Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-73/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 13 fevral 2020-ci il tarixli, 106842- 854585\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 3.268,15 manat, əsas borca hеsablanmış faiz borcu 149,09 manat olmaqla, cəmi 3.417,24 manat, 26 aprel 2021-ci il tarixli, 106875- 854585\3 nömrəli krеdit müqaviləsi üzrə əsas borc 4.440,76 manat, əsas borca hеsablanmış faiz borcu 1.028,61 manat, Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə illik 5 faiz olmaqla əsas borca hesablanmış 182,55 manat olmaqla, cəmi 5.651,92 məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat pulun, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və 49.02 (qırx doqquz manat, iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında 13 fevral 2020-ci il tariхli, GA.854585.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzil 13 fevral 2020-ci il tari GA.854585.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi ilə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 40000 (qırx min) manat məbləğində krеdit verilmişdir. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi ilə illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 10.000 (on min) manat məbləğində krеdit verilmişdir. Borcalan Kredit Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-73/2024 saylı qərardadı ilə iddianın “ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” hissəsində icraata xitam verilmişdir.
10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Expressbank” ASC ilə Cavabdeh2 arasında 13 fevral 2020-ci il tariхli, GA.854585.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi ilə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 40.000 (qırx min) manat məbləğində krеdit verilmişdir.
11. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında 13 fevral 2020-ci il tarixli GA.854585.1 nömrəli ipotеka müqaviləsi bağlanaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. Daha sonra, Baş Saziş üzrə Expressbank” ASC ilə Cavabdeh2 arasında 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi bağlanmış, və sonuncuya illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 10.000 (on min) manat məbləğində krеdit verilmişdir.
13. Kredit müqavilələri və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
17. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
19. Məhkəmə qeyd edir ki, iddia tələbi şərti olaraq üç hissədən ibarətdir: 1) 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi üzrə borcun tələb edilməsi, 2) 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə borcun tələb edilməsi, 3) tutmanın ipoteka predmetinə yönəldilməsi.
20. Məhkəmə qeyd edir ki, ilk növbədə iddianın 13 fevral 2020-ci il tarixli, 106842- 854585\1 nömrəli kredit müqaviləsi üzrə hissəsinə qiymət verilməlidir.
21. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi üzrə borcalanın banka 3.268,15 manat əsas, 525,46 manat faiz kredit borcu vardır.
22. Məhkəmə qeyd edir ki, iddiaçının sonradan yəni, iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi üzrə borcalan tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3.268,15 manat, faiz borcu üzrə 149.09 manat olmaqla, cəmi 3.417,24 manat kredit borcu vardır.
23. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında kredit vəsaitinin götürüldüyünü mübahisələndirmədiyini, pandemiya ilə əlaqədar borcu ödəyə bilmədiyini, əsas və faiz borcu ilə razı olduğunu, borcu ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
24. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
25. Belə ki, bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
26. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia 13 fevral 2020-ci il tarixli, 106842- 854585\1 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və qeyd edilən müqavilə üzrə əsas borc 3.268,15 manat, faiz borcu üzrə 149,09 manat olmaqla, cəmi 3.417,24 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə iddianın 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə borcalanın banka 4.440,76 manat əsas, 666,76 manat faiz borcu olmaqla, cəmi 5.107,52 manat borcu vardır.
29. İddiaçının sonradan yəni, iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə borcalanın əsas borc üzrə 4.440,76 manat, faiz borcu üzrə 1.028,61 manat borcu vardır.
30. Məhkəmə qeyd edir ki, 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4.440,76 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, Cavabdeh2 kredit müqaviləsi bağlanmış, müqavilə üzrə qeyd edilmiş krediti götürmüş ancaq üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
32. Məhkəmə bank tərəfindən tələb edilən 26 aprel 2021-ci il tarixli, 106875- 854585\3 nömrəli kredit müqaviləsi üzrə faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir.
33. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
36. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 bir neçə dəfə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə qeyd edilmiş kredit müqaviləsi ilə bağlı tam məbləğ tələb edilmiş və bununla da, müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə artıq bildirilmişdir. Hətta Məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir.
37. Ona görə də, məhkəmə hesab edir ki, 26 aprel 2021-ci il tarixli, 106875- 854585\3 nömrəli kredit müqaviləsi üzrə faiz məbləği iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmiş məbləğ deyil, xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmiş 666,76 manat faiz borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5% məbləğində hesablanmaqla 182,55 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
39. Məhkəmə qeyd edir ki, 26 aprel 2023-cü il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 23 fevral 2024-cü il tarixədək (sonuncu maliyyə arayının tərtib edildiyi tarixədək) hesabladıqda görünür ki, cavabdeh borcun ödənilməsini təxmini 10 ay gecikdirmişdir.
40. Belə olan halda, məhkəmə hesab edir ki, 26 aprel 2021-ci il tarixli, 106875- 854585\3 nömrəli kredit müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla iddiaçının 182,55 manat tələb etməsi nəzərə alınmaqla qeyd edilən məbləğdə pul (4.440,76,x5/100=222,038(1 il üçün), 222,038/12=18,5031(1 ay üçün), 18,5031x10=185 (10 ay üçün) manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
42. İşdə olan Expressbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2020ci il tarixli GA.854585.1 nömrəli ipotеka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzil təşkil edir.
43. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilir.
44. Müqavilənin 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 13 fevral 2027-ci il tarixinədək müəyən edilmişdir.
45. Həmin müqavilənin 6.1.1 və 6.1.2-ci bəndlərinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü müddətinə gecikdirdikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.
46. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1905/2023 saylı qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.
47. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1905/2023 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
48. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilin likvid dəyəri 55.000 manat, bazar dəyəri 59.000 manat müəyyən edilmişdir.
49. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 55.000 manat müəyyən edilməlidir.
50. Ona görə də, məhkəmə hesab edir ki, 13 fevral 2020-ci il tarixli, 106842- 854585\1 nömrəli kredit müqaviləsi və 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli krеdit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 55.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
51. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Bakı 04 saylı Mediasiya təşkilatına ödənmişdir.
52. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
53. Bundan başqa, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbzə əsasən 49,02 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
54. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,02 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
55. İş materiallarında olan xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat məbləğində pul ödənmişdir.
56. Ona görə də, 45 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
57. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi xərci 250 manat təşkil edir. Ona görə də, 250 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənməlidir.
58. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
59. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.268 (üç min iki yüz altmış səkkiz) manat, 15 (on beş) qəpik, faiz borcu üzrə 149 (bir yüz qırx doqquz) manat, 09 (doqquz) qəpik olmaqla, cəmi 3.417 (üç min dörd yüz on yeddi) manat, 24 (iyirmi dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli krеdit müqaviləsinə əsasən əsas borc üzrə 4.440 (dörd min dörd yüz qırx) manat, 76 (yetmiş altı) qəpik, faiz borcu üzrə 666 (altı yüz altmış altı) manat, 76 (yetmiş altı) qəpik olmaqla, cəmi 5.107 (beş min bir yüz yeddi) manat, 52 (əlli iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli krеdit müqaviləsi üzrə əsas borca illik 5% hesablanmaqla 182 (bir yüz səksən iki) manat, 55 (əlli beş) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 13 fevral 2020-ci il tarixli, 106842-854585\1 nömrəli kredit müqaviləsi və 26 aprel 2021-ci il tarixli, 106875-854585\3 nömrəli krеdit müqaviləsi üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.98 kv.m-dən ibarət mənzilin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat, 02 (iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin dəyəri olaraq 250 manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov