Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7256/2024 16.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmış X5 məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dəymiş zərər görə 972,40 manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 tabe olan “Sumqayıt şəhər Sukanal” idarəsinə məxsus su xəttinin borusunun müxtəlif hissələrindən su sızması nəticəsində X5 məxsus olan Sumqayıt şəh., Kotec qəs., 20-ci məhəlləsi,ev 101 ünvanda yerləşən daşınmaz əmlaka zərər dəymişdir. Sözügedən daşınmaz əmlak RAT********** nömrəli sığorta şəhadətnaməsi ilə sığorta məbləği 20000 AZN, azadolma məbləği 200 AZN olmaqla, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər "xxxx" ASC-də daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalı olmuşdur. AR Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, qeyd olunan ünvana baxış keçirilən zaman evin divarlarında nəmişlik və çatlar müəyyən olundu. Əmlaka dəymiş zərər araşdırılarkən məlum oldu ki, yaranan çat və nəmişlik tarixi dəqiq olmayan vaxtda, məhəllədaxili yolda çəkilmiş 57 diametrlik su borusunun müxtəlif hissələrindən su sızması nəticəsində baş vermişdir. Belə ki, borudan axan su torpağa hoparaq evin nəm çəkməsinə və çatların yaranmasına səbəb olmuşdur. X1 “Sumqayıt Sukanal” idarəsinə müraciəti əsasında su xətti ləğv edilmiş və akt tərtib olunmuşdur. Həmçinin, zərərçəkmişin qonşuları tərəfindən də akt tərtib olunmuşdur ki, burada da zərərin küçədən keçən su xəttinin sızması nəticəsində yaranması göstərilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəh., Kotec qəs., 20-ciməhəlləsi,ev 101 ünvanda yerləşən daşınmaz əmlak mənzil mülkiyyət hüququ ilə X5 məxsusdur. Həmçinin RAT********** saylı sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, daşınmaz əmlaka dair icbari sığorta müqaviləsi sonuncu ilə bağlanmışdır. Əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli Müstəqil Ekspert rəyinə uyğun olaraq, X5 məxsus 101 nömrəliəmlaka 1.173 manat ziyan dəymişdir. 126110 saylı sığorta аktına və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, 200 manat franşiza (azadolma məbləği) və 0.60 AZN bərpa məbləğiçıxılmaqla qalan 972,40 manat zərərçəkənin hesabına ödənilmişdir. Qeyd olunan su sızması hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən vurulan zərərə uyğun olaraq ödənilmiş 972,40 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə etiraz daxil olmuş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 232 saylı Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi”-nin 1.1-ci bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (bundan sonra – Xidmət) Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində (bundan sonra – iri şəhərlər) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir. - 2.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.3. iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək;
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır
8. İş matriallarına əlavə edilmiş ********** saylı xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak mülkiyyət hüququ ilə X5 məxsusdur.
9. İş materiallarına əlavə edilmiş RAT********** saylı, xx.xx.2022-ci il tarixli “əmlak sığortası” şəhadətnaməsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən siğorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 23/0018AS Əmlakın qiymətləndirilməsinə dair Müstəqil Ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlaka subsızma nəticəsində dəymiş zərərin məbləği 1.173 manat təşkil edir.
11. İş materiallarına əlavə edilmiş 12611 saylı xx.xx.2023-cü il tarixli siğorta aktından məlum olur ki, ünvan 4 ünvanında xx.xx.2023-cü il tarixdə susızma nəticəsində siğorta hadisəsi baş vermiş, siğortalanmış əmlaka 1.173 manat məbləğində ziyan dəymiş, 972,40 manat (200 AZN azadolma məbləği və 0.60 AZN bərpa məbləği çıxılmaqla) siğorta ödənişinin məbləği müəyyən olunmuşdur.
12. Bundan əlavə 13993 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür kii, 126110 saylı sığorta aktına əsasən 972,40 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 ödənilmişdir.
13. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 etirazında Sumqayıt Sukanal İdarəsinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin X12, qeyd olunan subasma hadisəsi ilə əlaqədar hər bir məlumat daxil olmadığını bildirmiş və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam ünvan 4 ünvanında yerləşən əmlaka dəymiş ziyanın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (keçmiş Azərsu ASC) təqsiri nəticəsində baş verib-vermədiyini müəyyən etməkdir.
15. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5- 6-1/2-332 saylı məktubundan görünür ki, ünvan 4 ünvana baxış keçirilərkən evin divarlarında nəmişlik və çatlar müəyyən olunduğu, yaranan çat və nəmişlik tarixi dəqiq olmayan vaxtda, məhəllə daxili yolda çəkilmiş 57 diametrlik su borusunun müxtəlif hadisələrdən, su sızması nəticəsində baş verdiyi, borudan axan su torpağa hoparaq evin nəm çəkməsinə və çatların yaranmasına səbəb olması, X2 “Sumqayıt Sukanal” İdarəsinə müraciəti əsasında su xətti ləğv edilmiş və akt tərtib edilmişdir.
16. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də, subasma nəticəsində sığortalı şəxsin əmlakına ziyan dəymişdir və bu ziyan da, məhəllə daxili su borusunun müxtəlif hissələrindən su sızması ilə bağlı olması inandırıcıdır.
17. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Nizamnaməsi ilə iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı onun fəaliyyət sahəsinə aid edilmişdir.
18. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən əmlaka “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 təqsiri nəticəsində ziyan dəymişdir.
19. Ona görə də, məhkəmə hesab edir ki, 972,40 manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tutularaq iddiaçıya ödənilməlidir.
20. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
21. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********29 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
VI. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 972 (doqquz yüz yetmiş iki) manat 40 (qırx) qəpik məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov