Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7223/2022 27.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X4 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı Binəqədi Bələdiyyəsi ilə vətəndaş X2 arasında 35 kv.m torpaq sahəsinə dair bağlanmış 07 dekabr 2006- cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı Binəqədi Bələdiyyəsi ilə vətəndaş X2 arasında 35 kv.m torpaq sahəsinə dair bağlanmış 07 dekabr 2006- cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı Binəqədi Bələdiyyəsi ilə vətəndaş X2 arasında 35 kv.m torpaq sahəsinə dair bağlanmış 07 dekabr 2006- cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-7223/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7223/2022
27.12.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver