaytarsa da, yerdə qalan 3000 manat ödənilməmiş qalıb, ona görə cavabdehdən tutulmasını xahiş edir və sübut qismində ümumiyyətlə 3-cü şəxsin (Firuz adlı şəxsin iddiaçıya telefon danışığını) səs və whats-app yazısını təqdim edərək sübut etməyə çalışmışdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 6000 manat pul məbləğinin deyil, qeyd edilən məsələləri həlli üçün hazırkı cavabdehə cəmi 3000 manat pulun verilməsini sübuta yetirə bildiyi (cavabdehin 3000 manata dair etirafedirici izahatı) və həmin məbləğin də S.Şahin tərəfindən ona qaytarıldığını etiraf etdiyi üçün bu hissədə iddia (hansısa üçüncü şəxsin səs yazısına istinad etməklə) tələbi təmin edilə bilməz.
41. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X3 1800 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir, qalan hissədə bu cavabdehə qarşı iddia rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı 153 manat dövlət rüsumu və vəkil xərcinin əvəzi olaraq 500 manatın cavabdehlərdən tutulmasını xahiş etmişdir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. İşdən də göründüyü kimi iddiaçı 500 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmiş, lakin qeyd edilən ödənişə dair hər hansı sənədsübutu təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
51. Məhkəmə hesab edir ki, iddia hər cavabdehə münasibətdə qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat Cavabdeh1 və 38 manat X5 aid edilməlidir. IV.Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 Flit şirkətinin dəyərinin ¼ hissəsinə görə 7500 manat və 330 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 98 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh X3 1800 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova