Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-727/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 526415,69 manat əsas borc, 21897,68 manat faiz borcu, 839 manat dövlət rüsumu, cəmi 549152,37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2023-cü ilin aprel, may, iyun, iyul,avqust və noyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə Cavabdeh MMC-yə 526415,69 (beş yüz iyirmi altı min dörd yüz on beş manat altmış doqquz qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. Stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Babayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Rəhimova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onlara 2023-cü ilin mart ayında müraciət edərək Rusiya Federasiyasından ünvanlarına gələcək yüklərin olduğu vaqonların ASC-nin dalan yoluna verilməsini xahiş etmiş, bu səbəbdən 2023-cü il ərzində cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri göstərilmişdir. Cavabdehin qanuni təmsilçisi, habelə cavabdehin etibarnamə verdiyi şəxslər müvafiq sənədlərə imza etmişdir. Yükü müşayiət edən sənədlərdə də yük alan kimi cavabdeh MMC göstərilmiş, yalnız həmin MMC yüklərlə bağlı vaqonları qəbul etmək və sairəyə səlahiyyətli olmuşdur. Bundan əlavə, hazırkı iş üzrə yazılı müqavilənin olması ilə bağlı qanunvericilikdə hər hansı tələb göstərilməmişdir.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili M.Əbdülrəhmanova iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi.
6. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırkı iddia tələbini düzgün cavabdehə qarşı yönəltməmişdir. Yükü müşayiət edən sənədlərdə onların adı yük alan kimi yanlış göstərilmiş, əslində yükü alan, yükün sahibi Homat LTD Əfqanıstan Şirkətidir. Belə ki, həmin şirkətlə, habelə yükü göndərən Apatit Şirkəti ilə şəxsi tanışlığı vardır, lakin MMC-nin onlara hər hansı aidiyyəti yoxdur. Həmin şirkətlərin müraciəti əsasında iddiaçıya müraciət edərək yüklərin boşdayanmasının qarşısının alınması üçün yüklərin əksər hissəsi ilə bağlı müvafiq sənədlərə qol çəkmişdir. 127-ci vaqondan sonra yükləri cavabdeh deyil, Homat LTD Əfqanıstan Şirkəti qəbul etmişdir. Yükü müşayiət edən sənədlərdə onların adını yük alan kimi yanlış göstərən Apatit Şirkəti olmuşdur. Bundan əlavə, tərəflər arasında hər hansı yazılı razılaşma, müqavilə mövcud deyildir. Bu səbəbdən hazırkı borc onlardan tələb edilə bilməz.
7. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlandığı müraciətdə ünvanlarına Rusiya Federasiyasından gələn vaqonların "xxxx" ASC-nin dalan yoluna verilməsinə icazə verilməsini xahiş etmiş, bütün dəmir yolu yığımlarının ödənilməsinə zəmanət verildiyini göstərmişdir.
11. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 456492,02 manat təşkil edir. Həmin vərəqə cavabdehin nümayəndəsinin imzası və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin may ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 5359,56 manat təşkil edir.
13. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin noyabr ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 283,20 manat təşkil edir.
14. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 113223,87 manat təşkil edir. Həmin vərəqə cavabdehin nümayəndəsinin imzası və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
15. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin avqust ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 266601,92 manat təşkil edir.
16. 18.08.2023-cü il tarixli, 89/2 nömrəli hesab fakturaya əsasən cavabdeh tərəfindən iddiaçıya 2189.57 manat, xx.xx.2023-cü il tarixli, 48 nömrəli hesab-fakturaya görə 113223,87 manat, xx.xx.2023-cü il tarixli, 48/1 nömrəli hesab-fakturaya görə 456492,02 manat, 68 nömrəli hesab-fakturaya görə 5359,14 manat, xx.xx.2023-cü il tarixli, 75 nömrəli hesab-fakturaya görə 38506,79 manat, xx.xx.2023-cü il tarixli, 89 nömrəli hesab-fakturaya görə 266601,92 manat, xx.xx.2023-cü il tarixli, 79 nömrəli hesabfakturaya görə 38792,38 manat, xx.xx.2023-cü il tarixli, 89/1 nömrəli hesab-fakturaya görə 30041,94 manat vəsait ödənilməlidir.
17. Cavabdeh tərəfindən X4 verilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən şirkət adından "xxxx" QSC-nin Hövsan Stansiyasında sənədlərin imzalanması, sənədlərin alınması və təqdim etmək üzrə səlahiyyətlidir.
18. Cavabdeh tərəfindən X2 verilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən şirkət adından şirkət adından yükləmə, boşaltma, sənədlərin qəbulu və sairə əməliyyatların yerinə yetirilməsi üzrə səlahiyyətlidir.
19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDF 011691 nömrəli 569715,89 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 053402 nömrəli 296643,82 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDN 073779 nömrəli 2189,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 160173 nömrəli 5359,13 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDK 287648 nömrəli 38506,79 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 390867 nömrəli 38792,32 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDS 730399 nömrəli 283,20 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
20. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli debitor borcu barədə arayışa görə, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə cavabdehin borcu 526415,69 manat, faiz borcu 21897,68 manat təşkil edir.
21. 12475 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 314,40 manat, 12711 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1375,90 manat, 12987 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 360,82 manat, 13327 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 954,85 manat, 12985 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2760 manat, 13465 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1815,56 manat, 19615 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1304,43 manat, 12255 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4331,52 manat, 12254 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 115,30 manat, 11878 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1342,96 manat, 12017 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2278,72 manat, 12018 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 138,50 manat, 11714 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4076,26 manat, 11879 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1393,94 manat, 11576 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 231,44 manat, 11515 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 774,40 manat, 11775 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3736,46 manat, 11113/11481 nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1609,32 manat, 10919 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 26520,90 manat, 09624 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 26946,32 manat, 10920 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7648,14 manat, 19049 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4542 manat, 24259 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3842,50 manat, 25039 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3208,30 manat, 25425 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7368 manat, 26403 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2208,15 manat, 26051 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3041,91 manat, 26610 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1729,82 manat, 26948 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 660,05 manat, 27513 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 730,26 manat, 28260 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 718,65 manat, 28366 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 5571,12 manat, 28159 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 813,37 manat, 20318 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1016,42 manat, 21041 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2477,23 manat, 20965 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 284,09 manat, 21919 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3305,56 manat, 21341 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 5755,91 manat, 20617 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 981,87 manat, 12381 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7290,60 manat, 23663 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7170,16 manat, 23984 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3116,60 manat, 30063 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1855,57 manat, 28946 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2560,04 manat, 28521 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 8257,06 manat, 29441 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2706,18 manat, 28861 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1339,11 manat, 29789 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2173,35 manat, 30269 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2314,80 manat, 30562 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4610,07 manat, 30564 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1498,64 manat, 24797 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3462,65 manat təşkil edir. Yaddaş vərəqələri cavabdehin nümayəndələri olan Qanuni nümayəndə, N.Əliyev və Ə.Bəşirov tərəfindən imzalanmışdır.
22. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli Əmrinə əsasən cavabdehə Hövsan stansiyasında hesablanmış 575075,44 manat məbləğində yığım 425075,44 manat olan hissədə ləğv edilmişdir.
23. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
24. Belə ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, noyabr, aylarında cavabdehə müxtəlif stansiya xidmətlərinin göstərildiyini, ADY-nin Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə Cavabdeh MMC-yə hesablanmış 526.415,69 manat yığımın tutulmasını xahiş etmişdir.
25. Cavabdeh iddiaya etiraz edərək hazırkı iddiaya cavab verməli olan şəxs olmadığını, ona iddiaçı tərəfindən hər hansı xidmət göstərilmədiyini, vaqonlarda olan malların ona deyil, başqa hüquqi şəxsə məxsus olduğunu, habelə tərəflər arasında ümumiyyətlə yazılı müqavilə olmadığını, yükü müşayiət edən sənədlərdə yük alan kimi yanlışlıqla cavabdeh MMC-nin adının göstərildiyini bildirir.
26. Məhkəmə ilk öncə, cavabdehin tərəflər arasında yazılı müqavilə olmaması barədə dəlilinə cavab verməyi zəruri hesab edir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
28. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
29. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
30. Belə ki, materiallardan görünür ki, cavabdeh özü xx.xx.2023-cü il tarixdə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, iddiaçı tərəfindən cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri (dalan yolundan istifadə, vaqonların dalan yoluna verilib götürülməsi, vaqonlardan, konteynerlərdən istifadə və ilaxır) göstərilmiş, bu barədə tərtib edilmiş aktları cavabdehin qanuni təmsilçisi, habelə MMC tərəfindən yazılı etibarnamə verilmiş şəxslər imza etmişlər.
31. Mülki qanunvericilikdə tərəflər arasında hazırkı halda müqavilənin yazılı olması ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir.
32. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı qaimələrdən (nakladnoy) görünür ki, yük göndərən "xxxx" Səhmdar Cəmiyyəti, yükü alan Cavabdeh MMC-dir (ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 7A, mənzil 45A-dır).
33. Bundan əlavə, göstərilmiş xidmətlərlə bağlı cavabdeh MMC-yə iddiaçı tərəfindən 2023-cü ilin may ayından noyabr ayına qədər göndərilmiş elektron qaimələrə hər hansı etiraz verilməmiş, qaimələr ləğv edilməsi, habelə düzəliş edilməsi üçün geri qaytarılmamışdır.
34. Cavabdeh yükü müşayiət edən sənədlərdə yük alan kimi cavabdeh MMC-nin adının səhv olmasını göstərsə də, bununla bağlı cavabdeh MMC-nin "xxxx" SC-nə, Homat LTD Şirkətinə, habelə iddiaçıya müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi cavabdeh MMC-nin ümumiyyətlə hansı səbəbdən stansiya xidmətlərinin göstərilməsi üçün iddiaçıya müraciət etməsinin, "xxxx" Şirkəti tərəfindən göndərilmiş yüklərin olduğu vaqonlara xidmət göstərilməsi ilə bağlı stansiyalara gedib iddiaçı tərəfindən tərtib edilmiş sənədləri imza edib möhürləməsinin, "xxxx" Şirkətinin yük alan kimi qaimələrdə cavabdeh MMC-ni (ünvanı göstərilməklə) qeyd etməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.
36. Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir.
37. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin xidmətlərin müqabilində hər hansı ödəniş edilməmişdir.
38. Materiallardan görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər (vaqonların verilib götürülməsi, dalan yolundan istifadə, vaqonlardan istifadə) cavabdeh tərəfindən qəbul edilsə də, göstərilmiş xidmətlərlə bağlı təqdim edilmiş elektron qaimələr hazırkı günə qədər ödənilməmişdir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
42. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
43. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
45. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
46. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
47. İddiaçı QSC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdiril-məsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.
48. Həmin Nizamnamənin 3.2.29-cu maddəsinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətidir.
49. Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydalarının 1-ci bəndinə əsasən X9, X5, X3 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlıar tutulur.
50. Həmin Qaydaların 3-cü bəndinə görə dəmir yolu tərəfindən göstərilmiş xidmətlərə: yükün mühafizəsi və müşayiət olunması; yükün tərəzidə çəkilməsi”, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və sairə) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi və digər xidmətlər aiddir.
51. Həmin Qaydaların 6.7-ci bəndinə görə dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilirsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prossesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl № 8 və cədvəl № 9-dakı qiymətlərə 1,5 əmsalı tətbiq edilməklə hesablansın və əgər stansiyanın işində çətinlik yaranarsa, cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər.
52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
53. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 21897,68 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
55. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
56. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
57. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
58. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
59. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
60. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
61. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
62. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
63. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 526415,69 manat əsas borc, 21897,68 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 839 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 526415,69 manat əsas borc, 21897,68 manat faiz borcu, 839 manat dövlət rüsumu, ümumilikdə 549152,37 (beş yüz qırx doqquz min bir yüz əlli iki manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova